Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   2   3   4   5   6   7   8   9   ...   39

18
 
 
“Cavid proletar inqilabının mahiyyətini anlamır” ki-
mi fikirlər kökündən yanlışdır. Bu öz əksini istər xal-
qın zəhmətkeş təbəqəsinin ağır güzəranını, acınacaqlı 
vəziyyətini görərək müasir və aktual mövzuda qələ-
mə aldığı “Şeyda” faciəsində, istərsə də proletar inqi-
labının qələbəsi nəticəsində bir sinif kimi əzilən, 
məhv olan “knyazlar” dünyasının faciəli həyatını əks 
etdirən “Knyaz” faciəsində daha qabarıq şəkildə gös-
tərmişdir. 
H.Cavidin romantikasının özünəməxsusluqların-
dan biri də onun bir mövzuya müxtəlif prizmalardan 
baxmasıdır. Ümumilikdə, inqilabi şair olmayan Cavid 
inqilabın təntənəsini alqışlasa da, məğlub olan sinfin 
də bəlalarını, problemlərini göstərməyi özünə borc bi-
lərək “Knyaz” faciəsini yaratmışdır.  
Üçüncü fəslin ikinci bölməsi “Müharibə; ideologi-
ya və tarixi şəxsiyyət” adlanır. Bu bölmədə bəşəriyyə-
tin ən böyük faciəsi olan müharibəyə Cavidin  müna-
sibəti, ideoloji görüşləri təhlil edilmişdir.  
Dramaturq müharibə problemini, əsasən, “İblis”, 
“Topal Teymur”, “Səyavuş”, “İblisin intiqamı” dram 
və faciələrində qaldırmaqla yanaşı, “Xəyyam”, “Pey-
ğəmbər” dramları, “Azər” poeması  və digər irili-xır-
dalı əsərlərində də bu mövzuya toxunmuşdur. Dövr, 
tarix baxımından bu mövzu Cavidin əsərlərində uzun 
bir müddəti  əhatə edir. Dahi sənətkar bu mövzuya 
daxil etdiyi bütün əsərlərində müharibələri bəşəriyyə-
tin fəlakətləri kimi qiymətləndirmiş, ona şər qüvvələ-
rin törətdiyi bir faciə kimi baxmışdır. Bəşəriyyəti heç-
liyə sürükləyən bu problemi aradan götürmək üçün 
bütün insanların və böyük tarixi şəxsiyyətlərin şərdən 


19
 
 
uzaqlaşıb, xeyir ətrafında, sülhsevər insanların huma-
nizm cəbhəsində birləşməsini vacib bilmişdir.  
Dünyanın həmişə ikilikdən – xeyirlə şərin mübari-
zəsindən ziyan gördüyünü anlayan şairin düşüncələri 
bu gün siyasətdə “ikili standart” deyilən bir terminlə 
ifadə olunur. Cavidşünas Əjdər İsmayılovun təbirincə 
desək, necə ki, planetimizdə hərb allahları, həyata və 
insan səadətinə  zəhər qatan ölüm mələkləri yaşayır, 
Cavidin demonik poeziyası öz estetik təsirində qalır, 
ideya kəsərliliyi ilə hər zaman mübarizənin ön cəbhə-
sində dayanmış olur. Elə buna görə  də adı  çəkilən 
əsərlərdə Cavidin qəhrəman konsepsiyasını XX əsrin 
qlobal hadisələri işığında tədqiq etməyə çalışmışıq. 
Dissertasiyanın dördüncü fəsli “H.Cavidin dini-
fəlsəfi baxışları  və romantik qəhrəmanı” adlanır. Bu 
fəsildə  “Şeyx Sənan”, “Peyğəmbər” və “Xəyyam” 
pyesləri tədqiqata cəlb edilmişdir. Adı çəkilən əsərlər-
də dramaturqun qarşıya qoyduğu məqsəd haqqa-hə-
qiqətə qovuşmaq yollarını arayıb axtarmaq və bunun 
geniş  həcmdə  bədii həllini vermək olmuşdur.  Şeyx 
Sənan da, Peyğəmbər də, Xəyyam da – hər üçü haqq-
həqiqət yolunda müxtəlif təsəvvürləri olduğu kimi, 
ona qovuşmaq yolları da müxtəlifdir. 
Ömürboyu həqiqət axtarışında olan dahi şair Ca-
vid tiranı göydə yox, yerdə axtarıb. Lakin şairin yara-
dıcılığını tədqiq edən bəzi alimlər nədənsə Cavidi Al-
lahsız, ateist bir insan kimi qələmə verməyə çalışıb və 
onun ideyalarından çıxış edərək yerdəki bəlaların sə-
bəbkarının göylərdə olduğunu sübut etməyə çalışırdı-
lar, lakin Cavid yaradıcılığını  tədqiq edəndən sonra 


20
 
 
görürük ki, Cavid heç vaxt Allahsız, dinsiz olmayıb, 
sadəcə olaraq  o, 
  
 
 
 
 
Şübhədir hər həqiqətin anası, 
Şübhədir əhli-hikmətin babası  
 
  –  deyərək haqqa gedən yolun şübhədən keçdiyinə 
inanan bir insan idi. Bəzən bu fəlakətlərdən, dəhşət-
lərdən, vəhşətlərdən usanıb yaradana da qarşı üsyan-
çı bir mövqedə dururdu. Bizim fikrimizcə, bu da 
müdrikliyə doğru gedən yolun başlanğıcında hər bir 
bəşər övladının keçirə biləcəyi psixoloji haldır.  
H.Cavid özü müdrikləşdikcə, inkişaf etdikcə, hə-
qiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri 
də  dəyişir, sanki haqqa doğru gedən pillələri bir-bir 
keçir. Daima bəşəri və  əbədi ideyaları diqqət mərkə-
zində saxlayan filosof-şairin bütün yaradıcılığı böyük 
bir fəlsəfi konsepsiya təşkil edir, desək, yanılmarıq.  
Fəlsəfi ideyalarını,  əsasən, “Şeyx Sənan”, “İblis”, 
“Peyğəmbər” və “Xəyyam” kimi əsərlərində  təqdim 
edən  şair bütün yaradıcılığı boyu bir hədəfə vuraraq 
bəşər övladını bir Allaha, vahid dinə qulluq etməyə, 
şərin yaranmasına və böyüməsinə xidmət edən nəfsi 
boğaraq kamilləşməyə çağırır. H.Cavid bu idealına 
həmişə sadiq qalmış Peyğəmbərin dili ilə bir  cür 
  
 
Bən məhəbbət əsiriyim.. hər an, 
Hər zaman özlərim bir öylə cihan 
Ki, bütün kainatı eşq olsun. 
Könül uçduqca etila bulsun. 
Qandan əsla görülməsin də əsər, 


21
 
 
Saçsın al qönçələr şəfəqli səhər. 
 
Şeyx Sənanın dili ilə  isə 
 
Həqiqət istərəm, yalnız həqiqət, 
Yetər artıq şəriət, ya təriqət. 
 
– deyə bir başqa cür ifadə etmişdir. 
Dahi mütəfəkkirin yuxarıda adı  çəkilən  əsərlərini 
davam etdirdiyi ənənələr və müasirlik mövqeyindən 
təhlil etmiş, qəhrəman konsepsiyasındakı başlıca 
prinsipləri müəyyənləşdirərək sistemləşdirməyə ça-
lışmışıq. 
H.Cavid yaradıcılığını mümkün qədər obyektiv 
şəkildə araşdırdıqdan sonra deyə bilərik ki, ideya, 
mövzu və sənətkarlıq keyfiyyətləri baxımından Azər-
baycan və eləcə də dünya ədəbiyyatının zənginləşmə-
sində mühüm rol oynayan romantizmin böyük ustadı 
Cavidin yaradıcılığı fikir, ideya, məzmun, vəzn, fəlsə-
fə, söz, qəlb və ən əsası romantizm araşdırıcıları üçün 
daima cəzbedici tədqiqat obyekti olaraq qalacaqdır.    
 
 
 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə