Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə7/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Vaqif  Sultanlı 
 
 
28
əlaqəsinin kəsildiyi düşüncəsini qəlbinə, ruhuna daşımaqla 
daxili təlatümü xeyli səngidi. 
Artıq onünçün həyat əski dəyərini itirmiş, dünya göz-
lərində büsbütün boşalmışdı. 
 
* * * 
 
Qəfil duyduğu səsdən diksindi.  
Elə bil hardasa, nə isə sərt, güclü, gözlənilməz zərbə-
dən çatladı. Yerinmi, fəzanınmı dərinliklərindən gələn bu 
səsin mənbəyini tapmaq, nəyin çatladığını bilmək üçün 
nəfəsini içəri çəkərək durdu. 
Çat səsi uzandıqca uzanıb gedir, bitmək, tükənmək, 
kəsilmək bilmirdi. 
Sanki ucu-bucağı bilinməyən nəhəng okeanda buz 
layı çatlamışdı və o laylar aralanaraq biri-birinə əks tə-
rəflərə axır, aralarındakı çat getdikcə genişlənərək 
keçilməsi, adlanılması mümkün olmayan, dərin, dibsiz, 
başgicəlləndirici boşluğa çevrilirdi. Ayağının altındakı yer 
kürəsinin, başının üstündəki göy qübbəsinin ikiyə 
bölündüyünü hiss edirdi. 
Çatlar içindən bir də, bir də çatlayır və çat səsləri həl-
qə-həlqə, dalğa-dalğa böyüyüb biri-birinə qarışaraq yer 
üzünə dağılırdı. O, çat səslərinin altında qalan hər şeyin 
sındığını, çiliklənə-çiliklənə, xırdalana-xırdalana saysız-
hesabsız zərrələrə çevrildiyini, zamanın dibsiz boşluqlarına 
səpələnərək yox olduğunu hiss edirdi. 
Zehnində, yaddaşında, xəyalında nə varsa, çatlayıb 
sınaraq içinə tökülürdü. 
Çat səsi böyüdükcə o yarılan, ayrılan dünya ilə üz-üzə  
qaldığını duyurdu. Elə bil eralar ayrıcındaydı; keçmiş çatın 


Səhra savaşı 
 
29
bu tayında, gələcək isə o biri tayında qalmışdı. O, çat 
böyüməmiş qərara gəlməliydi; ya adlayıb gələcəyə aparan 
səmti tutmalı, ya da gələcəkdən biryolluq vaz keçərək 
tarixin içərilərinə, insanlığın keçdiyi yolla geriyə dönmə-
liydi.  
Qoca içinin boşaldığını, onu gələcəyə bağlayan hər 
şeyin get-gedə xəyalından silinməkdə olduğunu, yaddaşının 
bulandığını, yaşayacağı ömürlə bağlı arzularının, ümidləri-
nin çiçək kimi soluxduğunu hiss edirdi. 
Onu da hiss edirdi ki, zamanın qəfil, gözlənilməz çat-
laması ilə keçmişlə gələcək arasında bir sərhəd, uçurum 
yaranmaqdadı. İndi o çatlamış zamanın açdığı yarğana düş-
məmək üçün qətiyyət göstərməli idi. 
«Keçmişlə gələcəyin yolları ayrılırsa, həyatın axarı 
bundan belə hansı səmtə yönələcəkdi? Keçmiş gələ-
cəksizmi qalacaq, gələcək keçmişsizmi yürüyəcəkdi? 
Zamanların biri-birindən ayrı mövcudluğu zəminində 
həyatın əski yolu ilə davamı mümkün olacaqdımı? Yoxsa 
dünyaya yeni bir nizam veriləcək, hər şey təzədən bina 
ediləcəkdi?».  
Ayaqlarının altından torpağın çəkildiyini, zamanla 
birgə dünyanın da çatladığını hiss edirdi.  
Çat səsi qarşısına çıxan bütün səsləri əzib sındıraraq 
çıxıb gedirdi. Səsin önündə hər şey uçulur, dağılır, xıncım-
xıncım ovxalanıb tökülürdü. 
Ətrafda görünməmiş bir hərəkətlilik hiss olunmaqda 
idi; elə bil hər şey – ağaclar, daşlar, qaya parçaları yerindən 
qoparaq çıxıb gedirdi. 
O artıq indiyəcən yaşadığı, ömrünü-gününü keçirdiyi 
dünyanı tanıya bilmirdi. Gözlərinə toxunan nə varsa 
dəyişərək bambaşqa bir görkəm almışdı.  


Vaqif  Sultanlı 
 
 
30
Qışqırıb fəryad etmək, kimisə köməyə çağırmaq 
istədi, ancaq öz səsini tanıya bilmədi, çünki səsi də 
çatlayaraq ikiyə bölünmüşdü. 
Başını qaldırıb göy üzünü süzdü. Səma zədələnərək 
çat-çat olmuş, əzəli görkəmini itirmişdi. 
Üstündə gəzdiyi torpaq ayaqlarının yaddaşından çıx-
dığı üçün eləcə mat-məəttəl dayanıb durmuşdu, hansı səmti 
tutacağını, hayana gedəcəyini bilmirdi. 
 
* * * 
 
Qoca taleyin bu cür dönüşünün heyrətləri içərisində 
evə dönərək dərhal yol hazırlığına başladı. Özü ilə çox şey 
götürmək istəmirdi, ona görə də heybəsinə yığmaq üçün 
zəruri əşyalarını seçənə qədər xeyli götür-qoy etdi. Sonra 
isə atını yəhərləyərək heybəni yəhərin üstünə aşırdı. 
Əvvəlcə gecəni yatıb dincələrək səhər üzü evdən çıx-
mağı düşünsə də, tezcə bu fikrindən vaz keçərək elə indicə, 
qaş qaralmamış yola düşməyi qərara aldı. Dərhal yola çıx-
masa, sonra hansı səbəbdənsə taleyinin başqa məcraya yö-
nələcəyindən qorxdu. Elə bil içərisində gizli, bilinməz bir 
qüvvə onu tələsdirir, bir an belə yubanmadan yola çıxmağa 
səsləyirdi. Və ona elə gəlirdi ki, azacıq belə yubanarsa ta-
leyin cazibəsində dolanan bu fürsəti həmişəlik itirmiş ola-
caq və bundan sonra bir daha niyyətini gerçəkləşdirməyə 
münasib imkan yaranmayacaq. 
Yəhərin üstünə qalxaraq bir anlığa ətrafını, doğulduğu 
bu illər ərzində ömür sürdüyü, acılı-şirinli xatirələrinin 
yuva saldığı evi, yastı çaylaq daşları döşənmiş balaca hə-
yəti, çəpərin kənarı boyu sıralanmış, yarpaqları qızılı rəngə 
çalan vələs ağaclarını gözdən keçirdi. Sanki gələcəklə 


Səhra savaşı 
 
31
deyil, dünya ilə vidalaşırmış kimi hər şeyi gözlərinə yığ-
maq, zehnində yaşatmaq istəyirdi və nəyi isə unuda bilə-
cəyindən qorxurdu.   
Zaman tərsinə fırlanırdı və o gözlərinə toxunan hər şe-
yin vərdiş etmədiyi ahənglə axıb getdiyini, dünyanın, həya-
tın, bağlı olduğu mühitin bambaşqa bir şəkil aldığını görür 
və bundan belə necə yaşayacağını, ömür yolunun hansı 
məcrada davam edəcəyini düşünərək narahatlıq keçirirdi. 
Qocaya elə gəlirdi ki, zamanın geriyə fırlanışı uzun 
illər boyunca yaddaşına hopmuş, onu narahat edən nə varsa 
silib aparacaq. Ruhunu sıxan bu ağır yükdən xilas olmaq 
istəyi, inadı ilə vaxtın axıb keçməsini gözləyirdi. 
Rəngi qüruba boyanmış dünya qüssə, kədər və dözül-
məzlik qoxuyurdu. O, gözlərinə toxunan hər şeyin yavaş-
yavaş əvvəlki təravətini itirərək indiyədək duymadığı, alış-
madığı bir rəngə boyandığını hiss edir, dünyanı tanıya bil-
mirdi. 
Çıxıb getməkdə olan günəşə yetişmək, ona qovuşmaq 
istəyirmiş kimi uzaq üfüqlərə sarı boylandı.  
Sonra atın başını buraxdı. 
 
* * * 
O özünü ələ ala bilmirdi, sərxoş-sərxoş yırğalanan tor-
paq ayaqlarının altından çəkilir, hər şey tərsinə fırlandığın-
dan başı gicəllənir, müvazinətini saxlamağı bacarmırdı. 
Tərsinə fırlanan günlərin, ayların, illərin necə sovuşub get-
diyini hiss eləmirdi. 
Zamanın axarı onu qocalıqdan qoparıb ömrünün erkən 
çağlarına apardıqca bir vaxtlar arzuların yedəyində keçib 
gəldiyi, istəyinə yetişmək üçün bəzən yaşayıb-bitirməyə 
tələsdiyi günlərin tanış mənzərəsi ruhunu titrədirdi. O, acı 


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə