Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə14/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   10   11   12   13   14   15   16   17   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



38 

düşüncə  tərzi, mədəniyyəti və adət-ənənələrindən bilavasitə 

asılıdır. Odur ki, Melvilin fikrinə görə, rejimlərin tipologiyası 

metodikası universal ölçü dəyərləri üzərində qurularaq, vahid 

bir “demokratikləşmə dalğası” altında aparıla bilməz. Demok-

ratik transformasiyanın müxtəlif modelləri, keçid formaları 

düşünülməlidir ki, qlobal və transmilli demokratikləşmə yo-

lunda ölkələrin müxtəlifliyini nəzərə ala bilsin.  

 A.Melvilin  fikrinə görə, “Azad ev”-in təsnifatında ölkə-

ləri demokratik və “azad”, yarımdemokratik, “nisbətən azad” 

və qeyri-demokratik olaraq üç qrupa bölmək və demokratik-

ləşmənin sürətini bilavasitə “rejim başçıları” ilə bağlamaq 

düzgün metodologiya deyil. Postsovet ölkələrinin təcrübəsi 

sübut edir ki, rejimlərin qiymətləndirilməsi təsnifatının əsasın-

da ölkələrin bütün parametrlərinin kompleks təhlili dayanma-

lıdır. Bu parametrlər sırasına A. Melvil: 

- ölkələrin sovet sisteminə  qədərki  ənənələrini (siviliza-

siya, mədəni, siyasi və s. fərqləri) və demokratik təcrübəsini; 

-  xarici təsir vasitələrinin onların daxili proseslərinə təsi-

rini; 


- başlanğıc sosial-iqtisadi, siyasi və mədəni inkişaf imkan-

larının müxtəlifliyini və onların daxili transformasiyaya təsi-

rini; 

- avtoritar rejimlərin dəyişdirilməsi üçün dövlətlərdə  hə-



yata keçirilən hərəkat və ictimai çıxışların xarakterini; 

- ölkələrin seçim imkanlarına təsir edən daxili və xarici 

təsirlərin intensivliyini və s. aid edir. 

 Əlbəttə, A.Melvillə razılaşmamaq mümkün deyil. Çünki 

demokratiyanın səviyyəsini və  əhatə dairəsini belə sadə me-

yarlarla və üç pilləli təsnifatla müəyyənləşdirmək çox çətindir. 

Müasir dünyada gedən transformasiyalara və qlobal demokra-

tikləşməyə  də  təkcə  Qərb ölkələrinin arzusu və  təsirinin nəti-

cəsi kimi yanaşmaq düzgün olmazdı. Demokratikləşmənin 

tam, yaxud məhdud səviyyəli olmasını subyektiv mülahizələr 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

39 


əsasında təsnif edən “Azad ev” təşkilatının “Minilliyin çağı-

rışı” adlı hesabatında Azərbaycan digər postsovet respubli-

kaları – Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Moldova, 

Qırğızıstanla bərabər “nisbətən azad” ölkələr sırasına aid edi-

lib. Əsas qiymət meyarı kimi, siyasi və vətəndaş hüquqlarının 

qismən məhdudlaşdırılması, hüququn aliliyinin zəif təmin edil-

məsi, korrupsiya hallarının, milli və vətəndaş qarşıdurmasının 

mövcud olmasını götürən bu təsnifatda həm subyektivlik hal-

ları, həm də prosesə kompleks yanaşmanın olmaması diqqəti 

cəlb edir. İnkişaf etmiş  və demokratik inkişaf sahəsində mü-

hüm bir tarixi yol keçmiş  Qərb ölkələrinin standartları ilə 

totalitar rejimlərdən yenicə xilas olmuş  və keçid mərhələsini 

yaşayan ölkələrdə gedən proseslərə yanaşmaq düzgün deyil. 

Demokratik inkişaf tədrici transformasiya və uzunmüddətli 

ardıcıl fəaliyyətin həyata keçirilməsini tələb edən bir prosesdir. 

Bu prosesdə dövlətin siyasi, iqtisadi, sosial, mədəni həyatının 

modernləşməsi  əhalinin maarifləndirilməsi, təfəkkürünün və 

vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış norma-

larının yeniləşməsi ilə birlikdə  həyata keçirilməlidir. “Azad 

ev” təşkilatının “elektoral demokratiyası” (əsasən formal elek-

toral mərasimlərin və formal demokratiya institutlarının, nor-

malarının mövcudluğu) bu mənada qətiyyən postsovet ölkələ-

rinin həyatında yaşanan prosesləri obyektiv qiymətləndirmək 

üçün kifayət edə bilməz.  

Demokratiya başlanğıcı olan, lakin sonu və son imkanları 

hələ heç kim tərəfindən dəqiq müəyyən edilməyən uzun bir 

inkişaf yoludur. Dövlət idarəçiliyinin və  cəmiyyət həyatının 

tamamilə yeni bir keyfiyyət səviyyəsi mahiyyəti daşıyan de-

mokratiya yolunu təkcə demokratik seçki, insan hüquq və 

azadlıqlarının deklorativ qorunması, qanunların aliliyi ilə bağ-

lamaq düzgün deyil. Bu proses hakimiyyət orbitinə cəlb olun-

muş bütün sahələrin  şəffaf idarəsindən tutmuş, hər bir vətən-

daşın öz hüquq və  vəzifələrini, məsuliyyətini və  hərəkətlərini 



Яли Щясянов, Адил Вялийев

 

 



40 

dərk edərək, mövcud qanunlara və ictimai davranış qayda-

larına uyğunlaşaraq hərəkət etməsidir. Demokratiya cəmiyyəti 

təşkil edən fiziki və hüquqi subyektlərin hüquq və  məsu-

liyyətinin harmoniyası, qarşılıqlı  təminatı  və qarşılıqlı gözlə-

nilməsi (əməl edilməsi), siyasi və fikir plüralizmi, insanların 

qarşılıqlı maraq və  mənafelərinin, cəmiyyətin ayrı-ayrı qrup-

ları arasındakı fərqli dəyərlərin ortaq təminatıdır. Bütün bunla-

ra çatmaq üçün təkcə dövlətin və hakimiyyətin, xarici demok-

ratiya institutlarının və  təşkilatlarının səyi kifayət deyil. Bu 

prosesə bütün cəmiyyətin  şüurlu  şəkildə qoşulması  tələb olu-

nur ki, buna da zaman lazımdır.  

Beləliklə, bütün dünyada siyasi sistemlərin transmilli de-

mokratikləşmə dalğası başlanıbdır. Dünyanın demokratik inki-

şaf tarixində üçüncü hesab olunan bu mərhələnin (dalğanın) 

əsas xarakterik xüsusiyyətlərindən biri onun qlobal miqyaslı 

olmasındadır. Hazırda dünyanın bir neçə ölkəsi istisna olmaq-

la, əksər dövlətlərdə bu və ya digər formada demokratikləşmə 

prosesləri gedir. Düzdür, müasir dünyada demokratikləşmənin 

müəyyən standart tələbləri və ölçüləri mövcud olsa da, hər bir 

ölkənin özünəməxsus milli mentaliteti, tarixi, sosial-iqtisadi, 

siyasi və  mədəni inkişaf xüsusiyyətləri, qeyri-bərabər başlan-

ğıc imkanları və s. özəllikləri nəzərə alınarsa, onların demok-

ratik inkişafını və onun sürətini vahid bir standart üzrə qiymət-

ləndirmək düzgün olmazdı. Belə ölkələrdə demokratik trans-

formasiyalar məxsusi sxem və daxili qanunauyğunluqlara mü-

vafiq olaraq daha çox qlobal demokratikləşmə kimi deyil, milli 

çərçivədə həyata keçirilir.  

Əslində bu gün dünyada demokratikləşmənin  əsas hima-

yədarı hesab olunan ABŞ və Avropa bütün ölkələri eyni vaxt-

da, eyni şəraitdə və vahid standartlara uyğun olaraq demokra-

tiyaya transformasiya etmək fikrindən uzaqdırlar. Odur ki, 

onların Şərqi Avropaya, keçmiş SSRİ respublikalarına, Cənub-

Şərqi Asiya, Latın Amerikası  və Afrika ölkələrinə,  İslam və 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə