Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə5/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   2   3   4   5   6   7   8   9   ...   204

 

13

Bununla  yanaşı, super, böyük və orta gücə malik olan dövlətlərin 



kiçik  dövlətlərdə  strateji  maraqlarının  məzmununa  dair  bəzi 

təhlillər verilir, mövqelər bildirilir.  

Kitabın ikinci fəsli xarici siyasət və beynəlxalq münasibətlərin 

müxtəlif istiqamətlərinə həsr edilibdir.  

Kitabın üçüncü fəsli isə dünyada qlobal sülhün təmin edilməsi 

adlanır.  Burada  dövlətlər  və  xalqlar  arasında  sülhə  nail  olmaq 

üçün  bəzi  istiqamətlərə  aid  mülahizələr,  baxışlar  öz  əksini  tapır. 

Azərbaycanla-Ermənistan  arasında  ədalətli  sülhün  region  üçün 

müsbət  tərəfləri  göstərilir.  Dünyanın  sülh  siyasəti  sisteminin 

əsaslarına dair bəzi fikirlər bildirilir. Sülh siyasəti sisteminin dövr 

və mərhələlərindən bəhs edilir. Qədim Asiyada dövlətlərarası sülh 

qaydalarının  mövcudluğu  təhlil  edilir.  Bu  fəsildə  həmçinin  sülh 

formulaları  anlayışına  da  toxunulur.  Üçüncü  fəsildə  pasifizm 

konsepsiyasının  müəyyən  nəzəri  tərkibi  öz  əksini  tapır.  Pasifizm 

(lat.  Pacificus  sakitləşdirən,  barışdıran)  –1)  hər  cür  müharibələri 

pisləyən  və  yer  üzərində  sülhü  tələb  edən  dünyagörüşü;  2)  XIX 

əsrin  ikinci  yarısında  formalaşmış,  hər  cür  müharibələrə  qarşı 

prinsipial  çıxış  edən  beynəlxalq  anti-müharibə  hərəkatı.

1

 –

mənasını verir.  



                                                 

1

 Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik 



Akademiyası.  Politologiya.  İzahlı  lüğət.  Bakı,  “Şərq-Qərb”,  2007,  352  səh., 

səh. 241. 

 



 

14

I HİSSƏ: 



 

SİYASİ İNKİŞAF ZAMANI SİYASİ HƏRƏKƏTLƏRİN 

Ə

SAS XÜSUSİYYƏTLƏRİ 

 

Siyasi inkişaf anlayışı 

 

İnkişaf cəmiyyətdə mövcud olan ayrı-ayrı şəxslərin (fərdlərin), 



qrupların  maraq  və  tələbatına  müvafiq  olaraq,  vasitələrin  sayının 

artmasını,  yeni  növ  vasitələrin  meydana  gəlməsini  və  vasitələrin 

yeni-yeni hərəkət istiqamətlərinin zamana və şəraitə uyğun olaraq 

yaranmasını  əks  etdirən  prosesual  bir  vəziyyətdir.  İnkişaf 

özündə həm qısa və orta müddətli, həm də uzun müddətli müxtəlif 

uzunluqlu  və  ölçülü  hərəkət  trayektoriyalarını  birləşdirir. 

“Fəlsəfə”  ensiklopedik  lüğətində  “inkişaf”  anlayışına  aşağıdakı 

şəkildə izahat verilir: 

İnkişaf  –  maddi  və  ideal  obyektlərin  geriyə  dönməz  və 

istiqamətli  olması  ilə  səciyyələnən  qanunauyğun  keyfiyyət 

dəyişməsidir.  Bu  xassələrin  eyni  vaxtda  mövcud  olması  inkişafı 

digər  dəyişikliklərdən  fərqləndirir.  Geriyə  dönən  dəyişikliklər 

fəaliyyət  prosesləri  üçün  (yəni  əlaqə  və  münasibətlərin  daimi 

sisteminin  tsiklik  qaydada  yenidən  canlandırılması  üçün) 

xarakterikdir; istiqamətlilik olmadan dəyişikliklər toplana bilməz, 

bu  da  prosesi  inkişaf  üçün  səciyyəvi,  vahid,  daxili  qarşılıqlı 

əlaqədəki  xətdən  məhrum  edir;  qanunauyğunluqların  olmaması 

qəza  tipli  təsadüfi  dəyişiklikləri  səciyyələndirir.  İnkişafın  fəlsəfi 

cəhətdən dərk edilməsi reallığın əlaqə, münasibət və proseslərinin 

bütün  rəngarəngliyinin  ümumi  xarakteristikalarının  yenidən 

canlandırılması  deməkdir.  İnkişafın  nəticəsində  obyektin  yeni 

keyfiyyət  halı  meydana  gəlir.  Zaman  inkişafın  mühüm 

xarakteristikasını  təşkil  edir,  çünki  hər  bir  inkişaf  real  zamanda 

baş verir və yalnız zaman istiqamətliyini aşkara çıxarır.

1

  

                                                 



1

 Fəlsəfə ensiklopedik lüğəti. Baş redaktor. İsmayıl Vəliyev. Müəllif kollektivi. 



“Azərbaycan  Ensiklopediyası”.  Nəşriyyat-Poliqrafiya  Birliyi.  B.,  1997. 

520 səh., səh. 183.  


 

15

Hərəkətin  xüsusi  növü  kimi  inkişaf  bir  sıra  mühüm  xassələri 



ilə  xarakterizə  edilir:  1)  İnkişaf  prosesi  bir  keyfiyyət  vəziy-

yətindən  başqasına,  daha  mürəkkəb  və  mükəmməlinə  keçməyi 

tələb  edir;  2)  inkişaf  sabit  dəyişiklikdir;  3)  inkişaf  prosesinə 

dönməzlik  xasdır,  yəni  sistemin  (obyektin)  tamamilə  başlanğıc 

vəziyyətinə  qayıtması  mümkün  deyil;  4)  inkişafda  varisliyin 

olması,  yəni  köhnənin  mütləq  olaraq  inkar  edilməsi;  5)  inkişaf 

istiqamətli  xarakter  daşıyır,  yəni  inkişaf  həmişə  yüksələn  xətt  ilə 

hərəkət,  deməli,  mütərəqqi  istiqamətli  hərəkət  olur.  Biz  inkişaf 

dedikdə mütləq nə isə yeni bir şeyin yaranmasını nəzərdə tuturuq. 

Yeni  köhnəyə  münasibətə  görə  müəyyənləşir.  Beləliklə,  yeni  ilə 

köhnənin münasibəti inkişaf probleminin mərkəzində dayanır.

1

  



Ümumiyyətlə,  siyasi  inkişaf  prosesləri  hərəkət,  məkan  və 

zaman,  tək,  xüsusi  və  ümumi,  bütöv  və  hissə,  sistem,  element, 

struktur, mahiyyət və təzahür, məzmun və forma, səbəb və nəticə. 

Determinizm, zərurət, təsadüf və qaçılmazlıq, imkan və gerçəklik, 

əlaqə  və  münasibətlər,  keyfiyyət,  xassə,  kəmiyyət,  ölçü,  əkslik, 

ziddiyyət,  vəhdət,  mübarizə,  eynilik,  fərq,  harmoniya,  inkar  kimi 

fəlsəfi  kateqoriyaların  (anlayışların)  mahiyyətinin  dərk  edilməsi 

əsasında  və  siyasi  həyatla  sosial  həyat  arasında  əlqələrin  idrakı 

formada  əsaslandırılması  və  istiqamətləndirilməsi  ilə  hadisələr 

ardıcıl, qanunauyğun hadisələr törətməklə həyata keçirilir.  

“Politologiya”  izahlı  lüğətində  siyasi  inkişaf  konsepsiyasına, 

sosial  inkişafla  əlaqəli  əsaslarla,  aşağıdakı  şəkildə  elmi  yanaşma 

edilir:  Siyasi  inkişaf  -ənənəvi  cəmiyyətdən  müasir  cəmiyyətə  

keçidin əsasını təşkil edən proseslərin məcmusudur. Siyasi inkişaf 

problemləri  “inkişaf  sosiologiyası”  adı  almış  ümumsosioloji 

istiqamət  çərçivəsində  işlənir.  “İnkişaf  sosiologiyası”  cəmiyyətin 

iki əsas tipini fərqləndirir: ənənəvi və müasir. Ənənəvi cəmiyyətin 

əsasında  vərdişlər,  ədalət  və  ənənələr  durur  ki,  bu  da  onun  nisbi 

davamlılığını  izah  edir.  Müasir  cəmiyyətdə  yerliçilik  təsəvvürləri 

universal  dəyərlərlə  əvəz  olunur;  cəmiyyətin  və  siyasətin  əsas 

                                                 

1

 Yusif  Rüstəmov.  Fəsəfənin  əsasları  (mühazirə  kursu)-Bakı,  “Azərbaycan 



Universiteti” nəşriyyatı, -2004, 499 səh., səh. 40.

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə