Microsoft Word semil sadiq-?d?biyyatla bütövl?smis s?xsiyy?tl?r



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix07.07.2018
ölçüsü1,3 Mb.
#53653
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

38
 
 
lir.  Şər qüvvələr olan Satana, İblis Allaha – yaradıcı 
qüvvəyə qarşı çevrilir. 
Monoteist dinlər dövründə demonizm, bir çox 
hallarda əvvəlki müsbət funksiyasını itirərək şərə xid-
mət edən bir vasitəyə çevrilir. Bu Allahın iradəsiylə-
dirmi, ya onun iradəsindən kənardır? Tanrının iradə-
sindən kənar heç nə mövcud deyil – nə zaman, nə 
məkan, nə məzmun, nə də forma. 
“İnkarı inkar” qanununa əsaslanaraq, Allah özü-
nü bir dəfə inkar edib dünyanı yaratmış  və  həmin o 
dünyada özünə bənzər varlıq olan, bütün yaradılmış-
ların əşrəfi insanı yaratmışdır. İnsan ona qoyulan qa-
dağanı pozmuş və Allah özünü bir daha inkar edərək 
onu  əbədiyyətdən, səadətdən, firavan yaşayışdan 
məhrum edib cənnətdən qovmuş, əzab-əziyyətə məh-
kum etmişdir. 
Bütün bunlar öz əksini dünyanın romantik ədə-
biyyatında Dante, Şiller,  Şekspir, Höte, Bayron, Puş-
kin, Lermontov və s. bizim ədəbiyyatımızda isə, əsa-
sən, Hüseyn Cavid yaradıcılığında tapmışdır. 
Hüseyn Cavid bir çox faciə və dramlarında demo-
nik ruhlu insanların taleyini Zərdüştilik dövründən 
tutmuş İslamiyyətin qələbəsi, Böyük Cahan çarpışma-
ları və ateizm dövrünə qədər izləmişdir. Onun “Səya-
vuş”, “Peyğəmbər”, “Xəyyam”, “Topal Teymur”, 
“Şeyx Sənan”, “İblis”, “Azər” əsərləri bu qəbildəndir. 
Cavidin inkar etdiyi, lənətlədiyi tiran şər qüvvələ-
rə uyaraq, başına  şər qüvvələri toplayaraq ucsuz-bu-
caqsız məmləkətlərə, milyon-milyon insanlara qaran-
lıq, zülmət,  əsarət və ehtiyac gətirən yer tiranlarına 
qarşıdır. 


39
 
 
İlk baxışdan inkaredici mövqedə durub Allahı “ti-
ran” adlandıran, ona qarşı mübarizəyə səsləyən qüv-
vələr insanda təəccüb doğurur. Axı “formalar forma-
sı” olan Allah, istəsə insanın məzmununa da sahib 
dura bilər, lakin o ən ali olduğu qədər də demokratik 
bir varlıqdır. O, bizə  ən gözəl forma və  ən ali şüuru 
vermiş, xeyirlə  şəri ayırıb-seçməyi isə öz öhdəmizə 
buraxmışdır. 
Bu baxımdan xeyrə xidmət edən adam demokra-
tik ruha malik olsa, əməlləri bəşəriyyətə  səadət,  şərə 
xidmət edən adam isə  şər qüvvələrin tövsiyələrinə 
əməl etsə, bütün kainata, insaniyyətə  fəlakət gətirə-
cək. 
H.Cavidin tarixin ən qədim dövrlərindən bəhs 
edən  əsəri “Səyavuş”dur. Xeyrə xidmət edən Səya-
vuş, şərin köləsi olan Kərşivaz və Südabə əsərin kon-
fliktini təşkil edirlər. Səyavuş qurmaq, yaratmaq, bir-
birinə düşmən olan iki böyük xalqı, iki məmləkəti sül-
hə, qardaşlığa birliyə  gətirmək  əzmi ilə çarpışır. Ona 
qarşı mübarizə aparan Südabə və Kərşivaz isə öz şəx-
si mənafe, murdar istəkləri ilə xeyrin qarşısına sədd 
çəkir. Keykavus, Əfrasiyab kimi şərə xidmət edən   
mənfur insanların  əllərində oyuncağa çevrilirlər və 
qədim tarixin ən qədim faciələrindən biri – Səyavu-
şun öldürülməsi, şər demonunun xeyir demonuna qə-
ləbəsi, artıq yetişməkdə olan İran-Turan birliyinin po-
zulması, bu xalqların sonralar hələ uzun müddət bir-
birinə qanlı, amansız düşmən olması faciəsi baş verir. 
Şər xeyrə qalib gəlir... 
Dramaturqun İslamın ilk təşəkkülü, inkişafı, qələ-
bəsi və peyğəmbərin  şəxsiyyətindən bəhs edən,  ən 


40
 
 
maraqlı, düşündürücü dramlarından biri “Peyğəm-
bər”  əsəridir. Peyğəmbər yerə-göyə  sığmayan, ancaq 
göydəki ali qüvvənin hökmünü, istəyini yolundan az-
mış, çoxallahlığa inanan, həqiqətdən uzaq düşmüş in-
sanlara çatdırmaq istəyən, bu yolda heç nədən qor-
xub-çəkinməyən, yalnız xeyrə xidmət edən demonik 
bir obrazdır. Özündən əvvəl gələn İsa Peyğəmbərdən 
fərqli olaraq, o, təkcə kitabı yox, qılıncı da qələbə çal-
maq üçün intixab etməli olur. Bu fikrə onu yönəldən 
Allahın özüdür. İlahi tərəfindən göndərilən mələk-
lərdən biri ona kitab, digəri isə  qılınc təqdim edir. 
Hicrətdən sonrakı mübarizəsində  həm kitab, həm də 
qılınca dayaqlanaraq nüsrət sahibi olur. 
Sufizm dövründə arif insan, həqiqətə varıb xidmət 
edən  şəxsiyyət haqqında çox düzgün bir fikir söylə-
nilmişdir. “Mənəm Allah” demək hüququna malik 
olan hər hansı bir şəxs ariflik zirvəsinə qalxmalıdır... 
Və o, bu zaman dörd pillədən keçməlidir: şəriət, təri-
qət, mərifət, həqiqət. 
Şəriət dövründə mövcud olan qanunları öyrənib 
ona riayət etməli, təriqət dövründə özünə mürşid se-
çərək ilahi və elmi axtarışlarda olmalı, mərifət döv-
ründə özü mürşid olaraq bildiklərini başqalarına öy-
rədib yol göstərməli, həqiqət dövründə göstərdiyi yo-
lun, çatdığı elmi-fəlsəfi nəticənin yayıldığını, qalib 
gəldiyini görməlidir.  Əgər görərsə, demək o, həqdir, 
arifdir. Mənsur Həllac da, Nəsimi də bu yolla getmiş, 
onların “Mənəm Allah” deməyi, həqiqətə varmaları-
na, küllə qovuşmalarına səbəb olmuşdur. 
H.Cavid yaradıcılığında bu cür obrazlara rast gəl-
mirik. Onun “Xəyyam” və “Topal Teymur” əsərlərin-


41
 
 
də  həqiqətin axtarışı, dünyanın dünəni, bu günü və 
sabahını düşünən qüdrətli demonik obrazlar yaradıl-
mışdır. Bu baxımdan “Xəyyam” pyesi diqqəti daha 
çox cəlb edir. Əsərdə  üç  dost  təsvir olunur: Xəyyam, 
Xacə Nizam, İbn Səbbah. Xəyyam, ancaq xeyrə xid-
mət edən, şəri özündən qovan böyük filosof, alim, şa-
ir-Sokrat xislətli bir şəxsdir.  İbn Səbbah  şərin carçısı, 
gələcəkdə baş verəcək bir çox fəlakətlərin səbəbkarı 
və icraçısıdır. Xacə Nizam xeyirlə  şər arasında taraz-
lıq yaratmaq istəyən, bütün dövləti  ədalətlə, nizamla 
idarə etmək istəyən obrazdır. 
Allahın özü kimi tənhalığı, öz xeyirxah demonu-
nun pıçıltılarına qulaq asaraq yaratmaq, qurmaq əzmi 
ilə yaşayan Xəyyam  şərə düşüb bir çox çətinliklərlə 
rastlaşsa da, uzun, mənalı bir ömür sürür, qocalığın-
da hamı ona məhəbbət, hörmət və ehtiramla yanaşır. 
Şər ona yaxın gələ bilmir, çünki ruhu şərdən uzaq idi. 
Ancaq hər gün, hər saat şər işlərlə qarşılaşan Alp Ars-
lan, Məlik  şah, Xacə Nizam kimi dünyaya sahiblik 
edən qüdrətli  şəxsiyyətlər  şərin  əli ilə nizam, qayda-
qanun yaradırlar. İbn Səbbah kimi şərə xidmət edənin 
ən böyük arzusu və istəyi isə elə həmin qayda-qanun 
və nizamı dağıtmaqdır – İblisin arzusu kainatın niza-
mını pozmaqdır. Pozulmuş insan, pozulmuş cahan 
asanlıqla onun hökmü altına keçə bilər. Burada biz 
gələcəkdə  “İsmailiyyə” terrorçu təriqətinin, təşkilatı-
nın, dövlətinin, birliyinin yaradıcılarından biri olan 
Həsən ibn Səbbahı, əsərdə isə İblisin adı çəkilməsə də, 
ona xidmət edən demonik bir obrazı görür, tanıyır və 
əməllərinə nifrət edirik. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə