Microsoft Word sevinc-qasimova



Yüklə 275,96 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix08.04.2018
ölçüsü275,96 Kb.
#36633
  1   2   3   4   5   6   7   8   9   10   11


  AZƏRBAYCAN  MİLLİ  ELMLƏR  AKADEMİYASI 

FOLKLOR  İNSTİTUTU 

 

                                                                                    

Əlyazması hüququnda 

 

 

 

 

SEVİNC AŞUR qızı QASIMOVA 

 

AZƏRBAYCANDA NOVRUZ ƏNƏNƏLƏRİ VƏ 

İNANCLARI 

 

5719.01 – Folklorşünaslıq 

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi 

almaq üçün təqdim olunmuş dissertasiyanın  

 

 

A V T O R E F E R A T I 

 

 

 

 

BAKI-2015 

 


 

 

2



Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyası 

Folklor İnstitutunun “Miflogiya” şöbəsində yerinə 

yetirilmişdir. 

 

 

Elmi rəhbər:       Seyfəddin Gülverdi oğlu Rzayev 

                  Filologiya üzrə elmlər doktoru, dosent 

 

Rəsmi opponentlər:  Maarifə Hüseyn qızı Hacıyeva             

   

 Filologiya üzrə elmlər doktoru, professor 

   

 

Qalib Əmirağa oğlu Sayılov 

   

Filologiya üzrə fəlsəfə doktoru, dosent 



 

Aparıcı  müəssisə:  Bakı  Dövlət  Universitetinin  “Azərbaycan 

şifahi xalq ədəbiyyatı” kafedrası  

 

 

Müdafiə____        ________  2015-ci  il  saat______  -da  AMEA 



Dissertasiya Şurasının iclasında keçiriləcəkdir. 

Ünvan: AZ1001, Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi,31 

Dissertasiya  ilə  AMEA  Mərkəzi  Elmi  Kitabxanasında  tanış 

olmaq mümkündür. 

 

Avtoreferat   “__” ______ 2015-ci ildə göndərilmişdir. 



 

 

 



Dissertasiya Şurasının elmi katibi, 

filologiya üzrə fəlsəfə doktoru, 

dosent: 

 

        

 Afaq Xürrəm qızı Ramazanova 


 

 

3



TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun  aktuallığı.  Azərbaycan  milli-mənəvi  mədəniyyətinin  ən 

qədim və zəngin tarixə malik, eyni zamanda ən aktual abidələrindən biri və bəlkə 

də,  birincisi  Novruz  bayramıdır.  Bu  bayramın  həm  zaman,  həm  yaşarılıq 

baxımından  birinci  hesab  olunması  təsadüfi  deyildir.  Xalqımızın  mədəniyyət 

tarixində nə qədər böyük abidələr olsa da, onlar bütün hallarda tarixin müəyyən 

epoxaları ilə bağlıdır. Lakin Novruz bayramının həm qədimlik, həm də müasirlik 

baxımından  milli  mədəniyyətimizdə  xüsusi  və  əlahiddə  yeri  vardır.  Birincisi, 

Novruz bayramı  xalqımızın tarixinin ən  dərin  qatları  ilə bağlıdır.  Bu bayramın 

tarixi o qədər qədimdir ki, hətta onun dəqiq yaşını müəyyənləşdirmək mümkün 

deyildir. İkincisi, Azərbaycan mədəniyyət tarixində Novruz bayramı kimi ikinci 

elə  bir  mədəniyyət  hadisəsi  tapmaq  mümkün  deyildir  ki,  o,  tarixin  ən  qədim 

dövrlərindən  bu  günə  kimi  bir  an  belə  olsun  xalqımızın  həyatından  ayrı 

düşməsin. Bu – Novruz bayramıdır. O, həmişə – tarixin bütün dövrərində, bütün 

epoxalarında xalqımızla birgə olmuş, milli mədəniyyətimizin, milli mənəviyyat 

və  həyatımızın  ayrılmaz  parçasına  çevrilmişdir.  Novruz  bayramına  heç  vaxt 

sönməyən,  tükənməyən  elmi  marağın  da  əsasında  elə  bu  amil  durur.  Ona 

xalqımızın  hər  zaman  böyük  ehtiyacı  olmuşdur.  Sovet  dövründə  vətənpərvər 

alimlərimiz  bu  bayramı  “yaz  bayramı”,  “təbiətin  oyanışı  bayramı”  və  s.  adlar 

altında  yaşatmağa  çalışırdılar ki,  onu  ölməyə  qoymasınlar. Çünki  Novruz  milli 

varlığımızın simvolu, milli inkişafımızın ulu və möhtəşəm qaynağıdır. O, bu əsas 

vəzifəsini  bu  gün  də  uğurla  yerinə  yetirir.  Müasir  Azərbaycan  dövlətinin  milli 

quruculuq  siyasətində  muğam,  xalça  və  aşıq  sənəti  ilə  yanaşı,  mühüm  rol 

oynayan  Novruz  bayramı  artıq  bütün  dünyada  Azərbaycan  xalqının  mühüm 

milli  simvollarından  birinə  çevrilmişdir.  Bu  da  öz  növbəsində  ona  olan  elmi 

marağı  daha  da  gücləndirir.  Bu  cəhətdən  “Azərbaycanda  Novruz  ənənələri  və 

inancları”  mövzusu  xüsusi  elmi  aktuallıq  kəsb  edir.  Novruz  bayramının  milli 

mədəniyyətimizdəki rolunun ildən-ilə daha da güclənməsi onu yaşadan, ölməyə 

qoymayan  ənənələri  və  onların  əsasında  duran  müqəddəs  dəyərləri  –  inanc 

sistemini dərindən öyrənməyi xüsusi elmi vəzifə kimi qarşıya qoyur. 

Dissertasiyanın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektində  milli 

mədəniyyətimizin  ən  qədim  və  zəngin  hadisəsi  olan  Novruz  bayramı  durur. 

Novruz  bayramı  bir  kompleks  kimi  milli  mədəniyyətimizin  bir  çox  qatlarını  – 

mifləri,  arxaik  mərasimləri,  oyun  və  tamaşaları,  adət-ənənələri,  mahnı  və 

nəğmələri,  epik,  lirik  və  dramatik  folklorun  bayramla  bağlı  bir  çox  janrlarını 

(lətifələri,  alqış-duaları,  mərasim  şeirlərini,  tapmacaları  və  s.),  sosial 

münasibətləri (küsülülərin barışması və s.), ideoloji görüşləri (müxtəlif dövrlərin 



Yüklə 275,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə