Microsoft Word serencem224. doc



Yüklə 15,33 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü15,33 Kb.
#27592


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ 

SƏRƏNCAM  

№224 s 

 

Bakı şəhəri, "13"noyabr 2003 il 

 

2003-cü  il  17  iyun  tarixində  London  şəhərində  keçirilmiş  Beynəlxalq  Konfransda  Azərbaycan 



Respublikasının  Mineral  Ehtiyatlarının  Hasilatı  ilə  Məşğul  olan  Sənaye  Sahələrində  Şəffaflıq 

Təşəbbüsünə  (bunda  sonra  -  MHŞT)  qoşulduğunu  nəzərə  alaraq  və  bununla  bağlı  Azərbaycan 

Respublikası hökümətinin üzərinə düşən öhdəliklərin həyata keçirilməsini təmin etmək məqsədi ilə: 

 

I. Azərbaycan Respublikasının MHŞT-yə qoşulması ilə bağlı tədbirləri həyata keçirmək məqsədi 



ilə MHŞT üzrə Komissiya (bundan sonra Komissiya) aşağıdakı tərkibdə yaradılsın: 

 

Komissiyanın sədri: 



 

Şərifov Samir Rauf oğlu  

-   Dövlət Neft Fondunun icraçı direktoru 

 

Komissiyanın üzvləri: 

 

İbrahimov Rafael Tofiq oğlu 



 

-  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş 

Krallığında Azərbaycan Respublikasının   

fövqəladə və səlahiyyətli səfiri; 

Səlimov Rauf Ağaməmməd oğlu 

 

-   Dövlət Statistika Komitəsinin Sənaye, nəqliyyat 

və rabitə statistikası şöbəsinin  müdiri; 

Fətizadə Zaur İntiqam oğlu 

Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri 



ilə iş üzrə departamentin bəyannamələr 

idarəsinin xüsusi vergi rejimli müəssisələr ilə iş 

üzrə şöbəsinin rəisi;

 

Nəsirov Elşad Mustafa oğlu 



 

-   Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi 

əməliyyatlar idarəsinin rəisi;  

Qasımov Nizami Yunis oğlu 



 

-  İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət və 

proqnozlaşdırma departamentinin fiksal və 

monetar siyasəti şöbəsinin rəisi; 

Musayev Şahbəddin Cabbar oğlu 

 

-   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli 

geoloji kəşfiyyat idarəsinin rəisi  

Zeynalova Nərgiz Mirəziz qızı 



 

-  Maliyyə Nazirliyinin milli iqtisadiyyatın 

maliyyəsi şöbəsinin istehsal sahələrinin və 

investisiyanın maliyyəsi sektorunun müdiri; 

Vəzirov Süleyman Ənvər oğlu 

-   Yanacaq və Energetika Nazirliyinin Baş 

iqtisadiyyat idarəsi rəisinin müavini; 

Şıxəliyev Əşrəf Fərhad oğlu 

-   Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və 

inkişaf idarəsinin şöbə müdiri  




II. Komissiyaya tapşırılsın ki: 

1)  Azərbaycan  Respublikasında  mineral  ehtiyatların  istismarı  ilə  əlaqədar  dövlət  orqanlarının 

daxilolmaları,  dövlət  şirkətləri  və  digər  dövlət  mülkiyyətində  olan  qurumlar  tərəfindən  əldə  edilən 

gəlirləri  (xarici  və  milli  şirkətlərin  ödənişləri  hesabına  əldə  olunan  gəlirlər  daxil  olmaqla)  barədə 

hesabatın  təqdim  edilməsi  formasını  və  müddətlərini  müəyyən  etsin,  hesabatların  toplanmasını  təmin 

etsin. 


2)toplanmış  məlumatlar  əsasında  MHŞT-nin  iştirakçıları  tərəfindən  razılaşdırılmış  hesabat 

formatına  uyğun  olaraq  vahid  ümumölkə  hesabatını  tərtib  etsin,  onun  mütəmadi  şəkildə  mətbuatda  dərc 

edilməsini  təmin  etsin,  hesabatların  tərtib  edilməsi  prosesində  Azərbaycan  Respublikasında  fəaliyyət 

göstərən  xarici  şirkətlərlə  və  MHŞT-nin  əlaqələndirici  ofisi  olan  Birləşmiş  Krallığın  Beynəlxalq  İnkişaf 

üzrə Nazirliyi ilə müvafiq əlaqələndirməni həyata keçirsin. 

3)  Komissiyanın  fəaliyyəti  barədə  məlumatların  ictimaiyyətə  çatdırılması  məqsədi  ilə 

Komissiyanın internet saytını yaratsın, digər zəruri tədbirləri həyata keçirsin. 

III.  Azərbaycan  Respublikasının  aidiyyatı  nazirlikləri,  komitə  və  dövlət  şirkətləri  mineral 

ehtiyatların istismarından əldə olunan gəlirlər barədə hesabatların hazırlanması ilə əlaqədar Komissiyanın 

sorğularına  tam  və  vaxtında  cavab  verilməsi  və  vəzifələrin  yerinə  yetirilməsində  zəruri  kömək 

göstərsinlər. 

IV. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 



Azərbaycan Respublikasının  

Baş Naziri 

A. Rasi-zadə 



 

Yüklə 15,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə