Microsoft Word Shehriyar Chapa doc



Yüklə 461,91 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix08.07.2018
ölçüsü461,91 Kb.
#53804
1   2   3   4   5   6   7   8   9   ...   13

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

24 



Məlikküş-şüəra Bahar ki, Şəhriyarın ilk kitabına – 

1931-ci ildə çap olunmuş divanına heyranlıqla 

dolu ön söz yazmış  və  Şəhriyarı «təkcə  İranın 

deyil, bütün Şərq aləminin iftixarı» adlandırmışdı; 

gənc şairin klassik formanı gözləməklə yazdığı ye-

ni ruhlu şeirlər Baharın zövqünü oxşamış və o hət-

ta Şəhriyarın əsərlərindən yaradıcı impuls aldığını 

etiraf etmişdi. 

Baharla yanaşı, Səid Nəfisi və Pejman Bəx-

tiyari kimi ədiblərdən yüksək qiymət alan Şəhri-

yar, bununla belə,  ədəbi-estetik mübahisələrdə 

mühafizəkarların səngərində yer almadı  və  təkcə 

Nimanın yaradıcılığında deyil, bütövlükdə XX əsr 

İran poeziyası tarixində yeni səhifə açan «Əfsa-

nə»ni böyük coşqu və  həyəcanla qarşıladı. «Əf-

sanə» poeması  Şəhriyara elə güclü təsir bağış-

lamışdı ki, şahidlərin dediyinə görə, kitabı əlindən 

yerə qoymur, ondan danışmaqdan doymurmuş.  

Nəhayət,  Şəhriyar  əsərin müəllifi ilə  şəxsən 

tanış olmaq üçün İranın şimalına – Barfüruşa yol-

lanır. Nima ilə görüşmək  Şəhriyara nəsib olmur, 

əvəzində onun qələmindən farsdilli poeziya üçün 

tamamilə yeni bir hadisə olan «Do morğe-beheşti» 

(«İki cənnət quşu») adlı bir əsər çıxır.  Şəhriyarın 

özünün də etiraf etdiyi kimi, həmin əsər Nimanın 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 25


təsiri ilə yazılmışdır, lakin bu, Nimanın birbaşa 

davamçılarında gördüyümüz təsirdən fərqli – yeni 

poetik formaya deyil, yeni poetik təfəkkürə  təkan 

verən, bədii təxəyyülü qanadlandıran bir təsirdir. 

Nimanın təsirini  Şəhriyarın sonralar yazdığı 

«Həzyane-del» («Qəlbin sayıqlaması») «Ey vay 

madərəm» («Vay, anam»), «Mumiyayi» («Mumi-

yalanmış adam»), «Pəyam be Eynşteyn» («Eynş-

teynə müraciət»), «Əfsaneye-şəb» («Gecənin 

əfsanəsi») kimi əsərlərində müşahidə etmək 

mümkünsə də, məhz təsirin qeyd olunan səciyyəsi 

nəticəsində bunlar Şəhriyarın öz üslubunda olan 

əsərlər sayılır.  Şəhriyar haqqında  ən qiymətli 

araşdırmalardan birinin müəllifi olan Hüseyn 

Münzəvi (1946-2004) haqlı olaraq yazır: ««İki 

cənnət quşu» «Əfsanə»nin təsiri altında yazılsa da, 

insafən,  Şəhriyar öz axıcı  və lirik dili, canlı  və 

gözəl təbiət təsvirləri, eləcə  də dialoqları qurmaq 

və duyğuları bəyan etmək bacarığı ilə... «Əfsanə»-

dən irəli getmişdir. Məşhur ifadə ilə desək

«birincilik üstünlüyü» Nimaya məxsus olsa da, 

«üstünlük birinciliyi» Şəhriyara məxsusdur».         

Adı  çəkilən  əsərlər  İranda yeni şeirin  ən 

dəyərli nümunələri olmaqla, Şəhriyarın ədəbiyyat-

da  ənənə  və novatorluğa baxışının özünəməxsus-



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

26 



luğunu da ortaya qoyur. Bu özünəməxsusluğu 

şairin aşağıdakı sözlərində aydın görmək müm-

kündür:  

«Şeirin mayası qeyri-iradi şəkildə insanın 

sinirlərində yaranan incə bir titrəyişdir – şairin 

sinir sistemi onu təbiətdən təhvil alıb bəsləyir və 

sonra onu şeir  şəklində başqalarına təhvil verir. 

Şeirin vəzni, melodiyası, şeirdə sözlərin uyuşması 

insanın paltarı kimidir və  şeir adətən bu paltarda 

rəsmən tanınır… Qafiyə  şəklin salındığı  çərçivə 

kimi bir şeydir ki, şeiri onunla bağlayırıq…, şeirin 

şəkli və ya forması onunla müəyyənləşir. Paltarın 

forması dəyişdikdə insanın mahiyyəti dəyişmədiyi 

kimi,  şəklin dəyişməsi ilə  şeirin mahiyyəti də 

dəyişməz. Şeir şair üçün ideal məqamında olan bir 

məqsədi izləyir… Poetika elmi şeiri təhlil və dərk 

etmək üçün yaranıb,  şeir yaratmaq üçün yox! 

Poetika  şeirdən törəyib,  şeir poetikadan törəmə-

yib…  Şair bilməlidir ki, əgər mənzum söz quraş-

dırma yolu ilə, yaxud qaydalar əsasında yaranarsa, 

saxta bir sözdür və şeir deyil…». 

Poetik sözün təbiətinə bu cür baxışın nəticə-

sidir ki, Şəhriyar digər ənənəçilərdən fərqli olaraq, 

Nima və ardıcıllarının yeniliklərinə dözümlü mü-

nasibət sərgiləyir, özü də onlardan istifadə edirdi, 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 27


eyni zamanda yeniliyi formal parametrlərə müncər 

edənlərlə razılaşmırdı. Şəhriyar bədii yaradıcılıqda 

təxəyyülə, fantaziyaya müstəsna əhəmiyyət verirdi 

və Nimanın poetik şəxsiyyətində ən çox bu cəhəti 

qiymətləndirirdi. Onun fikrincə, yeni sözü köhnə 

«paltar»da da söyləmək mümkündür. Çünki şeirdə 

əsas olan fikirdir, məzmundur. Çox sevdiyi və 

bəhrələndiyi Saib Təbrizinin dediyi kimi: 

 

ﺖﻔﮔ رﺎﻳ ﻒﻟز زا ﻦﺨﺳ ناﻮﺘﻴﻣ ﺮﻤﻋ ﮏﻳ



 

ﺖﺳا ﻩﺪﻧﺎﻤﻧ نﻮﻤﻀﻣ ﻪﮐ شﺎﺒﻣ نﺁ ﺪﻨﺑ رد

 

 

Bir ömür yarın zülfündən söz demək olar, 



Elə düşünmə ki, [deyilməmiş] məzmun qalmayıb! 

 

Şəhriyar klassik ənənələri dövrünün yenilik-



ləri ilə  uğurla birləşdirməyi bacarmış,  ənənə  və 

novatorluq arasında düzgün nisbəti, «etidalı», 

«qızıl ortanı» tapmağa və yaradıcılığında gerçək-

ləşdirməyə nail olmuşdur. Bu, XX əsr İran poezi-

yasında onun əlahiddəliyini  şərtləndirən birinci 

səbəbdir. Təsadüfi deyil ki, Nima Yuşic Şəhriyarı 

«İranda gördüyüm yeganə şair» adlandırmışdı. 

Şəhriyar kimi əsasən klassik formalarda, ilk 

növbədə, qəzəldə yazıb-yaradan bir şairin Nimaya 



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

28 



(və bütövlükdə «yeni şeirə») verdiyi dəstəyin İran 

ədəbi mühitində xüsusi əhəmiyyəti və  mənası 

vardı. Bu dəstək iki şair arasında səmimi dostluq 

münasibətlərinin yaranmasına təkan vermişdi, 

Tehranda və  Təbrizdə görüşən iki şair bir-birinin 

yaradıcılığı haqqında fikirlərini açıqlamış, bir-

birinə  şeirlər həsr etmişdi.  Şəhriyarın Nimaya 

müraciətlə yazdığı çox təsirli  şeirdən aşağıdakı 

misralar diqqəti çəkir: 

 

ﻢﻴﻳﺮﮕﺑ ﻪﻧﺎﺒﻳﺮﻏ ﻪﮐ ﻮﮔ لد ﻢﻏ ﺎﻤﻴﻧ



 

و ﻢﻳرﺁ ﻢه ﺶﻴﭘﺮﺳ

ﻢﻴﻳﺮﮕﺑ ﻪﻧاﻮﻳد ود 

 

فﺎﻗ نﺁ ﮥﻠﻗ زا ﻮﺗ و رﺎﻏ ﻦﻳا لد زا ﻦﻣ



 

ﻢﻴﻳﺮﮕﺑ ﻪﻧﺎﻧﺎﺟ ﻪﺑ و ﻢﻴﺘﻓا ﻢه ﻪﺑ لد زا

...

 

ﻢﺸﻳﻮﺧ ﻪﻧﺎﺴﻓا ﺮﻋﺎﺷ ﻮﺗ ﻮﭼ ﺰﻴﻧ ﻦﻣ



 

ﻢﻴﻳﺮﮕﺑ ﻪﻧﺎﺴﻓا ﺮﻋﺎﺷ ﯼا ﻢه ﻪﺑ ﯼﺁزﺎﺑ

 

 

 



 Nima, ürəyinin qəmini de, qərib kimi ağlayaq

Bir-birimizə baş əyib iki divanə tək ağlayaq 

Mən bu mağaranın içindən, sən o Qafın zirvəsindən 

Ürəkdən qucaqlaşıb candan ağlayaq… 

Mən də sənin kimi öz əfsanəmin şairiyəm, 

Gəl, ey əfsanə şairi, bir-birimizin halına ağlayaq! 


Yüklə 461,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə