Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

58
 
 
olan hadisə və  məzmunun genişliyini və  gərginliyini 
üçüncü, dördüncü və beşinci pərdələrdə görmürük. 
Son üç pərdə hələ üzərində işlənəcək bir yazını xatır-
ladır. Cavidin bütün əsərlərində özünəməxsus bir dil 
vardır. Bu dil onun məişətdəki dilindən fərqlidir. 
Onun nəsrlə yazılmış son dram əsərləri “Topal Tey-
mur” və  “İblisin intiqamı”dır. “Topal Teymur”dakı 
dil Cavidin “Maral”, “Şeyda”və “Afət”kimi  əsərləri 
ilə çox yaxın olduğu halda, “İblisin intiqamı”ndakı dil 
onun məktublarının üslubuna və leksikasına yaxın-
dır. Deməli, Müşkinaz xanımın köçürdüyü və bizə 
gəlib çatan bu nüsxə  əsərin son bitkin variantı deyil. 
Görünür, Cavid onun dili üzərində işləməyə vaxt tap-
mamış və ya əsərin əsas variantı itib-batmışdır. Fikir-
lərimizi pyesdəki üç şeir parçası da təsdiq edir: birinci 
pərdədə qaraçıların, ikinci pərdədə Xalidin oxuduğu 
parçalar bədii cəhətdən çox güclü olduğu halda, dör-
düncü pərdədə İblisin oxuduğu şeir Cavid şeiriyyəti-
nin tələblərinə cavab vermir.  Müqayisə üçün onların 
hərəsindən bir bəndə diqqət yetirək. Birinci pərdədə 
qaraçıların:       
 
İnsan ömrü dalğa kimi keçər, gedər.            
Hər gələn bir sevgi yolu seçər, gedər.     
Dərdi burax, zövqünə bax, unutma ki,        
Hər kəs əcəl badəsini içər, gedər. 
 
–  şərqisi heca vəzninin 12-lik ölçüsündə dörd hecalı 
bölgülərin üç dəfə  təkrarı ilə yazılmışdır. Nə forma, 
nə məzmun, nə də qafiyə sistemində hər hansı bir xə-
tası olan bu şeir sənətkarlıq nümunəsidir. 


59
 
 
 
İkinci pərdədə Xalidin nəğməsi:       
Səni ürkütdümü halım, çiçəyim!        
Öylə yan baxma, aman sevdicəyim!           
O baxışlar, o duruşlar, o əda               
Qoparır fırtınalar ruhumda.              
 
Şeir əruz vəzninin üçbölümlü incə naqis rəməl nö-
vündə-fə'ilAtün fə'ilAtün fə'ilün ölçüsündə yazılmış-
dır. Bədiilik, vəzn, qafiyə  və  mənasına irad tutmaq 
mümkün deyil. İndi isə dördüncü pərdədəki  şeirin 
bir parçasına diqqət edək: 
 
Alqış sevda gecələrini oxşayan qaranlıqlara! 
Alqış qaranlıqlar içində süzülən işıqlara!              
Alqış ipəklər içində qıvrılan qanadsız quşlara!    
Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!  
 
Nə  əruz, nə  də heca vəzninə uyğun gələn ritorik 
sətirlər 16, 19, 17, 18 hecadan ibarətdir. Cavidin yara-
dıcılığında belə bir şeyə rast gəlməmişik. Müasirləri 
içərisində  vəzn baxımından  ən yüksək pillədə duran 
bir şair belə bir yazını şeir formasında tamamlanmış, 
bitkin bir əsərə sala bilməzdi. Deməli, əsərin sonuncu 
üç pərdəsinə və bu şeirə Cavidin yenidən, təkrarən əl 
gəzdirməsi fikri olmuşdur. O, şübhəsiz ki, “İblis”dəki  


60
 
 
monoloqlara bənzər tərzdə bu əsərdə  də  nəsə yarat-
malı idi. Əlimizdəki varianta əsasən əsərin natamam-
lığı barədə şübhələrimizi Cavidin, bəlkə də, hansı ar-
xivdəsə yatan, sonralar əlimizə keçəcək bitkin variantı 
doğruldub aradan götürə biləcəyinə ümidimiz çox-
dur. 
 
“Elm” qəzeti. 31 oktyabr, 2006-cı il. № 31-32 
 
 
 
 
 
 
 
 
 
 
 


61
 
 
 
 
 
 
 
 
 
 
 
 
II FƏSİL 
Ədəbiyyatşünaslıq və ədəbi köşə 


62
 
 
 
 


63
 
 
Ədəbiyyat Ədəbiyyatdırmı? 
 
“Ədəbiyyat  ədəbiyyatdırmı?” sualını  eşitdiyi za-
man bir anlıq bütün bəşəriyyətin tarixini, mədəniyyə-
tini, fəlsəfəsini gözünün qabağına gətirməyə çalışır 
insan. Çünki bu gün bizim sadəcə  bədii  əsər deyib 
oxuduğumuz nümunələrin sayəsində əsərin əhatə et-
diyi çağın bütün mühitini görmüş və yaşamış oluruq. 
Yazılı  ədəbiyyat daima bir ideologiyanın aparıcı ma-
şını olub. Bu ideologiya maşınları mütərəqqi də ola 
bilər, mürtəce də. Çünki insan həqiqətləri və ya həqi-
qət kimi qəbul etmək istədiklərini yüksək səviyyəli 
təqdimatla qəbul etmək və həzm etmək istəyir. Zövq-
lə hazırlanıb təklif edilən istənilən qida şüur altında 
“həzm edə bilmərəm” fikrindən tamamilə uzaq olur. 
Həzm zamanı  nə  qədər  əziyyət çəkilsə  də, təqdimat-
dan aldığın xoş duyğular insanı o qədər rahatladır ki, 
reallıqdan uzaq olursan. Ədəbiyyat da adətən siyasi, 
iqtisadi, dini ideologiyaların sözün zərif və yumşaq 
naxışları ilə bəzədilib təqdim edilməsi ilə məşğul olur 
bəzən. Lakin bütün bunlarla yanaşı  “ədəbiyyat  ədə-
biyyatdırmı?” sualına cavab vermək istəsək,  ədəbiy-
yat həyatdır deyə bilərik. 
Tarixi mənasından uzaqlaşaraq artıq sadəcə  ədəb 
qaydaları yox, insanı təqdim edir ədəbiyyat. Bu insan 
Nəsiminin lirik qəhrəmanı, Cavidin Şeyx Sənanı kimi 
müdrik də olur, Füzulinin Məcnunu kimi ilahi eşq fə-
daisi, Nizaminin Şirini kimi səmimi, Cəlilin Şeyx Nəs-
rullahı kimi fırıldaqçı da, Cavidin İbn Yəmini kimi 
məkrli və  şər ideyaların carçısı da. Klassik ədəbiyyat 
insanın nəfsini də, arzularını da istər müsbət, istərsə 


64
 
 
də mənfi olsun pərdə altında, ən yaxşı halda tül pərdə 
altında təqdim etməyə cəhd edirdisə, günümüzdə ya-
ranan yeni ədəbi cərəyanlar ədəbiyyata bir sənət kimi 
baxaraq daha çılpaq formada təqdimatı alqışlayır. La-
kin çılpaqlığın özünün belə  cəmiyyətdə yaratdığı as-
sosiasiya o qədər də xoş deyil, tükürpədicidir, itələ-
yicidir. Bu baxımdan  ədəbiyyatın həyat həqiqətlərini 
ifadəsindəki məcaziliyinə daima ehtiyac duyulur, re-
allıqla xülyaların sintezinin vəhdətdə olması arzula-
nır. 
İnsan duyğularının carçısı anlamını da daşıyan 
ədəbiyyat bəzən bu duyğuların düşməni rolunda da 
çıxış edir. İnsan duyğularına  ən güclü təsir mexaniz-
minin sadəcə söz olduğunu nəzərə alsaq, ədəbiyyatın 
ideologiyaların ən böyük silahı olduğunu görərik. Tə-
sadüfi deyil ki, bütün peyğəmbərlərin  şair olması, 
Tanrı sözünün şeirlə, avazla insana çatdırılmasını ta-
rixdə görmüş oluruq. Şeir bir zamanlar bu gün dili-
mizdə  işlənən  ədəbiyyat ifadəsinin sinonimidir. Bü-
tün peyğəmbərlərin, təriqət başçılarının kütlələrə xita-
bı  şeirlə, rəvayət və  əfasənələrlə olmuşdur ki, bu da 
ədəbiyyatın gücündən xəbər verir. 
Bu gün ədəbiyyat ifadəsi səsləndikdə müəyyən 
formalarda, çərçivələrdə yazılan şablon əsərlər nəzər-
də tutula bilməz.  Ədəbiyyat dedikdə  sərhədsiz arzu-
lar, sərbəst düşüncə  məhsulu, zövq oxşayan mətnlər 
olmalıdır.  Ədəbiyyat həyat həqiqətlərinin carçısı ol-
duğu üçün onun ədəbiyyat olmasını şərtləndirən əsas 
amil ədəbiyyatın mədəniyyət, tarix, sənət,  fəlsəfə, əx-
laq qaydaları olmasıdır. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə