Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə8/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   4   5   6   7   8   9   10   11   ...   204

 

22

formasında  baş  verir,  tədricilik  dayanır,  yeni  keyfiyyət  yaranır. 



Hərəkətin  keyfiyyətcə  müxtəlif  formaları  var:  cansız,  təbiətdə, 

canlı təbiətdə və insan cəmiyyətində olan hərəkət.  

Siyasi  hərəkət  ayrıca  şəxsin,  yaxud  qrupun  mövcud  sistemin 

hakimiyyət 

və 

tabeçilik 



münasibətlərinə 

şüurlu,  dərin 

müdaxiləsidir.  Hərəkət  siyasi  sistemi  müxtəlif  qrupların  əsl 

marağını  ifadə  edən  müəyyən  məqsədlərə  nail  olmağa  yönəldir. 

Siyasətin  bu  və  ya  başqa  istiqamətə  yönəldilməsində  əhəmiyyətli 

yeri  ideyalar  tutsa  da,  siyasət,  hər  şeydən  əvvəl,  hərəkat  olaraq 

qalır.  Siyasət  birinci  növbədə  kollektiv  hərəkətdir.

1

 Siyasi 



hərəkətin  subyektləri  bir-birilə  həm  ziddiyyətli,  həm  də 

əməkdaşlıq  münasibətlərinə  girə  bilərlər.  Təbiidir  ki,  əsas 

mübarizə mövcud ictimai və siyasi vəziyyətin qorunması ətrafında 

gedir.  Onlar  konkret  cəmiyyətin  xüsusiyyətlərindən  asılı  olaraq 

müxtəlif  siyasi  hərəkət  vasitələrindən  istifadə  edirlər.

2

 Nəticə 



etibarilə  siyasi  hərəkət  xaotik  (qarışıq)  yox,  mövcud  ictimai 

normaların  məcmusu  (toplusu)  çərçivəsində  inkişaf  edir.  Yəni 

istənilən  siyasi  sistemdə  müəyyən  hərəkət  formaları  mövcuddur. 

Siyasi  hərəkətdə  iştirak  edənlər  sistemdən  xaric  olmamaq 

(edilməmək)  üçün  qəbul  olunmuş  normalara  riayət  etməlidirlər.

3

 



Pozitiv (müsbət) və neqativ (mənfi) siyasi hərəkətlər mövcuddur. 

Pozitiv  siyasi  hərəkət  müəyyən  məqsədə  çatmaq  üçün  “nə  isə 

etməyi”,  neqativ  siyasi  hərəkət  isə  müəyyən  hadisələrin  baş 

verməsinə  yol  vermək  üçün  “nə  isə  olunmasına  son  qoymağı” 

nəzərdə tutur.

4

 Siyasi hərəkətlərin rasional və irrasional, ətalətli və 



yaradıcı,  kortəbii  və  mütəşəkkil  tipləri  də  elmi  ədəbiyyatlarda 

göstərilir.  

Siyasi hərəkətləri də ümumi və konkret vəziyyətlərə bölmək 

olar.  Belə  ki,  siyasi  fəaliyyətin  təşkil  edilməsi,  eləcə  də  dövlət 

hakimiyyəti  təsisatlarının  ümumi  siyasəti,  ümumi  fəaliyyəti 

                                                 

1

 L.S. Sanisteban. Siyasət elminin əsasları. (ixtisarla). Tərcümə edəni Həmid 



Baratlı. “Azərbaycan” nəşriyyatı, Bakı-1994, səh.23. 

2

 Həmin kitab, səh.24. 



3

 Həmin kitab, səh.26. 

4

 Bax, yenə orada  



 

23

ümumi  siyasi  hərəkətdir.  Lakin  bunun  əksinə  olaraq,  istənilən 

bir  sənədin  imzalanması  isə  konkret  hərəkət  vəziyyətidir, 

konkret  sahələrdə  münasibətləri  tənzimləyir.  Ümumi  siyasi 

hərəkət  vəziyyətində  siyasi  proseslər  ardıcıl  olaraq  baş  verir. 

Ümumi  siyasi  hərəkətlər  konkret  siyasi  aktlardan,  siyasi 

hadisələrdən  formalaşır.  Bu  baxımdan  bir  sahədə  tez-tez 

sənədlərin  ardıcıl  olaraq  qəbul  edilməsi  və  icrasının  təmin 

edilməsi,  həmçinin  digər  müvafiq  tədbirlərin  tez-tez  və  ardıcıl 

olaraq həyata keçirilməsi bu sahədə ümumi siyasi fəaliyyəti, siyasi 

hərəkətləri formalaşdırır. Ümumi siyasi hərəkətlərin tərkibi, eləcə 

də  tətbiqi  dairələri  və  obyektləri  konkret  hadisələrin,  aktların 

obyektlərindən, sahələrindən əmələ gəlir. Ümumi siyasi hərəkətlər 

konkret  siyasi  hərəkətlərin,  hadisələrin,  aktların  qarşılıqlı 

mövcudluğunu  təmin  edir.  Buradan  belə  bir  məntiqi  nəticəyə 

gəlinir ki, konkret siyasi hadisələrin obyekt və subyektləri hərəkət 

vəziyyətində  olaraq  ümumi  siyasi  hərəkətləri  formalaşdırır. 

Məsələn,  ayrı-ayrı  sahələrdə  qəbul  edilən  qanunlar,  digər 

normativ-hüquqi  sənədlər  ümumilikdə  dövlətin  qanunvericilik 

siyasətinin  tərkibinə  aid  edilir.  Dövlətin  ümumi  qanunvericilik 

siyasəti  isə  ayrı-ayrı  sahələrdə  hüquq  normalarının  yaradılmasını 

zəruri edir.  

Bir məsələni xüsusi olaraq qeyd etmək olar ki, hər bir ümumi 

hərəkət  tərkibə  (istiqamətlərə)  ayrıldıqda,  ayrılmış  tərkibə 

(istiqamətlərə,  hissələrə)  konkret  tərkib  və  hərəkətlər  demək 

olar. Konkret siyasi hərəkətlər konkret sahələrin idarəedilməsi və 

bu  sahələrdə  münasibətlərin  tənzimlənməsini  yerinə  yetirir. 

Məsələn, dövlətin vergi siyasəti konkret istiqamətdir və vergilərin 

yığılmasını  əsas  məqsəd  kimi  qarşıya  qoyur.  Konkret  hərəkətlər 

də  digər  konkret  hərəkətlərə  bölünür.  Məsələn,  istehsalın  təşkili 

iqtisadiyyatın təşkil edilməsi adlanan konkret hərəkətlər içərisində 

konkret  istiqamətdir,  həm  də  başqa  konkret  hərəkətləri  özündə 

birləşdirdiyinə  görə  ümumi  hərəkətlər  xüsusiyyətlərinə  də 

malikdir. Bu baxımdan da özünün tərkibindəki konkret hərəkətlər 

üçün ümumi hərəkət xassəsinə malikdir. İstehsalın təşkil edilməsi 

içərisində  istehsal  müəssisələrinin  tikilməsi,  dəzgahların  quraş-




 

24

dırılması,  mütəxəssislərlə  təmin  edilməsi,  istehsala  başlamaq  və 



hazır  məhsulun  əldə  edilməsi,  inzibati  işlərin  həyata  keçirilməsi 

konkret  hadisələrdir,  hərəkətlərdir.  Hər  bir  hərəkət  onun 

istiqamətlərini müəyyən edir. Siyasi hərəkətlər siyasətin obyekt və 

subyektlərini  müəyyənləşdirir.  Siyasətin  hərəkətləri  sayəsində 

onun obyektlərinin sayı da artırılır. Siyasi hərəkətlər bir-birilə sıx 

surətdə bağlı olurlar.  

Ümumi siyasi hərəkətlər çoxlu sayda konkret siyasi hadisələri 

özündə  birləşdirə  bilər.  Konkret  siyasi  hadisələrin  birləşmiş 

formada, vahid axın üzrə törədilməsi ümumi siyasi hərəkət axınını 

və  istiqamətini  əmələ  gətirir.  Məsələn,  dövlətlər  arasında  tez-tez 

yaradılan əlaqələr və müvafiq hərəkətlərin törədilməsi dövlətlərin 

beynəlxalq  münasibətlərdə  iştirakını  müəyyən  edir.  Dövlətlərin 

beynəlxalq  münasibətlərdə  iştirakının  forma  və  məzmunu, 

həmçinin  istiqamətləri  formalaşır.  Siyasi  hərəkətlərin  edilməsi 

zamanı  siyasi  hadisələr  törədilir  və  siyasi  hadisələrin  törədilməsi 

sayəsində  siyasi  təcrübə  formalaşır.  Məsələn,  beynəlxalq 

sənədlərin  hazırlanması  təcrübələrini  buna  aid  etmək  olar.  Eləcə 

də  danışıqların  aparılması  qaydalarını  da  misal  çəkmək  olar. 

Siyasi  hadisə  siyasətin  subyektləri  arasında  mövcud  olan 

münasibətləri formalaşdırır. Formalaşmış münasibətlər növbəti və 

ardıcıl hadisələrin törədilməsini təmin edir.  

Siyasi  hərəkət  başlayan  zaman  siyasi  akt  da  törənməyə 

başlayır. Məsələn, istənilən bir sənədə imza edilməsi hərəkətdir və 

eyni  zamanda  siyasi  hadisədir,  aktdır.  Siyasi  hadisə  törəndikdən 

sonra özündən sonrakı hadisələrin (növbəti hadisələrin) başlanğıcı 

gəlir. Məsələn, dövlətin konstitusiyası qəbul edilir. Bu, bir ümumi

həm də konkret aktdır. Bu hadisə özündən sonra digər hadisələrin 

törənməsini, aktların qəbul edilməsini zəruri edir. Konstitusiyadan 

qanunlar və digər hüquqi-normativ aktlar yaranır.  

Siyasi  hərəkətlər  və  bu  hərəkətlər  zamanı  törədilən  konkret 

siyasi  hadisələrin,  siyasi  aktların  aşağıdakılar  olduğunu  qeyd 

etmək olar: 

-ümumilikdə  ayrı-ayrı  sahələri  əhatə  edən  konkret  siyasi 

fəaliyyətin təşkil edilməsi;  




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə