Microsoft Word Shehriyar Chapa doc



Yüklə 461,91 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix08.07.2018
ölçüsü461,91 Kb.
#53804
1   2   3   4   5   6   7   8   9   10   ...   13

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

34 



iranizə etməyə – M.M.) çalışdım və müəyyən 

həddə buna nail oldum. Ona görə də məndən sonra 

gələn Nadirpur, Sayə, Müşiri kimi şairlərin üslubu 

Nima ilə  mənim aramda yerləşən bir şey 

olmuşdur».  

Beləliklə,  Şəhriyar nə «yenilikçilər» kimi 

Avropa şeirinə təqlid edir, nə də «ənənəçilər» kimi 

onu süngü ilə qarşılayır: şair Şərq bədii təcrübəsini 

Avropa ədəbiyyatının nailiyyətləri ilə birləşdirmək 

yolunu tutur və bu da onun yaradıcılığının əlahid-

dəliyini təmin edən ikinci səbəb kimi çıxış edir. 

Qeyd edək ki, Şəhriyar təkcə ədəbi-estetik baxım-

dan deyil, ümumi ictimai və kulturoloji planda da 

bu mövqedə dayanır və Avropa mədəniyyətinə 

nisbətdə böyük İran yazıçısı  Cəlal Ale-Əhmədin 

məşhur «Qərbzədegi» («Qərbçilik»)  əsərində nü-

mayiş etdirdiyindən fərqli bir yanaşma sərgiləyir. 

1950-ci illərdə, xüsusən 1953-cü il çevrilişin-

dən sonra «yeni şeir» böhran mərhələsi yaşayır, 

Şəhriyarın təbirincə desək, «bayağılaşma dönə-

minə» qədəm qoyur (bu böhran, heç şübhəsiz, həm 

də ideoloji səbəblərlə bağlı idi). Şəhriyar isə bu 

dövrdə fars divanının dalbadal çap olunan cildləri 

bir yana, ana dilində «Heydərbabaya salam» kimi 

möhtəşəm bir əsər yaradır və az bir zamanda onun 



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 35


şöhrəti  İran hüdudlarını  aşaraq, keçmiş SSRİ 

məkanına, Avropa və Amerikaya çatır. «Heydər-

baba»nı yazmaqla Şəhriyar orta əsrlərdən gələn 

ikidillilik (həm farsca, həm türkcə yazmaq) ənənə-

sində yeni bir səhifə açır, Pəhləvi rejiminin susdur-

duğu dilin varlığını bütün əzəməti ilə ortaya qoyur. 

Bu, Şəhriyara İran ədəbi mühitində əlahiddə status 

qazandıran üçüncü səbəbdir. Şəhriyarın ana dilində 

yazdığı  əsəri təkcə Azərbaycanda və Türkiyədə 

deyil,  İranın farsdilli ədəbi mühitində  də böyük 

maraq doğurur. O qədər ki, fars dilinin qızğın təəs-

sübkeşi, böyük İran yazıçısı Məhəmmədəli Camal-

zadə «Heydərbaba»nı orijinalda oxumaq üçün 

Azərbaycan türkcəsini öyrənmək istəyinə düşür. 

Şəhriyar ana dilində milli ruhun ifadəsi, milli 

adət-ənənələrin ensiklopediyası sayılan «Heydər-

baba» kimi bir əsər yazmaqla kifayətlənmir, yuxa-

rıda adları keçən  şeirləri ilə farsdilli poeziyada 

gördüyü işi ana dilində  də  həyata keçirir, tezliklə 

ədəbi-tarixi və  bədii-estetik baxımdan ondan heç 

də geri qalmayan «Səhəndiyyə»sini qələmə alır. 

«Səhəndiyyə», bizim ədəbiyyatşünaslıqda yetə-

rincə diqqət verilməsə də, məzmununa, formasına, 

ritminə, ahənginə görə  nəinki Güney, hətta sovet 




M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

36 



dönəmi Quzey Azərbaycan  ədəbiyyatında da 

misli-bərabəri olmayan poetik nümunədir,  Şəh-

riyar dühasının əlçatmaz məhsuludur: 

 

Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim! 



Başı tufanlı Səhəndim. 

Başda Heydərbaba tək qarla, qırovla qarışıbsan 

Sən ipək telli buludlarla üfüqdə sarışıbsan,  

Savaşırkən barışıbsan… 

        

Dağlı Heydərbabanın arxası hər yerdə dağ oldu, 

Dağa dağlar dayaq oldu. 

Arazım ayna çıraq qoymada aydın şəfəq oldu, 

O tayın nəğməsi qovzandı, ürəklər qulaq oldu. 

Yenə qardaş deyərək qaçmada başlar ayaq oldu 

Qaçdıq, üzləşdik Arazda, yenə gözlər bulaq oldu, 

Yenə qəmlər qalaq oldu… 

 

Lalə bitdi, yanaq oldu, 

Qönçə güldü, dodaq oldu

Nə sol oldu, nə sağ oldu, 

Hamısı bir sayaq oldu… 

 

1960-cı illərdə  İranda «yeni şeirin» ikinci 



dalğası meydana çıxdı,  ədəbi mühitdə yeni adlar, 

yeni imzalar göründü, çeşidli estetik proqramlar, 




Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 37


manifestlər irəli sürüldü, bəyanatlar verildi. «Yeni 

dalğa» («mouce-nou»), «xalis poeziya» («şere-

nab»), «həcm  şeiri» («şere-həcm») kimi konsep-

siyaların meydana çıxması,  Əhməd  Şamlu, Foruğ 

Fərruxzad, Bijən  İlahi, Mənuçöhr Atəşi, Söhrab 

Sipehri, Məhəmmədəli Sepanlu, Yədullah Royayi, 

Əhmədrza  Əhmədi, Mehdi Əxəvane-Salis və s. 

kimi  şairlərin məhsuldar yaradıcılıq axtarışları 

məhz bu dövrə  təsadüf edir. Əks qütbdə, yəni 

«ənənəçilər»in cəbhəsində  Əmiri Firzukuhi, Rəhi 

Müəyyiri,  Əbülhəsən Vərzi kimi şairlər yazıb-

yaratmaqda idi.  

Heç bir ədəbi qruplaşmaya qoşulmayan, 

şöhrətinin zirvəsində olan Şəhriyar faktoru ilə hər 

iki cəbhə hesablaşır, yeri düşdükcə onun yara-

dıcılığı barədə fikirlərini açıqlayırdı. Məsələn, 

«yeni  şeirin» ünlü nümayəndələrindən Mehdi 

Əxəvane-Salis  ənənəvi janrlarda, xüsusən qəzəldə 

Şəhriyarın poetik qüdrətini etiraf edərək yazırdı: 

«Əgər adamın deməyə təzə sözü varsa, hələ də bu 

janrda (qəzəldə – M.M.) deyə bilər.  Şəhriyar və 

Abbas Fərat hər ikisi qəzəl yazıb, amma onlar 

arasında nə  qədər fərq var?! O gənc və coşqun 

ruhlu, fədakar və nalə  çəkən bir aşiq, bu isə, özü 




M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

38 



demişkən, hər gecə bir-iki qəzəl deməyə adət etmiş 

şəxs! Günah janrlarda deyil, bu janrlardan necə 

istifadə edən adamlardadır…».  

Məşhur  şairə Foruğ  Fərruxzad deyirdi: 

«Vəzn və dil bir-birindən ayrı deyil, birlikdə 

gəlirlər, onların açarları da özlərindədir. Mən bu 

zəmində yaranmış  əsərlərdən sizə nümunələr 

gətirə bilərəm. Bəlli olanlardan keçək, məsələn, 

Şəhriyarın «Vay, anam» şeirinə diqqət edin. 

Şəhriyar kimi qəzəlxan bir şair üzləşdiyi məsələ 

qarşısında daha qeyri-səmimi olmağı bacarma-

yanda, görün necə dil və vəzn öz-özünə bir-birinə 

uyğunlaşıb gəlirlər və 

nəticədə 

qətiyyən 

Şəhriyardan gözlənilməyən bir əsər yaranır». 

Bu sözlərdə tərifli məqamlarla yanaşı, Şəhri-

yara soyuq münasibəti də (özü də daha çox qəzəl 

yazdığına görə!) sezməmək mümkün deyil, hətta 

Foruğ Fərruxzad  dolayısı ilə Şəhriyarın şeirlərində 

qeyri-səmimi olduğuna da eyham vurur. Şəhriyarın 

bu şairlər haqqında fikirləri ilə tanış olsaq, həmin 

soyuqluğun qarşılıqlı olduğunu görərik. Məftun 

Əmini bu  məsələdən danışarkən yazır: «Ümumiy-

yətlə, demək lazımdır ki, Şəhriyar özünün şəhri-

yarlıq səltənətində  təqribən başqa heç bir müasir 

şairi ustad səviyyəsində  qəbul etmirdi. Əlbəttə, 



Yüklə 461,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə