Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   2   3   4   5   6   7   8   9   ...   39

9
 
 
Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini 
təsvir edən H.Cavidin əsas qayəsi, ideyası humanizm, 
insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif 
mövzularda məhəbbət və  fəlsəfi məzmunlu  əsərlər 
yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələ-
rinə sevdirməyi bacarmaqdır. 
                                       
*** 
 
Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun sə-
madan yerə enişi və batışı olmadı. O, sönməz bir fikir 
işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin 
fəlsəfi fikirləri və  bəşəriliyi ilə Nizami Gəncəvidən 
sonra Türk, o cümlədən Azərbaycan  ədəbiyyatında 
parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min 
illər insanlığın qəlbində, düşüncəsində, yaşayışında 
daşlaşmış ehkamları, bəzən incə, bəzən isə sərt şəkil-
də qaşıdı, dağıtdı.  
Cavidin yaradıcılığı romantik ideyalar üstündə 
qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və 
tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik 
ki, Cavid yaradıcılığında reallıq romantik şəkildə elə 
düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt re-
alizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qay-
ğılarından bəhs edən “Ana”, “Uçurum”, istər yerlə 
göyün vəhdətini ifadə edən “Şeyx Sənan”, istər insan, 
mələk, Tanrı kimi fəlsəfi məsələlərini özündə  əks et-
dirən “İblis”, “Peyğəmbər”, “İblisin intiqamı”, istərsə 
də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu 
“Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi əsərlə-
rində oxuduğumuz və rastlaşdığımız həqiqətlərdən 


10
 
 
utanmır,  əksinə, dərs alır və  bəzən də qürurlanırıq. 
Bu, Cavid həqiqətidir, bu, Cavid fəlsəfəsidir, bu, Ca-
vid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və 
qürurla qucaqlaşmış, bütövləşmiş halı... 
Cavid yaradıcılığı  və  şəxsiyyəti ilə bir bütöv, bir 
tamdır. Onun yaradıcılığının qayəsinin ana xəttini 
təşkil edən insanlıq, mərdlik, alilik, bəşərilik, huma-
nistlik, dəyişməz əqidə, möhkəm xarakter eynilə şəx-
siyyətində  də özünü göstərir. Yazdıqları ilə yaşam 
tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Ca-
vid məhz bu cür bütöv şəxsiyyətə malik sənətkarlar-
dandır.  
Cavid Birinci Dünya Müharibəsini, Oktyabr inqi-
labını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxıl-
masını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər 
repressiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu 
cür qarışıq və xaotik ictimai şəraitlərin  şahidi olub, 
yaşayıb, amma bu hadisələrdən 100 ilə yaxın bir za-
man keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv 
və  şərəfli qiymət almaq yalnız dahilərə  məxsusdur. 
Çünki Cavid tarixə birmənalı  şəxsiyyət kimi düşdü. 
Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailə-
sində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımla-
ra, nə də böyük partlayışlara gözü qamaşmamış, özü-
nün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə ya-
şayan bir dühadır. 
Cavid  şəxsiyyətinin yaşam tərzini obrazları ilə 
müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru 
gedən, inandığı  və bulduğu həqiqətdən bir anda ol-
sun yayınmayan, Arif kimi İblislə,  şərlə mübarizəyə 
qalxan, “Peyğəmbər” kimi tökülən qanların qarşısını 


11
 
 
almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub 
dünyanı  ədalətsizlikdən xilas etmək arzusunda olan, 
Səyavuş və Azər kimi odla suyun qovuşduğu torpaq-
dan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsi-
nə, ləkələnməsinə baxmayaraq öz paklığı və idrakı ilə 
mübarizə aparan olduğunu görmüş olarıq. Cavid, 
sanki, yaradıcılığında  da öz taleyini yazmışdır.  
Bu qədər böyük bir şəxsiyyətin nə  qədər sadə  və 
səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Müş-
kinaz xanım və  qızı Turan xanımın xatirələrinə göz 
gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən 
və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan 
şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin 
yanında olanların bir gündən sonra yoxa çıxmasını, 
ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına 
qədər  əzablı bir yol keçməsini, Cavidli və Cavidsiz 
günlərini yaşayan Cavidlər ailəsinin keşməkeşli həyat 
tərzini oxuculara bir daha çatdırmaq üçün Müşkinaz 
xanımın 1973-cü ildə  qələmə aldığı “Cavid haqqında 
xatirimdə qalanlar” və Cavid sevdalı, Turan aşiqi 
Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xa-
nımla 9 yаnvаr 2004-cü ildə etdiyi xatirə söhbətini ye-
nidən nəşr etdirməyi düşündük.  
Cavid haqqında xatirələr, nəinki gəncliyimiz, hər 
kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İs-
tər Müşkinaz xanımın, istərsə də, Turan xanımın xati-
rələrini oxuduqda bu ailənin böyüklüyünü bir daha 
görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar gör-
mələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri 
heç bir ad çəkmir, konkret olaraq kimlərisə günahlan-
dırmırlar. 


12
 
 
Hədəf Nəşrlərinin “Xatirə  ədəbiyyatı” silsiləsinin 
VIII kitabı olaraq çap ediləcək bu xatirələrin kitabse-
vərlərin, cavidsevərlərin ürəyincə olacağına da əmi-
nik. 


13
 
 
 
Filologiya üzrə fəlsəfə doktoru alimlik 
dərəcəsi almaq üçün Müdafiə Şurasındakı çıxış 
 
25 may 2007-ci il 
 
Hörmətli sədr! Hörmətli müdafiə şurasının üzvlə-
ri!  Hörmətli xanımlar və cənablar, əvvəla, sizin hamı-
nızı salamlayıram.  
Bizim milli şüurumuza özümüzü dərk etmək ba-
xımından təsir edəcək fikirlərin yönləndirilməsinin, 
bu mövqedən yazılan əsərlərin gizlədilməsinin, tarix-
lərin təhrif edilməsinin zamanı keçmişdir. Bu gün 
faktlara obyektiv yanaşma, ideoloji yönləndirməni üs-
tələməkdədir. Məhz belə bir şəraitdə Cavid kimi sə-
nətkarların yaradıcılığının tədqiqi bir daha aktuallaş-
maqdadır.  
Müasir  ədəbiyyatşünaslığımızın bir çox problem-
lərinin həlli baxımından Cavid yaradıcılığına müxtəlif 
istiqamətlərdən müraciət etmək olar ki, bunların biri 
də Cavidin qəhrəman konsepsiyasıdır. 
Şairin romantik qəhrəmanları  bəşəriyyətin  əbədi 
problemlərinə dövrün problemləri işığında cavab ax-
tarır. Elə buna görə də Cavidin qəhrəmanları sahib ol-
duqları xarakterik keyfiyyətlərə görə Sovet ədəbiyyat-
şünaslığında çox vaxt mübahisə mənbəyinə çevrilmiş 
və  ədib bir çox qəhrəmanlarına (Afət, Elxan, Topal 
Teymur, Peyğəmbər və s.) görə nüfuzlu ədəbiyyatşü-
naslar tərəfindən belə, yanlış mövqedən təhlil oluna-
raq qınağa məruz qalmışdır. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə