Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə9/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   5   6   7   8   9   10   11   12   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

23 


yada Soborlar, İngiltərədə Parlament, Polşada Seym və s.) 

yaradılır ki, bu da dövlət idarəçilik sisteminə müəyyən təsir 

göstərməyə başlayır. 

Lakin bu dövrdə də bəzi feodal monarxları (xüsusən XIII-

XV  əsrlərdə Avropa və b. ərazilərdə)  Şərq despotizmi tipli 

mütləq monarxiya xarakteri daşıyırdı.  

Avropada kapitalizm münasibətlərinin inkişafı ilə (XVI-

XVII əsrlərdə) monarxiyaların xarakteri də tədricən dəyişməyə 

başlayır və konstitusiyalı monarxiya rejimləri yaranmağa baş-

layır. Bu tipli idarəçilik köhnə zadəganlarla yeni burjua sinfi-

nin maraqlarını uyğunlaşdırmaq məqsədi daşıyaraq monarxın 

hakimiyyətini qismən məhdudlaşdırmağa xidmət edirdi. Kons-

titusiyalı monarxiyanın iki daha geniş yayılmış – Konstitu-

siyalı (qarışıq) və Parlament tipli forması mövcuddur.  

Konstitusiyalı (qarışıq) idarəçilik sistemində monarx icra 

hakimiyyətini formalaşdırır və ona rəhbərlik edir. Cəmiyyətin 

maraqlarını isə seçilmiş parlament təmsil edir ki, bu da qanun-

verici hakimiyyəti tamamilə monarxın tabeliyindən çıxarır, 

dövlətdə müəyyən maraqlar balansı yaradır. Bu tipli idarəçilik 

XVII-XIX  əsrlərdə  bəzi Avropa dövlətlərində mövcud ol-

muşdur. 

Kapitalizmin inkişafı ilə Avropada və dünyada ən geniş 

vüsət almış monarxiya rejimi Parlamentli monarxiyadır. Ha-

zırda Avropanın Böyük Britaniya, İsveç, Danimarka, Hollan-

diya və b. aparıcı ölkələrində Parlamentli Monarxiya quruluşu 

hökm sürür.  

Parlamentli monarxiyanı xarakterizə edən əsas xüsusiyyət 

monarx hakimiyyətinin kifayət qədər məhdudlaşdırılmasıdır. 

Bu rejimdə qanunverici hakimiyyət seçkili orqana – Parlamen-

tə  məxsus olur. Parlament seçkilərində qalib gəlmiş partiya, 

yaxud partiyalar hökuməti formalaşdırır və ona rəhbərlik edir. 

Ən çox səs toplamış partiya rəhbəri həm də ölkəyə başçılıq 

edir. 



Яли Щясянов, Адил Вялийев

 

 



24 

Parlament monarxiyasında dövlət başçısı monarx qarşı-

sında deyil, parlament qarşısında hesabat verdiyindən, monar-

xın ölkədaxili və xarici siyasətdə rolu çox məhdud olur. 

Qanunverici hakimiyyətdə monarxın rolu yalnız qəbul 

olunmuş qanunları təsdiq etməkdən ibarətdir. 

Dövlət idarəçiliyinin  ən geniş yayılmış forması  Respub-

lika İdarəçilik sistemidir. Respublika İdarəçilik sistemi Parla-

ment, Prezident, Dualist (qarışıq), Kommunist, Hərbi, Mütləq 

və s. rejimli ola bilər ki, bunların da əksəriyyətini dövlət or-

qanlarının formalaşdırılması prinsipləri (seçkili orqan) birləş-

dirir. 

Monarxiya idarəçilik sistemi kimi respublika idarəçiliyi 



də  qədim dövrlərdən insanlara tanış idi. Qədim dünyada iki 

növ - aristokratik respublika (Roma) və demokratik respublika 

(Afina) mövcud olmuşdur. Birincidə, seçkili orqanlar əsasən 

yuxarı təbəqədən - aristokratlardan ibarət idisə, ikincidə qullar 

istisna olmaqla bütün əhalini təmsil edirdi (Xalq toplantısı, Se-

nat və s. bu respublikaların məşvərət orqanı rolunu oynayırdı.). 

Feodalizmin inkişafı ilə bəzi Avropa dövlətlərində mütlə-

qiyyət rejimləri yanında respublika tipli idarəçilik forması tət-

biq edilməyə başlayır (İtaliya, Hollandiya, Almaniya, Rusiya 

və s.). Bu ölkələrdə bir qayda olaraq Parlament əhalinin yuxarı 

təbəqələrindən seçilirdi. 

Kapitalizmin inkişafı Avropada respublika quruluşunun 

bərqərar olmasına ciddi təkan verir. Bu respublikalar əsasən 

Parlament və Prezident tipli olsalar da, bəzilərində Konstitu-

siyalı Monarxiya rejimi də saxlanılmışdı. Məsələn,  İtaliya, 

Almaniya, Avstriya kimi ölkələr Parlament tipli idarəçilik 

sistemini yaradır. Bu ölkələrdə Parlament hökuməti və dövlət 

başçısını (kansler, Prezident, Baş nazir və s.) seçir və onun 

idarəçiliyinə nəzarət edir. Bu tipli idarəçilikdə Prezidentin rolu 

Parlament qarşısında məhdud olur.  




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

25 


Başqa ölkələr, məsələn Fransa, ABŞ  və s. ölkələr Prezi-

dent respublikası formasını seçir. Bu ölkələrdə Prezidenti xalq 

seçir və o həm dövlətə, həm də hökumətə rəhbərlik edir. Ümu-

miyyətlə, hal-hazırda  parlament formasında idarəetmə üsulu 

müasir dünyada monarxiya, yaxud respublika quruluşuna məx-

sus olmasından asılı olmayaraq geniş yayılmış idarəetmə for-

masıdır. Bu formanı, dünya əhalisinin təxminən 2/5-ni (38%) 

əhatə edən 74 dövlət qəbul edib. Onlardan 38-i konstitusiyalı 

monarxiya, qalanları isə respublikadır. Parlament formalı 

idarəetmənin tipik forması Böyük Britaniyada yaranmış  və 

indi də mövcud olan “Vestminister” modeli kimi baxılır. 

Böyük Britaniyanın özü də daxil olmaqla, icra hakimiyyət 

orqanının parlament prinsipi ilə idarə olunan dünya dövlətləri-

nin 29-u keçmişdə Britaniya imperiyasının bir hissəsi olub və 

hal-hazırda Britaniya Millətlər birliyinin müstəqil üzvləridir.  

Parlament formalı idarəetmə üsulu liberal-demokrat və 

yeni yaradılmış demokratik dövlətlərdə də geniş tətbiq olunur. 

Bu dövlətlərdən 19-u Avropanın şimal və qərb hissəsində, 11-i 

Karib regionunda, 10-u isə Okeaniyada yerləşir. Parlament 

formalı idarəetmə üsullu dövlətlərin demək olar ki, yarısı 

adalarda yerləşir. Bu cür idarəetmə üsulu, əsasən, kiçik dövlət-

lərdə üstünlük təşkil edir. Bununla belə, əhalisinin sayına görə 

dünyada ikinci yerdə olan Hindistanda da parlament forma-

sında respublika idarəetmə üsulu mövcuddur. 



 

Məhdud hakimiyyətli Prezident idarəetmə üsulu 

 Müasir dövrdə məhdud hakimiyyətli Prezident idarəetmə 

üsulu, bütün dünyada Prezidentli respublika hakimiyyətinin ən 

geniş yayılmış siyasi təşkilat formasıdır. Bu cür idarəetmə 

üsulu Yer kürəsinin 27% əhalisini, habelə yer səthinin təxmi-

nən yarısını  əhatə edən 64 dövlətdə mövcuddur. Qeyd etmək 

lazımdır ki, göstərilən dövlətlərdən 36-sı keçmişdə  məhdu-

diyyəti olmayan Prezident idarəetmə üsuluna, digərləri isə 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə