Microsoft Word Shehriyar Chapa doc



Yüklə 461,91 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix08.07.2018
ölçüsü461,91 Kb.
#53804
1   ...   5   6   7   8   9   10   11   12   13

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

64 



Gözümüzü bağlayıb xəyala dalaq

Ərş sakinlərinin ruhunu xəyalımızda canlandıraq: 

 

Dağ və təpə silsiləsi kimi dövrə vurmuş 

Səliqəli və əzəmətli çadırlar görürəm. 

 

O yaşıl rəngli iri və uca çadır 

Firdovsinin – o uca sözlünündür. 

 

Mövlananın çadırı ağ və parlaqdır, 

Pak canın saflığı onda əks olunub. 

 

Bura uca behiştin həsəd apardığı bir xanəgahdır, 

Onun çadırları sanki hurilərin köşkləridir. 

 

Hurilər onu yaxşıca silib süpürürlər, 

Ənbər qoxuyan saçlarından ona ətir vururlar. 

 

  Hər bir çadırın önündə yumşaq dərili taxt qoyulub ki, 

Dostu dostun yanında oturda bilsin. 

 

Hər şeyə qadir olan eşq təbərzinlə 

Nəfs divinin buynuzunu sındırıb. 

 

Divlərin sınmış buynuzlarının ucundan 

Xirqələr və kəşküllər asılıb. 

 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 65


Xirqələrin üzərində sancaq taxılmış 

Tirmə taclar səf bağlayıb. 

 

Daşa-divara saflıq qələmi ilə 

Eşq və vəfa hekayətləri həkk olunub. 

 

Sufilərin iman xirqəsi çiyinlərində 

Ora-bura qaçdığını və coşqunluğunu görürəm. 

 

Xanəgahı eyş-işrətə hazırlayırlar, 

Şamlara ənbər qatırlar. 

 

Şeyx Şəbüstəri

4

 ora-bura gəzişir, 

Hay sala-sala hər guşəyə baş çəkir. 

 

Arxada gül təpəsinə bənzər ocağın üstündə 

Həqiqət Günəşinin (Şəmsin) qazanı pıqqapıqla  

                                                             qaynayır. 

 

Şeyx Sənan xanəgahın ocaqçısıdır, 

Tüstünün çadırı Ayın çadırı (haləsi) kimidir. 

 

Şəmsin qazanında qaynayan eşq məcunudur

Onu eşq ocağının sinəsində bişirir. 

 

Onun suyu Mövlananın axan ilhamından, 

Lobyası məna Günəşinin (Şəmsin) idrakındandır. 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

66 



 

Pıqqıltısı müğənnilərin çəng və avazından, 

Qaynaması sufilərin rəqs və səmasındandır. 

 

Səbzisi gözəllərin yaşıl xəttindəndir, 

Zahidlərin duası ona dəm verib. 

 

Ona Nizami ədviyyat səpib, 

Ona Saibin

5

 təkbeytlərindən duz tökülüb. 

 

Əriyini Buxaradan Əməq

6

 göndərib, 

Limonunu Molla Sədra

7

 verib. 

 

Zirəsi Şah Vəlinin

8

 mətbəxindən, 

Şöləsi Mövla Əlinin

9

 qeyrətindəndir. 

 

Odunu azadələrin hümmətindən, 

Tüstüsü aşiqlərin ürəkdən çəkdikləri ahdandır. 

 

Onu bişirən eşq yanğısıdır, 

Kasasını da aşiqlərin gözündən düzəldib. 

 

Süfrəyə Şeyx Şəbüstəri başçılıq edir, 

Onun «Gülşəni-raz»ı süfrəyə çağıranın duasıdır. 

 

Salam, ey rahatlıq bilməyən aişqlər! 

Salam, ey göz yaşı tökən bulaqlar! 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 67


Canınızı və ürəyinizi səhnə edib təmizləyin, 

Ona göz yaşı səpib kipriklərinizlə süpürün. 

 

Ud yandırın, yasəmən ətri səpin, 

Özünüzə yüz üsulla bəzək vurun. 

 

Təsəvvürlər pərdəsini qaldırın, 

Canın göz qapaqlarını açın. 

 

Ürəyin gözü üstündə şahın yerini boşaldın, 

Şahın şəklini o ucalıqdan asın. 

 

Qəlblərinizi ayna kimi təmizləyin ki

Bəlkə o işıqlı camalı görə biləm. 

 

Qapı arxasından şahın gəlişini bildirən «çəkil!»  

                            səsi eşidildi, 

Qoca qapıçı ürəkdən «Odur!» söylədi. 

 

Canının gözünü bu görüş üçün açıq saxla, 

Pərdətutan qoca pərdəni qaldırdı: 

 

Budur, o nur dəryası qapıdan içəri girdi, 

Elə bil Musa Tur dağından endi. 

 

Bir qoluna Əbu Səid

10

 girib, 

O biri qoluna da Cüneydlə Bayəzid

11




M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

68 



Xəyyam onun başına çətir tutub, 

Şeyx Cam

12

 əmrə müntəzir dayanıb. 

 

Siması nur dəryasının aynasıdır, 

Qaməti Tur dağının vüqarını göstərir. 

 

Əzəli səhərin haləsi olan saçları 

Əbədi gözəllik Günəşini dövrəyə alıb. 

 

Göz sanki Məsihin simasına baxır, 

Qulaq sanki aydın ayələr eşidir. 

 

O gözəlliyi necə təsvir edə bilərəm ki, 

Gözlərim heyran qalıb onu görmədi. 

 

O büsbütün sirrdir, əgər faş etsəm, 

Yarasaya Günəşi təsvir etmiş olaram. 

 

Heç kəs onun sirrini faş edə bilməz

Hərə öz təsəvvürüncə ona yar olub. 

 

Onun halını vəsf edərkən bihal olsam yaxşıdır, 

Sirri olanların dili lal olsa yaxşıdır. 

 

Əbaların qolundan şövq əli çıxdı, 

Bədənlərdəki paltarlar qəba oldu. 

 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 69


Xirqə geyənlər onun əzəmətindən heyrətə düşüb 

Xirqələrini çıxararaq onun ayaqlarına atdılar. 

 

Şəms onun çiynindən öpüb irəli apardı, 

Yuxarı başa keçirib taxtda oturtdu. 

 

Elə bil Haqqın əlləri onu ağuşuna aldı, 

Üzərinə nurdan bir pərdə çəkdi. 

 

Pirin simasından eşq yağır 

Və aləmi tutan gözəlliyi vəsf edir. 

 

Onun saf etiqadlıları qapıdan içəri girirlər, 

Onun dərvişlərinin hərəsi bir padşahdır. 

 

Ariflər sapa düzülmüş ləl və dürr kimidir, 

Şəmsin gözünün sarayı dolub. 

 

Xanəgahın bütün fəzasını 

Günəşlə Ayın pərvanələri tutub. 

 

Həqiqət Günəşi (Şəms) özü xirqəsini çıxarıb 

Şaha qonaqpərvərlik göstərir. 

 

Saib ucadan «xoş gəldin!» deyərək, 

Şeyx Şəbüstəriyə kömək edir. 

 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

70 



Məsnəvixanlar

13

 hekayət danışır 

Və ayrılıqdan şikayət edirlər. 

 

Şam və məşəllər nur yağdırır, 

Elə bil hurilər ətrafa gül səpir. 

 

Qapıda, divarda şüalar oynaşır, 

Sufilər cuşa gəlib səma rəqsi edirlər. 

 

Xaqaninin oxuduğu qəsidə yarımçıq qaldı, 

Çünki Hümam

14

 qəzəl deməyə başladı. 

 

Padşahın eşqinin həyəcanlandırıcı hekayəti 

Yalnız qəzələ və tarın siminə sığışa bilər. 

 

Görürsən ki, ariflər və aqillər 

İltifatla başlarını aşağı salıblar. 

 

Qapı ağzında bir tərəfdə Şeyx Bəhayi

15

 durub, 

Bir tərəfdə də Sənayi

16

 əli sinəsində dayanıb. 

 

İbn Sina şahın qəlyanını aparır, 

Fəxr Razi

17

 şaha tütün çatdırır. 

 

Su gətirmək Feyzi Dəkəninin

18

 öhdəsindədir, 

Dehləvi dəhlizdə dayanıb

19



 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 71


Tus şairi

20

 əkinin suyunu bağlayıb, 

Qəzzali

21

 də ipi pambıq edib. 

 

Rudəki arabir rud çalaraq, 

Xoş Səmərqənd nəğməsi oxuyur: 

 

«Muliyan çayının ətri gəlir, 

Mehriban yar yada düşür»

22



 

Sədi bir guşədə qiyamət qoparıb 

O üzü və qaməti vəsf edir. 

 

Xacə (Hafiz) öz xoş avazı ilə oxuduğu 

«Şahnaz»la məclisə xoş bir «Şur» (coşqu) salıb. 

 

O yanda Şeyx Əttar

23

 müşk səpib ud yandırır, 

Bəd nəzəri üzərlik tüstüsünə tutur. 

 

Məclisi bəzəməyə Nizami layiqdir, 

O şöhrətli söz ustası layiqdir. 

 

Məclisi nizamlamağı Nizamiyə tapşırıblar, 

Cam gəzdirməyi Camiyə

24

 tapşırblar. 

 

Xəyyam mey kuzəsini başına çəkir, 

Firdovsi ucadan deyir: «Nuş olsun!» 

 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

72 



Bizim məstliyimiz mənəvi şərabdandır, 

Bizim çərəzimiz «Məsnəvi»nin neyi və avazıdır. 

 

Bizim hədiyyəmiz göz yaşımız və eşqimizdir, 

Onun qaşının bir işarəsi bizə yol göstərir. 

 

Gözümüzü açıb bu xoş röyadan ayrılaq, 

Eşqi ağılla tutuşduraq. 

 

«Şahnamə» bizim təbilimiz və şeypurumuzdur, 

«Məsnəvi» bizim çəngimiz, neyimiz və  

zınqırovumuzdur. 

 

Tanrı xilqət neyinə üfürəndən bəri 

Mövlanadan yanıqlı ney kim görüb?! 

 

İlahi, bu neyçi nə gözəl çalır, 

«Çalır» deyirlər, amma od vurur. 

 

«Neyin bu sədası hava deyil, oddur, 

Kimdə bu od yoxdursa, yox olsun!»

25

 

 

Bu qələndər gör nə qovğa salıb, 

Aləmi öz sədası ilə doldurub! 

 

Bu «Məsnəvi» yaradılış kitabı olduğundan 

Köhnə onda bir an içində yeniləşər. 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 73


Hissəciklə tamı yenidən bir-birinə qovuşdurub, 

Yaradılış kimi bir məhşər meydana gətirib. 

 

Onun hər vərəqində yüz səhnə canlanır, 

Onun hər sözündə yüz naxış görünür. 

 

Onun hər sözü mübtədanın neçə-neçə xəbəridir, 

Üstəlik özü də neçə-neçə sonun başlanğıcıdır. 

 

Elə ki, söz həm mübtəda, həm də xəbər olar, 

Bir dünya mənanı qucağına alar. 

 

Otuz hissədən ibarət Qurana and olsun ki, 

«Məsnəvi» fars şerinin Quranıdır. 

 

Düşüncə gözəlləri ona vurğundur, 

Beyinlər onun dəryasında qərq olub. 

 

Mövlana könlünü Şəmsin eşqinə verdi 

Və bu qədər divanı Şəmsin adına bağladı. 

 

Ona görə də Mövlananın ilhamına yox, 

Mövlananın Şəmsinə əhsən! 

 

Bizim dilsizlikdən şikayətlənən Şəmsimiz 

Mövlana şerinin dilində təzahür etdi

26



 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

74 



Dil dağından ürəyi ağrıdığından 

Tanrı ona bu əbədi dili verdi. 

 

Bu «Məsnəvi» kitabı əbədidir, 

Ey Mövlananın ruhu, sən də əbədi yaşa! 

 

Mövlana Ruminin yeddi yüz əlli illiiyi 

Hər bir ölkədə keçirilsə də, 

 

Mövlana Şəmsi axtarır, 

Şəms hardadırsa, ora gedir. 

 

Şəms təbrizli və bizimki olduğundan 

Mövlananın ruhu da yəqin bizim qonağımızdır. 

 

Ey Şəhriyar, ilhamın çağlayırdı, 

Ona görə də qonaqlarının vaxtını xoş keçirdin. 

 

 



İzahlar: 

 

1.  Beyt Mövlanaya məxsusdur. 



2.  Konya şəhəri nəzərdə tutulur. 

3.  Şəms Təbrizi «Söhbətlər»ində özünü Günəşə, 

Mövlananı isə Aya bənzədir. Eyni müqayisəyə 

Ruminin əsərlərində də rast gəlirik. 




Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 75


4. Azərbaycanın böyük filosof-şairi, sufi ədə-

biyyatının mühüm nümunələrindən biri olan 

«Gülşəni-raz»ın müəllifi Şeyx Mahmud Şəbüstəri 

(1287-1320) nəzərdə tutulur. Bir qədər aşağıda 

Şəhriyar onun əsərinin də adını çəkir. 

5.  Özünü «Mövlana tərzinin davamçısı» adlandıran, 

farsdilli poeziyada bütöv bir cərəyanın başında 

duran dahi Azərbaycan  şairi Saib Təbriziyə 

(1601-1677) işarə olunur. 

6. XI-XII əsrlərdə yaşamış  şair  Əməq Buxari 

(vəf.1148). 

7. Səfəvilər dövründə yaşayıb «Molla Sədra» kimi 

məşhur olan filosof və ilahiyyatçı  Sədrəddin 

Şirazi (1572-1640). 

8.  Görkəmli sufi şairi, nemətullahi təriqətinin banisi 

Şah Nemətullah Vəli (1330-1431). 

9.   Həzrət Əli nəzərdə tutulur. 

10. Böyük sufi şeyxi  Əbu Səid  Əbül-Xeyr Meyhəni 

(967-1049). 

11.  Erkən sufizmin görkəmli nümayəndələri Cüneyd 

Bağdadi (vəf.910) və Bayəzid Bəstami (vəf. 

875) 


12.  Təsəvvüf tarixində özünəməxsus yer tutan Şeyx 

Əhmədi-Cam Jindəpil (1049-1125) 

13.  Məsnəvixan – peşəkar «Məsnəvi» qiraətçisi. Bu 

beyt «Məsnəvi»nin ilk sətirlərinin azca 

dəyişdirilmiş variantıdır. 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

76 



14. Mövlananın müasiri olmuş Azərbaycan  şairi  

Hümam Təbrizi (vəf.1315) 

15.  «Şeyx Bəhayi» adı ilə məşhur olan alim və şair 

Bəhaəddin Amili (1546-1622). 

16. Sufi poeziyasının ünlü nümayəndəsi Sənayi 

Qəznəvi (1048-1140). Mövlanaya güclü təsiri 

olmuşdur. 

17. Məşhur ilahiyyatçı Fəxrəddin Razi (1149-1209). 

Mövlananın atası  Bəhaəddin Vələdlə münaqi-

şəsi olmuşdur. Şəms də, Mövlana da ona mənfi 

münasibət bəsləmişdir. 

18. Moğollar dövrünün böyük hind şairi  Əbül-Feyz 

Feyzi Dəkəni (1547-1595) 

19. Dahi hind şairi  Əmir Xosrov Dehləvi (1253-

1325) 

20. Burada «Tus şairi» dedikdə Firdovsi nəzərdə 



tutulur və onun dehqanlığına işarə olunur. 

21. Məşhur filosof və ilahiyyatçı  Əbu Hamid 

 

Məhəmməd  əl-Qəzzali (1058-1111). Şəhriyar 



Qəzzali (pambıqdan iplik əyirən, ip toxuyan) 

sözünün hərfi mənasına işarə etmişdir. 

22. Burada fars-tacik ədbiyyatının banisi sayılan 

Rudəki Səmərqəndinin (IX-X əsrlər) rud 

alətində çalmasına işarə olunmuş  və onun 

məşhur «Buye-cuye-Muliyan ayəd həmi...» 

şerindən bir beyt verilmişdir. 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 77


23. Sufi ədəbiyyatının böyük nümayəndəsi  Şeyx 

Fəridəddin 

Əttar Nişaburi (1119-1230). 

Qaynaqlarda Mövlananın uşaq ikən onunla 

görüşdüyü bildirilir. 

24. Nizaminin görkəmli davamçılarından olan şair və 

sufi Əbdürrəhman Cami (1414-1492). 

25. Bu beyt «Məsnəvi»nin giriş hissəsindən 

götürülmüşdür. 

26.  Şəms Təbrizi daim dilin və sözün onun hiss və 

düşüncələrini ifadə etməkdə «acizliyindən» 

şikayətlənmiş, buna görə də əsər yazmağa meyli 

olmadığını bildirmişdir. Mövlana isə öz 

əsərlərinin Şəmsin səsi olduğunu vurğulamışdır. 

Şəhriyar burada həmin mətləbə işarə edir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

78 



 

 

MÜNDƏRİCAT 

 

Şəhriyar şeirinə yeni baxış (Qurban Bayramov) ......5 

Şəhriyar və zəmanəmiz ..........................................11 

Şəhriyar və XX əsr İran ədəbi mühiti  ....................22 

“Heydərbaba” fars dilində ......................................47 

“Azərbaycan” şeiri saxta deyil ...............................52 

Şəhriyarın çağlayan ilhamının möcüzəsi ................58 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 79


 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

80 



Məsiağa Məhəmmədi 

 

 

Şəhriyar və zəmanəmiz 

 

 



 

 

 



 

 

 



Çapa imzalanmışdır: 02.11.2015 

Formatı: 84x108 1/32 

Həcmi: 2,5 ç.v. 

Sifariş: 126 

Sayı: 300 

Qiyməti: Müqavilə ilə 

 

_____________________ 



 

“ADMİU”nun mətbəəsində nəşr olunmuşdur. 

Ünvan: Bakı ş., Zərdabi 39a 

Tel: (+994 12) 434 50 04 



Yüklə 461,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə