Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə9/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

Vaqif  Sultanlı 
 
 
36
narahatlıq keçirməyəcəkdi. Ancaq dərvişin yolunun üstünə 
təsadüfən çıxana bənzəmədiyini, tanrının yazısı olduğunu 
düşündükcə içinə təskinlik yayılırdı. 
Özünə gələr-gəlməz atını dəhmərləyərək bu qəribə 
səhra dərvişindən ayrılıb yoluna davam etmək istədi. An-
caq bir az getmişdi ki, dərvişin bıçaq kimi kürəyinə 
sancılan baxışları onu çəkib saxladı. 
Atının başını çevirib geriyə dönəndə dərvişin asta 
addımlarla arxasınca gəldiyini gördü. Dərviş yaxınlaşıb 
əlindəki boğçanı ona uzadaraq: 
– Az qala unutmuşdum, al götür bunu, - dedi. 
Qoca boğçanı alaraq təəccüblə: 
– Bu nədi belə? – soruşdu və boğçanı açmaq istəyəndə 
dərviş irəli yeriyərək: 
– Açma, sirdi, - dedi. 
Qoca: 
– Neyləyəcəyəm mən bunu? – soruşdu. 
– Bayaq söylədiyim kimi, yolunun üstünə vaxt bazarı 
çıxacaq. Bazarda Sarı dərviş deyilən birisi var, yetişən kimi 
soraqlaşıb onu taparsan. Bu boğçanı Çilli dərvişin yolladı-
ğını söyləyərsən, o sənə lazım olan köməyi edəcək, - dedi. 
Dərviş azca nəfəsini dərərək: 
– Orda alış-veriş etməyə məcbursan, çünki mənzil 
başına varmaq üçün bir ömür yetməz, vaxt yükünü tutmalı-
san. Ancaq tələsmə, ölçülüb-biçilməmiş bir addım atma; 
nəbadə qəlp vaxt alasan, - deyə bir daha xəbərdarlıq etdi.  
– Mən hardan biləcəyəm satılan vaxtın qəlp olub-
olmadığını? 
– Sənə söylədim axı, Sarı dərvişi axtarıb taparsan. 
Sonrası ilə işin olmasın, o hər şeyi necə lazımsa yoluna 
qoyacaq. 


Səhra savaşı 
 
37
Qocanın baxışları Çilli dərvişin çöhrəsində üzürdü. 
Ancaq dərvişin baxışlarını tutmaq mümkün deyildi. Sanki 
onun baxışları vaxtın, zamanın sonsuzluğuna, nəhayətsiz-
liyinə dağılıb səmtini, ünvanını qeyb etmişdi. 
– Bazarda şirin dillərə inanma. Sənə nişan verdiyim o 
şəxsdən savayı heç kəsə etibar etmə, bir kimsəyə də sirr 
vermə... Duydunmu söylədiklərimi? 

 ... 
Dərviş sözlərinə davam etsə də, qoca artıq onu eşit-
mirdi. Xəyalı onu bir andaca çəkib uzaqlara aparmış, yad-
daşının xarabalıqlarında uçulub tökülmüş xatirələri ilə baş-
başa buraxmışdı. Qoca dərvişin sözlərinin məğzinə 
varmasa da, səsinin ritmini, ahəngini qulaqlarında hiss 
edirdi. Səs onu sıxır, darıxdırır, əzirdi. Birdəncə o içini 
doğrayan xəyallardan qoparaq özünə döndü və dərvişin 
sözlərini kəsərək:  

 Baba dərviş, kimsən sən? – deyə sordu. 
Dərviş bu tərs sualdan qocanın onu eşitmədiyini, 
bayaqdan bəri vaxt bazarı ilə bağlı söylədiklərinin hədərə 
getdiyini duysa da üzə vurmadı. 
Qoca sualını bir daha təkrarladı:  

 Kimsən sən? 
Dərvişin üzündəki təbəssüm bir andaca soldu və o 
soyuq, ötkəm səslə: 

  Mənim kimliyim sorulmaz, yoluna davam et, - dedi.  
Qoca ruhunu, düşüncəsini çeynəyən müəmma içəri-
sində dərvişdən ayrılaraq atının başını buraxdı. Ancaq bir 
az getməmiş eynən bayaqkı kimi hansı görünməz bir qüv-
vəsə onu dayanmağa, dönüb geriyə boylanmağa məcbur 
elədi. O, atın başını çəkib saxlayaraq arxaya çevrildi. 


Vaqif  Sultanlı 
 
 
38
Bir az öncə dərvişdən boğçanı alıb götürdüyü yerdə 
kimsə gözə dəymirdi. 
Dərviş qeyb olmuşdu. 
 
 
* * * 
 
Nə qədər yol getdiyini xatırlamırdı. Biri-birindən se-
çilməyən günlər ötüb keçir, qarşıda ucsuz-bucaqsız qum 
dənizindən savayı heç bir şey görünmürdü.  
Dan yeri söküləndən ta qürubacan baxışları yorulun-
caya qədər uzaq üfüqləri süzür, süzürdü. Ancaq fərqi yox 
idi, səhranın mənzərəsini dəyişdirən heç bir şey gözlərinə 
dəymirdi. Hər gün Çilli dərvişin nişan verdiyi vaxt bazarına 
yetişəcəyinə olan inamını bir az da itirir, bundan dolayı 
ruhuna sarmaşan ümidsizlik, güvənsizlik yorğunluğunu 
artırırdı. Bəzən ona elə gəlirdi ki, yolu səhv salıb, tamam 
başqa səmti tutub gedir və bu gedişlə heç vədə mənzil 
başına yetişə bilməyəcək. Belədə atın yüyənini çəkərək da-
yanır, dönüb geriyə boylanır, keçib gəldiyi yollara uzun-
uzadı nəzər salırdı. Sonra isə çarəsizcəsinə yoluna davam 
edirdi.  
Çilli dərvişə rast gələnə qədər də yolun uzunluğu, 
mənzil başına nə zaman yetişəcəyi ilə bağlı günbəgün ona 
narahatlıq gətirən düşüncələr, xəyallar zehnini sarmaqda, 
içini yeyib-dağıtmaqda idi. Ancaq o zaman yol bu qədər 
yorucu və darıxdırıcı deyildi. İndi hansı səbəbdənsə daha 
səbrsiz və hövsələsiz olmuşdu. 
Bir-birindən seçilməyən mənzərələr gözlərini, baxışla-
rını yağır eləmişdi. 


Səhra savaşı 
 
39
Qoca Çilli dərvişin ona verdiyi boğçanı heybəyə qoy-
muşdu. Bütün yol boyu boğça ona həyan olmuş, ən çətin 
anlarda belə ümidini, inamını qırılmağa qoymamışdı. 
Bəzən boğçanı heybədən çıxararaq köksünə sıxır, sanki 
onun ürək kimi döyünməsini duymaq istəyirdi. Ona elə gə-
lirdi ki, boğçanı salıb itirsə, yolu, səmti qeyb edəcək. Gecə-
lər yatıb dincəlmək üçün qumun üstünə uzananda boğçanı 
heybədən çıxararaq başının altına qoyurdu. Elə bil bu ins-
cins gözə dəyməyən səhrada onu kiminsə oğurlaya biləcə-
yindən ehtiyatlanırdı. Çilli dərvişin xəbərdarlığından sonra 
boğçanı açmağa ürək etmədiyindən içərisində nə olduğunu 
bilmirdi. 
Nəhayət, bir gün günortaüstü qarışıq hay-küy səslərin-
dən bazarın yaxında olduğunu anlayınca rahat nəfəs aldı. 
Yaxınlaşdıqca hay-küy bir qədər də artmağa başladı. O, 
köhnə dəyirmana bənzər bir tikilinin önündə yığışmış izdi-
hama yaxınlaşdı. Atını izdihama sarı sürərək daş üstündə 
oturmuş çopur sifətli bir kişidən nə baş verdiyini, adamların 
buraya toplaşmalarının səbəbini soruşdu. Çopur sifətli kişi 
insan yığnağının dəyirmanda vaxt üyütməyə gəldiyini söy-
lədi. 
Sonra qoca Sarı dərvişi soruşdu. Dərvişin adını çəkər-
çəkməz çopur sifətli kişi oturduğu daşın üstündən qalxıb 
ona yaxınlaşdı və qocanı çəkingən bir əda ilə başdan-ayağa 
süzdü. Sanki bu baxışla «sən hara, Sarı dərviş hara?» de-
mək istəyirdi. O başa düşdü ki, Sarı dərviş kimdisə, vaxt 
bazarında böyük ixtiyar sahibidi. 
Qoca vaxt itirmədən nişan verilən səmti tutub 
getməyə başladı. Sarı dərvişin evi bazarın günbatan 
səmtində idi. Ora gedən yol bazarın içərisindən, alış-verişin 
gur yerindən keçirdi. Yol boyu gördüyü mənzərələr ona qə-


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə