Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə8/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   4   5   6   7   8   9   10   11   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



20 

iqtisadi, siyasi, sosial və  mədəni hüquqlarının reallaşdırılma-

sında bərabər imkanlara malik olmalıdır. 

Bütün qeyd etdiyimiz bu və ya digər meyarların mütəmadi 

olaraq pozulduğu ölkələr idarəçilik formalarından asılı olma-

yaraq, qeyri-demokratik (avtoritar, totalitar və s.) dövlət hesab 

olunur. ABŞ politoloqu C. Hantinqton və bu ölkənin “Azad 

ev” təşkilatı müasir dünya dövlətlərini - demokratik, demokra-

tiya istiqamətində inkişaf edən və qeyri-demokratik kimi üç 

qrupa bölərək onların siyasi rejimlərini tədqiq etmişlər. Onla-

rın təsnifatına görə 2011-ci ildə dünyada mövcud olan 194 

dövlətdən (193 BMT üzvü və Vatikan) 87-si demokratik, 60-ı 

bu istiqamətdə inkişaf edən, qalanları isə qeyri-demokratik 

ölkələr kimi xarakterizə edilir. 



 

Dövlət rejimi 

Tədqiqatçılar siyasi sistemlərin öyrənilməsi və təsnifatın-

da siyasi sistemlə yanaşı ölkələrin dövlət rejimlərinə də xüsusi 

yer ayırırlar. Dövlət rejimi siyasi rejimin tərkib hissəsi hesab 

olunsa da, bəzi parametrlərinə görə ondan seçilir. Əvvəla, si-

yasi rejim daha genişdir və onun tərkibində dövlət idarəçilik 

sistemi ilə yanaşı partiyalar, ictimai qurumlar, mətbuat, ayrı-

ayrı fəal insanlar və s. iştirak edir. İkincisi, siyasi rejimin əsas 

əlamətləri bəzən dövlət rejimi ilə üst-üstə düşməyə bilir. Mə-

sələn,  İsveçrə siyasi rejiminə görə monarxiya tipli dövlətdir, 

onun idarə edilməsində daha çox partiya (siyasi) prinsipləri 

deyil, ərazi faktoru (kantonların konfederasiyası) əsas götürü-

lür. Lakin dövlət rejiminə görə bu ölkə dünyanın ən demokra-

tik ölkəsi hesab olunur.  

Dövlət rejimi daha çox idarəçilikdə tətbiq olunan konkret 

metod, vasitə  və prinsiplərlə, o cümlədən dövlət orqanlarının 

səlahiyyət və məsuliyyəti ilə xarakterizə olunur. Hər bir dövlət 

öz rejiminə uyğun idarəçilik formalaşdırır, orqanlarının (daimi, 

siyasi, qeyri-siyasi orqanlar) hüquq və məsuliyyətini, fəaliyyət 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

21 


prinsiplərini, idarəçilik metodlarını və vasitələrini müəyyənləş-

dirir. Bəzən Konstitusiyasında tam demokratik ölkə kimi təsbit 

olunmuş respublikalar dövlət idarəçilik rejimləri ilə qeyri-

demokratik fəaliyyət nümayiş etdirir (Məsələn, Çilidə vaxtilə 

fəaliyyət göstərmiş Pinoçet rejimi və s.) 

Müasir dünyada dövlət rejimləri ciddi müzakirə olunaraq 

bəzi beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları-

nın əsas tədqiqat obyektinə çevrilib. ABŞ-ın “Azad ev” təşki-

latı, ATƏT, Avropa Şurası və digər qurumlarda dövlət rejim-

ləri və onun ölkələrin inkişafına təsiri mövzusunda tez-tez 

geniş müzakirələr açılır.  

 

Dövlət idarəçilik formaları 

 Bütün dünya ölkələrində dövlət konkret bir inzibati ərazi 

çərçivəsində vahid funksiya həyata keçirir – idarəçilik. Ölkə 

daxilində vətəndaşların, dövlət orqanlarının və cəmiyyət həya-

tının bütün sahələrini müvafiq qanunlar çərçivəsində idarə 

edir, ictimai, siyasi, iqtisadi, mədəni və sosial münasibətləri 

tənzimləyir. Xarici aləmdə öz dövlətini təmsil edir, onun əla-

qələrini yaradır və maraqlarını qoruyur. Lakin ölkələr dövlət 

idarəçilik formalarının xarakterinə görə bir-birindən ciddi 

fərqlənir. Hər bir dövlət öz idarəçilik formasını özünəməxsus 

vasitələrlə, meyarlarla müəyyənləşdirir və  fərqli yollarla real-

laşdırır. Dövlət idarəçiliyinin təşkili, strukturu, idarəetmə or-

qanlarının statusu və funksiyaları, onlar arasındakı münasibət-

lərin xarakteri də ayrı-ayrı ölkələrdə müxtəlif olur. 

Dünya ölkələrinin son iki minillik tarixində ən çox müşa-

hidə olunan dövlət idarəçilik rejimlərini  əsasən iki – monar-

xiya və respublika formalı idarəçilik qrupuna aid edirlər. Hər 

iki qrupa daxil olan idarəçilik formaları bir neçə özünəməxsus 

formada təzahür edir. Tarixin ayrı-ayrı mərhələlərində mülkiy-

yət formasından, istehsalat resurslarından asılı olaraq bu 

formalar fərqli şəkildə təzahür etmişdir. 



Яли Щясянов, Адил Вялийев

 

 



22 

Monarxiya idarəçilik sistemi 

 

Monarxiya idarəçilik sistemində bütün dövlət hakimiyyəti 



bir nəfərin – monarxın  əlində  cəmlənir. Monarx öz hakimiy-

yətini birbaşa öz varisinə ötürür. 

Hələ qədim dövrlərdə Şərqdə - Misirdə, Hindistanda, Ba-

bildə  və s. quldarlıq dövlətlərində mövcud olan monarxiya 

quruluşlarını xarakterizə edən əsas amil ondan ibarət idi ki, bu 

rejimlərdə qanunverici, icraedici və məhkəmə hakimiyyəti ta-

mamilə monarxın əlində cəmləşmişdi (Şərq despotizmi). Şərq 

despotizminin  əsas  əlamətlərindən biri də  həm dünyəvi, həm 

də dini hakimiyyətin monarxa məxsus olması idi.  

Bu tipli monarxiyalarda hakimiyyətə yeganə təsir vasitəsi 

monarxın  ətrafında idarəçiliyə  cəlb olunmuş saray xidmətçi-

ləri, ordu başçıları, iri tacirlər, kahinlər, mülk sahibləri idi. Bu 

tip insanlar arzu və istəkləri nəzərə alınmadıqda zaman-zaman 

saray çevrilişləri edərək mövcud monarxı devirir, onu daha 

əlverişlisi ilə əvəzləyirdilər. 

Qədim dünyanın daha bir monarxiya idarəçilik rejimini 

qədim romalılar yaratmışdı ki, bu da əslində Şərq despotizmin-

dən ciddi fərqlənmirdi. 

Orta  əsrlərdə quldarlıq monarxiyalarının yerində feodal 

monarxiyaları  bərqərar olmağa başlayır. Bu monarxiyaların 

əsas xarakterik xüsusiyyəti ondan ibarət idi ki, monarx əvvəl-

kilərdən qismən məhdud hakimiyyətə malik olurdu. Nisbətən 

müstəqilliyə malik olan böyük feodallar - knyazlar, hersoqlar 

və s. monarxa (krala) ciddi təsir göstərmək imkanına malik idi 

(Xüsusən Avropa ölkələrində). Bundan başqa, bu monarxiya-

larda idarə edənlər ciddi iyerarxiya rejiminə - aşağılara, orta-

lara və alilərə bölünmüşdü ki, bunların da hər biri müvafiq 

statusa malik idilər. 

Sonrakı dövrdə feodal monarxiyalarında monarxın yanın-

da məşvərətçi statusunda nümayəndəlik sistemi (məsələn Rusi-




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə