Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   2   3   4   5   6   7   8   9   ...   39

26
 
 
ürəklərə süzülən odlu-atəşli eşqin tilsiminə düşür. 
Qızların təhriki ilə  çıxıb gedən Sevdanın ardınca ba-
xaraq: 
 
Nədir, bilməm, günahım, məst ikən gözlər vüsa-
lından 
Bənim məhrum olan, ey nazlı afət, gül camalın-
dan. 
 
Artıq Xəyyam məcnunanə hallar keçirir və bu yer-
də Cavidin yaratdığı Şeyx Sənanı xatırladır. Bütün ət-
rafdakılar real düşüncə sahibləri olduqları halda, 
Xəyyam və Sevda əsl aşiqlər kimi romantik xəyallar 
və hislər içində yaşayırlar. 
Cavid Xəyyamı bizə öz adət və  vərdişlərindən 
dönməyən vətənpərvər bir adam kimi təqdim edir. 
Bir yığın tül və ipəklərə bürünmüş Rum rəqqasələri-
nin rəqsi məclisə xüsusi təravət gətirir. Valehedici gö-
zəllik və səsə malik olan Sevda səhnəyə gələrək xaqa-
nın arzusu ilə  məhəbbət, saflıq və azadəlikdən bəhs 
edən nəğmələrindən birini oxuyur. 
Belə gözəl şərqidən riqqətə və həyəcana gələn Alp 
Arslan yerindən qalxaraq Sevdadan nə arzuladığını 
və nə istərsə, yerinə yetirəcəyini söyləyir. Xaqanın tə-
kidli tələblərindən sonra Sevda məclisdə olan Sabbahı 
nəzərdə tutaraq: 
 
Xəyyamı edin əmrimə tabi, 
Zəncirlədiniz, iştə bu, kafi. 
 


27
 
 
– deyir. Xaqan və bütün məclisdəkilər heyrət, Sabbah 
isə qorxu və təlaş içərisində qalır. Xəyyam: 
 
Xəyyamə nə lazımdı ki, zəncir, 
Onsuz da köləndir, bu  nə təhqir? 
 
– deyə soruşanda Sevda Sabbahı göstərərək, bu şairin 
məhv olmasını tələb edir. Xaqan buna razı olmayanda 
Sevda: “Şən könlünü şair mənə versin”, deyir. Artıq o 
səhvini anlamış,  əsl Xəyyamın kim olduğunu bilmiş-
dir. Sevda mədrəsə odasında, bazarda onu öz vurğun 
baxışları və şeirləri ilə məftun edən şairi ürəkdən sev-
mişdir. O, məhəbbətini açıq-aşkar xaqana bildirib ar-
zusunda təkid edir. 
 
Xəyyam: 
(Laubali və coşqun yerindən qalxar) 
“Mən ömrümü sərməst olaraq şən dilərəm, şən. 
Bir dindəyəm azadə bütün küfr ilə dindən 
(Sevdanı süzər) 
Sorduqda ki mehrin nə?  – Gülüb dəhrin ərusu
Mehrim, dedi, şən könlünü yalnız mənə versən”. 
 
Cavid Xəyyamdan həzəc bəhrində tərcümə etdiyi 
bu rübaidə “küfr ilə din” deyərkən dinin əleyhinə ol-
duğunu yox, xurafat və  cəhalətin törətdiyi qayda və 
adətlərin ziddinə olduğunu söyləyir. Tanrı və İslama 
qarşı  Xəyyamın münasibəti isə başqa olmuşdur.  
Onun Həcc ziyarətinə getməyi buna əyani sübutdur. 
Xəyyama  əks olan Naiblə müəllimini müdafiə 
edən Saib arasında nə qədər fərq vardır. Halbuki, hər 


28
 
 
ikisi eyni müəllimdən dərs almışlar. Deməli, cəhalət 
insanın öz xislətindədir. Səhnənin  ən maraqlı yerləri 
Naibin nə cəbr, həndəsə, nə nücum, nə də Xəyyamın 
təqdir etdiyi digər elmlərdən xoşu gəlməməsi, elə an-
caq onda nəsə bir ləkə tapıb şərləmək istəyidir. Bura-
da da iki qüvvə üz-üzə durur: Xəyyamı hər cəhətdən 
ucaldan, müdafiə edən Saib və Müftinin göstərişi ilə 
onu şərləyib gözdən salmaq istəyən Naib… Xəyyamı 
isə düşündürən bu dünyanı necə  dərk eləmək məsə-
ləsidir. Çünki ondan əvvəl gələn dahilər nə qədər ça-
lışsalar da, bu müəmmanı həll edə bilməmişlər: 
 
Fəzli, ürfanı tanınmış necə dahi başlar, 
Ürəfa bəzminə famus olaraq parladılar. 
Birər əfsanə deyib getdilər, əfsus, əfsus, 
Bu qaranlıq gecədən çıxmağa yol bulmadılar. 
 
Dünyanın sirləri nə qədər çox açılırsa, bir o qədər 
müəmmalı görünür. Dünyaya gələn hər dahi ariflər 
məclisində yanan çırağa bənzəyir. Lakin onların saç-
dığı işıq zülməti dağıdıb sabahı açmağa kifayət etmir: 
 
Kiminin fikrinə hakim görünür məzhəbüdin, 
Kiminin saplanaraq qaldığı həp şəkkü-yəqin, 
Ansızın bir də baxırsan ki, çıxır bir nadin 
Bağırır: Hey, nə odur yol, nə bu, qafili miskin. 
Bu rübai məna tutumuna görə indiyə qədər söylə-
nənlərin hamısından dərindir və  bəşəriyyətin Tanrı 
barədə düşüncələrini  əks etdirir. Bir qismi məzhəbə, 
dinə qapılaraq haqq-həqiqət yolunu ancaq burada 
arayır.  İkinci qisim “Şeyx Sənan”dakı  Dərviş kimi 


29
 
 
məzhəbə də, dinə də şübhə ilə yanaşır və onların in-
karına qədər gedib çıxa bilir. Üçüncü qisim isə  nə 
mövcud cəhalət və xurafat yayan məzhəb və dini, nə 
də ona qarşı olan şübhəni qəbul edir. O, Tanrıya ye-
tişmək üçün yeni bir yol arayır. 
Dostlarının qəbrini ziyarətə gələn yarımsərxoş Xə-
rabat müridləri ilə gələn Müftiyə fikir verməyib ovcu-
nu şərabla doldurub göyə səpərək acı qəhqəhə ilə: 
 
Bu da göylərdə gülən sultanın. 
Sən də iç, bəlkə açılsın qanadın… 
Sərxoş ol, bunca ağır faciələr 
Səni ürkütməsin əsla!.. Desələr 
Çökdü evlər, qırılıb ailələr, 
Sən haman zövqünə bax, etmə kədər. 
 
– deyir. O sözü, o hərəkəti ki, ancaq yaxın adamların 
yanında edə bilərsən, onu cəmiyyət içində etmək hə-
mişə  məqbul deyil. Keçirdiyi dərddən, içdiyi şərab-
dan ağlını itirmiş  Xərabatinin məzarda uyuyan dost-
larına göstərdiyi son nəvaziş qeyri-ölülərə göstərilmə-
məli idi. Xüsusən, onun Tanrıya qarşı söylədiyi sözlər 
və etdiyi hərəkət küfr sayılmamalıdır və bunun mən-
tiqi ona gətirib çıxardır ki, Xərabati Müfti və onu əha-
tə edənlər tərəfindən daş-qalaq edilərək öldürülür. 
Artıq Xəyyamın həmsüfrələrindən heç kim qalmamış-
dır. Xəyyamın qəbiristana gələrək dostlarını  və Sev-
danı anıb söylədiyi sözlər faciənin  ən kədərli və ya-
nıqlı yeridir. Beşinci pərdənin birinci səhnəsi Məlikşa-
hın dəvətilə Xəyyamın Bağdada səfər etməsi ilə bitir. 
Müfti və naiblərlə daima pəncələşən Xəyyam cəhalət 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə