Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   31   32   33   34   35   36   37   38   39

171
 
 
luğundan, dərdlərini eşitmək, dinləmək gücündə ol-
mayan bəşəriyyətə üsyanı idi. Hər bir insan dərdini 
bölüşə biləcək birini axtarır həmişə. Cəmiyyət üçün 
təhlükəyə çevrilmiş Zahid, Əhməd üçün ən yaxşı 
həmdəm idi. Onun şeirlərini oxuyar, münasibətini 
bildirərdi həmişə. Sanki müstəntiqi ələ salaraq deyir: 

 Adam var ki, it balasıdır, amma ona küçük demir-
lər. Adam var öz qələtini eləyir, adam da var başqa-
sının. 
Digər bir məqamda isə Müstəntiqin: – Ailəsi, 
qohumu-əqrəbası harda qalır? – sualına belə cavab 
verir: –
 Onun heç kimi yoxdur. Tənhadır mənim kimi. 
Tənhalıq qəliz məsələdi. Qəliz qərarları isə həmişə sa-
də insanlar verir, yoldaş müstəntiq.
 
Bu fikirlərlə müdrik kimi təqdim edilən şair sanki 
müstəntiqə qatilin elə  də professional olmamasından 
xəbər verir. Sadəliyin özünün belə  qəliz olduğunu 
vurğulayır. Müəllif bütün Şərq ədəbiyyatında işlənən 
“şair” priyomunu detektiv janrında mükəmməl for-
mada təqdim edir. Bütün şairlərin daima daxilində 
tənhalıq hissi keçirməsinə  eyham  vurur.  Bu  tənhalıq 
Hüseyn Cavidin Xəyyamının, Cəlilin  İsgəndərinin 
tənhalığı idi. Əhmədlə Zahidin bir dialoqu bu baxım-
dan çox maraqlıdır: 
“– Kədəri neynirsən şair? Varsa, bir qurtum sevinc 
süz, ciyərim yanır.
 
Cavab  Əhmədin xoşuna gəldi. Qolunu dostunun 
boynuna aşırdı:
 
– Hamı eyni gündə  kədərlənib, eyni gündə sevin-
səydi insanlar bir-birini daha yaxşı anlayardılar, şair. 
Elə deyilmi?
 


172
 
 
– Özünə həsrət qalan insanlar var şair. Sən də gör 
nəyi qoyub, nədən danışırsan”.
 
Bu ifadələrdən də görünür ki, qatil intellektual sə-
viyyəsi yüksək olan bir obrazdır. Təsadüfi deyil ki, o 
özünü sevgililərinə şair kimi tanıdırdı. 
Əsərin  ən vacib məqamlarından biri qatilin qur-
banlarının sosial mənşəyidir. Düzdür, qatil üçün Gü-
nay adlı  qızların sosial mənşəyi önəmli deyil. Lakin 
görünür müəllif üçün bu çox önəmlidir. Həm də çox. 
Çünki qatilin girovuna düşən qızları müəllif bu cür 
təqdim edir: 
1. Günay Əhmədova – satanistlərə qoşulduğu ehti-
mal olunur. 
2. Günay İbrahimova – “İBDA-C” adlanan təşkila-
tın üzvü, PKK ilə bağlılığı var. 
3. Günay Əliyeva – orta məktəbin on birinci sinif 
şagirdi. 
Gördüyümüz kimi, müəllif bəlaya düçar olan qız-
ların hər üçünün də məişətdəki problemli həyat tərz-
lərini qabartmağa çalışmışdır.  Əgər onların düzgün 
həyat tərzi olsa idi, deməli, onları daha sağlam həyat 
qarşılaya bilərdi. Bu gün bütün sosioloqların gəldiyi 
qənaət budur ki, ailə sağlam olarsa, övladlar da sağ-
lam ruhda, sağlam mühitdə böyüyə bilər. Halbuki, 
Günayların hər üçünün də problemi darmadağın ol-
muş ailədən gəlir. 
Düzdür, Günay Əhmədova saf sevginin qurbanı 
olmuşdur. Lakin onun onu dinləyən və dərdinə şərik 
ola biləcək ailəsi olsa idi, o zaman həyatı tamam baş-
qa cür ola bilərdi. Atanın bivec olması oğlunun da, qı-
zının da bədbəxtliyə düçar olmasına gətirib çıxardı. 


173
 
 
Və ya digər Günay İbrahimovanın bu gün Şərqi bürü-
yən terrorizmin təsiri altına düşməsi, Türkiyədəki ic-
timai-siyasi mühitin ona da təsir etməsi, PKK liderlə-
rinə təklif edilməsi insanlığın faciəsidir ki, müəllif bu-
nu bizə Günayın timsalında göstərməyə çalışır. Bu 
motivə Orxan Fikrətoğlunun “Tək” romanında da 
rast gəlirik. “Tək” romanı da dini qruplaşmaların, di-
ni fanatizmin törətdiyi bəlalara həsr edilib. Üçüncü 
Günay isə  məktəbli ola-ola siqaretə, narkomaniyaya 
qurşanmış  və Zahidin qurbanına çevrilmişdir. Ata-
ana qayğısı olmazsa, var-dövlət bir insanı tərbiyələn-
dirə bilməz. Bu gün Günayların özünü intihara qalx-
ması, mənfur qruplaşmalara qoşulması ailələrimizin 
ən böyük əziyyət çəkdiyi məsələdir.  Əgər Zahidin 
qurbanı olmasa idi belə, nə vaxtsa o da Günay İbrahi-
movanın taleyi ilə qarşılaşacaqdır ki, bu da cəmiyyəti-
miz üçün qəbul edilən hal deyil. Bu baxımdan müəlli-
fin detektiv çalardan istifadə edərək ciddi bir ədəbiy-
yat nümunəsi yaratmasını bir oxucu kimi, bir ədəbiy-
yatçı kimi, bir dost kimi əlbəttə ki, çox bəyəndim. Bu, 
motiv gəncliyə, ailələrə səslənişdir. Övladlarına sahib 
çıxmaları üçün onlara göstərilən gerçəklikdir. 
Əsərin kompozisiyası, müasirliyi, süjeti, gözlənil-
məzliyi və ədəbi mətni ürək açandır. 
Lakin “Qatil üçün nekroloq” romanının bir bədii 
əsər kimi nə  qədər ürəkaçan tərəfləri olsa da, prob-
lemlərdən xali deyil. Belə ki, əsərdəki bəzi ifadələr və 
fikirlər sanki müəllifin  əsərə  bəzək vurmaq xatirinə 
edilən müdaxiləsidir. Məsələn, müəllif klassik üslub-
dan istifadə edərək bəzən hadisələrə modernistcəsinə 
şərh verir. Lakin bu şərhlər oxucuda əsərə qarşı bir ik-


174
 
 
rah hissi yarada bilər:
 “Bu yerdə Əhməd üçün dərin-
dən bir köks ötürüb “yazıq şair”, “fağır şair”, “talesiz 
şair” kimi sözlərlə  təsəlli eləmək savab iş olardı”. 
Və 
ya
 “Amma bu da mümkündür ki, güclü fantaziyalı 
oxucuların başqa nəsə uydurma əlavələri olsun. Mə-
sələn, Günay vaxt itirmədən onun köynəyini cırıq-cı-
rıq edib əynindən çıxarır”. 
Gərək ki, müəllif bu cür 
yersiz müdaxilələrdən yayına və oxucunun qərar ver-
məyinə  və necə düşünəcəyinə müdaxilə etməyə idi. 
Bu cür yenilik oxucuya “yenilik xatirinə edilən yeni-
lik” kimi görünür. 
Əsərin bütün bölmələri aforizmlərlə başlayır. Bə-
zən isə bu aforizmlər sanki bütün bölmələrdə aforizm 
olsun deyə yerləşdirilib, bizcə buna ehtiyac yox idi. 
Bir aforizmdə isə müəllif sanki oxucuya səndən daha 
savadlıyam deməyə  cəhd edir: 
"Memento mori! Me-
mentote hominem esse! Respice post te, hominem te 
esse memento! Öləcəyini xatırla! Sadəcə bir insan ol-
duğunu xatırla! Arxana bax, sadəcə bir insansan, xa-
tırla!" 
Məncə bu aforizmin orijinalına heç bir ehtiyac 
yox idi. Burda adamın ağlına gələn ilk odur ki, bu xa-
rici dildəki aforizm nəyə lazım idi? 
Bir məqamda isə müəllif obrazın ürəyindən keçən-
ləri yazmağa çalışıb, bu da primitiv bir priyomdur və 
səviyyəni aşağı salır: 
“Ayka Namazqılanka” adlı 
istifadəçi ismarıc qutusuna yazmışdı: “Aşqım, sənə 
kəntdən motal pendiri göndərirəm. Azdı, yemə, bax 
məni xatırla. Çok özləmişəm balamı. Yetim, feyzdə 
qızdarnan çattaşma ha, iki-üç günə gələjəm! Nəsə eşi-
dib bilsəm özünü ölmüş bil! Öpdümmm birtanəmi!”
 


175
 
 
Əvvəlki  əsərlərə nisbətən bu romanda müəllifin 
dilinin cilalandığını qeyd etmişdim. Lakin müəllifin 
yerli-yersiz işlətdiyi “
indilərdə
” sözü, sanki, mükəm-
məl bir ahəngi məhv edir. Ya müəllif bu sözün anla-
mını bilmir, ya da özünün daşlaşmış yanlış leksiko-
nunun bəhrəsidir. 
P.S. 
Bir zamanlar demişdim ki, mən bədii əsəri üç 
halda oxuyuram: birincisi dostlarımın, tanışlarımın 
əsəridir deyə, ikincisi elmi fəaliyyətimlə  əlaqədar, 
üçüncüsü öz zövqümə görə seçib oxuyuram. Bu dəfə 
“Qatil üçün nekroloq” romanını dostumun əsəri ol-
duğu üçün oxusam da, seçib oxuduğum əsərlər siya-
hısına yazdım. 
 
http://kulis.az/news/9572 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


176
 
 
Cəlil Məmmədquluzadə kitablarını yandıranda 
mətbuat konfransı verməmişdi... 
 
Son zamanlar kitabın oxunmamasına etiraz olaraq 
“yandırma” aksiyaları peyda olub. İlk öncə bir müəl-
lif kitabını satılmama səbəbindən yandırdı  və bunu 
bu gün hamımızın tənqid etdiyi, yuxarıdan aşağı bax-
dığı  şou-biznes piyarı kimi reklam etdi. Müəllif bu 
hərəkətini satışın az olması ilə əlaqələndirdi. 
Bu addımı, bəlkə də, başa düşmək olar, çünki sa-
tılmayan məhsul yük olaraq qala bilməz. Yandıraraq 
yüngülləşmək gərəkir ki, müəllif bunu da etdi. Sonra 
prosesin icrasının həyata keçirilməsi ilə  əlaqədar  şə-
killər də paylaşıldı, məlumatlar da yayıldı. Son addım 
isə müəllifin ciddi olduğunu, fikrində  qəti olduğunu 
göstərməyə xidmət edirdi. Piyarı kim qurmuşdusa, 
bir az diqqət çəkdiyi üçün onu təbrik də etmək olar. 
Amma düşünürəm ki, bu etirazı daha da faydalı et-
mək olardı. Mən kitabın kitaba aidiyyatı olmayan 
adama pulsuz verilməsinin tərəfdarı deyiləm və bunu 
da düşünmürəm. Sadəcə olaraq, həmin kitablar ölkə-
nin o qədər də yaxşı durumda olmayan kitabxanaları-
na hədiyyə edilə bilərdi. Hər birinin içində müəllif tə-
rəfindən “kitablarımın satılmadığını gördüyüm üçün 
kitabxanalara hədiyyə etməyi düşündüm” kimi avto-
qraf da yazıla bilərdi.  Əgər doğrudan da, yazıçının 
qələmində ruhu silkələyəcək nəsə varsa, uzun illər-
dən sonra, bəlkə də öləndən sonra dəyərini alacaqdı. 
Burda da yadıma C.Novruzun “Sağlığında qiymət ve-
rin insanlara” misrası düşür. Bütün insanlar insanın 
həqiqi dəyərini özü olmadıqda verir və ya anlayır. Bu 


177
 
 
isə hamının tənqidinə tuş  gəlir. Neyləmək olar axı, 
Tanrı  da  bizi  öləndən sonra qiymətləndirir – cənnət 
və cəhənnəmlə. 
Əgər doğrudan da, kitab müəllifi bu addımı ilə 
diqqət çəkib  şou aləminə qoşulmaq istəmirdisə, yox 
əgər niyyəti dediyim ki, piyar olunmaqdırsa, bunu da 
kitaba yaraşdırmaq olmur. Axı hamımız ciddi və ağıl-
lı adamların kitabın qiymətini bildiyini yaxşı  dərk 
edirik. Oxusa da, oxumasa da. “Filankəsin əri filankə-
si boşadı”, “Filankəs qızını soyundurdu”, “Filankəs 
ən bahalı ev-maşın almaq üçün kredit götürdü” və s. 
kimi piyar şüarlara diqqət kəsilən, telefonuna gələn 
mesaja xəbəri daha dəqiq əldə etmək üçün cavab ve-
rənlərin səviyyəsini yaxşı bilirik. 
“Axar.az” saytında oxuduğum xəbərdən  öyrən-
dim ki,  “Çətir” adlı bir nəşriyyat varmış  və bir neçə 
ay öncə Çarlz Bukovskinin hekayələrini çap edibmiş. 
İndi isə “yandırma” aksiyası  həyata keçirəcəkləri ba-
rədə məlumat yayılıb. Hətta xəbərin sonunda belə bir 
cümlə də verilib: “Bu, doğru xəbərdir, kitabları yandı-
racağıq" (
http://axar.az/news/6686
). Heç bir ağlı başın-
da olan adam bu “intiharı” düzgün addım hesab edə 
bilməz. Kitabı yandırmaq mənə görə adamı yandırıb-
yaxmaq deməkdir ki, insan da yaradılmışların  ən ali 
nümayəndəsidir. Bu aksiya ilə kitaba hörmət gətir-
məyi düşünmək səmimi görünmür. Bunun adı sadəcə 
iflasdır. Təəssüflər olsun ki, biz kitaba biznes kimi ba-
xa bilmirik, guya ki, kitaba böyük hörmət bəslədiyi-
mizdən “kitab bazarı”, “kitab biznesi” ifadələrini ya-
xın buraxmırıq.  Əslində,  ən böyük problem də elə 
burdan yaranır. Son zamanlar tez-tez mətbuatda ki-


178
 
 
tab haqqında verilişlərin çoxalmasını görən, kitabın 
uca kürsülərdən səsləndirilməsini eşidən hər kəs elə 
bilir ki, bu işə girməklə qaz vurub qazan dolduracaq-
lar. Burada yadıma bir əhvalat düşür: 
“Bir gün bir gənc xaricdən ölkəmizə qayıdır, atası-
na deyir ki, ovçuluq dükanı açacağam. Xaricdə buna 
maraq çox böyükdür. Məşhur küçələrin birində bu işi 
qurur. Atası öncə buna narazı olsa da, oğlunun oxu-
muş adam olduğunu bildiyi üçün düşünür ki, yəqin 
məndən çox bilir, qoy açsın. Üstündən bir il keçir, ata-
sı bir gün oğlundan soruşur ki, oğul, işlər necə gedir, 
ticarətin varmı? Oğlu cavab verir: – Ata, günü-gün-
dən geri gedir. Heç bir xeyir əldə edə bilmirəm. Am-
ma bir şey çox maraqlıdır, mən dükanı açandan sonra 
həmin küçədə beş dənə də ovçuluq dükanı açılıb. Gö-
rəsən onlar bir şey qazana bilirlərmi?” 
Bu gün də  “Əli və Nino”, “Kitabevim.az”, “Aka-
demkitab” kimi dükanların, Hədəf Nəşrləri, Qanun 
Nəşriyyatı, Qələm nəşriyyatı, Altun nəşriyyatı  və s. 
adını, layihələrini tez-tez eşidən bir çox insanlar elə 
bilirlər ki, hər  şey bu qədər asandır. Amma onların 
keçdiyi yollara diqqət etsələr, bunun o qədər də asan 
olmadığını görərlər. Bu təkcə kitaba aid olan məsələ 
də deyil, bütün işlər səbir, əzm, fədakarlıq tələb edir. 
Şəxsən bizim dükan 3 ildir ki, işləyir və hələ indi-indi 
xərclərini özü çıxarmağa başlayıb. Digərlərinin də fə-
aliyyətinə nəzər yetirsək, məncə, bunun şahidi olarıq. 
Əgər bir işdə, sənətdə  uğur qazana bilmirsənsə, 
deməli, nəsə yanlışın var və bu iş sənlik deyil. Başqa 
bir işə əl atmaq lazımdır. Həvəsə  görülən plansız iş-
lər elə bu cür sonluqla da bitəcək. Kitabı yandıraca-


179
 
 
ğam deməklə, bəzi müğənnifasonların məişət prob-
lemlərini kütləyə  sırımaqla reklam olunmaq istəyinə 
meyil etmək, kitaba hörmətsizlik, xalqın isə  təhqir 
olunması kimi ifadə olunur. Unutmaq lazım deyil ki, 
nə  Cəlil Məmmədquluzadə, nə  də  Məhəmməd Hadi 
kimi dahilər kitablarını yandıranda, cıranda mətbuat 
konfransı vermirdi. Halbuki səbəb onların da maddi 
imkanlarının olmaması idi. Amma bu gün onlara qo-
yulan hörmət, göstərilən sevgi dövrünün biznesbazla-
rından daha yüksəkdə durur ki, bu da heç nə ilə mü-
qayisə edilə bilməz. 
Bu gün kitaba, ədəbiyyata xidmət göstərən sayt-
lar, nəşriyyatlar, mağazalar, şəxslər çoxdur. Bunlar isə 
danılmaz faktdır. Amma heç biri bu işi məhz xalq 
üçün, millət üçün etmirlər.  İlk sırada onların öz ma-
raqları durur. Sadəcə, öz maraqlarını  təmin etmək 
üçün xeyirli işlə  məşğul olub, qazanır və qazandırır-
lar. Bacaranlara baş qurbandır deyərlər, bacarmayan-
lara isə... 
Bir məsələyə də toxunmaq istərdim. İstər müəllif-
lər, istərsə  də, bu biznesə yeni qoşulanlar elə düşün-
məsinlər ki, 50%-lə istənilən kitab satılmadığı üçün və 
ya onu alanın yalnız çox qazanc əldə etməsinə ünvan-
lanıb. Yaxın Türkiyədəki vəziyyəti nəzərə çatdırım ki, 
nəşriyyatlar kitablarını dağıtım şirkətlərinə minimum 
50-60% endirimlə verir. Dağıtım şirkətləri isə topdan-
satış mağazalarına 40-50%-lə verir. Mağaza isə kiçik 
satış  məntəqələrinə 30-40%-lə verir və son satıcı da 
10-20% qazancla satır. Bizdə isə  hələ  də dağıtım  şir-
kətləri anlayışını böyük mağazalar əvəz edir. 
                                                     
http://axar.az/news/6851
 


180
 
 
 
 
İÇİNDƏKİLƏR 
 
 
I Fəsil 
Yaradıcılığın şəxsiyyətlə bütövləşməsi 
 
1.1. Hüseyn Cavid – 132..................................................5 
1.2. Həyat və yaradıcılığın bütövləşməsi......................8 
1.3.Filologiya üzrə  fəlsəfə doktoru alimlik dərəcəsi 
almaq üçün Müdafiə Şurasındakı çıxışım..................13 
1.4. Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü.......22 
1.5. H.Cavid Allah haqqında əsər yazacaqdı.............32 
1.6. Hüseyn Cavid yaradıcılığında demonizm..........37 
1.7. Hüseyn Cavid yaradıcılığında sərbəst şeir.........47 
1.8. “İblisin intiqamı” pyesi haqqında.........................55 
 
 
II Fəsil 
Ədəbiyyatşünaslıq və ədəbi köşə 
 
2.1. Ədəbiyyat ədəbiyyatdırmı?.................................63 
2.2. Duz dağının əzəməti.............................................65 
2.3. Qövsi Təbrizi qəzəllərinin vəzni haqqında.......75 
2.4. Türklərdə tayfalararası nifaqın  
“Kitabi-Dədə Qorqud”da izləri..................................80 
2.5. “Kitab yüklü eşşək” romanı haqqında...............86 
2.6. Milli əruzumuz dünən, bu gün və sabah...........95 
2.7. Milli şeir vəznlərimiz...........................................103 
 


181
 
 
III Fəsil 
Günümüzdə ədəbiyyat və ya ədəbiyyatımızın günü 
 
3.1. Bic uşaq kimi böyüyən ədəbiyyatımız...............119 
3.2. İsa Muğannanın “İlan dərəsi” kitabında  
tarixilik və mistika.......................................................126 
3.3. “İdeal”ı oxumadan, “Azərbaycan ədəbiyyatı  
ilə tanışam” demək mümkün deyil...........................142 
3.4. İsa Muğanna yaradıcılığının “Ün”  
poemasındakı poetik təhlili.......................................147 
3.5. Ümman boyda bir sevgi......................................161 
3.6. Dili acı, məhəbbəti şirin, ürəyi yuxa yazıçı......165
 
3.7. Cəlil Məmmədquluzadə kitablarını  
yandıranda mətbuat konfransı verməmişdi...........176 


182
 
 
 
 
 
 
 
 
 
Çapa imzalanıb: 26.03.2015 
Formatı: 70x100 1/16. Ofset çapı 
Həcmi: 11.5 
Sifariş № 124 
 
 
Tel.: (+99470) 523 01 34 
info@hedefnesrleri.az
 
 
 
 
Qiyməti: 5 manat 
 


183
 
 
 
 
 
 
 
 
 
 
 
 


184
 
 
 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə