Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə40/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   36   37   38   39   40   41   42   43   ...   204

 

120


çoxaldılması  isə  bir-birinin  ardınca  siyasi  inkişaf  dalğalarının 

gəlməsini  təmin  edəcəkdir.  Tələbat  ödənildikcə  siyasi  vasitələrin 

sayı  artacaq  və  bu  prosesə  müvafiq  olaraq  siyasi  vasitələrin  sayı 

da  artacaqdır.  Nəticədə  artmaqda  olan  siyasi  vasitələrin  hərəkətə 

gəlməsi  və  hərəkətə  gətirilməsi  sayəsində  əlavə  tələbat  amilləri 

meydana  gələcəkdir.  Tələbatın  ödənilməsi  istəyi  və  marağı  isə 

siyasi  hərəkətlərin  genişlənməsini  zəruri  edəcəkdir.  Tələbatların 

genişlənməsi,  sayının  çoxaldılması  siyasi  vasitələrin  sayının 

çoxaldılmasından  və  marağın  forma  və  məzmunundan  asılıdır. 

Maraq  hansı  sahələri  əhatə  edərsə,  tələbat  da  həmin  sahələrə  və 

obyektlərə yönələcəkdir. Tələbat amili şərait amili ilə əsaslı olaraq 

bağlıdır.  Belə  ki,  tələbatların  ödənilməsi  üçün  mütləq  şəkildə 

addımların  atılması,  siyasi  aktların  törədilməsi  lazımdır.  Bu 

baxımdan  da  zərurət  amili  də  mühüm  rol  oynayır.  Siyasi  inkişaf 

prosesini  təmin  etmək  üçün  zərurət  amilinin  artması  və 

genişlənməsi  də  mühümdür.  Zərurət  şərait  və  tələbatdan  yaranır. 

Zərurət marağı təmin etmək üçün meydana gəlir. Bu baxımdan da 

siyasi  inkişaf  daima  artan  tələbat,  zərurət  və  maraq  amili  ilə 

bağlıdır.  Hər  üç  amilin  artması  üçün  mütləq  şəkildə  siyasi 

vasitələrin  müəyyən  istiqamətlər  üzrə  hərəkət  tempini  sürətlən-

dirmək lazımdır. Siyasi  vasitələrin hərəkət tempinin sürətləndiril-

məsi,  onların  siyasi  aktlar  törətməsinin  sürətləndirilməsi  və 

ardıcıllığı  siyasi  mühitin  daima  dinamikliyini  təmin  edir.  Tələbat 

amilinin  çoxaldılması  siyasi  sistemin  ümumi  aktivliyini  zəruri 

edir.  Siyasi  sistemin  ümumi  aktivliyi  isə  cəmiyyətin  inkişafını 

zəruri  edir.  Tələbatın  artması  və  şəraitin  meydana  gəlməsi  siyasi 

vasitələrdə  müəyyən  emosiya  (reaksiya)  yaradır.  Bir  daha  qeyd 

etmək  lazımdır  ki,  emosiya  siyasətin  subyektlərinin  hərəkət 

etməsini zəruri edir. Çoxməzmunlu emosiya vəziyyətləri isə siyasi 

inkişafa  təkan  verən  əsas  vasitələrdir.  Siyasi  inkişaf  üçün  siyasi 

vasitələri  hərəkətə  gətirən  əsas  vəziyyət  isə  emosional 

vəziyyətidir.  Tələbatdan  doğan  bu  vəziyyət  tələb  edir  ki,  şərait 

yaransın  və  marağı  təmin  etmək  üçün  müvafiq  hərəkətə  keçilsin. 

Siyasi inkişafın təmin eilməsi və siyasi inkişafın yaradılması üçün 



qarşılıqlı tələbat sistemi mövcud olmalıdır. Bu isə o deməkdir ki


 

121


tələbat  bütün  sahələrdə  yaradılmalı  və  qarşılıqlı  olaraq  mövcud 

olmalıdır.  Siyasi  inkişafın  əsas  xüsusiyyətlərindən  biri  də  ondan 

ibarətdir  ki,  bir  sahədə  yaradılmış  tələbatın  ödənilməsi 

istiqamətində  edilən  siyasi  hərəkət  digər  sahədə  mövcud  olan 

tələbatın  ödənilməsinə  səbəb  olur.  Məsələn,  iqtisadi  sahədə 

meydana  gələn  tələbatın  ödənilməsi  üçün  atılan  addımlar, 

hərəkətlər  təbii  olaraq  sosial  sahədə  mövcud  olan  tələbatın 

ödənilməsinə 

səbəb 

olur. 


Ümumiyyətlə, 

siyasi 


inkişaf 

sistemləşmiş vasitələrin qarşılıqlı sürətli fəaliyyəti ilə təmin edilir. 

Bu  baxımdan  da  ümumi  sistem  çərçivəsində  maraqların, 

tələbatların,  zərurət  və  şəraitlərin  də  sistemləşməsi  prosesləri 

mövcud olur. Sistemləşmə isə həmin amillərin qarşılıqlı əvəzləmə 

və təkanvermə xüsusiyyətlərini meydana  gətirir.  Həmin amillərin 

qarşılıqlı  mövcudluğu  siyasi  inkişaf  proseslərinin  mexanizmini 

yaradır.  Bir  hərəkət  trayektoriyasında  baş  verən  siyasi 

hadisələrdən  yaranan  tələbat  və  tələbatlar  uğrunda  hərəkət  digər 

hərəkət  trayektoriyasında  zərurət  və  şəraitin  meydana  gəlməsini 

zəruri edir. Bu baxımdan da qarşılıqlı əvəzləmə prosesləri sürətlə 

həyata keçirilməlidir. Siyasi inkişaf zamanı şərait, tələbat, zərurət 

və  maraq  amilləri  sürətlə  və  qarşılıqlı  olaraq  artmalıdır.  Bu 

amillərin  meydana  gəlməsi  üçün  ilk  növbədə  siyasi  vasitələr 

tərəfindən  normalar  yaradılmalı  və  cansız  siyasi  vasitələrin 

(sənədlərin) sayı da artırılmalıdır.  



  

Siyasi inkişaf məqsədilə siyasi vasitələrin hərəkət  

sahələrinin, məkanlarının çoxaldılması zərurətləri  

 

Siyasi  inkişaf  bir  çox  canlı  siyasi  vasitələr  tərəfindən  digər 



canlı  və  cansız  siyasi  vasitələrin  sayının  artırılması  və  buna 

müvafiq qaydada törədilən siyasi hadisələrin sayının çoxalması və 

böyüməsi  ilə  müşahidə  edilən  bir  proses  vəziyyətidir.  Dövlətlərə 

xas  olan  cəmiyyətlərdə  maraqlar  müxtəlif  və  sahələr  üzrə  qeyri-

məhdud olduğundan, vasitələrin də tərkibi genişlənmə və çoxalma 

xüsusiyyətlərinə  malikdir.  Ümumiyyətlə  istənilən  dövlətin  və 

cəmiyyətin  inkişafı  üçün  dövlət  daxilində  və  beynəlxalq  münasi-



 

122


bətlərdə  çoxlu  sayda  hərəkət  sahələrinin  yaradılması  zəruridir. 

Sahələrin  sayının  artırılması  ilk  növbədə  vasitələrin  sayının 

çoxaldılmasından  asılı  olur.  Belə  ki,  vasitələrin  sayı  çoxaldıqca 

hərəkət istiqamətləri və trayektoriyaları da çoxalır. Eyni və oxşar 

istiqamətlər  üzrə  bir  neçə  hərəkət  trayektoriyası  cəmləşərək 

ümumi forma və məzmun əmələ gətirir ki, bu da ümumi hərəkət 



sahəsinin  yaranmasını  zəruri  edir.  Bu  baxımdan  siyasi  inkişafa 

nail  olmaq  üçün  mütləq  şəkildə  hərəkət  vasitələrinin  sayını 

çoxaltmaq  və  eyni,  həmçinin  oxşar  tryektoriyalar  üzrə  siyasi 

hadisələrin törədilməsini təmin etmək lazımdır ki, yaradılan enerji 

hesabına  və  maraqlara  görə  əlavə  trayektoriyalar,  istiqamətlər 

meydana  gəlsin.  Başqa  sahələrdə  mövcud  olan  və  yeni  vasitələr 

əlavə  yaradılmış  trayektoriyalar  üzrə  hərəkətə  gəlir,  vasitələrin 

sayının artması müşahidə edilir. Vasitələrin sayının artması da öz 

növbəsində  hərəkət  axınını  gücləndirir.  Hərəkət  axınının 

güclənməsi  sayəsində  enerji  qüvvəsi  və  enerji  təsirləri  artır. 

Nəticədə ətrafda olan başqa vasitələr də hərəkət trayektoriyalarına 

cəlb  edilirlər.  Hərəkət  trayektoriyalarının  artması  yeni-yeni 

sahələrin meydana gəlməsinə səbəb olur. Yeni sahələrin meydana 

gəlməsi  ilə  həmin  sahələrdə  vasitələrin  maraqlarının  artması 

prosesləri  baş  verir.  Maraq  artıqca  əlavə  tələbat  yaranır  və 

vasitələr  daha  çox  hərəkət  edirlər.  Maraq  uğrunda  mübarizə 

güclənir  və  vasitələr  həmin  istiqamətlər  üzrə  hərəkətə  cəlb 

olunurlar.  Dövlətdə  və  cəmiyyətdə  əlavə  maraq  sahələrinin 

yaradılması  həm  təcrübədən  meydana  gəlir,  həm  də  yeni 

ideologiyanın  yaranmasından  asılı  olur.  Yeni  ideologiyanın 

yaradılması 

elmi-texniki 

nailiyyətlərdən, 

yeni 


elmi-nəzəri 

biliklərdən  asılı  olur.  Yeni  ideologiya  meydana  gəlir  və  vasitələr 

öz maraqlarını həmin ideologiyalar üzrə təmin etməyə çalışırlar və 

hərəkətlərini  də  müvafiq  istiqamətdə  edirlər.  Bu  baxımdan  əlavə 

sahələrin  meydana  gəlməsini  təmin  etmək  üçün  elmi  bazanı 

gücləndirmək  tələb  olunur.  Elm  vasitələrinin  çoxluğu  və  gücü 

sayəsində 

müxtəlif 

məkanlarda 

cəmiyyətin 

yeni 

inkişaf 


sahələrinin  meydana  gəlməsini  təmin  etmək  olur.  İnkişaf 

sahələrinin sayı çoxaldıqca, sahələrin həcmi böyüdükcə sahələrdə 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə