144
İ
kincisi, Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir və
bu baxımdan da işğaldan azad etməyincə, bölgədə barışıq əldə
olunmayınca, belə bir qurumun yaradılması mümkün ola bilməz.
Üçüncüsü, nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda
maraqları olan və bölgə sərhədlərində yerləşən böyük dövlətlərin
hər birinin regionda öz maraqları vardır. Maraqları olan dövlətlər
bir-birinə əks siyasi qütblərdə (cəhətlərdə, qanadlarda) iştirak
edirlər. Yəni geosiyasi qütblülük (polyusluq) mövcuddur.
Məsələn, Türkiyə NATO-nun üzvüdür, Rusiya isə NATO-ya
ehtiyatla yanaşır və bu təşkilatın əleyhinə siyasət yeridir. Eləcə də
İran hakimiyyəti ABŞ hakimiyyəti ilə düşmən olduğundan, ABŞ
bu dövlətin regionda geniş şəkildə iştirakını qəbul etmir. Bölgədə
maraqların toqquşması bölgə dövlətlərini bir araya gətirə bilmir.
Bu baxımdan da hal-hazırda Cənubi Qafqazda Türkiyə, İran,
Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistandan ibarət olaraq
hərbi-siyasi ittifaqın yaradılması mümkün deyil.
Dördüncüsü, Türkiyə, Rusiya, İran və Cənubi Qafqaz
dövlətlərinin iqtisadi siyasətində vahid istiqamətin mövcud
olmaması da bu ittifaqın yaradılmasını zəruri edə bilmir. Xəzərin
enerji resurslarının ixracında, Azərbaycan, Gürcüstan və
Türkiyənin iştirak etdiyi digər regional layihələrdə Ermənistan və
İran kənarda qalıblar. Bu baxımdan da ittifaqın yaradılması hal-
hazırda mümkün deyildir.
Beşincisi, region dövlətlərinin iqtisadi inkişaf səviyyəsi
arasında kəskin fərqlər var, milli valyutaların dollara nisbətdə
məzənnələri də tamamilə fərqlidir. Bu amil də nəzərə alınaraq,
regionda ittifaqın yaradılması hal-hazırda mümkün ola bilməz.
Bəs, gələcəkdə regionda iqtisadi və ümumi təhlükəsizliyin
qorunması üçün hərbi-syasi ittifaqın yaradılması mümkün ola
bilərmi, regionda vahid valyutanın işləməsini təmin etmək
olarmı?
Bu sualın yeganə və bir ümumi cavabı var:-regionda
gələcəkdə hərbi-siyasi və iqtisadi ittifaqın yaradılması daha çox
Türkiyə və Rusiyadan asılıdır.
145
Bu fikrin əsasları:
Türkiyənin ABŞ-la hərbi-siyasi əməkdaşlığı Rusiyanı və İranı
narahat edir. Buna görə də hər iki dövlət çalışır ki, Türkiyənin və
Türkiyə
vasitəsilə
ABŞ-ın
Cənubi
Qafqaza
gəlməsini
əngəlləsinlər. Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin əsasında
məhz bu amil dayanırdı. İran hərbi aviasiyasi tərəfindən 2000-ci
illərin başlanğıcında Azərbaycan sərhədlərinin pozulması və
Xəzər dənizində geoloji kəşfiyyat işləri aparan Böyük Britaniya
şırkətinə təzyiqlərin edilməsinın əsasında, eləcə də Rusiya və
İranın Dağlıq Qarabağa dair mövqelərinin əsasında da məhz bu
siyasət dururdu. Türkiyə öz siyasi orbitini dəyişərsə, yəni NATO-
dan çıxarsa, Rusiya və İranla hərbi-siyasi əməkdaşlığa üstünlük
verərsə, Cənubi Qafqazda gələcəkdə Türkiyə, İran, Rusiya,
Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət hərbi-siyasi
ittifaq yarana bilər. Bunun səbəblərini aşağıdakı şəkildə izah
etmək olar:
Birincisi, Türkiyənin NATO-dan çıxması Rusiyanın istədiyi
əsas məsələdir. Türkiyə Rusiyanın cənubu, ümumi Qafqaz siyasəti
üçün bir maneədir. Rusiyanın dövlətçilik və regional maraqlarına
zərbə vurur. Türkiyənin arxasında isə ABŞ dayandığından Rusiya
çox narahat olur. Türkiyə öz siyasətini dəyişərsə, Rusiya və İranla
əməkdaşlığa üstünlük verərsə, Rusiya və İran tərəfindən Cənubi
Qafqaza təzyiqlər azala bilər. Bölgədə böyük əməkdaşlıq
platforması yaranar. Türkiyə ilə Rusiya arasındakı ittifaqa İran da
razılıq bildirər və bu amil İranın da region maraqlarına xidmət
edər. Onsuz da farsların türklər və ruslarla yaxınlıqdan başqa
çarələri qalmaz. Çin isə Rusiya üçün real və uzunmüddətli
regional müttəfiq ola bilməz. Ruslarla çinlilər arasında
qohumluğun olması da mümkün deyil. Ancaq Azərbaycan və
Mərkəzi Asiyanın türkdilli dövlətlərinə görə Rusiya da Türkiyə ilə
yaxınlığa maraq göstərər. İran ümumiyyətlə, yaxınlıq dalğasına
özü qoşulmağa məcbur olar. Belə olan halda, ABŞ İranı ələ
keçirməyə cəhd etsə də alınmaz. Ola bilər ki, ABŞ ərəblərdən
istifadə etməklə, İranı öz tərəfinə çəkməyə cəhd edər. Lakin ABŞ-
ın cəhdi heçə enər. Ərəblərlə İran arasında soyuqluq
146
münasibətləri, dini baxış fərqləri (şiə və sünnə məzhəblərinin
olması) buna imkan verməz. Eynilə ərəb dünyasının özündə də
birlik mövcud deyildir. Ərəb dünyası güc mərkəzi rolunda çıxış
edə bilmir. Türkiyə isə güc mərkəzi ola bilər. Bir məsələni
unutmaq olmaz: -Türk dünyası digər dünyalara nisbətən slavyan
dünyası ilə, xüsusilə, ruslarla daha yaxşı yaxınlıq edə bilər. Çünki
tarixi, coğrafi, dini amillər belə qənaətə gəlməyə əsas verir.
İ
kincisi, Türkiyəni ABŞ yalnız Rusiya, İran və Yaxın Şərq
siyasəti üçün istifadə edir. Türkiyənin inkişafına kömək etmir və
türk dünyasının güclənməsindən ehtiyatlanır. Avropa İttifaqının
aparıcı dövlətləri olan Böyük Britaniya, Fransa, Almaniya
Türkiyənin Avropa İttifaqına daxil olmasında maraqlı deyillər.
Türkiyəyə ümid verməklə, bu dövlətin regiondakı gücünə zərbə
vurmağa çalışırlar. Digər tərəfdən də Türkiyənin inkişaf etməmiş
cəmiyyəti, dini mənsubiyyəti, iqtisadi cəhətdən geriliyi də
Türkiyənin Avropa İttifaqına girməsinə mane olur. Türkiyə ilə
Avropa cəmiyyətləri arasında kəskin inkişaf fərqləri vardır.
Türkiyə öz xarici siyasət kursunu dəyişərsə, Rusiya və İran ilə
yaxınlıq edərsə, Rusiya və İran tərəfindən dəstəklənər. Belə ki,
Rusiya ilə Türkiyə arasında iqtisadi, siyasi və hərbi əməkdaşlıq
güclənər. Rusiyanın iqtisadi layihələrində Türkiyənin payı artar,
Türkiyə iş adamları üçün böyük imkanlar əldə olunar. Rusiya
Türkiyəyə atom energetikası, eləcə də nüvə silahı istehsalı
sahəsində (beynəlxalq təhlükəsizlik balansını yaratmaq üçün),
raket texnologiyasının əldə olunması sahəsində köməklik edər.
Təcrübə də göstərir ki, Rusiya ABŞ-la düşmən olan İrana nüvə
silahının əldə olunması üçün köməklik göstərir. Bu baxımdan
regionda iqtisadi ittifaqın yaradılması hərbi ittifaqdan asılıdır.
Rusiya, Türkiyə və İran arasında hərbi-siyasi ittifaqın yaradılması
ilə Cənubi Qafqaz da bu ittifaqda birləşə bilər. Belə olan halda
Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapa bilər.
Üçüncüsü, Türkiyə ərazisində Rusiya hərbi bazaları yerləşər
ki, bu da Türkiyənin təhlükəsizliyinə tam təminat verər.
Dördüncüsü, daima ABŞ və Qərbi Avropa tərəfindən dini
ayrıseçkilik siyasətinə məruz qalmış, Avropa İttifaqına yaxın
Dostları ilə paylaş: |