84
hadisələri tənzimləmək üçün hərəkətlər edirlər. Siyasi elitalar
siyasi hərəkəti, siyasi hadisələrin qruplaşmasını, siyasi hadisələrin
axın istiqamətini müəyyən edirlər. Siyasi elitanın rəhbəri siyasi
hadisələrin ayrı-ayrı sahələr üzrə törədilməsini təmin etmək üçün
siyasi hadisələrin, siyasi aktların bölüşdürülməsi funksiyasını
yerinə yetirirlər. Siyasi elita rəhbərləri siyasi hadisələri törədən
şəxslərin fəaliyyət istiqamətlərini müəyyən edirlər. Siyasi elita
cəmiyyətdə siyasi hadisələrin-baza siyasi hadisələrin- törədilmə
istiqamətlərini müəyyən etmək üçün digər köməkçi siyasi
hadisələri törətmək üçün siyasi vasitələrin fəaliyyət istiqamətlərini
müəyyənləşdirirlər. Siyasi inkişaf vəziyyətində siyasi elita
formalaşma proseslərini təşkil edir. Akademik Ramiz Mehdiyevin
fikrincə hər bir cəmiyyətdə elitanın səciyyəvi xüsusiyyətləri var
və bunlar cəmiyyətin vəziyyətinə, inkişaf dinamikasına müstəsna
təsir göstərir.
1
R.Mehdiyev elitanın cəmiyyətin inkişafındakı
xidmətlərinə özünün digər əsərində belə bir qiymət verir: Zəngin
təbii sərvətlər malik olan və bu imkanlardan yalnız siyasi elitanın
və maliyyə elitasının varlanması məqsədilə istifadə edən dövlətlər
çox vaxt yetərincə inkişaf etmir, onların xalqları savadsız,
mütəxəssisləri hazırlıqsız olur. Belə dövlətlərdə kənardan
“beyinlər” cəlb edilməsi yolu ilə “Qərb intellektuallarının”
istehlakçısı psixologiyası formalaşır, eyni zamanda, təhsil sistemi
aşağı, cəmiyyət isə bəsit səviyyədə qalır.
2
Siyasi elita tərəfindən yüksək dərrakəyə, şüura və təfəkkürə
malik olan şəxslər, mütəxəssislər siyasi qurumlarda toplaşırlar.
Siyasi inkişaf anında siyasi qurumlar siyasi şəraitin dərindən
araşdırılması funksiyasını yerinə yetirirlər. Siyasi elita ümu-
milikdə siyasi mühiti tədqiq etmək üçün siyasi hadisələrin
kompleksləşdirilməsi funksiyasını yerinə yetirir. Bu baxımdan
siyasi elitanın üzrərinə böyük məsuliyyət düşür. Siyasi elitalar
1
Ramiz Mehdiyev, fəlsəfə elmləri doktoru, proifessor. Milli məfkurə,
dövlətçilik, müstəqillik yolu ilə. II cild (məqalələr, çıxışlar, müsahibələr).
Bakı, “XXİ-Yeni Nəşrlər Evi” 2007, 672 səh., səh.39.
2
Ramiz Mehdiyev. Gələcəyin strategiyasını müəyyənləşdirərkən:
modernləşdirmə xətti. Bakı, “Şərq-Qərb”, 2008, 216 səh., səh.25.
85
siyasi hadisələrin təyinatı üzrə bölüşdürülməsi funksiyasını yerinə
yetirir. Siyasi elita siyasi hadisələrin mərkəzdən ətraflara,
ətraflardan mərkəzə doğru istiqamətlənməsini təmin edir. Siyasi
hadisələr mərkəzə doğru ona görə törədilir ki, növbəti maraqların
təmin
olunması
üçün
yeni
siyasi
hadisələr
müəyyən
edilsin.Yaradılmış şərait, yeni maraqlar tələb edir ki, siyasi
hadisələr mərkəzdən ətraflara doğru təkrar olaraq törədilsin.
Həmçinin siyasi hadisələr mərkəzdən ətraflara doğru ona görə
törədilir ki, şaxələnmiş qaydada meydana gələn tələbatlar
ödənilsin. Şaxəli tələbatların ödənilməsi nəticəsində yeni şəraitlər
meydana gəlir və yaranmış şəraitlər tələb edir ki, siyasi hadisələr
mərkəzə doğru yönəlsin və paylayıcılıq davam etsin. Mərkəzi
siyasi qurumda toplaşmış siyasi şəxslər ayrı-ayrı sahələr üzrə
hadisələrin istiqamətlənməsini təmin edir. Siyasi elitalar siyasi
qurumlar arasındakı siyasi hərəkətlərin istiqamətlərini müəyyən
edir. Siyasi elitalar bir növ siyasi sistemin əsas layihəsini
müəyyən edirlər və siyasi hərəkətlərin bu layihəyə müvafiq olaraq
sxematik istiqamətlərini müəyyənləşdirirlər. Siyasi elitanın ən
əsas funksiyası baza siyasi axını müəyyən etməkdən və digər
hadisələri həmin istiqamətə cəlb etməkdən ibarətdir.
Siyasi inkişaf üçün maraqların təmin edilməsi
Siyasət insanların sosial rifahına xidmət edən fəaliyyət
sahəsidir. Siyasətin başlıca məqsədi və vəzifəsi fərdlərin və
qrupların maraqlarını təmin etmək üçün siyasi vasitələr yaratmaq
və vasitələri müvafiq istiqamətlər üzrə hərəkətə gətirməkdən
ibarətdir. Siyasi fəaliyyətin aktivliyi sayəsində vasitələrin sayı
artır. Vasitələrin çoxalması hərəkət trayektoriyalarının sayını
artırır və maraqlar çoxalır və genişlənir. Siyasəti yaradan və
xidmət olunan insanlar sosial varlıqlar olduqlarından, həm də
bəşər mədəniyyətinin yaradıcıları, varlıqlarıdırlar. Siyasət bəşər
mədəniyyəti üçün həm canlı, həm də cansız varlıqların yaranması
və fəaliyyəti üçün həyata keçirilən bir məşğuliyyətdir. Digər elmi
fikirlərə əsasən siyasət bəşər mədəniyyətinin mühüm tərkib
86
hissəsidir. Onun vəzifəsi ictimai inkişafı lazımi istiqamətə
yönəltməkdir. Siyasət sosial həyatın daim nəzərə alınması lazım
gələn ölçülərindən biridir. İnsanların kollektiv həyatı üzərində
onun gözəgörünməz möhürü həmişə hiss olunur. Hər bir
cəmiyyətdə mütləq siyasi dəyərlər (sərvətlər) mövcud olur. Bu
sərvətlərə insanın muxtariyyatı və onun ləyaqəti, fərdin və
cəmiyyətin rifahı, sosial təşkilat və qayda daxildir. Mütləq siyasi
normalar bloku sosial idealı yaradır.
1
Siyasət cəmiyyətin ayrı-ayrı
ünsürlərinə xidmət üçün həyata keçirilən proseslərdir. Cəmiyyətə
xidmət etmək üçün ən təkmil və məqbul mexanizm, qurum
dövlətdir ki, onun da fəaliyyəti siyasət hesab edilir. Dövlətin
başlıca və pozitiv məqsədi cəmiyyətini inkişaf etdirməkdir. Bu
baxımdan da dövlət maraqlara cavab verən səmərəli iqtisadiyyat
təşkil etməkdə israrlı olur. Elmi yanaşmalara əsasən Cəmiyyət özü
strukturlardan ibarətdir və bu baxımdan “sosial stratifikasiyası”
(latın dilində təbəqə) müəyyən edilir. Stratifikasiya cəmiyyətdə
mövcud olan bütün qrupları səciyyələndirməyə imkan verir.
Marksizmə görə, cəmiyyət bütöv bir sistem olaraq iqtisadi, sosial,
siyasi və ideoloji yarımsistemləri özündə ehtiva edir. Bu
yarımsistemlərin hər biri ayrılıqda bütöv sistem kimi nəzərdən
keçirilir. Bu mənada həmin yarımsistemləri bütöv sosial
sistemdən fərqləndirmək üçün onları sosietal sistem adlandırırlar.
Qeyd olunan sistemlər arasındakı qarşılıqlı münasibətlərdə ən
mühüm rolu səbəb və nəticə əlaqələri oynayır,
yəni
yarımsistemlərdən hər biri ayrılıqda deyil, digər sistemlərdə
səbəb-nəticə asılılığında mövcuddur və bu münasibətlər
iyerarxiyalı struktura malikdir. Bu isə o deməkdir ki, onlar
subordinasiya nisbətində olmaqla müəyyən sıra qaydasında
tabelik vəziyyəti ilə səciyyələnirlər. Marksizm təliminə görə
ictimai həyatın digər sistemlərinin inkişafı iqtisadi sistemlə
əlaqəlidir.
2
Şəxsiyyətin fəaliyyətinin əsasında duran tələbatlar
1
Həsən Şirəliyev, Əli Əhmədov. Politologiya. Ali məktəblər üçün dərslik.
“Təbib” 1997, 416 səh. səh.67- 80.
2
Sosiologiya. Dərslik. Müəlliflər kollektivi. Redaktor: dosent, f.e.n.
Vahidov F.Q. Bakı, “Təknur” MMC, 295 səh., 2005, səh.37.
Dostları ilə paylaş: |