Microsoft Word siyaset II cild rtf


Azərbaycan-Ermənistan sülhü



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə3/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   2   3   4   5   6   7   8   9   ...   204

 

7

Azərbaycan-Ermənistan sülhü 



6. Azərbaycanla Ermənistana sülh lazımdır .................. 452-459 

7. Ermənistanın işğalçılıq siyasəti və sülhə  

maneçiliklər .................................................................. 459-470 

8. Ermənistan-Azərbaycan münaqişəsi və  

beynəlxalq mövqe ......................................................... 470-476 

9. Azərbaycanla Ermənistana sülh lazımdır  

(davamı) ........................................................................ 476-480 

10. Ermənistan işğalçılığı və ölkənin sosial-iqtisadi  

vəziyyəti ....................................................................... 480-488 

11. Azərbaycanla Ermənistana sülh lazımdır  

(davamı) ....................................................................... 489-493 

12. Azərbaycanla Ermənistana sülh nə üçün lazımdır?  

Sülhün Cənubi Qafqaz regionu, həmçinin 

Ermənistan və Azərbaycan üçün müsbət tərəfləri .. 494-523  

13. Sülhün Cənubi Qafqazda maraqları olan dövlətlər  

üçün müsbət tərəfləri ................................................. 523-529 

14. Sülhün Cənubi Qafqazda strateji maraqları olan  

Rusiya üçün müsbət tərəfləri ..................................... 529-534 

15. Sülhün Cənubi Qafqazda strateji maraqları olan  

ABŞ üçün müsbət tərəfləri ......................................... 534-539 

16. Sülhün Cənubi Qafqazda strateji maraqları olan  

Türkiyə üçün müsbət tərəfləri ................................... 539-543 

 

Dünyanın sülh siyasəti sisteminin əsasları 

17. Dünyanın sülh siyasəti sistemi anlayışı ..................... 543-549  

18. Dünyanın sülh siyasəti sisteminin yaranmasının  

tarixi dövrləri və mərhələləri. Qədim dövrlərdə  

sülh (Qədim Şərqdə sülhün əsasları) ........................ 549-554 

19. Qədim Şərq dövlətləri arasında sülh siyasəti ........... 554-561 

20. Qədim Ön Asiyada sülh siyasəti ................................ 562-566 

21. Sülh nədir? Sülh düsturları (formulaları) anlayışı ... 566-576 

 

NƏTİCƏ ............................................................................ 577-581 

İ

STİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT VƏ MƏNBƏ ...... 582-602 


 



GİRİŞ: 



 

Müasir  zamanda  dünya  dövlətləri  güclü  inkişaf  proseslərini 

yaşamaqdadırlar.  İnkişaf  özü  bir  davamedici  vəziyyət  olaraq 

daima  vasitələrin  (canlı  və  cansız)  artım  prosesləri  ilə  müşahidə 

olunur.  Hal-hazırda  cəmiyyətlərdə  mövcud  olan  vasitələr  hərəkət 

edir,  hərəkətə  gətirilir  və  proseslər  nəticəsində  çoxlu  sayda  yeni 

vasitələr  meydana  gəlir.  Vasitələrin  sayı  çoxaldıqca,  onların 

hərəkət  trayektoriyası,  hərəkət  istiqamətləri də  genişlənir. Vasitə-

lərin  hərəkət  istiqamətləri  vasitələrin  məqsədli  şəkildə  hərəkət  

axınını  əmələ  gətirir.  Hərəkət  axınları  da  həcminə  və  ölçüsünə 

görə  müxtəlif  olur.  Hərəkət  istiqamətlərinin  sayının  çoxalması, 

hərəkət  vasitələrinin  artması  proseslərinin  meydana  gəlməsi 

əsasən  zamandan  asılı  olaraq  yaranan  maraq  və  tələbatdan  irəli 

gəlir. Cəmiyyətlərdə vasitələrin sayı ilk növbədə maraqların təmin 

olunması  ehtiyacından  artır.  Vasitələrin  artımı da  yeni vasitələrin 

törənməsini  zəruri  edir.  Vasitələrin  sayının  artması  hərəkət  

axınının  həcmindən  asılı  olaraq  baza  və  üst  qat  trayektoriyalarını 

əmələ gətirir. İnkişaf o zaman güclü olur ki, hərəkət vasitələrinin 

baza  trayektoriyalarının  sayı  daha  da  çoxluq  təşkil  edir.  Baza 

trayektoriyalarının  çoxluğu  üst  qat  trayektoriyaların  çoxalmasını 

zəruri edir. 

Dövlətlər  meydana  gəldikləri  qədim  dövrlərdən  hal-hazıra 

qədər  bir  neçə  inkişaf  dövrlərini  yaşamışlar.  Bu  inkişaf  dövrləri 

daima  yeni-yeni  vasitələrin  meydana  gəlməsi  ilə  müşahidə 

edilmişdir.  Çoxlu  sayda  baza  vasitələr,  baza  trayektoriyalar 

yaranmış və üst qat trayektoriyaların sayının çoxalması prosesləri 

mövcud olmuşdur. Vastələrin hərəkətə gəlməsində, eləcə də yeni-

yeni  zərurətlərin  meydana  gəlməsində  qlobal,  orta  və  kiçik 

miqyaslı  təsirlər  (məsələn,  müharibələr,  münaqişələr,  inqilablar, 

siyasi  mübarizələr,  hətta  təbii  fəlakətlər  və  s.)  səbəb  olmuşdur. 

Eyni zamanda yeni-yeni coğrafi kəşflər sayəsində əlavə vasitələrin 

və  məkanların  əldə  edilməsi  də  ümümdünya  inkişafına  təkan 

vermişdir  və  baza  rolunu  oynamışdır.  Vasitələrə  edilən  kənar 

təsirlər  maraq  və  tələbatın  yeni-yeni  şəraitini  meydana 




 

9

gərtirmişdir.  Yeni  canlı  vasitələrin  mövcudluğu,  yeni  tələbatlara 



müvafiq olaraq tez-tez cansız vasitələrin yaradılmasını və hərəkətə 

gətirilməsini zəruri etmişdir.  

Nəzərə  almaq  lazımdır  ki,  dövlətlərdə  və  cəmiyyətlərdə 

vasitələrin sayı çoxaldıqca yeni mühit və şərait də meydana gəlir. 

Bu  zaman  canlı  və  cansız  vasitələr  müvafiq  mühit  və  şəraitə  

uyğun  olaraq  hərəkətə  gəlirlər və  hərəkətə  gətirilirlər. Vasitələrin 

hərəkətə  gətirilməsi  və  hərəkətə  gəlməsi  sayəsində  yeni-yeni  

inkişaf prosesləri, inkişaf yolları meydana gəlir. İnkişaf prosesləri 

zamanı  hərəkətlər  (fəaliyyət)  də  hər  bir  şəraitə  uyğun  olaraq 

tənzimlənir.  Canlı  vasitələr  çalışırlar  ki,  bütün  mövcud  vasitələri 

öz  maraqları  istiqamətində  hərəkətə  yönəltsinlər.  İnkişaf 

proseslərində hərəkətlər fərqli və oxşar xüsusiyyətlərə malik olur. 

Bu  da  onunla  izah  olunur  ki,  maraqlar  müxtəlifdir,  tələbat  və 

zərurət  müxtəlifdir,  rəngarəngdir.  Bu  baxımdan  fəaliyyət  də  öz 

rəngarəngliyini,  geniş  tərkibli  məzmununu  saxlayır.  Dövlətlərdə, 

cəmiyyətlərdə  maraqlı  olan  müxtəlif  tərəflər-  fərdlər,  təbəqələr, 

qruplar  mövcuddur.  Hər  bir  fərd,  qrup-  tərəf  öz  marağı  uğrunda 

mübarizə  aparır.  Maraq  fərdi  (şəxsi)  və  kollektiv  (ümumi) 

olduğuna görə mübarizə də fərdi və kollektiv xüsusiyyətlərə malik 

olur.  Vahid  marağın  təmin  edilməsi  uğrunda  vasitələrin  qruplaş-

ması,  birləşməsi,  cəmləşməsi  prosesləri  baş  verir.  Qruplaşmış 

vasitələr  birgə  şəkildə  mübarizə  aparırlar  və  vasitələrin  eyni  və 

oxşar trayektoriya,  eləcə də müxtəlif istiqamətli trayektoriya üzrə 

hərəkəti meydana gəlir. Cəmiyyətlərdə inkişaf o halda baş verir ki, 

çoxlu  sayda  vasitələr  zamandan  asılı  olaraq,  arası  kəsilmədən 

çoxlu sayda hərəkət trayektoriyası üzrə hərəkət vəziyyətində olur. 

İnkişaf  həm  də  o  zaman  meydana  gəlir  ki,  vasitələrin  trayekto-

riyaların birindən digərinə keçid prosesləri baş verir.  

Müasir  dövrdə  dövlətlərin  cəmiyyətlərində  çoxlu  sayda  hərə-

kət  istiqamətləri  mövcuddur.  Hərəkət  istiqamətləri  cəmiyyətlərin 

tərkibi  rəngarəng  olan  ümumi  siyasi  müstəvisini  əmələ  gətirir. 

Dövlət  hakimiyyəti  ilə  vətəndalar  arasında  (tərəflər  arasında), 

eləcə  də  dövlətlər  aralarında  (dövlətlər  vasitəsilə  cəmiyyətlər, 

xalqlar  aralarında)  münasibətlərin  tənzimlənməsi,  münasibətlərin 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə