Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə4/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   2   3   4   5   6   7   8   9   ...   204

 

10

forma, məzmun və istiqamətlərinin müəyyən edilməsi üçün həyata 



keçirilən  və  maraqların  təmin  edilməsinə  yönəldilən  akt 

(fəaliyyət) siyasət adlanır. Cəmiyyətlər, dövlətlər bu günki inkişaf 

səviyyəsinə  görə  çoxlu  ixtisaslaşmış  sahələri  (iqtisadiyyat,  o 

cümlədən  sənaye,  ticarət,  sosial  həyat,  təhlükəsizlik,  mədəniyyət, 

incəsənət, səhiyyə, elm, təhsil, ekologiya və digər sahələr) özündə 

əks  etdirdiyindən,  dövlət  siyasəti  də  həmin  sahələr  üzrə 

ixtisaslaşma proseslərinə malik olur. Bu da onunla izah olunur ki, 

cəmiyyətlərdə  mövcud  olan  canlı  vasitələrin  maraqları  müxtəlif-

dir,  çoxtərkibli  və  çoxistiqamətlidir,  əlavə  sahələrin  yaradılması 

baxımından məhdud deyil. Sahələrin sayı çoxaldıqca, elmi-texniki 

nailiyyətlər əldə edildikcə, yeni-yeni sahələr meydana gəlir. Canlı 

vasitələr  həmin  sahələrdə  öz  maraqlarını  tələbatlarına  uyğun 

olaraq  təmin  edirlər  və  bu  istiqamətdə  müvafiq  fəaliyyət  həyata 

keçirirlər.  Hal-hazırki  zamanda  insanların  maraqları  həm  quruda, 

həm  suda,  həm  atmosferdə,  həm  də  kosmik  məkanda  forma-

laşıbdır. Bu məkanlara müvafiq olaraq maraqlar da ixtisaslaşıbdır, 

tələbatlar  meydana  gəlibdir.  Məkanlara  uyğun  şəkildə  hərəkət 

istiqamətləri  də  yaranıbdır.  Məkanlarda  mövcud  olan  maraq 

sahələri  üzrə  dövlət  siyasəti  (maraqları  təmin  edən  və  hərəkətləri 

tənzimləyən  siyasi  aktlar-normayaratma  və  icrasını  təminetmə 

hərəkətləri,  vasitələri  istiqamətləndirmə  hərəkətləri)  formalaşır. 

Dövlət siyasəti formalaşdıqca, yeni-yeni hərəkətlər meydana gəlir 

və  yeni  tənzimləmə  sahələri  yaranır.  Dövlət  siyasəti  öz  xüsusiy-

yətlərinə  görə  şaxələnmə  funksiyasına  malik  olur.  Şaxələr  də 

hərəkət  istiqamətlərini  əks  etdirir.  Şaxələr  üzrə  mövcud  olan 

hərəkətlər  sahələrin  inkişafını  təmin  edir. Siyasi  inkişaf dedikdə, 

dövlətin  cəmiyyətin  bütün  sahələri,  eləcə  də  dövlətlərarası 

münasibətlərin  əks  olunduğu  sahələr  üzrə  həyata  keçirdiyi  aktlar 

cəmi,  aktların  birləşməsi  sayəsində  əldə  olunan  vasitələrin 

mövcud  çoxluq  vəziyyətini  başa  düşmək  olar.  Dövlət  siyasətinin 

cəmləşmiş  sahələr  üzrə  əhatə  olunduğu  inkişaf  vəziyyətini  siyasi 

inkişaf  adlandırmaq  olar.  Bu  baxımdan  siyasi  inkişaf  iqtisadi, 

mədəni, təhlükəsizlik, sosial, elmi-texniki, ekoloji, infrastruktur və 

digər  sahələrdə  meydana  gələn  inkişaf  vəziyyətinin  ümumi  və 

cəmləşmiş şəkildə forma və məzmununu əks etdirir.  



 

11

Siyasi  inkişaf  zamanı  siyasi  vasitələrin  hərəkətləri  də  özünə-



məxsus  xüsusiyyətlərə  malik  olur.  Hər  bir  sahədə  mövcud  olan 

inkişaf  vəziyyətini  meydana  gətirmək  üçün  siyasi  vasitələrin 

trayektoriyalar üzrə məqsədyönlü hərəkətləri tələb olunur. Dövlət 

siyasət həyata  keçirdikcə  vətəndaşlarla  münasibətləri tənzimlənir, 

vətəndaşların  maraq  sferalarının  miqyası  böyüyür,  inkişaf  vəziy-

yəti  meydana  gəlir.  İnkişaf  vəziyyətində  dövlətlə  vətəndaş  ara-

sında  münasibətlər  trayektoriyasında  da  vəziyyət  müsbət  istiqa-

mətlərin  müşahidə  olunması  ilə  fəallaşır.  Dövlət  siyasi  baxımdan 

o  zaman  inkişaf  edir  ki,  bütün  vasitələr  çoxalmaq  istiqamətində, 

həmçinin  maraqları  böyütmək  istiqamətində  daima  hərəkət 

vəziyyətində olurlar. Siyasi inkişaf zamanı dövlətə aid olan siyasət 

qurumları  arasında,  eləcə  də  ictimai  qurumlarla  siyasi  qurumlar 

arasında hərəkət trayektoriyaları daha da formalaşmış olur.  

Nəzərə  almaq  lazımdır  ki,  posmodernist  vəziyyət  çoxtərkibli 

tələblərə  və  maraqlara  müvafiq  olaraq  daima  mozaik  (rəngarəng, 

qarışıq, müxtəlif) məzmunlu inkişafı şərtləndirir. Bu baxımdan da 

cəmiyyətin  bütün  strukturları,  eləcə  də  strukturların  tərkib 

elementləri  olan  stratifikasiyalar  (təbəqələr)  inkişafa  məruz 

qalmağı,  daima  inkişaf  prosesləri  ilə  üzləşməyi  tələb  edir.  Siyasi 

sistem  cəmiyyətdən  asılı  olaraq  və  cəmiyyətə  xidmət  edərək  öz 

inkişaf  istiqamətlərini  və  mənbə  elementlərini  də  sosial 

sistemlərdən  götürür.  Sosial  sistemin  rasional  və  irrasionallığı 

siyasi  sistemin  rasional  və  irrasional  mahiyyətini  formalaşdırır. 

Siyasi  sistemin  tam  strukturuna  daxil  olan  yarımstrukturlar  öz 

vəzifə  və  funksiyalarına  müvafiq  olaraq  sosial  strukturların 

formalaşmasına  və  fəaliyyətinə  təsir  göstərir.  Siyasi  və  sosial 

sistemlər qarşılıqlı və üzvi vəhdətdə fəaliyyət göstərir və proseslər 

bir-biri ilə çulğaşmış və inkar edilməklə formalaşır. 

Dövlətin  və  cəmiyyətin  inkişafı  elementlər  (subyektlər)  ara-

sında  mövcud  olan  münasibətlər  tiplərini  inkişaf  etdirir. 

Münasibətlər  tiplərinin  ayrı-ayrılıqda  və  inteqrasiya  olunmuş 

şəkildə  strukturlaşmış  inkişafı  sosial  və  siyasi  sistemlərin 

inkişafına  gətirib  çıxarır.  Karl  Marksa  görə,  obyektiv  qanunlar 

əsasında  fəaliyyət  göstərən  və  inkişaf  edən,  cəmiyyətin  məzmun 




 

12

və  xarakterini  müəyyənləşdirən  insanlararası  qarşılıqlı  təsirlər 



ictimai  münasibətlərdir.  İctimai  münasibətlərin  üç  tipi  iqtisadi, 

siyasi  və  mənəvi  tiplərini  Karl  Marks  fərqləndirir.

1

 Məlumdur ki, 



cəmiyyət  özü  müxtəlif  strukturlardan  (həmçinin  yarımstruk-

turlardan)  ibarətdir.  Cəmiyyətin  strukturlaşması  dövlətin  siyasi 

təsisatlanmasının  formalaşmasına  təsir  edir.  İnsanların  siyasi 

mənafelərə  görə  ayıran  müxtəlif  siyasi  birliklər  məcmu  halında 

cəmiyyətin  siyasi  strukturunu  əmələ  gətirir.  Öz  daxili  təşkilatı 

xüsusiyyətləri  baxımından  burada  hər  birliyin  öz  yeri  vardır. 

Nəhayət,  insanlar  arasındakı  siyasi  əlaqələrin  ən  mürəkkəb 

forması cəmiyyətin siyasi sistemidir.

2

  



Dövlətin  və  cəmiyyətin  inkişafı  zamana  və  hərəkət  edən  və 

hərəkətə  gətirən  vasitələrə,  onların  gücünə  bağlıdır.  Zaman  amili 

də  mövcud  şəraitdə  əldə  edilmiş  vasitələrin  kəmiyyət  və 

keyfiyyəti  ilə  əlaqəlidir.  Vasitələrin  mövcud  vəziyyətinə  uyğun 

olaraq,  onların  istiqamətləndirilməsi  müəyyən  edilir.  Qarşıya 

məqsəd  qoyulur.  Qarşıya  qoyulan  məqsəd  gələcək  vəziyyəti  əks 

etdirir,  vasitələri  ona  doğru  hərəkətə  gətirir.  Aristotelə  görə 

gələcək həmişə indiki zamana təsir göstərir. Onun fikrincə, zaman 

dəyişkənliyin ölçüsüdür. Aristotel deyirdi ki, zaman öz-özlüyündə 

hərəkətin  daxilində  olan  kəmiyyət  müəyyənliyidir,  çünki  insan 

harada heç bir dəyişikliyi qəbul etmirsə, ona elə gəlir ki, orada heç 

bir zaman olmayıb. Aristotelin fikrinə görə, zaman bir ədəd olaraq 

hərəkətin hər hansı bir vəziyyəti və yaxud xassəsidir.

3

  

Hörmətli  oxucular,  sizlərə  təqdim  olunan  kitab  əsasən  üç 

fəsildən ibarətdir. Kitabın birinci fəsli siyasi inkişaf zamanı siyasi 

vasitələrin hərəkət xüsusiyyətlərinə həsr edilibdir. Böyük və kiçik 

dövlətlər aralarında münasibətlərin xüsusiyyətləri və bu baxımdan 

da  münasibətlərin  dərəcələri,  həmçinin  tərzləri  qeyd  edilir. 

                                                 

1

 Sosiologiya.  Dərslik.  Müəlliflər  kollektivi.  Redaktor:  dosent,  f.e.n.  Vahidov 



F.Q. Bakı, “Təknur” MMC, 295 səh., 2005, səh.47.

 

2



 Həsən  Şirəliyev,  Əli  Əhmədov.  Politologiya.  Ali  məktəblər  üçün  dərslik. 

“Təbib” 1997,416 səh. səh. 69.

 

3



 Yusif  Rüstəmov.  Fəsəfənin  əsasları  (mühazirə  kursu)-Bakı,  “Azərbaycan 

Universiteti” nəşriyyatı, -2004, 499 səh., səh. 43.

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə