Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə9/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   5   6   7   8   9   10   11   12   ...   204

 

25

-siyasi  sənədlər  olan  qərarların  layihəsinin  hazırlanması  və 



qəbul edilməsi, təsdiq edilməsi, o cümlədən,  

-siyasi müqavilələrin imzalanması; 

-siyasi sazişlərə qoşulma; 

-siyasi bəyannamələrin imzalanması; 

-siyasi bəyanatların verilməsi; 

-siyasi protokolların imzalanması; 

-siyasi xartiyaların qəbul edilməsi

-siyasi qətnamələrin qəbul edilməsi

-doktrinaların qəbul edilməsi; 

-proqramların qəbul edilməsi; 

-konsepsiyaların qəbul edilməsi; 

-siyasi sənədlərin icraya yönəldilməsi

-siyasi şəxslərin vəzifə və funksiyalarının müvafiq sənədlərlə-

təlimatlarla müəyyən edilməsi; 

-siyasi əmr və göstərişlərin, tapşırıqların verilməsi; 

-siyasi hesabatların və məruzələrin edilməsi; 

-siyasi nitqlərin söylənilməsi, çıxışların edilməsi; 

-siyasi qurumların təşkil edilməsi

-siyasi təkliflərin verilməsi, təşəbbüslərin irəli sürülməsi; 

-siyasi yığıncaqların-sammit, konfrans, qurultay, brifinq və bu 

kimi digər toplantıların, iclasların keçirilməsi

-siyasi danışıqların aparılması; 

-siyasi razılaşmaların əldə edilməsi; 

-referendumun keçirilməsi üçün qərarların qəbul edilməsi; 

-seçkilərin keçirilməsi üçün qərarların qəbul edilməsi; 

-yazışmaların  həyata  keçirilməsi,  o  cümlədən  notaların 

verilməsi, məktublaşmaların həyata keçirilməsi; 

-dövlətlərin  müstəqilliyinin  tanınması  (de  jure,  de  facto,  ad 

hoc) və bu baxımdan bəyannamələrin qəbul edilməsi

-səfərbərlik qərarlarının qəbul edilməsi; 

-sülhün elan olunması; 

-atəşkəs sazişinin imzalanması; 

-müharibənin elan olunması 

və s. 



 

26

Ümumiyyətlə,  qəbul  edilən  bütün  siyasi  qərarlar  ümumi 



(şaxəli) aspektləri özündə əks etdirməklə konkret hərəkətlərdir və 

hər  bir  qərarın  öz  təsir  obyekti  mövcuddur.  Burada  siyasi 

hərəkətlər konkret siyasi aktlar, siyasi hadisələr, normalar toplusu 

olan sənədlərlə həyata keçirilir. Sənəd hərəkət vasitəsinə, hərəkətə 

gətirmə  vasitəsinə  çevrilir.  Sənədlər  həmçinin,  siyasi  alətlər  kimi 

də  istifadə  olunur.  Siyasi  hərəkətlərin  istiqamətləri  sənədlərlə 

müəyyən  edilir.  Sənədlər  siyasi  aktların  törədilməsi  üçün  prinsip 

müəyyənedici və qayda yaradıcı siyasi vasitələr rolunu oynayır.  



Konkret siyasi sənədlər konkret idarəetmə vasitəsidir.  

Ümumi  siyasi  hərəkətlərə  siyasi  fəaliyyət  də  demək  olar.  

Siyasi  hərəkətlərin  istiqamətləri  elə  siyasi  fəaliyyətlərin 

istiqamətləri deməkdir.  



Ümumi  siyasi  hərəkətlər  (ümumi  siyasi  fəaliyyət-ümumi 

siyasi idarəetmə istiqaməti)  

-dövlətçiliyin təşkil edilməsi hərəkətləri; 

-hakimiyyətin fəaliyyətinin təşkil edilməsi hərəkətləri; 

-hakimiyyətin təsisatlarının təşkil edilməsi; 

-siyasi institutların (siyasi qurumların) təşkil edilməsi; 

-qanunvericilik aktlarının qəbul edilməsi; 

-iqtisadiyyatın təşkil edilməsi; 

-xarici əlaqələrin təşkil edilməsi; 

-mədəniyyət sahələrinin təşkil edilməsi; 

-turizm sahələrinin təşkil edilməsi; 

-səhiyyənin təşkil edilməsi; 

-elm və təhsilin təşkil edilməsi; 

-dövlət gənclər siyasəti; 

-müdafiənin və vətəndaşların təhlükəsizliyinin təşkil edilməsi; 

-insan hüquqlarının təmin edilməsi və qorunması; 

-demokratiyanın təmin edilməsi və s.  

Kiçik,  orta  və  böyük  miqyaslı  hadisələrin  ardıcıl  törədilməsi 

siyasi  hərəkətin  istiqamətini  müəyyən  edir.  Hər  bir  ümumi  siyasi 

hərəkət  (siyasi  fəaliyyət)  konkret  siyasi  hərəkətlərə  və  istiqa-

mətlərə bölünür. Məsələn, səhiyyə ocaqlarının tikilməsi və lazımi 

tibbi  avadanlıqlarla,  eləcə  də  mütəxəssislərlə  təmin  edilməsi 



 

27

ümumi  səhiyyə  fəaliyyətinin  tərkibində  konkret  hərəkətlərdir, 



konkret  idarəetmə  fəaliyyətidir.  Lakin  səhiyyə  ocaqlarının  təşkil 

edilməsinin  özü  də  tərkibində  çoxlu  sayda  konkret  hərəkətləri 

(istiqamətləri,  hadisələri)  birləşdirir.  Eləcə  də  məktəblərin 

tikilməsi  və  müəllim  kadr  heyəti  ilə  təmin  edilməsi  ayrı-ayrı 

konkret  hərəkətlər  və  istiqamətlər  olsalar  da,  ümumi  siyasətə  də 

aid  olaraq  tərkibində  çoxlu  sayda  konkret  hadisələri,  aktları, 

addımları  birləşdirir.  Həmçinin  sərmayə  qoyuluşunun  həyata 

keçirilməsi,  istehsal  sahələrinin  tikilməsi,  yaradılması,  istehsal 

obyektlərinin tikilməsi, ticarətin təşkil edilməsi və infrastrukturun 

yaradılması  ümumi  iqtisadiyyatın təşkili  hərəkətlərinin tərkibində 

konkret  hərəkət  istiqamətləri  olmaqla  yanaşı,  eyni  zamanda  öz-

özlüyündə ümumi hərəkətlərdirlər, hərəkət istiqamətləridirlər.  

Siyasi  hərəkətlərin  ümumi  və  konkret  xassələri  məsələlərə, 

obyektlərə  yanaşma  tərzindən  də  asılıdır.  Siyasi  hadisələrin 

ümumi  və  konkret  xassələrini  şərh  edərkən,  bu  məsələnin 

mahiyyətini  dərk  etməyə  çalışarkən  fəlsəfi  yanaşma  üsulları  olan 



induksiya  (xüsusi mülahizələrdən  ümumi nəticə çıxarmaq üsulu) 

və  deduksiya  (düşünüş  prosesində  xüsusidən  ümumiyə  getmə) 

metodları  ilə  yanaşmaq  lazımdır.  Hər  iki  yanaşma  isə  siyasi 

hadisələrin  ayrı  -ayrı  sahələr  üzrə  və  ümumi  (birləşmiş)  şəkildə 

baş  verməsi  səbəblərini  ayırd  etməyə  imkan  verir.  Əgər  biz 

dövləti  vahid  bir  siyasi  model,  vahid  siyasi  qurum  və  kompleks 

(kompleks-bir  tam  təşkil  edən  şeylərin  və  hadisələrin  məcmusu 

deməkdir)  kimi  götürsək,  onda  bu  kompleksin  komponentlərinin 

(tərkib  hissələrinin)  hərəkətlərinin  əsas  prinsip  və  məqsədlərinin 

həm  də  komplektləşdimədən,  strukturlaşdırmadan  ibarət  olması 

qənaətinə  gəlmək  olar.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 

kompleks  və  onun  komponentlərinin  formalaşdırılması  proses-

lərində  universal  (ümumi)  və  partikulyar  (xüsusi)  üsulların 

tətbiqini  qeyd  etmək  olar.  Siyasi  hərəkətlər  həm  ümumi  vahid 

elementi  əmələ  gətirir,  həm  də  bütöv  elementin  tərkib 

elementlərini  yaradır.  Bütün  tərkib  elementlərin  birləşməsi  isə 

siyasi hərəkətlərin qatlı-təbəqəli xassələrini formalaşdırır.  



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə