Microsoft Word seyid c?F?R pis?V?RI. doc



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə1/111
tarix06.10.2018
ölçüsü1,72 Mb.
#72542
  1   2   3   4   5   6   7   8   9   ...   111


 

SEY D CƏFƏR P ŞƏVƏR  
XAT RƏLƏ
(1941-1945) 
 
21 Azər Hərəkatının 60-cı illiyinə həsr olunur 
Azərbaycan Demokrat Firqəsinin nəşri 
Bakı 2005 
Tərtib edən: Yədulla Kənani (Nəminli) 
Kompüter: Jalə Nadir qızı 
Azərbaycan  Milli  Hökumətinin  yaranmasında  Mürsəl 
Hatəmzadə bir fədai başçısı kimi iştirak etmişdir. O, mühacirət 
illərində  tibb  sahəsində  alimlik  dərəcəsinə  qədər  yüksəlmişdir. 
Mərhumun oğlu Elşən Hatəmzadə atasının 80 illiyi ilə əlaqədar 
bu kitabın nəşrinə yardım etmişdir. 
 
S.C.Pişəvəri. 
Xatirələr. Bakı, ( ), 2005. 395 s 
Tərtibatçıdan: 
Oxucuya  təqdim  olunan  bu  dəyərli  əsər  Seyid  Cəfər 
Pişəvərinin  Azərbaycan  Respublikasının  siyasi  partiya  və 
ictimai  təşkilatlar  arxivində  saxlanılan  əlyazmasından 
köçürülmüşdür.  Seyid  Cəfər  Pişəvərinin  bu  zəngin  əsərində 
tamamilə  onun  yazı  forması  qorunmuş,  yalnız  bəzi  sözlərin 
mənası  müasir  Azərbaycan  dilinə  uyğun  və  habelə  aydın 
olmayan  sözlərin  yerinə  mötərizə  içində  izah  edilmişdir. 


 

S.C.Pişəvəri  öz  xatirəsində  Milli  Hökumətdən  qabaqkı  dövrü 
yəni  ikinci  dünya  müharibəsi  və  müttəfiqlərin  rana  daxil 
olmasını  və  həmçinin  Milli  Hökumət  quruluşunu  bütün 
təfərrüatilə  açıqlamışdır.  O,  bu  əsərdə  fədai  başçıları  Məcid 
Məhəmmədivənd,  Aram  Zadəgan,  Məmiqulu  Sadiqi  və  Mir 
Ə
bülfəzl  Haşiminin  fədai  dəstələrinin  fəaliyyəti  haqqında 
yazdıqları xatirələri əks etmişdir. Azərbaycan Demokrat Firqəsi 
rəhbərliyinin  göstərişinə  əsasən  Azərbaycanın  görkəmli  şairi 
Haşım  Tərlanın  “21  Azər”  Pişəvəri”  poeması  və  “Firqə”  adlı 
ş
erləri  bu  qiymətli  əsərin  sonuna  əlavə  edilmişdir.  Qeyd 
etməliyik ki, bu əsər Azərbaycan xalqının gələcək milli azadlıq 
mübarizəsində  təcrübə  cəhətdən  son  dərəcə  önəmli  və  zəngin 
bir  əsərdir.  Azərbaycan  xalqının  bütün  mübariz  oğul  və 
qızlarına bu əsəri oxumağı tövsiyə edirik. 
Yədulla Kənani (Nəminli) 
 
 
Ön söz 
 
Oxucuya  təqdim  olunan  bu  əsərdə  S.C.Pişəvərinin  1320-
1325  (1941-1946)  -cı  illər  arasında  Azərbaycanda  baş  verən 
hadisələrlə əlaqədar xatirə və mülahizələri bütün incəlikləri ilə 
öz əksini tapmışdır. 
Müttəfiqlərin  rana  daxil  olması  ilə  diktatorluq  rejiminin 
dağılması  ölkədə  yeni  vəziyyətin  yaranmasına  səbəb  oldu. 
Azərbaycanda  xalq  hərəkatı  canlanmağa  başladı.  Müxtəlif 
cəmiyyətlər  və  təşkilatlar  yarandı.  Bu  geniş  xalq  hərəkatının 
ə
leyhdarları  da  sakit  oturmadılar.  S.C  Pişəvəri  Azərbaycanda 
başlanan  azadlıq  mübarizəsinin  geniş  miqyas  almasından  və 
buna  qarşı  çıxan  dövlət  məmurların  fitnə  və  törətdikləri 
cinayətlərdən  geniş  söz  açır.  Eyni  zamanda  alman  faşizminin 
 
371 
*** 
Mən inqilab sırdaşı,ömrüm şəkdə,gümanda 
“Sağlar”qərbin oynaşı,gəzir əmn-amanda 
Ulduzlar qatarlarindan,sabah şən asimanda 
Yazilacaq bu yurdun növrağidir Firqəmiz 
 


 
370 
Sağ qolum qət olsada,qürrələnmmə solum var 
Solum varsa bədəndə.bəs deməli qolum var 
Mən al günəşdən duru,cəhanşumul yolum var 
Bu yollarin sönməyən ocağıdır Firqəmiz 
*** 
ldırımlar dəm bə dəm,başım üstə çaxsa da 
Varlığıma iftira,böhtan daşi yağsa da 
Son nəfısim dodaqdan qətrə-qətrə axsada 
Yurdumuzun nəgməkar dodağıdır Firqəmiz 
*** 
Mən aşiqəm.şührətim bu ellərə bəllidir 
Sədaqətim gün kimi nəsillərə bəllidir 
Sədaqətim gün kimi nəsillərə bəllidir 
Bu ellərin haqq deyən dodağıdır Firqəmiz 
*** 
Bu səngərdən döyüşdə, o səngərə süründüm 
Ş
ahların addımından qopan toza büründüm 
nqilab sınaqdan çıxıb, başda göründü 
Bu yollarin dalğalı bayrağıdır Firqəmiz 
*** 
ndi məqam başında,sağlar qolu çomaqlı 
Ş
uarlari inqilab,üzü qərbə adaxli 
Zahirdə təmtəraqlı, batində min yamaqlı 
Niqablı vicdanlarin dustağıdır Firqəmiz 
 

Avropada  irəliləməsinə  göz  tikən  mürtəce  qüvvələr  əleyhinə 
Azərbaycanın  qabaqcıl  şəxsiyyətləri  və  zəhmətkeş  kütlələri 
onlara qarşı mübarizəyə qalxaraq, antifaşist təşkilatı yaratdılar. 
S.C.Pişəvəri  Azərbaycanda  yaranan  digər  təşkilatlara  öz 
xatirələrində  geniş  yer  verir.  Azərbaycan  Zəhmətkeşlər 
Təşkilatının  yaranmasını  geniş  surətdə  izah  edir  və  bu  sahədə 
daha artıq fəaliyyət göstərən bir neçə nəfərin o cümlədən  srafil 
Qadiri,  Hüseyn  Rizvan,  Əhməd  slamidən  ad  aparır.  Bu 
təşkilatın təkcə Təbrizdə yox, Azərbaycanın başqa şəhərlərində 
ş
öbələrinin  də  yaranması  haqda  məlumat  verir.  Azərbaycan 
Zəhmətkeşlər  Təşkilatı  əsasən  aşağı  təbəqəyə  mənsub 
olduğundan  Tehrana  az  əhəmiyyət  verirdi.  Bu  təşkilatın 
rəhbərləri  Azərbaycan  dilinin  yayılmasını  və  onun  nə  qədər 
ə
həmiyyətə malik olduğunu dərk edirdilər. 
Azərbaycan  zəhmətkeşlərinin  xüsusilə  fəhlə  sinfinin 
mənafeyini  müdafiə  edən  Həmkarlar  ttifaqı  da  fəaliyyətə 
başladı.  Həmkarlar  ittifaqının  yaradıcılarından  olan  Qulam 
Adəmpəra  və  Məşədi  Qüdrət  kəlkətəçi  fabrikində  fəhlə 
həmkarlar  ittifaqı  yaratdılar.  Azərbaycan  valisi  Fəhimi 
yüksəlməkdə olan fəhlə hərəkatına və azadlıq uğrunda aparılan 
mübarizəyə  qarşı  fitnələrə  əl  atsa  da  xalq  hərəkatının  qarşısını 
almaq  mümkün  olmadı.  Xəlil  nqilab  kimi  avantüristlərdən 
istifadə  edərək,  yeni  Həmkarlar  ttifaqının  yaradılması  da  baş 
tutmadı.  Baxmayaraq  ki,  Xəlil  nqilab  özünün  avantürist 
hərəkətləri ilə polis və fəhlələr arasında toqquşma yaranmasına 
zəmin hazırladı və nəhayət məğlubiyyətə uğrayan Xəlil  nqilab 
Tehrana  sürgün  edildi.  Mötərizədə  qeyd  edək  ki,  Qulam 
Adəmpəra 21 Azər hərəkatının fəal iştirakçılarından biri olmuş. 
O,  ailə  və  qardaşı  Surxay  ilə  birlikdə  1946-cı  ilin  dekabrında 
Sovet  Azərbaycanına  mühacirət  etmiş,  və  Ağdam  şəhərində 
məskunlaşmış,  uzun  müddət  ADF  Ağdam  şəhər  komitəsinin 
sədri işləmişdir. 
S.C Pişəvəri Azərbaycan Cəmiyyəti adı ilə fəaliyyət göstərən 
təşkilata  da  öz  münasibətini  bildirib.  lk  dəfə  Azərbaycan  və 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə