Microsoft Word Shehriyar Chapa doc



Yüklə 461,91 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix08.07.2018
ölçüsü461,91 Kb.
#53804
1   2   3   4   5   6   7   8   9   ...   13

Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 19


– sözləri onun yaradıcılığı ilə tam təsdiq olunur. 

Şəhriyar zaman-zaman xalqının başına gətirilən 

oyunları həm ürək ağrısı ilə, həm də bu oyunların 

mahiyyətini və mexanizmini açacaq bir tərzdə 

qələmə almışdır: 

 

Kim qaldı ki, bizə buğun burmadı, 



Altdan-altdan bizə kələk qurmadı, 

Bir mərd oğul bizə havar  durmadı. 

Şeytanları qucaqlayıb gəzdiz siz, 

İnsanları ayaqlayıb əzdiz siz. 

 

Lakin  ən mühümü budur ki, Şəhriyarın 



yazdıqları  təkcə o vaxtkı  İran gerçəkliyinə deyil, 

bütövlükdə  əksər müsəlman ölkələrindəki vəziy-

yətə güzgü tutur. Misal üçün: 

 

Çörək qəmi çıxıb xalqın ayına, 



Hər kəs qalıb öz canının hayına… 

Və ya: 


 

Gör necə qızları, övrətləri saillıq edirlər, 

Millətin namusudur, fırlanır övbaş arasında. 

 

Yaxud: 



 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

20 



İndi gərək, Amerikadan dən gələ

Çörək gedə, Fransadan pən gələ, 

Dən-düşümüz Sued, Norvejdən gələ, 

Gəlməsə bir gün acımızdan ölək 

Qapış-qapış bir çörəyi min bölək. 

 

və s. 



Məhz bu keyfiyyət 

Şəhriyarı milli 

hüdudlardan çıxarıb ümumşərq  şairi edir və ona 

qoca  Şərqin  ən böyük dahiləri ilə bir sırada 

dayanmaq haqqı qazandırır. Şəhriyarı Azərbaycan 

sovet  şairlərindən fərqləndirən, yüksəyə qaldıran 

və müasirimiz olduğu halda, onun yaradıcılığına 

klassik mahiyyət bəxş edən xüsusiyyət də budur. 



 

 

“Keçək yenə məhəbbətin sözünə” 

  

Bir daha qeyd edək ki, Şəhriyarın dünyada 



baş verən hadisələri təhlil edib, ictimai, siyasi, 

milli məsələlərdən bəhs açması heç də onun şairlik 

dünyasından çıxıb bu dünya işlərinə qarışması, 

başqa sözlə, siyasətlə məşğul olması demək deyil. 

Bizim ictimai-siyasi həyata «fəal» müdaxilə edib 

bu mövzularda yazmaqla şəxsi mənfəət  əldə 




Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 21


etməyə çalışan, milli dərdlərlə, xalqın inamı ilə 

alver edən bir çox şairlərdən fərqli olaraq, burada 

Şəhriyarın mövqeyi tam qərəzsiz, obyektiv mahiy-

yət daşıyır və elə həmin mövqeyin sayəsində onun 

bu mövzudakı şeirlərində zəmanəsini dəqiq səciy-

yələndirmək,  ən mühüm detalları qabarıq təqdim 

etmək keyfiyyəti meydana çıxır. Çünki bu şeirlər 

kənar və  təmənnasız bir müşahidəçinin qələmin-

dən çıxıb. Bu həlledici amilə şair özü də işarə edib: 

 

Mənim yolum məhəbbət caddəsiydi, 



Son sözlərim haqqın iradəsiydi, 

Məhəbbətin risalət vədəsiydi, 

Yoxsa məndə bir kəs ilə qərəz yox, 

Siyasət adlı məndə bir mərəz yox. 

 

Siyasət – «qərəz» və «mərəz»dirsə, siyasətçi 



şair – absurddur, nonsensdir, çünki siyasət adamı 

olmaq dünya əhli olmağın kulminasiyasıdır, ifrat 

həddidir. Bu isə  şairliyin dünyaya qarşı durmaq 

missiyası ilə bir araya sığışan  şey deyil. Necə ki, 

ustad buyurur: 

 

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, 



Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz! 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

22 



 

 

 

 

ŞƏHRİYAR VƏ XX ƏSR  

İRAN ƏDƏBİ MÜHİTİ 

yaxud 

“İNŞALLAH Kİ, QALİBƏM MƏN!” 

 

Məhəmmədhüseyn  Şəhriyarın poeziyası XX 



əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx 

surətdə bağlı olmuş, klassik irsin yaradıcı  şəkildə 

mənimsənilməsi ilə yanaşı, çağdaş  ədəbi proseslə 

qarşılıqlı əlaqə və təsir zəminində formalaşmışdır. 

Həyatının bütün mərhələlərində  tərkidünyalıq və 

guşənişinlik illəri yaşamasına,  əski təbirlə desək

«sufi-məşrəb» və «dərviş-məab» olmasına baxma-

yaraq, Şəhriyar İran ədəbiyyatında, xüsusən poezi-

yada baş verən hadisə  və  dəyişiklikləri yaxından 

izləmiş, zəruri məqamlarda və  ən mühüm məsə-

lələr barədə  səmimi  şəkildə mövqeyini bildirmiş, 

sözünü söyləmişdir. Odur ki, şairin yaradıcılığının 

ədəbi-tarixi əhəmiyyəti və müəyyən mənada müs-



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 23


təsna mahiyyəti məhz bu kontekstdə anlaşıla və 

qiymətləndirilə bilər. 

XX əsr İran ədəbiyyatının inkişafı bütövlük-

də  «ənənəçilərlə» «yenilikçilərin» qızğın müba-

hisəsi və kəskin mübarizəsi şəraitində baş vermiş, 

onun ən intensiv mərhələləri 1920-30-cu və 1960-

70-ci illərə, yəni Rza şahın modernləşməyə yönəl-

miş sosial-mədəni islahatları  və  Məhəmmədrza 

Pəhləvinin «ağ inqilabı» dövrünə təsadüf etmişdir. 

Bu prosesdə Şəhriyar əlahiddə bir yer tutur və biz 

burada həmin  əlahiddəliyin mahiyyəti və  səbəb-

lərini açıqlamağa çalışacağıq. 

Şəhriyarın  ədəbiyyata gəldiyi 1920-ci illər 

bədii yaradıcılıqda, ilk növbədə poeziyada nova-

torluq axtarışlarının birinci dalğasının gücləndiyi 

dövr idi. Şeirdə bu prosesin bayraqdarı olmaq, 

klassik kanonları  sındırmaq missiyasını Mazan-

darandan olan gənc  şair Nima Yuşic (1895-1960) 

öz üzərinə götürmüşdü. Şəhriyar kimi fransız dilini 

mükəmməl bilən Nima Qərb ədəbiyyatından təsir-

lənməklə bir-birinin ardınca yeni poetik forma və 

üslubda yazdığı əsərlərini nəşr etdirir, ənənə tərəf-

darlarının müqaviməti və etirazı ilə üzləşirdi. Eti-

raz edənlərdən biri də o dövrün nüfuzlu ədiblərin-

dən olan Məlikküş-şüəra Bahar (1887-1951) idi. O 



Yüklə 461,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə