Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə5/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   2   3   4   5   6   7   8   9   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



10 

transmilli xarakter alaraq dünya siyasətinin diqqət mərkəzinə 

çıxarılmışdır. 

Oxucuların diqqətinə təqdim olunan bu kitabda dünya öl-

kələrinin müasir siyasi sistemləri və idarəçilik rejimləri, döv-

lətlərin tipi, xarakteri, daxili siyasət məsələləri və  vətəndaş 

cəmiyyəti institutları, onların ictimai həyatdakı rolu və s. kimi 

məsələlər tədqiq olunur. 

Kitabda xüsusi bir bölmə Azərbaycanın siyasi sisteminin 

və idarəçilik prinsiplərinin təhlilinə həsr edilmişdir.  

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabı 

müəlliflər həmçinin, ali məktəblərin müvafiq ixtisaslar üzrə 

təhsil alan tələbələri, doktorantlar və s. mütəxəssislər üçün 

dərs vəsaiti kimi tövsiyyə edir, kitabla bağlı gələcəkdə öz fikir 

və mülahizələrini bildirən hər bir oxucuya minnətdarlıq 

edirlər.  

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

11 


 

 

 



 

 

 

 

 

Ы ЩИССЯ 


СИЙАСИ СИСТЕМ АНЛАЙЫШЫ  

ВЯ ОНУН  

ИНКИШАФ ДИНАМИКАСЫ 

 

 

 

 

 

 

 

 

 

 



Яли Щясянов, Адил Вялийев

 

 



12 

 

 

Ы ФЯСИЛ 


СИЙАСИ СИСТЕМ ВЯ СИЙАСИ РЕЖИМ:  

ДЮВЛЯТ ИДАРЯЧИЛИК ФОРМАЛАРЫНЫН ТЯСНИФАТЫ 



 

§1. Siyasi sistem anlayışı 

 

nsiklopedik nəşrlərdə siyasi sistemi hər bir ölkənin 



ictimai həyatının ayrılmaz tərkib hissəsi hesab edir-

lər. Məlumdur ki, hər bir ölkənin daxili həyatı iqtisadi, siyasi, 

sosial, hüquqi, maddi, mənəvi və s. sahələrin, məkan-ərazi, ət-

raf mühit, ictimai resurslar, demoqrafik göstəricilər və sairənin 

ümumi məcmusundan ibarət olur. Bütün bu sahələrin işinin 

təşkili, idarə edilməsi, cəmiyyət həyatının qurulması, gündəlik 

yaşayışın və fəaliyyətin, qayda-qanunlarının müəyyən edilmə-

si, vətəndaşların, təşkilatların hüquq və öhdəliklərinin, davra-

nış qaydalarının normalarının təsbit edilməsi, istək və arzula-

rının reallaşdırılması və s. işlərin görülməsi bilavasitə dövlətlə-

rin siyasi sisteminin xarakterini və prinsiplərini müəyyən edir. 

Odur ki, siyasi sistemi – dövlət idarəçilik təşkilatlarının, siyasi 



və ictimai institutların, siyasi rolların, münasibətlərin, proses-

lərin, cəmiyyətin siyasi idarəçiliyinin prinsiplərinin qaydaya 

salınmış və bütöv məcmusu kimi xarakterizə edirlər.  

Tədqiqatçılar hesab edir ki, siyasi sistem cəmiyyətin siya-

si, sosial, hüquqi, ideoloji, mədəni norma və kodekslərinə tabe 

olaraq, hər bir xalqın tarixi və milli ənənələrinə, siyasi dünya-

görüşünün mahiyyətinə və fəallıq dərəcəsinə uyğun qurulur.  

Hər bir cəmiyyətin siyasi sistemi həm də onun sinfi və 

milli təbiəti,  ərazi-sosial quruluşu, idarəçilik formaları (prezi-

dent, parlament), dövlətin tipi (respublika, monarxiya), siyasi 

rejiminin xarakteri (demokratik, qeyri-demokratik), sosial-si-

yasi vəziyyəti (sabit, konfliktli), siyasi-hüquqi statusu (konsti-




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

13 


tusiyalı, qeyri-konstitusiyalı), siyasi-ideoloji xarakteri (açıq, 

yaxud qapalı dövlət), dövlətçiliyin milli ənənələri, mentalitetin 

və həyat tərzinin xarakteri (əhalinin siyasi aktivliyi, milli-etnik 

və tayfa-qohumluq ənənələri və s.) ilə müəyyən edilir. 

Siyasi sistemin cəmiyyət həyatında effektivlik dərəcəsi 

xüsusi (effektli, yaxud qeyri-effektli) tədqiq olunur. O siyasi 

sistemlər effektli hesab olunur ki, onlar inkişafı  təmin edir, 

əhalinin istək və arzularını, təşəbbüslərini əks etdirir, azad si-

yasi rəqabətə,  şəffaf idarəçiliyə, vətəndaş-dövlət  əlaqələrinə, 

ictimai fikrə ciddi dəstək verir. 

Siyasi sistem konkret məkan (dövlətin, dövlət birliklərinin 

sərhədləri çərçivəsində) və zaman (tarixin ayrı-ayrı dövrlərin-

də mövcud olmuş formasiya, idarəçilik tendensiyalarına uy-

ğun) çərçivəsində yaranır və yüksələn xətlə inkişaf edir. Bu in-

kişafda sistemə daxil olan bütün subyektlərin (dövlət orqanları, 

siyasi və ictimai təşkilatlar, əhalinin ayrı-ayrı təşəbbüsləri) öz 

rolu olur.

1

  



Siyasi sistem” anlayışı ilk dəfə XX əsrin ortalarında elmi 

ədəbiyyata politoloq D.İsten tərəfindən daxil edilib. Artıq əlli 

ildən artıq bir dövrdə  cəmiyyət həyatının müstəqil sahəsi 

olaraq “siyasi sistem” anlayışı hər bir dövlətin daxili aləminin 

göstəricisi və başqa dövlətlərlə  əlaqəsinə  təsir edən obyekt 

kimi politoloqların tədqiqat obyektinə çevrilərək öyrənilir.  

Tədqiqatlar göstərir ki, cəmiyyətin siyasi həyatının tarixi 

təkamülünün qanunauyğun nəticəsi kimi meydana gələn siyasi 

sistem keçən dövrdə öz dinamikliyi ilə seçilərək daim inkişaf 

etmişdir. Hər bir dövlətin və cəmiyyətin inkişaf səviyyəsi ora-

da qərarlaşmış siyasi sistemin dünyada baş verən dəyişiklik-

lərə olan reaksiyası  və müvafiq surətdə  dəyişilməsi tendensi-

yası ilə müəyyən edilir. Siyasi təsisatların və ictimai qurumla-

rın, həmçinin onların fəaliyyətinin həyata keçirildiyi cəmiyyət-

lərin vəziyyəti, daxili həyata təsirinin məcmusu olan siyasi sis-

                                                           

1

 Bax: Politologiya. Ensiklopediya lüğəti. Moskva, 1993. s. 273. Rus dilində. 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə