5
Bir neçə söz
Bir dilçi alim gəmiyə minmişdi. O, gəmiçidən
soruşdu:
- Dilçilik elmindən xəbərin varmı?
- Xeyr! – deyə dənizçi cavab verdi.
- Elə hesab et ki, ömrünün yarısını itirmisən.
Gəmiçi alimin bu təkəbbürünə hirsləndi, amma bir söz
demədi.
Bir azdan dənizdə tufan başladı. Gəmiçi alimdən
soruşdu:
- Üzməyi bacarırsanmı?
- Yox, deyə alim təəssüflə bildirdi.
- Onda elə hesab et ki, ömrünün hamısını itirdin.
Mehmet Akif
Bu, bacarığın insan həyatındakı əhəmiyyəti haqqında
müdrik bir hekayətdir. Insan ev işlərindən baş çıxartmalı,
yüngül qəzaları aradan qaldırmağı, üzməyi, tullanmağı və s.
bacarmalıdır.
Şagird bacarıqları da belədir. Əgər şagird bütün
bilikləri hafizəsinə yığsa, özü onları əldə etmək, çeşidləmək
bacarığına nail olmasa məktəbdə öyrəndikləri qısa bir vaxtda
yaddaşından silinib gedəcəkdir.
Elmi bilkilərin yaddaşda qalmasının ən etibarlı yolu
şagirdə verilən tapşırıqlardır. O, tapşırıqların üzərində nə qədər
çox işləsə daha çox bilik mənimsəyəcəkdir.
Hafizəyə əsaslanan klassik dərsliklərimizdə çalışmalar
və tapşırıqlar yox dərəcəsində idi. Şagird ana dilini bədii
mətnlər vasitəsilə mənimsəyirdi. Dərslik müəllifləri öz
fikirlərini mətn daxilində gizlədir və ya sonda onu hikmətli bir
ifadə şəklində verirdilər. Bu dərsliklərdə şagird bacarıqları
deyil, onların tərbiyə problemləri ön plana çəkilirdi. Dostluq,
ata-anaya hörmət, sədaqət, vətən sevgisi, mərdlik və şücaət
kimi mənəvi dəyərlər dərsliklərdə əsas yer tuturdu. Buna görə
6
də Sədinin “Bustan” və “Gülüstan” kitabları uzun müddət
dərslik kimi istifadə olunurdu. Həmçinin N .Gəncəvinin, M.
Füzulinin əsərləri, “Qabusnamə”, “Kəlilə və Dimnə” kimi
kitabların epizodları məktəbdə dərslik rolunu oynayırdı.
Klassik dərsliklərimizdə şagirdin hər hansı bir
bacarığa nail olması üçün çalışmalar verilmirdi. Çalışmaların
meydana gəlməsi XX əsrin əvvəllərinə təsadüf edir. Yeni tipli
dərsliklərin yaranması xüsusilə “Vətən dili”, “Ikinci il”, “Uşaq
gözlüyü” kimi dərsliklərdə ara-sıra çalışmalar nəzərə çarpırdı.
Sual və tapşırıqlar əsasən sovet dönəmində yaranan
dərsliklərdə təhsilin xüsusi komponentinə çevrildi. Yeni
yaranan dərsliklərdə verilən suallar və tapşırıqları birmənalı
şəkildə qiymətləndirmək çətindir. Həmin tapşırıqların
əksəriyyəti hafizəyə əsaslansa da onların içərisində şagird
bacarığına istiqamətlənənlər də vardı. Xüsusilə Y.Kərimovun
tərtib etdiyi “Azərbaycan dili” və “oxu” kitablarında sualların
əvvəlində “niyə?”, “nə üçün?” ədatlarının qoyulması şagird
bacarıqlarına yönəldiyi üçün əhəmiyyətli idi.
Tapşırıqları şərti olaraq iki hissəyə bölmək olar:
1. Yaddaşa əsaslanan tapşırıqlar
2. Bacarığa əsaslanan tapşırıqlar
Təhsilimizdə uzun müddət verilən suallar və
tapşırıqlar yaddaşa əsaslanırdı. Belə tapşırıqlar öz dövrü üçün
çox əhəmiyyətli idi. Şagird müqəddəs dəyərləri yadda
saxlamalı, ata və babasının həyat tərzini, adət və ənənələrini
unutmamalı idi. Bu yaddaş uzun müddət xalqları öz kökünə
bağlamağa, onu xarici istilalardan qorumağa xidmət etmişdir.
Yaddaşa əsaslanan təhsil bizim tariximizdir. Ata və babalarımız
həmin prinsiplə oxumuşlar.
XXI əsr isə dünyaya özü ilə o qədər yeniliklər gətirdi
ki, həyatla ayaqlaşmaq, qloballaşma prosesində digər
millətlərin içində əriyib yox olmaq təhlükəsi yarandı. Həmin
təhlükəni aradan qaldırmaq üçün bu əsrin irəli sürdüyü