Microsoft Word Shehriyar Chapa doc



Yüklə 461,91 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix08.07.2018
ölçüsü461,91 Kb.
#53804
1   ...   5   6   7   8   9   10   11   12   13

M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

44 



olur – Şəhriyar  şeiri də bu emosional reaksiyanı 

ifadə etdiyindən xalqın müxtəlif təbəqələrinin 

rəğbətini qazanmışdır: «Şəhriyar bu dəyişiklik 

prosesi ilə addımbaaddım bərabər getmiş, nə 

ənənəçilər kimi geridə qalmış, nə  də novatorlar 

kimi qabağa düşmüşdür, ona görə  də  sənətkar 

həyatının bütün mərhələlərində 

cəmiyyət 

tərəfindən doğmalıq və  həmdərdlik hissi ilə 

qarşılanmışdır».  

Başqa sözlə,  Şəhriyar yaradıcılığının bütün 

dövrlərində insanların ürəyindən xəbər verən 

sözləri qələmə almış  və bu üzdən ümumxalq 

sevgisi ilə  əhatə olunmuşdur. Bu, Şəhriyara XX 

əsr İran poeziyasında müstəsna mövqe qazandıran 

beşinci səbəbdir. 

Şəhriyar poeziyasındakı nostalji ruhu, uşaqlıq 

illərinə (= keçmişə) qayıdış meyli də qeyd olunan 

emosional reaksiyanın nəticəsidir, kövrəklik

nisgil, itirilmiş dünya həsrəti məhz bunun 

təzahürüdür. Siyavuş Kəsrayi əbəs yerə demirdi ki, 

Şəhriyarın hər kəlməsinin arxasında altmış illik 

xatirə dayanır. Fəridun Müşiri isə  Şəhriyara həsr 

etdiyi  şeirdə onu «dövranın gözündə yuvarlanmış 

yaş» adlandırırdı.  



Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 45


Bütün bu deyilənlərdən  Şəhriyarın Nima 

Yuşicin vəfatı münasibətilə yazdığı  şeirdə öz 

yaradıcılığını “dünənin uduzmasına ibrət” kimi 

səciyyələndirməklə, nəyə işarə etdiyi aydınlaşır. 

Qeyd edək ki, modernləşmənin doğurduğu 

böhran, sosial-mədəni islahatların paradoksları, 

texnoloji dəyişikliklərin fəsadları  Şəhriyarın 

farsdilli  şeirlərində olduğu kimi, ana dilində 

yazdığı  əsərlərdə kifayət qədər parlaq ifadəsini 

tapmışdır və bu baxımdan onun «Getdi» rədifli 

qəzəli səciyyəvidir: 

 

Yığdı xeyrü bərəkət süfrəsin ehsan ilə getdi, 



Əmn-amanlıq da yükün bağladı, iman ilə getdi… 

 

Silo dair olalı hər nə dəyirman yığışıldı, 

Amma xalis-təmiz unlar da dəyirman ilə getdi. 

 

Müstəbid sultanı saldıq ki, ola xəlqimiz azad 

Sonra baxdıq ki, azadlıq da o sultan ilə getdi… 

 

Dedi insanımız azdı, hamı insan gərək olsun, 

Amma insanlığımız da o az insan ilə getdi… 

 

İstədik qanla yuyaq ölkəmizin ləkkəsin, amma 

Ölkəmiz xalis özü ləkkə olub qan ilə getdi… 


M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

46 



Hava insanı boğur, baş-başa qaz-karbonik olmuş

Yel də əsmir, elə bil yel də Süleyman ilə getdi… 

 

Hazırkı qloballaşma şəraitində modernləşmə-



nin yeni mərhələsi ilə üzləşən  Şərq aləmi, o 

cümlədən,  İran və Azərbaycan mühiti üçün 

Şəhriyar yenə də aktualdır, bir çox müasirlərindən 

və poetik rəqiblərindən fərqli olaraq, öz sözü ilə 

XXI əsrə adlamışdır, onun poeziyası zamanın sına-

ğından və  ədəbi döyüşlərdən qalibliyyətlə 

çıxmışdır.  

«İnşallah ki, qalibəm mən!» – deyirdi böyük 

Füzuli. Bu söz Şəhriyara da aiddir. Əgər bu gün 

ona  İranın milli şairi statusu verilibsə, onun vəfat 

günü milli şeir günü kimi qeyd olunursa, doğma 

yurdunun Güneyində və Quzeyində misraları dillər 

əzbəridirsə, Şəhriyar, həqiqətən də, qalibdir.  

 

 



 

 

 

 

 


Ş ə h r i y a r   v ə   z ə m a n ə m i z  

 47


 

 

 

 



HEYDƏRBABA” FARS DİLİNDƏ 

yaxud 

“ŞƏHRİYAR SAĞ OLSAYDI…” 

 

Ulu Şəhriyarın ölməz «Heydərbabaya salam» 



poeması indiyə qədər dörd dəfə fars dilinə tərcümə 

edilmişdir. Təbrizdəki «Ayin» nəşriyyatında isə 

böyük şairin şah əsərinin fars dilinə yeni – beşinci 

tərcüməsi beş min nüsxə tirajla çapdan çıxmışdır. 

Tərcümə 

Məhəmməd Nəqi Nasirülfüqəra 

(Azərpuya) tərəfindən həyata keçirilmişdir. 

Kitabın  əvvəlində «Ayin» nəşriyyatının 

redaksiya  şurası  tərəfindən hazırlanmış giriş 

məqaləsi verilmişdir. Bu məqalədə oxuculara 

Şəhriyarın  şəxsiyyəti, yaradıcılıq yolu, üslubu 

haqqında yığcam elmi bilgi çatdırılır. Daha sonra 

mütərcimin «Heydərbabaya salam» poemasının 

farscaya tərcüməsi üzərində  işinin başlıca 

məqamlarını işıqlandıran qeydləri ilə tanış oluruq. 

Mütərcimin yazdığına görə, onun bu məsuliyyətli 

işə girişməsində üç şəxsin həlledici rolu olmuşdur.  



M ə s i a ğ a     M ə h ə m m ə d i  

 

48 



Bunlardan birincisi, ustad Şəhriyarın yaxın 

dostu, «Şəhriyarın xəlvətində» adlı kitabın müəllifi 

Böyük Nikəndiş Növbər, ikincisi, böyük 

Azərbaycan şərqşünası, mərhum professor Rüstəm 

Əliyev, nəhayət, üçüncüsü, İran alimi və  ədibi 

doktor Mehdi Rövşənzəmir olmuşdur.  Şəhriyarın 

şəxsiyyətinə  və yaradıcılığına dərindən bələd 

olmuş  məhz bu üç söz sərrafı ilə söhbətlər 

M.N.Nasirülfüqaranın «Heydərbaba»nın farscaya 

daha adekvat tərcüməsi sahəsində  fəaliyyətinə 

təkan vermiş, onu bu çətin meydanda qələmini 

sınamağa həvəsləndirmişdir. 

Mütərcimin ön sözdə vurğuladığı daha bir 

məqam xüsusi maraq doğurur.  İşin başlanğıcında 

o, qarşısına «Şəhriyar farsdilli olsaydı, poemanı 

hansı  vəzn və intonasiya ilə yazırdı?» sualını 

qoymuş  və istər-istəməz dahi Firdovsinin 

«Şahnaməsi» üzərində dayanmışdır. Mütərcimin 

fikrincə, aralarında min illik bir məsafə olsa da, bu 

iki söz ustadı – Şəhriyar və Firdovsi arasında bir 

çox ümumi cəhətlər vardır. Firdovsi islamdan 

əvvəlki  İran  əsatir və dastanlarından,  Şəhriyar da 

öz xalqının folklorundan bəhrələnib ilham almış və 

ölməz abidələr yaratmışlar. Firdovsi «Şahnamə»ni 

ərəb istilası nəticəsində fars dili və mədəniyyətinin 



Yüklə 461,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə