Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə7/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   2   3   4   5   6   7   8   9   10   ...   204

 

19

XX  əsrdə  fəlsəfədə,  xüsusən  marksist  fəlsəfədə  “bazis”  və 



“üstqurum”  anlayışları  geniş  yayılmışdır.  Bu  kateqoriyalar 

marksizmin  fundamental  kateqoriyalarından  hesab  olunur. 

Marksizmə görə, bazis cəmiyyətin iqtisadi strukturunu təşkil edən, 

insanların  sosial  həyatının  ideoloji  formalarının  sistemini 

müəyyən  edən  istehsal  münasibətlərinin  məcmuudur.  Üstqurum 

ideoloji  münasibətlərin,  onları  möhkəmləndirən  və  həmin 

cəmiyyətə  xas  olan  qurum  və  təşkilatların  (dövlət,  siyasi 

partiyalar,  ictimai  birliklərin  və  s.)  məcmuudur.  Hər  bir  ictimai-

iqtisadi  formasiyanın  bazisi  və  ona  uyğun  olan  üstqurumu  var. 

Cəmiyyətin  iqtisadi  bazisi,  onun  təbiəti  necədirsə,  həmin 

cəmiyyətin üstqurumu da elə olur. Əgər bazis ziddiyyətlidirsə, bu 

hal üstqurumun ziddiyyətli olmasında öz əksini tapır

1

.  

Siyasi  inkişaf  digər  sahələr  üzrə  inkişaf  vəziyyətlərindən 

meydana  gələn  ümumnəticə  vəziyyətidir,  hərtərəfli  təsirə 

malikdir.  Siyasi  inkişaf  təbii  şəkildə  dövlət  hakimiyyətinin 

güclənməsinə səbəb olur və güclənmiş dövlət hakimiyyəti də həm 

daxildə,  həm  də  beynəlxalq  münasibətlərdə  öz  siyasətini  inkişaf 

etdirir.  Siyasi  inkişaf  ayrı-ayrı  sahələrin  cəmləşmiş  vəziyyətinin 

məhsuludur.  Siyasi  inkişaf  ayrı-ayrı  sahələri  əhatə  edən  qarşılıqlı 

siyasi  proseslərdən  əmələ  gələn  bir  vəziyyətdir.  Siyasi  inkişaf 

əsasən  üst  qat  vəziyyəti  olduğundan,  bu  vəziyyət  ilk  növbədə 

iqtisadi  inkişafdan  asılıdır.  İqtisadi  inkişafa  əsasən  bu  sahədə 

həyata  keçirilən  siyasət  nəticəsində  nail  olunur.  Siyasi  inkişaf  alt 

qat inkişaf vəziyyətinin təsiri ilə meydana gəlir. Alt qat vəziyyəti 

inkişaf  etdikcə  üst  qat  vəziyyəti  məhz  alt  qat  vəziyyətinə  təsir 

etmək imkanına malik olur. Siyasi vəziyyət inkişaf etdikcə alt qat 

vəziyyətinin  inkişafını  (iqtisadiyyatın  inkişafını)  da  tələb  edir. 

Elmi  ədəbiyyatlarda  ayrıca  olaraq  siyasi  inkişaf,  sosial  inkişaf, 

iqtisadi  inkişaf,  elmi  inkişaf,  mədəni  inkişaf  və  s.  fikirləri  qeyd 

edilir. Bu fikirlər sahələri ayırmaq və hər sahədə mövcud olan in-

kişafı ifadə etmək üçün işlədilir. Nəzərə almaq lazımdır ki, dövlət 

                                                 



1

  Yusif  Rüstəmov.  Fəsəfənin  əsasları  (mühazirə  kursu)-Bakı,  “Azərbaycan 

Universiteti” nəşriyyatı, -2004, 499 səh., səh. 417.    

 



 

20

vahid  bir  model  olduğundan  dövlətin  inkişafı  da  cəmləşmiş 



vəziyyəti  əks  etdirən  ümumi  və  vahid  bir  qavrayışdır.  Siyasi  in-

kişaf  dövlətin  ümumi  inkişafına  aid  olduğundan  ayrı-ayrı  sahələr 

üzrə inkişafların cəmləşmiş vəziyyətinə siyasi inkişaf demək olar. 

Həm  də  ona  görə  ki,  bütün  sahələrdə  əldə  olunan  inkişaf  dövlət 

hakimiyyətinin həyata keçirdiyi siyasətin məhsuludur.  

Siyasi inkişaf dövlətin bütün sahələr üzrə (dövlət daxilində və 

dövlətin  sərhədlərindən  kənarda  bütün  istiqamətlər  üzrə)  həyata 

keçirdiyi  siyasətinin  müsbət  təsirlərinin  yaratdığı  bir  vəziyyətdir. 

Siyasi  inkişaf  digər  sahələr  üzrə  inkişaf  vəziyyətini  özünə  cəlb 

edən  vəziyyətdir.  Siyasi  inkişaf  dövlətin  bütün  sahələrdə  həyata 

keçirdiyi kompleks və əlaqəli aktlar-kompleks islahatlar –tələbata 

müvafiq  olaraq  zamanla  əlaqəlı  şəkildə  qanunvericiliyin  yara-

dılması və icra mexanizmlərinin və icra qurumlarının yaradılması, 

o  cümlədən  kompleks  şəkildə  dövlət  proqramlarının  qəbulu  və 

icrasını  yüksək  səviyyədə  özündə  əks  etdirən  bir  vəziyyətdir. 

Siyasi  inkişaf  vəziyyəti  daima  dəyişən  xüsusiyyətlərə  malik  olur 

və keçici və əlaqəli prosesləri özündə cəmləşdirir.  



  

Siyasi hərəkətlərin ümumi və konkret xassələri  

 

Siyasi  hərəkətlər  siyasətin  vasitələrinin  (siyasət  subyekt-

lərinin)  bir  məkandan  başqa  bir  məkana  müəyyən  bir  zamanda 

hərəkət  etməsi  və  mövcud  obyektlərə  təsir  göstərərək,  eləcə  də 

yeni  obyektləri  yaradaraq  müəyyən  nəticələrə  malik  olan  siyasi 

aktları  və  hadisələri  törətməsi  vəziyyəti  və  prosesi  kimi  başa 

düşülə  bilər.  Siyasi  hərəkətlər  müəyyən  nəticələrə  malik  olan 

vəziyyətlərdir.  Siyasi  hərəkətlər  zamanı  müəyyən  forma  və 

məzmunlu  obyektlər  yaranır.  Siyasi  hərəkətlər  vəziyyətlərdən 

vəziyyətlərə  keçidlərdir,  siyasi  subyektlərin  yerdəyişmələridir, 

keçidləridir.  Siyasi  keçidlər  anında  zaman  və  məkan  amili  də 

dəyişikliyə  məruz  qalır.  Siyasi  hərəkətlər  siyasi  şəraitlərin 

dəyişməsini  zəruri  edən  proses  vəziyyətləridir.  Proseslər  baş 

verərkən  siyasi  vasitələrin  mexaniki  hərəkətləri,  zamana,  məkana 

müvafiq  olaraq  yerdəyişmələri  baş  verir.  Siyasi  hərəkətlər  maraq 




 

21

və  tələbatın  ödənilməsi  istiqamətində  siyasi  subyektlərin 



gedişləridir.  Siyasi  hərəkətlər  zamanı  siyasətin  subyektləri  öz 

mövcud  nisbi  duruş  vəziyyətlərindən  başqa  bir  vəziyyətə- 



hərəkət  vəziyyətinə  gəlirlər.  Siyasi  hərəkətlərin  mahiyyət  və 

məzmunu törədilən siyasi aktların, siyasi hadisələrin mahiyyət və 

məzmunundan  asılıdır.  Siyasi  hadisələr  və  aktlarla  siyasi 

hərəkətlərin  mahiyyətini  müəyyən  etmək  olar.  Eyni  zamanda 

siyasi  hərəkətlərlə  siyasi  hadisələr  və  aktların  mahiyyətini 

müəyyən  etmək  olar.  Siyasi  hərəkətlər  zamanı  obyektlərə 

müəyyən təsir qüvvələri tətbiq edilir. Tətbiq edilən qüvvə obyektə 

təsir  edir,  obyekt  hissələrə  bölünür  və  ya  yaxud  da  birləşir. 



Deməli,  hərəkət  birləşmə  (birləşdirmə)  və  ayırma  və  (ayrılma) 

kimi  prosesləri  (vəziyyətləri)  özündə  əks  etdirən  bir  vəziyyətdir. 

Siyasi hərəkətlər siyasi idarəetmənin istiqamətlərini müəyyən edir. 

Siyasi  hərəkətlər  siyasətin  subyektləri  arasında  münasibətlərin 

forma və məzmununu müəyyənləşdirir.  

F.Engels  yazırdı:  “Materiyaya  tətbiqdə  hərəkət  ümumiyyətlə 

dəyişmək  deməkdir”.  Albert  Eynşteyn  deyirdi ki, cismin hərəkəti 

dedikdə  biz  onun  başqa  cisimlərə  nisbətən  dəyişməsini  başa 

düşürük.


1

 Əl-Fərabiyə  görə  hərəkətin  tərifi  birmənalı  ola  bilməz 

və dəyişmə  anlayışı  çox geniş  məna  verir.  O,  yazırdı: “Hərəkətin 

tərifi  yoxdur,  çünki  o  ikimənalı  sözlərə  aiddir.  Hərəkət  ilə 

yerdəyişmə  ifadə  edildiyi  kimi,  həm  də  təşəkkül  tapma  və  yox 

olma  vaxtı  baş  verən  dəyişmə  də  ifadə  edilir,  lakin  hərəkəti 

potensialdan  aktivə  keçid  kimi  də  ifadə  etmək  olar.

2

 F.Engels 



hərəkət formalarının təsnifatını verməyə cəhd göstərmişdir. Onun 

fikrincə,  5  əsas  hərəkət  forması  var:  mexaniki,  fiziki,  kimyəvi, 

bioloji və sosial hərəkətlər.  Bu təsnifat müasir elmin nailiyyətləri 

sayəsində daha da zənginləşib.

3

 İnkişaf prosesində hərəkətin daha 



mürəkkəb  forması  özündən  əvvəl  gələndən  yaranır.  Dialektik 

metoda  görə  hərəkətin  bir  formadan  başqasına  keçidi  sıçrayış 

                                                 

1

 Yusif  Rüstəmov.  Fəlsəfənin  əsasları  (mühazirə  kursu)-Bakı,  “Azərbaycan 



Universiteti” nəşriyyatı, -2004, 499 səh.,  səh. 34. 

2

 Yenə orada, səh. 34. 

3

 Həmin kitab, səh. 38. 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə