Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə7/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   2   3   4   5   6   7   8   9   10   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

17 


kimiyyət dairələrinə opponentlik etməklə, daha dolğun, cəlb-

edici ideyalar, proqramlar təklif etməklə tərəfdarlarının sayını 

artırır və seçki yolu ilə hakimiyyətə  gəlir. Siyasi partiyalar 

zaman-zaman hakimiyyətə  gələrək hakimiyyətdəki qrupları 

əvəzləyir ki, bu da hakim və opponent güclərinin dinamik 

yarışmasını şərtləndirir. 

Siyasi sistemin əsas tərkib hissələrindən biri də  ictimai 

qurumlar, qeyri-hökumət təşkilatları və azad mətbuat orqan-

ları hesab olunur. Bu qurumlar öz qarşılarına bilavasitə  fəal 

siyasətlə məşğul olmaq, hakimiyyətə gəlmək məqsədi qoyma-

salar da, yürüdülən siyasətə təsir etmək, bu və ya digər vəzifə-

ləri reallaşdırmaq məqsədilə aktiv fəaliyyətlə  məşğul olurlar. 

İqtisadi, sosial, ekoloji, mədəni yönlü təşkilatlar, həmkarlar 

ittifaqları, milli-dini qrupların təmsilçiləri ümumi dövlət ma-

raqları, ölkədə maddi və mənəvi sərvətlərin bölgüsü və s. pro-

seslərdə  təmsil etdikləri təbəqənin maraqlarının təmsilçisi 

rolunda çıxış edir. 

Demokratiyanın və siyasi plüralizmin hökm sürdüyü ölkə-

lərdə mətbuat bütöv cəmiyyətin maraq və mənafelərini, yürü-

dülən siyasətlə bağlı ictimai rəyi  əks etdirərək dövlət siyasə-

tinə bilavasitə təsir edir.  

Siyasi sistemi üstqurum hadisəsi kimi səciyyələndirmək 

mümkündür. Belə ki, istənilən tip cəmiyyətdə, istənilən quru-

luş formasının təməli, bazisi qismində iqtisadiyyat, onun müx-

təlif inkişaf dərəcələri və səviyyəsi çıxış edir. Məhz buna görə 

də siyasi sistemlər üstqurum mahiyyətli olur və iqtisadi əlaqə-

lər onların təbii əsasını təşkil edir. İqtisadiyyat və siyasətin bu 

cür qarşılıqlı  təsirini yüz illər boyu, quldarlıq quruluşundan 

müasir dövrə  qədər izləmək mümkündür. Sistemin həyatiliyi, 

gücü və bütövlüyü sabit iqtisadi əlaqələrin hüdudu ilə 

müəyyən olunur. 



Яли Щясянов, Адил Вялийев

 

 



18 

Siyasi sistem və Konstitusiya 

 Hər bir dövlətin xarakterini, siyasi sisteminin əsas məziy-

yətlərini onun Ali qanunu – Konstitusiyası müəyyən edir. 

Konstitusiya siyasi sistemin strukturunu əks etdirən sənəd və 

ya sənədlər toplusu olmaqla, hakimiyyətin necə bölüşdürüldü-

yünü, hökumət təsisatlarının funksiyasını və quruluşunu, onla-

rın necə  fəaliyyət göstərməli olduqlarını müəyyənləşdirir. 

Konstitusiyada üç əsas hakimiyyət institutuna: qanunvericilik, 

icraedici və məhkəmə hakimiyyətinə başlıca yer ayrılır və bu 

institutların bölgülü və ya birgə  fəaliyyətinin müxtəlif 

prinsipləri müəyyən edilir. 

Ümumiyyətlə, hakimiyyətin bölgüsü və tarazlığı anlayışı 

müasir dövrdə siyasi sistemin azadlıq səviyyəsini, demokratik 

və hüquqi xarakterini müəyyənləşdirən meyar sayılır. Qeyd 

olunan amillərlə yanaşı, bir çox hallarda hakimiyyət bölgüsü 

qanadlar arası deyil, siyasi mərkəzlə regionlar arasında haki-

miyyətin bölgüsünü ehtiva edir (Federativ və yaxud konfede-

rativ dövlət quruluşlarında). 

Konstitusiya heç də siyasi sistemin bütün aspektlərini tam 

əhatə etmir. Belə ki, orada bütün siyasi partiyaların və ya 

müəyyən qrup insanların maraqlarını ifadə edən digər təşkilat-

ların adbaad nəzərə alınması qeyri-mümkündür. Konstitusiya 

hakimiyyətin necə  fəaliyyət göstərdiyini, onun bölgüsünü, si-

yasi sistemin xarakterini göstərir, lakin onun necə  işlədiyini 

tam və dəqiq əks etdirmir. Konstitusiya yalnız dövlət sistemi-

nin və müvafiq idarəçiliyin prinsiplərini göstərir.  

Ölkələrin konstitusiyaları xaraktercə fərqli olsalar da, on-

ların tam əksəriyyəti dövlətin idarə edilməsi və  fəaliyyətini 

həyata keçirən institutlara aid mövcud qanunvericilik baza-

sının əsaslarını təşkil edir.  

Müasir dünyada demokratik quruluşlu ölkələrin Konstitu-

siyalarında geniş istifadə etdiyi hüquqi dövlət anlayışının 

əsasını hakimiyyətlərin bölünməsi prinsipi təşkil edir.  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

19 


Hakimiyyətin bölgüsü doktrinasını ilk olaraq müəyyənləş-

dirən fransız filosofu Monteskye 1748-ci ildə yazmış olduğu 

və bu nəzəriyyəni ifadə edən “Hakimiyyətin bölgüsü” əsərində 

sübut edirdi ki, bölgü və balanslaşdırma yolu ilə üç institutun 

hər hansı birinin (xüsusən də icraedici orqanın) hakimiyyətdən 

ölkə  vətəndaşlarının maraqlarının ziddinə olaraq sui-istifadə 

etməsi halı aradan qalxır.  

 

Siyasi rejim 

 Hər bir dövlətin siyasi həyatında fəaliyyət göstərmək 

üçün qanunla müəyyən olunmuş prinsiplər və lazımi  şərait 

olmalıdır. Siyasi sistemin əsas komponentləri arasında mövcud 

olan münasibətlər, hüquq və öhdəliklər, hakimiyyətin forma-

laşdırılması və idarəedənlərin fəaliyyəti üzərində ictimai nəza-

rət, siyasi və vətəndaş hüquqlarının təmin olunması, dövlət-və-

təndaş münasibətlərinin xarakteri və prinsipləri, müxalifət 

institutlarının və azad mətbuatın mövcudluğu və s. hər bir 

siyasi rejimi xarakterizə edən əsas amillərdir.  

Tədqiqatçılar müasir dünyada mövcud olan siyasi rejim-

ləri iki əsas qrupa ayırırlar:  demokratik və qeyri-demokratik. 

Hər iki kateqoriya mövcud cəmiyyətdə insan hüquq və azad-

lıqlarının vəziyyəti və yuxarıda qeyd etdiyimiz digər meyar-

larla müəyyən edilir. 

Demokratik siyasi rejimli ölkələrdə hakimiyyətin  əsas 

mənbəyi xalq hesab olunur və yalnız onun seçimi əsasında 

legitim hakimiyyət formalaşdırıla bilər. Seçim azad və sərbəst 

olmalı, hər bir vətəndaş öz iradəsini ifadə etmək, seçmək və 

seçilmək imkanına malik olmalıdır. Hökumət və hər bir idarə 

edən xalq qarşısında hesabat verməli, qanun qarşısında məsu-

liyyət daşımalıdır.  

Hər bir insan, təşkilat, orqan, institut hakimiyyətlə bağlı 

öz fikrini sərbəst şəkildə bildirmək, onun fəaliyyətini müzakirə 

etmək imkanına malik olmalıdır.  İnsanlar qanun qarşısında, 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə