Microsoft Word Shirketler-sorg doc



Yüklə 214,29 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü214,29 Kb.
#69842


Azərbaycan şirkətləri korporativ sosial məsuliyyət sahəsində 

yetərincə hesabatlı deyillər 

 

İqtisadi Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu bunu göstərir 

 

İqtisadi Tədqiqatlar Mərkəzi 2008-ci ilin avqustundan etibarən Azərbaycan Respublikası 



Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə 

“Korporativ sosial məsuliyyətin (KSM) ölçülməsi və hesabatlılığı” layihəsini həyata keçirməyə 

başlayıb. Layihə çərçivəsində Azərbaycanda KSM sahəsində mövcud durum və qarşıya çıxan 

problemlərin araşdırılması, yerli qanunvericiliyin ekspertizası və beynəlxalq təcrübənin 

öyrənilməsi nəzərdə tutulurdu. 

 

Bu fəaliyyətlərdən ilk olaraq ölkədə KSM sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi 



məqsədilə iri biznes strukturları arasında sorğu təşkil edilib. Sorğuya Azərbaycanda fəaliyyət 

göstərən və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən iri yerli və xarici şirkətlər, banklar və 

sığorta şirkətləri cəlb olunub. Ümumilikdə sorğu anketi 100-ə yaxın biznes strukturu arasında 

paylansa da, bunlardan yalnız 38-dən cavab daxil olub. Daxil olan cavab məktublarına əsasən 1 

respondent sorğuda iştirakdan imtina edib, 37 respondent isə sorğu anketini cavablandırıb. Sorğu 

anonim keçirildiyindən hansı şirkətlərin sorğunu cavablandırdığını qeyd etmirik. Yalnız onu 

qeyd edə bilərik ki, sorğuya cəlb olunmuş 17 neft şirkətindən 1-i və 10 bankdan cəmi 1-i sorğu 

anketini cavablandırıb.  

 

Biznes strukturlarına ünvanlanmış sorğu anketi 21 sualı özündə birləşdirir. Anketin birinci 



hissəsində respondentlərin sosial sərmayə strategiyası və davamlı inkişaf proqramları haqqında 

məlumatların əldə olunması nəzərdə tutulub. 

Birinci sualı davamlı inkişaf strategiyası və ya sosial tərəfdaşlıq siyasətinin mövcudluğu ilə 

bağlıdır. Sorğuda iştirak edən respondentlərin 94,6 faizi belə bir siyasətin mövcud olduğunu 

bildirib. Respondentlərin 5,4 faizi isə təmsil etdikləri şirkətdə davamlı inkişaf strategiyası və 

sosial tərəfdaşlıq siyasətinin olmadığını bildirib.  



“Sosial tərəfdaşlıq siyasətinizin hədəfləri hansılardır” sualına cavablar isə aşağıdakı şəkildə 

əksini tapıb (Şəkil 1.). Qeyd edək ki, anketə uyğun olaraq hər bir şirkət 3 ən vacib variantı 

seçmək imkanına malik olub.   

 

 



Şəkil 1. “Sosial tərəfdaşlıq siyasətinizin hədəfləri hansılardır” sualına verilən cavablar 

 

22



5

19

6



20

7

8



7

8

0



5

10

15



20

25

İdarəetmənin



keyfiyyətini 

artırmaq


Sosial

fəaliyyəti

ümumi

strategiyaya



inteqrasiya

etmək


Korporativ

mədəniyyəti

çoxaltmaq

İnvestorların

diqqətıni cəlb

etmək


İstehlakçıların

diqqətıni cəlb

etmək

İctimai


əhəmiyyətli

problemlərin

həllinə diqqət

yetirmək


Cəmiyyətdə

həmrəyliyi

artırmaq

Xeyriyyə və

sosial

fəaliyyətdən



davamlı inkişaf

strategiyasına

keçidi təmin

etmək


Digər


Şəkil 1-dən də göründüyü kimi, sosial tərəfdaşlıq strategiyasına malik  olan şirkətlərin əsas 

hədəfləri idarəetmənin keyfiyyətini artırmaqdır. Belə ki, bu cavab variantını 22 şirkət qeyd edib. 

20 şirkət “istehlakçıların diqqətini cəlb etmək”, 19 şirkət “korporativ mədəniyyəti çoxaltmaq”, 8 

şirkət “cəmiyyətdə həmrəyliyi artıqmaq”, 7 şirkət “xeyriyyə və sosial fəaliyyətdən davamlı 

inkişaf strategiyasına keçidi təmin etmək”, 7 şirkət “ictimai əhəmiyyətli problemlərin həllinə 

diqqət yetirmək”, 6 şirkət “investorların diqqətini cəlb etmək”, 5 şirkət isə “sosial fəaliyyəti 

ümumi strategiyaya inteqrasiya etmək” cavab variantlarını qeyd edib. Cəmi 5 şirkət “digər” 

cavab variantını seçsə də, buna açıqlıq gətirməyib.  

Anketin növbəti sualı şirkətlərin sosial sərmayə proqramı həyata keçirib-keçirməməsi ilə bağlı 

olub. Cavablar göstərir ki, respondentlərin əksəriyyətinin (81,1 faiz) sosial sərmayə proqramları 

var. Cəmi 8,1 faiz respondent sosial sərmayə proqramı həyata keçirmədiyini qeyd edib. 

Maraqlıdır ki, bu suala respondentlərin 10,8 faizi cavab verməyib.  

Sosial sərmayə proqramı həyata keçirən şirkətlərə ünvanlanan növbəti sual isə proqramların 

dövriliyi ilə bağlı olub. 22,2 faiz respondet belə proqramların bayramlar ərəfəsində, 25,9 faiz 

mövsümi olaraq, 51,9 faiz isə şirkət tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq həyata 

keçirildiyini qeyd edib. Bu isə respondentlərin yarıya qədərinin mütəmadi olaraq belə proqramlar 

həyata keçirdiyi nəticəsini ortaya qoyur. 

Sosial sərmayə proqramı həyata keçirən şirkətlərin 37,9 faizi proqramın birdəfəlik tədbir 

xarakteri daşıdığını, 62,1 faizi isə davamlı olaraq təkrar olunduğunu bildirib.  

“Şirkət hansı sosial sərmayə proqramlarının maliyyələşdirilməsində maraqlıdır” sualına 

cavabların bölgüsü aşağıdakı kimidir (Şəkil 2.). Bu sualda da respondentlər 3 ən vacib cavabı 

seçmək imkanına malik olub: 

 

Şəkil 2. “Şirkət hansı sosial sərmayə proqramlarının maliyyələşdirilməsində maraqlıdır” 



sualına cavabların bölgüsü 

 

Şəkil 2-dən də göründüyü kimi, şirkətlər əsasən gənclərlə iş və humanitar məqsədlərə daha çox 



üstünlük verir. Belə ki, respondentlər hər iki varinatı 18 dəfə cavablandırıb. 7 şirkət şəffaflığa 

dair proqramlara, 1 şirkət isə ahıllarla işə daha çox üstünlük verdiyini bildirib. 3 şirkət “digər” 

cavabını qeyd etsə də, suala açıqlama verməyib.   

“Şirkətinizin sosial sərmayə proqramları neçə nəfərə şamil olunur” sualına 50 faiz 

respondent 50 nəfərədək, 16,7 faiz respondent 100 nəfərədək, 33,3 faiz respondent isə 100 

nəfərdən çox adamı əhatə etdiyini qeyd edib. Təbii ki, bu sualı da yalnız sosial sərmayə proqramı 

həyata keçirən respondentlər cavablandırıb.  

Sorğunun nəticələri göstərir ki, yerli şirkətlər sosial sərmayə proqramlarını maliyyələşdirərkən 

Qərb ölkələrinin təcrübəsinə daha çox müraciət edirlər. Belə ki, sualı cavablandıran şirkətlərin 



18

1

7

18

3

0

2



4

6

8



10

12

14



16

18

Gənclərlə



iş 

Ahıllarla iş Şəffaflığa

dair

Humanitar

məqsədli

Digər


58,6 faizi Amerika, 31 faizi isə Avropa şirkətlərinin təcrübəsinə müraciət etdiyini qeyd edib. 3,4 

faiz respondent isə Rusiya şirkətlərinin təcrübəsindən yararlanır. Respondentlərin 6,9 faizi 

“digər” cavabını seçib ki, bunun da əsas hissəsi transmilli korporasiyalardır və onlar özlərinin 

beynəlxalq səviyyədə müəyyənləşdirilmiş daxili normativlərinə əsasən fəaliyyət göstərirlər.  

 

Sorğunun cavablandıran şirkətlərin 37,9 faizinin sosial sərmayə proqramlarının həyata 



keçirilməsi sahəsində 5 ildən artıq təcrübəsi var. 27,6 faiz respondent isə bu istiqamətdə 1 ilə 

yaxın təcrübəsinin olduğunu qeyd edib. Respondentlərin 20,7 faizi 3 ilə qədər, 10,2 faizi 2 ilə 

qədər, 3,4 faizi isə 5 ilə qədər təcrübəsinin olduğunu bildirib. Bu isə onu göstərir ki, əksər 

şirkətlər ən azı 1 ildir ki, sosial sərmayə proqramlarını həyata keçirirlər.  

 

Sosial sərmayə proqramlarını həyata keçirən şirkətlərin əksəriyyətinin sosial sərmayə və davamlı 



inkişaf məsələlərinə dair dövri açıqlamaları mövcuddur. Belə ki, sorğuda iştirak edən şirkətlərin 

69 faizi belə açıqlamaların olduğunu, 31 faizi isə olmadığını bildirib. Respondentlərə həmçinin 

bu tip açıqlamaların dövriliyi ilə bağlı sual da ünvanlanıb. Nəticələr onu göstərir ki, 65,2 faiz 

respondent illik, 21,7 faiz rüblük, 8,7 faiz aylıq, 4,3 faiz isə 6 aylıq açıqlamalara üstünlük 

verirlər. Şirkətlər bu tip açıqlamaları daha çox dövri mətbuat və Müşahidə Şurasına təqdim 

etməyə üstünlük verirlər. Belə ki, sorğunu cavablandıran respondentlərin 44 faizi Müşahidə 

Şurasına, 44 faizi dövri mətbuata, 12 faizi isə dövlət orqanlarına açıqlama verdiklərini qeyd 

ediblər. Maraqlı məqam isə ondan ibarətdir ki, cavab variantları arasında QHT-lərin adı qeyd 

olunsa da, respondentlərdən heç biri bu cavab variantını qeyd etməyib. Bu isə şirkətlərin 

vətəndaş cəmiyyətinə hesabat verməkdə maraqsız olduğunu və dövri mətbuatla kifayətləndiyini 

göstərir.  

 

Biznes strukturlarına ünvanlanan növbəti sual belə olub: Şirkətinizin saytında və ya illik 



hesabatlarında sosial sərmayələrə və davamlı inkişafa dair ayrıca bölmələr mövcuddurmu? 

Bu suala 63 faiz “bəli”, 37 faiz isə “xeyr” cavabını verib. Şirkətlər həmçinin sosial hesabatların 

dərc olunmasında da maraqlı deyillər. Belə ki, respondentlərin 74,1 faizi sosial sərmayə və 

davamlı inkişafa dair müntəzəm olaraq sosial (qeyri-maliyyə) hesabat dərc etmədiklərini bildirib. 

Cəmi 25,9 faiz respondent müntəzəm olaraq sosial hesabatlarını dərc etdiklərini qeyd ediblər. Bu 

da şirkətlərdə sosial hesabatlılığın aşağı səviyyədə olması qənaətinə gəlməyə əsas verir. 

Sorğunu cavablandıran şirkətlərin əksəriyyətində sosial hesabatların hazırlanması ilə 

ictimaiyyətlə əlaqələr xidməti məşğul olur. Belə ki, respondentlərin əksəriyyəti – 63,6 faizi bu 

cavab variantını seçib. 18,2 faiz respondent sosial hesabatların hazırlanması ilə bağlı ayrıca 

qrupun yaradıldığını qeyd edib. 18,2 faiz respondent isə bu işlə digər qurumların məşğul 

olduğunu qeyd etsə də, suala açıqlama gətirməyiblər.  

Sosial hesabat dərc edən şirkətlər bu tip hesabatları əsasən dövri mətbuata təqdim edirlər. Belə 

ki, respondentlərin 52 faizi bu tip hesabatları dövri mətbuata təqdim etməyə üstünlük verir. 24 

faiz respondent bu tip hesabatları Müşahidə Şurası və təsisçilərə, 4 faiz dövlət orqanlarına 

təqdim etməkdə maraqlıdır. 20 faiz respondent “digər” cavabını versə də, suala açıqlama 

gətirməyib. 

 

Yerli şirkətlərin əksəriyyəti ictimai dinləmə və vətəndaş müzakirələrinin təşkilində də maraqlı 



deyillər. Sorğunu cavablandıran şirkətlərin 78,6 faizi bu tip tədbirlərin keçirilmədiyini bildirib. 

Yalnız 21,4 faiz respondent belə tədbirlər təşkil edir. Bu da şirkətlərin sadə vətəndaşlara qarşı 

hesabatlılıqda maraqlı olmadığının göstəricisi sayılmalıdır. İctimai müzakirələrin təşkili 

dövriliyinə gəldikdə isə bu tip tədbirlər təşkil edən şirkətlərin 45,5 faizi ildə 1 dəfə, 27,3 faizi 

rübdə 1 dəfə, 27,3 faizi isə ayda bir dəfə təşkil olunduğunu bildirib.  

Sorğu anketində respondentlərə ünvanlanan növbəti sual korporativ etika kodeksinin olub 

olmaması ilə bağlı olub. Bu suala şirkətlərin böyük bir qismi müsbət cavab verib. Belə ki, 

respondentlərin 81,1 faizi təmsil etdikləri şirkətdə korporativ etika kodeksinin mövcud olduğunu 

bildirib. 5,4 faizdə belə kodeks yoxdur, 13,5 faiz isə bu suala, ümumiyyətlə, cavab verməyib.     



“Sizcə, Azərbaycanda korporativ sosial  sərmayə proqramının  tətbiqinə hansı problemlər   

baryer yaradır” sualına cavabların bölgüsü aşağıdakı kimidir (Şəkil 3.). Qeyd edək ki, bu 

sualda respondentlər 3 ən vacib cavabı seçmək imkanına malik olub:  

 

Şəkil 3. “Sizcə Azərbaycanda korporativ sosial  sərmayə proqramının  tətbiqinə hansı 

problemlər   baryer yaradır” sualına cavablar 

 

Şəkildən də göründüyü kimi, yerli şirkətlər sosial sərmayə proqramlarının tətbiqinə əsasən 



hüquqi baryerlərin problem yaratdığını qeyd edib. Ümumilikdə 21 şirkət bu cavab variantını 

qeyd edib. 8 şirkət institutsional baryerlərin, 7 şirkət sosial baryerlərin, 5 şirkət iqtisadi 

baryerlərin, 2 şirkət isə siyasi baryerlərin problem yaratdığını bildirib. Sorğuda qarşıya çıxan 

maraqlı nəticə isə ondan ibarətdir ki, 18 şirkət “digər” cavabını seçib, lakin suala açıqlama 

gətirməyib. 

Sorğu anketinin son sualı “Sizcə, Azərbaycanda korporativ sosial  sərmayə proqramının 



inkişafına hansı tədbirlər stimul verə bilər?” olub. Bu sualı cavablandıran respondentlərin 

74,3 faizi hesab edir ki, bu istiqamətə yönəldilən vəsait bütün vergilərdən azad olunmalıdır. 20 

faiz respondent hesab edir ki, bu istiqamətə ayırmalara vergi güzəştləri tətbiq olunmalıdır. 5,7 

faiz respondent isə korporativ sosial sərmayə proqramlarının inkişafına digər tədbirlərin stimul 

verə biləcəyini bildirsə də, konkret tədbir adı qeyd etməyib.      

 

“Ekspert” 

21

8

5



7

2

18



0

5

10



15

20

25



Hüquqi

baryerlər

İnstitusional

baryerlər

İqtisadi

baryerlər

Sosial

baryerlər

Siyasi

baryerlər

Digər

Yüklə 214,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə