Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
  1   2   3   4   5   6   7   8   9   ...   30


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 

 

 

 

 

 

Şəlalə NƏBİYEVA, 

pedaqoji elmlər namizədi 

 

 

 

 

 

ANA DİLİ TƏDRİSİ 

METODİKASININ 

AKTUAL PROBLEMLƏRİ 

(Metodik vəsait) 

 

 

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi- 

Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı” 

bölməsinin 17 noyabr 2009-cu il tarixli iclasının 

qərarına əsasən çap edilir  (pr. № 38). 

 

 

 

 

 

 

BAKI-2010 

 

2

 



Elmi redaktor:  

Buludxan XƏLİLOV, 

filologiya elmləri doktoru, professor 

 

 

Rəyçilər:              



Himalay QASIMOV, 

              filologiya elmlər doktoru, professor 

 

Nadir ABDULLAYEV

professor   

 

 

 

 

Bu vəsait müasir təlim texnologiyalarının verdiyi imkanlar 

daxilində ana dili tədrisinin bu gün üçün zəruri olan aktual 

problemlərindən bəhs edir. Vəsaitdə “Ümumtəhsil məktəblərinin I-

IV sinifləri üçün kirrikulumları” konseptual sənədin ana dili ilə 

bağlı hissəsinin izahı, fəal interaktiv təlimin  əsas məqamları, yeni 

qiymətləndirmə meyarları  və s. məsələlərdən bəhs olunur. Vəsait 

ibtidai sinif müəllimləri, müəllim hazırlayan universitetlərin ibtidai 

təhsil pedaqogikası və metodikası fakültəsinin magistrləri, kollec və 

məktəblərin pedaqoqları üçün nəzərdə tutulmuşdur.  



 

 

 

 

 

 

 

 

 

 


 



 



ÖN SÖZ 

 

1999-cu ildən Azərbaycan təhsil sistemində islahatlar 



başlanmış və artıq onun bir sıra bəhrələri görünməkdədir. Təhsil 

islahatlarının aparılmasının başlıca məqsədi Azərbaycan təhsilini 

dünya standartlarına bərabərləşdirməkdir. Keçmiş SSRİ 

dövründə  təhsilin məzmununun zənginləşməsi uğrunda bir sıra 

institutlar fəaliyyət göstərirdi. Lakin həmin fəaliyyət sovet 

sərhədlərindən kənara çıxa bilmirdi. Inkişaf etmiş ölkələrin 

təcrübəsi öyrənilmirdi. Buna şərait yox idi. Həmin ölkələrdə  nə 

varsa inkar olunur, təkcə sovet təhsil sisteminin üstünlüklərindən 

danışılırdı. Dünya ölkələrinin təhsil sistemləri ilə qarşılıqlı 

əlaqələrdən məhrum olduğuna görə sovet təhsili yeni ideyalarla 

zənginləşə bilmirdi. Başqa sahələr kimi təhsil də daim yeniləşmə 

prosesini keçirməlidir. Sovet təhsilində belə bir fikir 

formalaşmışdı ki, tədris olunan hər hansı bir fənn daxilində 

mümkün qədər çox məlumat, bilik, fakt və s. verilməlidir. 

Nəticədə orta təhsili başa vuran uşaq çoxlu məlumatlar əldə edir, 

amma həmin məlumatların  əksəriyyəti həyatda ona lazım 

olmurdu. Bu tendensiya isə  təhsilin həddindən artıq yüklənmə-

sinə gətirib çıxarırdı. Bu gün Azərbaycan məktəblərində şagird-

lərin oxumağa marağının azalması, məktəblərdə  bəzən anormal 

vəziyyətlərin yaranması da bununla bağlıdır.  

Uzun müddət tədris proqramları  şişirdilmiş, dərsliklər 

zəruri olmayan faktlarla, şagird üçün həyati  əhəmiyyət kəsb 

etməyən materiallarla yüklənmişdir. Nəzəri biliklərə daha çox 

önəm verilmişdir. Uşaqlara gələcəkdə nəyin lazım olacağı nəzərə 

alınmırdı. Cild-cild kitablar yazılmış, lakin onun təhsil işindəki 

əhəmiyyətinin nədən ibarət olduğu barədə az düşünülürdü. 

Təhsilin şagird bacarıqlarında oynamalı olduğu rol unudulmuşdu. 

Buna görə də orta məktəbdə əzbərlənən bir sıra biliklər həyatda 

praktikaya tətbiq edilmədiyinə görə unudulurdu. Deməli şagirdin 

 

4



on il əzab-əziyyətlə  əzbərlədiyi elmi müddəalar səmərəsiz imiş. 

Başqa sözlə  uşaq daha maraqlı,  əyləncəli praktik məşğələlərə 

cəlb olunsaymış onun vaxtı da hədər getməzmiş. 

Azərbaycan təhsil sistemi bu gün belə bir həqiqəti dərk 

edir ki, mövcud tədris proqramları mürəkkəbdir. Dərsliklər 

şagirdə lazım olmayan müddəalarla yüklənmişdir. Buna görə də 

şagird tədrisdə  nəzərdə tutulan müddəaların 50% dən çoxunu 

mənimsəyə bilmir. Mənimsədiklərinin isə çoxunu sonralar ona 

lazım olmadığına görə yaddan çıxarır. Bütün bunları  nəzərə 

alaraq təhsil standartlarının yaradılması gündəmə  gəlmiş  və 

2008-ci ildə “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn 

kurrikulumları” adlı konseptual sənəd yaranmışdır.  

Azərbaycan müstəqilliyə çatdıqdan sonra təhsil 

islahatları ciddi bir şəkil aldı. Bunun əsas səbəbi mövcud tədris 

proqramlarının qüsurları, həmçinin Azərbaycan təhsil sisteminin 

Avropaya inteqrasiya etməsi oldu. Bizim respublikamız həm 

iqtisadiyyatda, həm mədəniyyətdə, həm də digər sahələrdə 

dünyaya inteqrasiya etdiyi bir vaxtda təhsil həmin proseslərdən 

kənarda qala bilməzdi. Bu, müstəqilliyimizin bizə verdiyi 

töhfədir. Dünya təhsil sistemində baş verən daimi inkişaf prosesi 

bizi düşünməyə həvəsləndirdi. Bəzi ziyalıların dilindən, mətbuat 

orqanlarından müəllim hazırlığı ilə məşğul olan insanlardan belə 

suallar eşidilməyə başladı: müasir dövrdə müəllim köhnə tərzdə 

işləyə bilərmi? Bu sual əslində başqa bir sualı doğururdu. 

Müəllim şagird üçün yeganə bilik mənbəyi ola bilərmi? Internet 

şəbəkələrinin genişləndiyi, dünya şagirdin ovcunun içində olduğu 

bir vaxtda onun özünün fərdi axtarışları üçün imkan yarandığı bir 

zamanda  şagirdə müstəqillik verməyin vaxtı çatmamışdımı? 

Müasir uşaq lüzumsuz nəzəri bilikləri əzbərləməlidir, yoxsa onun 

üçün zəruri olan praktik əhəmiyyətli  ən mühüm bacarıqlara 

yiyələnməlidir? Bu suallar təlimin məqsədləri haqqında yenidən 

düşünmək məcburiyyətinə  gətirdi və yeni bir sistemə keçməyin 

zəruriliyini yaratdı.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə