Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə6/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   2   3   4   5   6   7   8   9   ...   204

 

16

elementi  qrup  deyil,  fərd  olur;  insanların  yaşadığı  və  işlədiyi 



birliklər  mənşəyə  yox,  seçkilərə  əsaslanır;  həyat  tərzini  və 

məqsədlərini  fərdin  özü  qrup tərəfindən  müəyyən edildiyi,  yaxud 

təsdiq edildiyi ənənəvi cəmiyyətidən fərqli olaraq seçir; iş ailədən, 

yaşayış  yerindən  ayrılmışdır  və  bürokratik  struktrurlardan  asılı 

deyil və i.a. Siyasi inkişaf problemi siyasi prosesin qlobal mənada 

analizi ilə sıx bağlıdır. Siyasi inkişaf anlayışı elmi dövriyyəyə XX 

əsrin ikinci yarısında siyasi həyatın dinamikasını, onun dəyişməsi 

proseslərini  qeyd  etmək  üçün  daxil  edilmişdir.  Siyasi  inkişaf 

iqtisadi, sosial və digər ictimai proseslərdən bir çox parametrlərinə 

görə  fərqlənir.  Birincisi,  siyasi  inkişaf  dönməz  deyil.  İkincisi, 

siyasi  inkişaf  özünün  müstəqil  meyarları  göstəriciləri  ilə 

xarakterizə  olunur.  Üçüncüsü,  ümumi  meyarlar  olduğu  hallarda 

siyasi  inkişaf  prosesi  müxtəlif  ictimai  sistemlərdə  eyni  ola 

bilməz.


1

  

Siyasət anlayışı əsasən dövlətə aiddir, dövlətin daxili və xarici 



fəaliyyətini ifadə  edir. Dövlətdaxili siyasət dedikdə, hakimiyyətlə 

vətəndaşlar  arasında  münasibətləri  tənzimləmə  aktı  başa 

düşülməlidir. Siyasəti əsasən dövlət rəhbəri və dövlət hakimiyyəti 

həyata  keçirir.  “Politologiya”  izahlı  lüğətində  siyasət  anlayışına 

aşağıdakı  şəkildə  izahat  verilir:  Siyasət  (yun.  politike  dövlətin 

idarə 

olunması 

məharəti) 

– 

politologiyanın 

mərkəzi 

anlayışlarından  biri.  Bu  termin  Aristotelin  dövlət,  idarəetmə  və 

hökumət  haqqında  “Siyasət”  (“Politika”)  adlandırdığı  traktatın 

təsiri  altında  yayılmışdır.  Siyasət  üç  qarşılıqlı  əlaqədə  olan 

aspektlərin vəhdətində çıxış edir: 1) ictimai həyat sahəsi; 2) sosial 

subyektlərin fəallığının bir növü; 3) sosial münasibətlərin (fərdlər, 

kiçik  qruplar  və  s.  arasında  )  tipi.  Polity  anlayışında  siyasətin 

konstitusiya  ilə,  hüquqla,  ənənələrlə,  parlamentlər,  hökumətlər, 

məhkəmələr  və  s.  formasında  müəyyən  olunmuş  institusional 

ölçüsü  ifadə  olunur.  Policy  anlayışı  siyasətin  siyasi  tələbatlar  və 

                                                 

1

  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik 



Akademiyası.  Politologiya.  Izahlı  lüğət.  Bakı,  “Şərq-Qərb”,  2007,  352  səh. 

səh. 286.

 



 

17

maraqlar,  siyasi  dəyərlər  və  məqsədlər,  siyasi  proqram  və 



doktrinalar  kimi  normativ  əsasları  ilə  bağlıdır.  Politics  anlayışı 

siyasətçinin  prosesual  şərhini  nəzərdə  tutur  ki,  bu  zaman  söhbət 

intellektual,  iradi,  qiymətverici  və  sosial-psixoloji  formaları  olan 

siyasi iradə ifadə etməkdən gedir

1

.  

Siyasətdə  siyasi  qruplar,  siyasi  tərəflər  iştirak  edir  və  hərəkət 

edirlər, fəaliyyət göstərirlər. Siyasət cəmiyyəti əhatə edir və buna 

görə  də  cəmiyyətin  inkişafına  xidmət  edən  və  hakimiyyət 

tərəfindən  həyata  keçirilən  bir  akdır.  Siyasətdə  dövlət  quruluşu, 

dövləti  idarəetmə  forması  əsas  prinsip  və  məzmundur.  Dövlət 

siyasəti  cəmiyyətin  bütün  sahələrində  həyata  keçirilir.  Siyasət 

həyata  keçirildikcə  yeni-yeni  siyasət  sahələri,  vasitələri,  bu 

baxımdan  da  obyekt  və  subyektləri  yaranır.  Siyasət  iqtisadiyyat, 

hərbi  sahələr,  təhlükəsizlik  sahələri,  sosial  sahələr,  elm,  təhsil  və 

mədəniyyət  sahələri  və  digər  sahələrdə  həyata  keçirilir  və  bu 

sahələr  siyasətin  həyata  keçirilmə  istiqamətləri  və  vasitələrin 

hərəkət istiqamətləri kimi qəbul edilir.  

Siyasət  bir-birilə  çox  qarşılıqlı  səbəbiyyət  əlaqəsində  olan 

müxtəlif  hadisələrdən  və  proseslərdən  ibarətdir.  Siyasi  əlaqələr 

müxtəlif  səviyyələrdə  təzahür  edirlər.  Onların  nisbətən  sadə 

forması  siyasi  münasibətlərdir.  Onlar  siyasi  fəaliyyət  prosesində 

subyektlərin  bir-birinə  münasibətdə  vəziyyətini  əks  etdirir. 

Mənafelərin bir-birinə uyğun gəlməsi, yaxud gəlməməsindən asılı 

olaraq,  insanların  bir-birinə  münasibəti  müxtəlif  olur,  yəni  onlar 

müxtəlif  mövqelər  tutur.  Buna  uyğun  olaraq,  insanlar  arasında 

yaranan  münasibətləri  siyasi  əməkdaşlıq  və  ya  siyasi  rəqabət 

münasibətlərinə ayırmaq olar.

2

  

Siyasət  dövlət  tərəfindən  həm  dövlətin  sərhədləri  daxilində 



(daxili siyasət), həm də sərhədlər kənarında (xarici siyasət) həyata 

keçirilir.  Siyasət  həyata  keçirildikcə  yeni-yeni  sahələrdə 

                                                 

1

 Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik 



Akademiyası.  Politologiya.  Izahlı  lüğət.  Bakı,  “Şərq-Qərb”,  2007,  352  səh., 

səh. 274.  

2

 Həsən  Şirəliyev,  Əli  Əhmədov.  Politologiya.  Ali  məktəblər  üçün  dərslik. 



“Təbib” 1997, 416 səh., səh.68. 

 



 

18

vasitələrin  sayı  çoxalır,  istiqamətlərin  sayı  artır  və  sferası 



genişlənir. Bununla yanaşı, siyasi hərəkətlər zamanı istiqamətlərin 

sayı  azala  da  bilir.  Bu  prosesin  forma  və  məzmunu  hər  şeydən 

öncə  siyasət  həyata  keçirilərkən,  siyasəti  həyata  keçirənlərin 

maraqlarından  asılıdır.  Həmçinin  təbii  şərait  də  siyasətin 

sferasının  daralmasına  və  ya  genişlənməsinə  xidmət  edir.  Bu 

baxımdan  siyasi  hərəkətlər  həm  genişlənmə,  həm  də  daralma 

xüsusiyyətlərinə malikdir. Siyasi hərəkətlər zamanı siyasətin əhatə 

olunduğu  sahələr  adətən  inkişaf  edir.  İqtisadiyyat,  sosial,  hərbi, 

mədəniyyət,  elm,  təhsil  və  digər  sahələr  inkişafa  məruz  qalır.  Bu 

sahələr  inkişaf  etdikcə  cəmiyyətin  ümumilikdə  inkişafı  baş  verir. 

Cəmiyyətin  ümumi  inkişafı  öz  növbəsində  ümumi  siyasi  inkişafı 

əmələ  gətirir,  dövlətin  tərəf  olaraq  vətəndaşlarla  münasibətləri 

inkişaf edir, təkmilləşir. Cəmiyyətdə baş verən inkişaf cəmiyyətdə 

həyata 


keçirilən 

siyasətin 

xüsusiyyətlərindən 

asılı 


olur. 

İqtisadiyyat,  sosial  sahələr  və  digər  sahələrdə  həyata  keçirilən 

siyasət  nəticəsində  bu  sahələr  inkişaf  etdikcə,  siyasət  də 

təkmilləşir  və  yeni  şərait  daha  da  təkmil  siyasətin  həyata 

keçirilməsini  tələb  edir.  Cəmiyyətin  bütün  sahələrində  siyasət 

yolu  ilə  meydana  gələn  inkişafı  siyasi  inkişaf  kimi  qeyd  etmək 

olar.  Siyasi  inkişaf  ilk  növbədə  iqtisadi  inkişaf  üzərində  olan  bir 

vəziyyətdir  və  hər  iki  vəziyyət  qarşılıqlı  olaraq  bir-birinə  təsir 

edir. İqtisadiyyatın inkişafı tələb edir ki, digər sahələrdə də sürətlə 

cavabverici  siyasət  həyata  keçirilsin.  Nəzərə  almaq  lazımdır  ki, 

iqtisadiyyatın  inkişafı  bir  nəticədir.  Nəticələrdən  yeni  nəticələrin 

alınması (şaxəli sahələr üzrə) məqsədilə cavabverici siyasət həyata 

keçirilir.  İqtisadiyyat  inkişaf  etdikcə  digər  sahələr  inkişaf  edir. 

Dövlət  hakimiyyəti  fəallaşır.  Bunun  nəticəsində  dövlət  siyasəti 

güclənir və sahələrdə intensiv şəkildə tətbiq edilir. Siyasi inkişafa 

nail  olunur.  Siyasi  inkişaf  bütün  sahələrdə  mövcud  olan  inkişaf 

göstəricisinin  şkalalar  (cədvəllər,  tablolar)  üzrə  yuxarı  həddidir. 

Siyasi  inkişaf  ümumi  siyasi  mühitin,  siyasi  müstəvinin  inkişaf 

vəziyyətidir.  Siyasi  inkişaf  həm  də  siyasi  hərəkətlər  məhsulu 

olaraq,  bütün  sahələrdə  mövcud  olan  nəticələrin  təsirindən 

yaranan və ümumi əhəmiyyət kəsb edən üst qat vəziyyətidir.  



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə