1
ŞӘMİL SADİQ
Ədəbİyyatla bütövləşmİş
şəxsİyyətlər
2
Redaktor: f.e.d., prof.
Tahirə Məmməd
Naşir:
Müşfiq XAN
Korrektor:
Vüsalə Məmmədova
Asifə Əfəndi
Mətn tərtibatı:
Rövşən Yerfi
Dizayn və qrafika:
Teymur Fərzi
Texniki redaktor:
Bəxtiyar Ələkbərov
Şəmil Sadiq. Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər
“XAN” nəşriyyatı. Bakı-2015. 184 səh.
Kitabda f.ü.f.d.,dos. Şəmil Sadiqin müxtəlif illər-
də mətbuatda çap edilən elmi və elmi-publisistik
məqalələri toplanmışdır.
ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 3 6 – 1
© Şəmil Sadiq / 2015
© “XAN” nəşriyyatı / 2015
3
I FƏSİL
Şəxsiyyətlə bütövləşmiş yaradıcılıq
4
5
Hüseyn Cavid – 132
Cavidi tanıya bilmək üçün sadəcə əbədi adın köl-
gəsində kölgələndik... Elə tanıtmaq üçün də bu kölgə-
nin böyüklüyündən danışdıq. Amma sadəcə özümü-
zə... Heç yovşan ətirli əngin çöllərə Cavid deyə hayqı-
ra bilmədik.
Bu böyük kölgəni yaradan isə Cavid dühası idi.
Həmin düha bir günəş idi ki, Cavid adının üstünə işıq
saçaraq bu kölgəni yaratdı.
İnsandan danışdı, insandan yazdı... İnsan yetişdir-
di... İnsan yetişdirmək üçün ideyalar aləmi yaratdı...
İnsanı dərk etdi... İnsandan bəhrələndi... İnsan xis-
lətini gördü, onu anladı...
İnsanın uydurduğu həqiqətlər sistemindən şübhə-
ləndi... Həqiqətin kağızlarda, əşyalarda yox, düşüncə-
lərdə olduğuna inandı...
İnsanın özü yaradıb əsirinə çevrildiyi İblisin kim
olduğunun tərifini verdi... “İblis” əsəri ilə insanlara
insanı tanıması üçün güzgü verdi.
İnsanı sevdi, insan oldu… Amma insanın qara
niyyətlərinin qurbanına çevrildi...
Elə bir ana obrazı yaratdı ki, xeyir aynası, insanlıq
aynası, mərhəmət dünyası...
Şeyx Sənan haqqı arayıb bulmuş, həqiqətin sadəcə
sevgidə olduğuna inanmış, inandığını yaşamış, yaşa-
dıqca haqqa doğru gedən yolda göylərlə vəhdətdə ol-
muşdur. Bütün dinlər onun ideyalarından qat-qat
aşağıda qaldı.
6
Məktəbli bir qız yaratmaqla sadəliyi, gözəlliyi, in-
sanları sevdiyini ən pak bir varlığın dili ilə səsləndir-
di.
Öksüz Ənvər Azərbaycan pedaqogikasına böyük
töhfə verdi, müəllimliyin nə olduğunu anlatdı.
Maral mollaların əsrlərlə qurduğu sindromu sın-
dırdı, Qadına-Ürəyə azadlıq istədi. Amma Cəlilin, Sa-
birin, Cəfərin qadın azadlığından fərqli, romantik üs-
yan yaratmaqla… Amma bu azadlığa dəvət edənlərin
zatı qırıq olması azadlığın məzar olması deməkdir de-
di...
Ərəb İbn Yəmini yaratdı... Şərin özünü...
Türk Elxanı yaratdı – Tanrının ədalət yaradan qı-
lıncını...
Afəti yaratdı... Anjeli yaratdı... Südabəni yaratdı...
“Hep qadın cürmi-ehtirasatı!” – dedi və gözəlliklə
şeytanın vəhdəti...
Göyərçin yaratdı paklıq və saflıq rəmzi... Xumar
yaratdı, dinlərin daşıya bilməyəcəyi eşq yaşatdı ru-
hunda... İsmət yaratdı namusu ilahi kimi toxunul-
maz... Sevda yaratdı, sevgisi hökmdarlara diz çökdü-
rən. Sürüklənən bəşəriyyətin qadınla yüksələcəyinə
inandı.
Səyavuş yaratdı, İranla Turanın ayrılmaz, danıl-
maz həqiqəti, odla günahların yuyulmasını göstərdi.
Çin sərhəddinə qədər türk ellərinin yaşadığını və
hökmünü bağırdı, bu hökmün və Tanrı qılıncının bir
qadın gücü ilə necə yox olmasını hayqırdı.
Turan ellərinin ərlik rəmzi olan Teymuru yaratdı,
təkəbbürün və nəfsin qardaşa necə zərbə vurduğunu
göstərdi... Bu dünyanın zərrə qədər dəyəri olmadığını
7
dedi, amma “Cahan bir nazənin dilbər” də söylədi.
Bu nazənin dilbərin isə bir igidə layiq olduğuna inan-
dı da…
Ana yaratdı... Aşiq yaratdı... Məşuq yaratdı... Xə-
yanətkar ər yaratdı... Qatil yaratdı... İnqilabçı yarat-
dı... İnqilabın əzdiklərini yaratdı... Ər-Ərən yaratdı...
Hökmdar yaratdı... Mələk yaratdı... İblis yaratdı...
Peyğəmbər yaratdı – Bəşər yaratdı, Bəşəriyyət yarat-
dı...
8
Həyat və yaradıcılığın bütövləşməsi
Təkcə dövrünün yox, məhəlləsinin yox, regionu-
nun yox, bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə
araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu
cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən
ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi,
Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəm-
məd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli,
Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair
və yazıçılarımızı misal çəkə bilərik.
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o za-
man maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz
orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsər-
lər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda par-
lar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı
ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa və
ümumilikdə bəşəriyyətə xidmət edərsə, o zaman bü-
tün maneələri asanlıqla dəf edər və zirvədə görünər.
Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tol-
stoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahi-
lərin yaradıcılığını misal çəkmək olar.
Hüseyn Cavid (1882-1941) XX əsrin əvvəllərindəki
Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından
biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan
istifadə edən sənətkar Azərbaycan romantizminin ba-
nilərindəndir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəm-
bər”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi
pyesləri dünya ədəbiyyatının incilərindəndir.
Dostları ilə paylaş: |