Microsoft Word Shehriyar Chapa doc



Yüklə 461,91 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix08.07.2018
ölçüsü461,91 Kb.
#53804
1   2   3   4   5   6   7   8   9   ...   13

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

14 



tırlanan bir zamandır. Bu həsrət, bu nostalji hissi 

şairin «dünya duracaq yer deyil» (Nəsimi) qənaəti-

ni gücləndirir, ondan xilas olmaq şövqü doğurur: 

 

Heydərbaba, gül qönçəsi xəndandı,  



Amma heyif, ürək qəzası qandı, 

Zindəganlıq bir qaranlıq zindandı, 

Bu zindanın dərbçəsin açan yox, 

Bu darlıqdan bir qurtulub qaçan yox. 

 

«Gözünə qəmdən bir eynək taxan» dünya ilə 



sazişin bütün hallarda mümkünsüzlüyünü yaxşı 

anlayan Şəhriyar: 



 

Çağır, Vurğun, çağır, qopsun bu gün aləmdə tufanlar

Dağılsın məhvəri-aləm, kökündən tarimar olsun! 

 



 

deyən Səməd Vurğunun ardınca, dünyaya 

münasibətini: 

 

Yaman qurğu yığılaydın, 



Tufanlarda boğulaydın, 

Nolaydı bir dağılaydın, 

Bizi dərdə salan dünya! 

 

– şəklində qətiləşdirir. 




Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 15


Əsrimiz: Təməddün və Siyasət 

 

Dünyaya belə münasibət heç də  şairin öz 



həmnövlərinin – dünya əhlinin həyatına, yaşayış 

uğrunda savaşının gedişi və nəticələrinə nüfuzunu 

istisna etmir. Və bu hal poeziyanın  əsas mövzu 

dairəsi barədə yuxarıdakı tezisin inkarı kimi başa 

düşülməməlidir – dünyadakı gerçəkliyin təsviri və 

qiymətləndirilməsi poeziyanın  əzəli və  əbədi 

mövzularının  şərhində    vasitə  və üsuldur, son 

nəticədə dünyaya qarşı duran poeziyanın özünütəs-

diqinə xidmət edir. İkinci bir tərəfdən, nəzərə 

almalıyıq ki, orta əsr  şairlərindən fərqli olaraq, 

müasir dövr şairinin «üzlət guşəsini seçmək», 

«inzivaya çəkilmək» imkanları xeyli dərəcədə 

məhduddur. Bu da zəmanəmizin xarakterindən 

irəli gələn məhdudiyyətdir. Şəhriyar həmin xarak-

teri şərtləndirən iki amili – Təməddün və Siyasəti 

– xüsusi vurğulayır. Qeyd edək ki, həmin amillər 

elmi baxımdan da müasir tarixi prosesin tipolo-

giyasını müəyyənləşdirən faktorlar kimi qiymət-

ləndirilir. 

Şəhriyar «təməddün» dedikdə, çağdaş texno-

loji sivilizasiyanı  və ya bizim «elmi-texniki inqi-



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

16 



lab» adlandırdığımız («inqilab» sözu burada lap 

yerinə düşüb) hadisəni  nəzərdə tutur. Şair bir 

vaxtlar bəşəriyyətin  şövq və ümidlə qarşıladığı 

(«Təməddünun uyduq yalan sözünə») texniki 

ixtiraların, texnoloji yeniliklərin  istər qlobal 

nəticələrini, istərsə də gündəlik həyat və məişətdə 

doğurduğu problemləri qələmə alır: 

 

Silo dair olalı hər nə dəyirman yığışıldı, 



Amma xalis təmiz  ünlar da dəyirman ilə getdi… 

Hava insanı boğur, baş-başa «qaz-karbonik» olmuş, 

Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi. 

 

Və ya : 



 

Təməddünün gözü görüm kor olsun

Ağzındakı şirin şərbət şor olsun. 

Bal da yesə, zəhər olsun, çor olsun, 

Ağzımızın dadın  qapıb apardı, 

Ürəkləri çəkib kökdən qopardı. 

 

Şairin təməddünə mənfi münasibətini doğuran, ilk 



növbədə, onun məhz bu «kökdən qoparmaq» 

keyfiyyətidir. Belə ki, təməddün təkcə müxtəlif 

ekoloji fəlakətlər və xəstəliklər törətmir, insanı öz 

kökündən – təbiətdən ayırmaqla («Maşın bizi 




Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 17


təbiətdən ayırıb, Mürdəşirə verim belə maşını») 

son  nəticədə onun mahiyyətinin dəyişməsinə 

gətirib çıxarır.  Əslində  əsrimizin simasını 

müəyyənləşdirən ikinci amil – Siyasət də  həmin 

dəyişikliklə şərtlənir. Belə ki, elmi-texniki inqilab 

əsrində yalnız təbiətə  və ayrı-ayrı  fərdlərə deyil, 

bütöv ölkələrə, xalqlara, millətlərə istehlakçı 

münasibət formalaşır. 

 

İndi bəşər ac qurd təkin uduxub, 

Çömbələnti göz qıcırdıb duruxub, 

Baxırlar ki, görsünlər kim sınıxıb, 

Tökülsünlər onun leşin yırtsınlar, 

Hərə bir diş ənsəsindən  qırtsınlar. 

 

Bu siyasətin (geosiyasətin) texnologiyasını 



da yaxşı başa düşən  Şəhriyar zəmanəmizdə    istər 

bütövlükdə dünyada, istərsə  də ayrı-ayrı xalqların 

taleyində baş vermiş hadisələrin kökündə duran 

həmin amili səciyyələndirmək üçün  şeirlərində 

daim bir anlayışdan – Şeytan obrazından istifadə 

edir: 


 

Biz millətin var harası? 

Hardan sağalsın yarası? 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

18 



Öz Şeytanı, öz barası 

Ona deyir: «Qaç çaparı!» 

Buna deyir: «Vur şikarı!»… 

 

Köməkləşən gedir maha 

Bizə kömək yoxdur daha, 

Bizimki qalmış Allaha, 

Şeytan quluymuş şahımız… 

 

Beləcə  Şəhriyar bir vaxtlar Hüseyn Cavidin 



irəli  sürdüyü: «Təməddünün sonu vəhşətmidir?» 

sualına müsbət cavab vermiş olur. 



 

 

Milli dərdlər: “Nədir axı  

bu millətin günahı?” 

 

Dünyada gedən proseslərin kökündə, özülün-



də dayanan amilləri iti fəhmi, dərin zəkası ilə anla-

yan  Şəhriyar «inkişaf etmiş ölkələrin» texnoloji 

hücumuna məruz qalan, geosiyasət obyektinə 

çevrilən ölkəsinin dərdlərini də yaxşı bilir. Şairin: 

 

Obalar şairiyəm, dərdimizi 

Duyuram, çox da dərin duyğudu bu 



Yüklə 461,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə