Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   2   3   4   5   6   7   8   9   ...   39

14
 
 
Qəhrəman konsepsiyasını araşdırdığımız H.Cavi-
din yaradıcılığında türkçülüyə böyük bir konsepsiya 
kimi baxılmışdır. Təsadüfi deyil ki, ideoloji ateizmin 
təsirində olan bir çox tənqidçilər və ədəbiyyatşünaslar 
Cavidi ateist adlandırsalar da, digər bir qisim tənqid-
çilər və  ədəbiyyatşünaslar birmənalı olaraq Cavidi 
panislamizmdə, pantürkistlikdə günahlandırmışlar. 
Qətiyyətlə deyə bilərik ki, qəhrəman konsepsiyasının 
əsasında ittihadçılıq, tərəqqi, bəşəri problemlər daya-
nan şair daima şovinist ideyalardan uzaq, sadəcə mil-
lətinə böyük sevgi bəsləyən, güclü milli duyğulara sa-
hib olan bir şəxs idi. 
Göstərdiyimiz cəhətlər və müəllifin ideya-sənət-
karlıq xüsusiyyətlərinin üzə çıxarılmasında qəhrəma-
nın müstəsna rolu mövzumuzun müasir ədəbi-nəzəri 
fikir üçün nə qədər aktual olduğunu göstərir.  
“Hüseyn Cavid yaradıcılığında qəhrəman konsep-
siyası” mövzusunda müzakirənizə  təqdim olunan 
dissertasiya giriş, 4 fəsil, nəticə  və  ədəbiyyat siyahı-
sından ibarətdir. Onu da nəzərinizə çatdırıram ki, bu 
iş Nizami adına  Ədəbiyyat  İnstitutunun  Ədəbiyyat 
nəzəriyyəsi şöbəsində yerinə yetirilmişdir. 
Dissertasiya işinin girişində mövzunun elmi aktu-
allığından, məqsəd və  vəzifələrindən, elmi yeniliyin-
dən, təhlil metodlarından və s. bəhs edilmişdir. 
İşin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyya-
tında romantizm cərəyanı  və romantik qəhrəman” 
adlanan birinci fəslində Azərbaycan romantizminin 
inkişaf tarixindən, problemlərindən, özünəməxsus-
luqlarından, həmin dövrün ictimai-siyasi şəraitindən, 
romantiklərin yaratdığı  bədii qəhrəman tiplərindən 


15
 
 
və onlarda ifadə olunan ideallarından, ideyalarından 
söz açılaraq qəhrəmanların təsnifatı prinsipləri müəy-
yənləşdirilmişdir. Bunun davamı olaraq növbəti ya-
rımbaşlıqda Cavid qəhrəmanlarının təsnifatı verilmiş-
dir. 
XX  əsr Azərbaycan romantizminin qəhrəman tip-
lərini  müxtəlif cür təsnif etmək olar: müxtəlif millət-
ləri, təbəqələri, zamanları  və  məkanları  təmsil edən, 
mücərrədliyi, mövhumiliyi və gerçəkliyi ilə fərqlənən 
qəhrəmanlar. Lakin biz dissertasiyamızda XX əsr 
Azərbaycan romantizminin banilərindən olan H.Ca-
vidin romantik qəhrəman tiplərini aşağıdakı kimi təs-
nif etməyi qərara aldıq: romantik qəhrəman ailə-məi-
şət kontekstində (Səlma, Afət, Cəlal, Maral); romantik 
qəhrəman inqilab və müharibə kontekstində; (Knyaz, 
Azər, Topal Teymur, Şeyda, Arif, İblis, Səyavuş); ro-
mantik qəhrəman dini-fəlsəfi kontekstdə (Şeyx Sənan, 
Peyğəmbər, Xəyyam). Dissertasiyanın növbəti fəsilləri 
bu təsnifat əsasında müəyyənləşdirilir. 
Dissertasiya işinin ikinci fəsli “H.Cavidin roman-
tik qəhrəmanı ailə-məişət kontekstində” adlanır. 
“Şərq müdrikliyi və ana” adlanan birinci bölmədə 
Anaya dərin ehtiram və məhəbbətlə yanaşan H.Cavid 
dramaturgiyasının ilk romantik qəhrəmanı, “Ana” 
pyesindəki Səlma anadan və “Qadın”, “Öksüz Ən-
vər”, “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sevgisi”, 
“Şərq qadını” kimi şeirlərində, “Azər” dastanındakı 
“Azad  əsirlər”, “Vəhşi qadın”, “Səlmanın səsi” kimi 
parçalarda anaya olan dərin hörmətdən söhbət açıl-
mışdır. 


16
 
 
Cavid “Ana” pyesində ananı  Şərq müdrikliyinin 
təmsilçisi kimi göstərməklə, Şərq, eyni zamanda türk  
mentalitetində qadının tutduğu uca yeri göstərir. 
Şərq müdrikliyinin əsasında Tanrı sifətlərini mə-
nimsəyərək kamilləşmək, ilahi iradəyə uyğunlaşmaq 
başlıca yer tutduğu kimi, ananın da xarakter və dav-
ranışında bu cəhət əsasdır. O, çox çətin bir məqamla –
oğlunun qatilini bağışlamaq və ona sığınacaq ver-
məklə sınağa çəkilsə də, ilahi iradədən uzaq düşmür. 
İkinci fəslin ikinci bölməsi “Qadın azadlığı proble-
mi və qadın qəhrəmanlar” adlanır. Bu bölmədə H.Ca-
vidin ailə-məişət mövzusunda yaratdığı “Maral”, 
“Uçurum” və “Afət”  əsərləri tədqiqata cəlb edilmiş-
dir. 
Şairin ailə  və  məişət mövzusunda yazılan “Ma-
ral”, “Uçurum” və “Afət” faciələri öz məzmunları və 
daşıdıqları ideya yükü ilə bir-biriləri ilə üzvi surətdə 
bağlı olan bir silsilə təsiri bağışlayır, elə buna görə də 
bu əsərlər ardıcıl tədqiqata cəlb edilmiş, hər bir obra-
za diqqət yetirilmişdir. Bədii qəhrəman  ənənəsində 
onlardan başlanan yeniliklər və  
 
 Qadın! Ey sevgili, şəfqətli mələk! 
 Bu 
qədər səbrü-təhəmmül nə demək? 
 O 
lətafət, o nəcabətlə sana 
 Bu 
əsarət, bu həqarət nə rəva!? 
 
Sən nəsin?.. Kəndini bil, zəfi bıraq! 
 
Həp nəsibinmi sənin sillə-dayaq?! 
 


17
 
 
   – deyən Cavid romantizmində qadın azadlığı prob-
leminin necə böyük önəm daşıdığı müəyyənləşdiril-
mişdir. 
Elmi işimin üçüncü fəsli “H.Cavidin romantik 
qəhrəmanları inqilab və müharibə kontekstində” ad-
lanır. “İnqilabın qəhrəmanların taleyi ilə açılan fəlsəfi 
mahiyyəti” adlı birinci bölmədə H.Cavidin inqilaba 
münasibəti araşdırılmışdır. 
Sovet dövründə H.Cavid yaradıcılığına, xüsusilə 
də inqilabi mövzuda yazdığı əsərlərinə obyektiv ger-
çəklikdən kənar münasibət bəslənilmişdir. Bu qəbil-
dən olan tənqidçiləri iki qrupa bölmək olar; birincisi, 
vəzifə  hərisləri, “ölüm qədər zəhərli” həyatda yaşa-
mağı üstün tutanlar, Cavidi proletar inqilabının ma-
hiyyətini anlamamaqda günahlandıranlar, ikincisi isə 
H.Cavidi sevənlər, qorumaq üçün, yaşatmaq üçün sü-
ni  şəkildə Cavid yaradıcılığında Sovet ideologiyasını 
təbliğ edən, onu alqışlayan ünsürlər taparaq Cavidin 
də bu dövrün adamı olduğunu demək istəyənlər. Bu 
fəsildə Cavidin inqilab və müharibə kontekstində təq-
dim etdiyi qəhrəmanlar  ədəbiyyatşünaslıqda rastlaş-
dığımız yanlış təhlillərlə polemikada tədqiq olunur. 
XX əsrin əvvəllərindəki istər dünyadakı, istər Ru-
siyadakı, istərsə də Azərbaycandakı inqilabi proseslə-
ri diqqətlə izləyən Cavid inqilab mövzusuna da biga-
nə qalmamış, dahiyanə fikirlərini “Şeyda”, “Knyaz” 
pyesləri və “Azər” poeması ilə ortalığa qoymuşdur. 
Yüksək siyasi təfəkkürə malik Cavid yaratdığı heç bir 
əsərdə  tələskənliyə yol verməmiş, xeyli düşünüb-da-
şındıqdan sonra ortalığa çıxarmışdır. Apardığımız 
tədqiqat göstərir ki, sovet tənqidçilərinin söylədikləri 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə