Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə14/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   10   11   12   13   14   15   16   17   ...   204

 

42

qanunauyğun şəkildə, təcrübələrə əsaslanmadan həyata keçirildik-



də  sonda  böhran  vəziyyətlərinə  gəlib  çıxır.  Böhranlar  zamanı 

siyasi  hərəkət  trayektoriyalarında  tarazlı  hərəkət  ritmi  və  müna-

sibətləri  pozulur.  Bu  bir  növ  iki  gözü  olan  tərəzinin  bir  gözünə 

qoyulan  və  tarazılığı  pozan  artıq  yükləri  bənzədir.  Böhranlar 

xaotik  siyasi  inkişaf  zamanı  meydana  çıxan  vəziyyətlərdir. 

Böhranlarda  siyasi  hərəkətlərdə  sürət  olsa  da,  eynixətli 

trayektoriyadan  kəskin  şəkildə  kənara  çıxmalar  olur.  Siyasi 

böhranlar  zamanı  (xüsusilə  dövlət  daxilində)  siyasi  hərəkətləri 

zəruri  edən,  siyasi  hərəkətlərin  sürətlənməsinə  təkan  olan  siyasi 

vasitələr  çatışmır.  Siyasi  trayektoriyalarda  siyasi  hadisələr 

məqsədyönlü  şəkildə,  sistematik  olaraq  sürətlə  törədilməyir.  Bu 

zaman maraqlar da təmin oluna bilmir. Bir məsələni xüsusi olaraq 

qeyd  etmək  olar  ki,  siyasi  inkişaf  vəziyyətində  meydana  gələn 

maraqların  siyasi  böhran  anında  yerinə  yetirilməməsi  müəyyən 

ziddiyyətlər  əmələ  gətirir  və  siyasi  vəziyyətlərdə  dəyişikliklər 

yaradır. Bir növ vərdiş olunmuş maraqların təmin edilə bilməməsi 

müəyyən  ziddiyyətlərin  əmələ  gəlməsinə  səbəb  olur.  Siyasi 

böhranlarda  siyasi  hərəkətlərin  qanunauyğunluğunun  və  sistemli 

xüsusiyyətlərinin qarşısı da alınır.  

Siyasi  maraqlar  da  sistemli  olaraq  trayektoriyalarda  düzül-

məlidir.  Siyasi  maraqlar  müəyyən  edilərkən  ilk  növbədə  maraq 

təmin  etmə  təcrübəsi  əsas  götürülməlidir.  Əsas  maraq  yolunda 

təmin  edilməsi  zəruri  olan  kiçik  və  orta  tərkibli  maraqlar 

qanunauyğun  şəkildə  törədilməlidir.  Əsas  maraq  yolunda  çoxlu 

sayda  maraq  trayektoriyaları  mövcuddur.  Maraq  trayektoriya-

larından  da  başqa  (digər)  maraq  trayektoriyaları  yaranır.  Yəni 

trayektoriyadan  trayektoriya  törəyir.  Bu  proses vəziyyətini ortaya 

çıxaran əsas amil insan tələbatı olur. Bir məsələni də xüsusi olaraq 

qeyd  etmək  olar  ki,  maraqların  tərkibi  insanların  xarakterindən, 

şəxsi  istək  və  niyyətlərindən  də  asılıdır.  Ola  bilər  ki,  bir  çox 

şəxslər  mövcud  maraq  vəziyyətləri  ilə  barışsınlar  və  növbəti 

maraqlar  üçün  sürətli  hərəkət  vəziyyətində olmasınlar. Bu zaman 

siyasi  hərəkətlərin  sürəti  də  aşağı  düşə  bilir,  hərəkət  tempi  aşağı 

enir.  Maraqlar  uğrunda  hərəkətlər  sürətlə  və  sistemli  şəkildə 




 

43

törədilmədiyindən  əlavə  maraqlar  da  təmin  olunmur  və  siyasi 



inkişaf  prosesləri  dayanır.  Siyasi  inkişaf  zamanı  siyasi  hərəkətlər 

qruplaşmış  xarakter  və  vəziyyət  alırlar.  Eyni  və  oxşar  maraqlar 

uğrunda  siyasi  vasitələr  öz  hərəkətlərini  məzmun  və  mahiyyət 

baxımından eyniləşdirirlər.  

Siyasi  inkişaf  anında  siyasi  vasitələr  güclü  hadisə  törətmə, 

təsiretmə  vəziyyətində  olaraq  hərəkət  etməlidirlər.  Baza  siyasi 

vasitələr,  baza  kapitalın  mövcudluğu  əsas  şərtdir.  Siyasi  inkişaf 

dalğaları  zamanı  da  əlavə  kapitallar  meydana  gəlir.  Əlavə 

kapitallar  əsas  kapitalla  birləşir  və  sürətli  hərəkət  vəziyyətində 

olurlar. Bu zaman gərgin və dolğun hərəkət mənzərəsi yaranır. 

Bu  bir  növ  bol  sulu  axan  çayın  mənzərəsinə  bənzəyir.  Siyasi 

inkişaf  zamanı  gərgin  və  dolğun  hərəkət  vəziyyəti  başqa 

insanlarda, kənarda emosiya (həyəcan) yaradır.  

 

Siyasi inkişaf zamanı siyasət subyektləri arasında  



münasibətlərin tənzimlənməsinin əsasları 

 

Siyasət subyektləri vahid bir siyasi sistemin tərkib strukturları 



olduğundan  ümumi  siyasi  sistemin  işləməsi  üçün  müvafiq 

strukturlar  qarşılıqlı  təsirdə  və  əlaqədə  olurlar.  Bu  proseslər 

zamanı  edilən  hərəkətlər  sayəsində  qarşılıqlı  dəyişikliklər  də 

meydana  gəlir.  Əksliklərin  vəhdət  şəkildə  mübarizəsi  tərəflərdə 

forma və məzmun dəyişikliyi də yaradır. Fəlsəfə ədəbiyyatlarında 

qarşılıqlı  təsirə  dair  aşağıdakı  şəkildə  fikir  bildirilir:  Ən  geniş 



mənada “əlaqə” və “münasibət” anlayışları eynilik təşkil edirlər. 

Münasibətlər  maddi  və  ideal, genetik  və aktual,  məkan  və zaman 

içərisində  və  s.  ola  bilər.  Onlar  insanın  subyektiv  fəaliyyətinin 

məhsulu  da  ola  bilər  və  insan  şüurunun  yaratdığı  obyektlər 

arasında əlaqə kimi də çıxış edə bilər. Obyektlərin bir-birinə təsiri 

nəticəsində  yaranan  və  onların  qarşılıqlı  dəyişməsini  təmin  edən 

əlaqəyə  adətən  qarşılıqlı  təsir  deyilir.  “Qarşılıqlı  əlaqə”  və 

“qarşılıqlı  təsir”  kateqoriyaları  üzvi  surətdə  əlaqələr  olsalar  da 

onların  hər  birinin  spesifik  məzmunu  var.  Birinci  haqqında 

danışanda  –sabitlik,  ikinci  haqında  söhbət  gedəndə-dəyişkənlik 


 

44

momenti  əsas  götürülür.  Əgər  “əlaqə”  kateqoriyasında  əşyalar 



arasındakı  asılılıq  təsdiq  edilirsə  “qarşılıqlı  təsir”  kateqoriyası 

isə  nəinki  təkcə  əşyalar  arasındakı  əlaqəni,  həm  də  onların  bir-

birinə qarşılıqlı təsiri və bu təsirin nəticəsində dəyişmələrini ifadə 

edir. Məsələn, cəmiyyət  və təbiət, subyekt və obyekt, nəzəriyyə və 

praktika  sadəcə  olaraq  qarşılıqlı  əlaqədə  deyil,  onlar  həm  də 

qarşılıqlı  təsirdədirlər,  bu  da  həmin  tərəflərin  dəyişməsinə 

gətirir

1

.  

Siyasi  inkişaf  sürətli  hərəkət  və  proseslər vəziyyətidir.  Sürətli 

hərəkət  siyasi  şəxslər  tərəfindən  müəyyən  edilir  və  bu  zaman 

siyasi qurumların fəaliyyəti də gücləndirilir. Siyasi inkişaf zamanı 

siyasətin  subyektləri  arasında  münasibətlərin  də  forma  və 

məzmunu  adi  və  normal  hərəkət  vəziyyətindən  fərqli  olaraq 

dəyişikliyə  məruz  qalır.  Belə  ki,  sürətli  hərəkət  əsnasında  idarə-

çilik  vəziyyətlərində  dəyişiklik  əmələ  gəlir.  Siyasətin  subyektləri 

də  öz  aralarında  münasibətlərin  qurulmasında  da  müəyyən 

proseslərdə  dəyişikliklərlə  üzləşirlər.  Ayrı-ayrı  sahələrdə  sürətli 

hərəkət  prosesləri  qarşılıqlı  olaraq  siyasi  sistemin  fəaliyyətini 

gücləndirir.  Siyasi  inkişaf  zamanı  güclü  siyasi  vasitələr  siyasi 

hərəkət  trayektoriyasına  fəal  şəkildə  cəlb  edilirlər.  Güclü  siyasi 

vasitələrin  hərəkət  etməsi  nəticəsində  münasibətlərin  forma  və 

məzmunu  da  qismən  və  ya  kəskin  şəkildə  dəyişir.  Bu  baxımdan 

münasibətlərin qurulmasının əvvəlki vəziyyəti (nisbi sakit hərəkət 

vəziyyəti) dəyişikliyə məruz qalır. Siyasi inkişaf zamanı siyasətin 

subyektləri arasındakı münasibətlərdə tələbkarlıq daha çox özünü 

büruzə  verir.  Tələbkarlıq  zamanı  münasibətlərin  yaranmasında 

aktivlik  müşahidə  edilir.  Aktivlik  bəzən  siyasətin  subyektləri 

arasında münasibətlərin gərginləşməsinə də gətirib çıxara bilir. Bu 

da  onunla  əlaqəli  olur  ki,  tələblərin  zamana  görə  yerinə 

yetirilməməsi  hərdən  siyasi  tərəflər  arasında  münasibətlərin 

gərilməsinə  səbəb  olur.  Siyasi  inkişaf  zamanı  tələbkarlıq-  vəzifə 

və  öhdəliklərin  yerinə  yetirilməsi  tələblərində  zaman  amili  də 

                                                 

1

 Yusif  Rüstəmov.  Fəsəfənin  əsasları  (mühazirə  kursu)-Bakı,  “Azərbaycan 



Universiteti” nəşriyyatı, -2004, 499 səh., səh. 61.

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə