Microsoft Word Säkerhetskopia av neche xatire dL



Yüklə 367,24 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix25.08.2018
ölçüsü367,24 Kb.
#64034
  1   2   3   4   5   6   7   8   9   ...   15


www.achiq.info 

 



 

M.C.Pişəvəri İlə Görüşənlərdən 

Qisa Xatirələr 

 

 

Suğra Xanım Azəri 

İsmail Şəms 

Qilman İlkin 

Dr. M. T. Zehtabi 

Qulam Yəhya Danişiyan 

Balaş Azər Oğlu 

Kərim Kəşavərz 

Dr. Səlamullah Cavid 

Əli Tudə 

Ənvər Xameyi 

Husen Ciddi 

Dr. İbrahim Pişəvəri 

 

 

Qaynaq: 

Əkrəm Rəhimli: “Mir Cəfər Cavadzadei Pişhəvəri” 

 

 


www.achiq.info 

 



 

 

 

BACI QARDAŞINI XATIRLAYIR 

Suğra xanım Azəri (Cavadzadə) – 21 Azər Hərəkatının lideri, Azərbaycan Demokrat Firqəsinin 

qurucusu və rəhbəri Seyid Cəfər Pişəvərinin bacısıdır. Azərbaycanın hər iki tərəfində və İraqda 

yaşayıb işləmişdi. İctimai-siyasi fəaliyyətə maraq göstərmişdir. ADF-nin fəal üzvlərindən olmuş, 

ictimai işlərdə çalışmışdır. Həyat yoldaşı Mirağa Azəri Azərbaycanın hər iki tərəfində Iraqda 

Dəmiryolu və körpüsalma üzrə mühəndis işləyibdir. Bu gün Azərbaycanda inşa edilmiş bir körpü onun 

adı ilə bağlıdır. 

İş elə gətirmişdi ki, Suğra xanım qardaşı Seyid Cəfər Pişəvəri ilə tək uşaqlıqda deyil, sonralar da 

uzun müddət ailəlikcə bir yerdə yaşamış, qayğıkeş bir bacı kimi Pişəvərinin həmdərdi və sirdaşı 

olmuşdur. 

Azərbaycan EA-nın elmi işçisi Pərvanə Məmmədli 94 yaşlı Suğra xanımın öz qardaşıyla bağlı 

söylədikləri xatirələri qələm almışdır. Həmin xatirəni sizə təqdim edirik. 

 

O, Ağır Gündə Doğulmuşdu 

Cəfər də Bülbülədəki yeni məktəbə gedirdi. Bir neçə aydan sonra müəllimi atamı 

çağırıb dedi ki, mən bacardığımı ona öyrətdim, nə kitab verirəmsə, hamısını bilir, hafizəsi 

güclüdür, çox irəli gedəcək. O, əmək fəaliyyətinə də çox erkən başlamışdı. 

Seyid Cəfər oxuduğu məktəbdə həm də işləyirdi– zəngi çalır, qapı-pəncərəyə diqqət 

edirdi. 13-14 yaşlı bu oğlana müəllimlər hərdən dərs keçməyi də etibar edirdilər. 

Sonralar təhsilini Sabunçuda davam etdirdi. O vaxtlar İrandan çörək pulu qazanmaq 

üçün Bakıya çoxlu kəndlilər gəlirdi. Səhər erkəndən işə gedən fəhlələr 200 q. ət, 100 q. 

noxud, bir dənə soğan, içində su olan saxsı bir bardağa alıb, balaca bir həyətdəki sobanın 

üstünə qoyur, axşam da gəlib onu götürüb yeyirdilər. Qazandıqları bir manatla dolanır, hələ 

ondan İrandakı ailələrinə göndərirdilər. Neft quyularında işləyirdilər. Quyunu qazanda əvvəl 

qaz çıxırdı, çox vaxt biçarələr qazdan boğulur, elə oradaca can verirdilər. 

Seyid Cəfər bütün bunları görüb deyirdi ki, İranda quldur-qaçaqların onların başına 

açdıqları oyundan bura qaçıb gəlsələr də, burada da bir gün görmürdülər. O, belə şeyləri çox 

görmüş və bu haqda çox fikirləşmişdi. İnqilabi ruh da onlar belə halları gördükdən sonra 

yaranmışdı. 

Bizdən tez ayrı düşmüşdü. Üzünü çox vaxt evdə də görmürdüm. Qazanıb yığdığı pullara 

da Xırdalanda iki otaq kirayə eləmişdi. İranlı fəhlələrin yaşadığı yerlərdə elanlar yapışdırıb 

onları könüllü açdığı kurslara (onlar pulsuz idi) dəvət edirdi. Gün ərzində elə olurdu ki, 



www.achiq.info 

 



tələbələrlə 2-3 növbəli dərs keçirdi. Atam onu danlayıb deyirdi ki, çox çətin iş yapışırsan, 

bacarmazsan. O isə atama qulaq asmırdı. Beləcə, üç il müəllimlik etdi. 

Əslində atamın ona təsiri daha çox olmuşdu. Atam Səttarxanın yaxın mücahidlərindən 

idi. Hələ o vaxtlar atamla dostları arasında fədailər, inqilabçılar barədə söhbətlər olurdu. 11-

12 yaşlı Seyid Cəfər də həmişə onların qulaq yoldaşı olardı. Söhbətə qarışıb bir söz soruşanda 

ona gülüb deyərdilər ki, sən belə şeylər bilmək üçün hələ çox kiçiksən. 

O vaxt böyük bacım Rüxsarə öz ailəsi ilə birlikdə bu taya gələ bilməyib, İranda 

qalmışdı. Seyid Cəfər arada vaxt tapıb bacımı Bakıya gətirmək üçün İrana getmişdi. Lakin o 

vaxtlar kəndlərdə yayılan amansız qızdırma xəstəliyi bacımı və onun ailəsini yaxalamışdı, 

xəstəlikdən heç biri salamat qalmamışdı. Bu faciə ailəmizə, xüsusilə Seyid Cəfərə çox pis 

təsir etmişdi. O, bir müddət xəstə düşmüşdü… 

İki bacı, üç qardaş olmuşuq. Qeyd etdiyim kimi böyük bacım Rüxsarə qızdırma 

xəstəliyindən bizi vaxtsız tərk etdi. Xatirəsini yaşatmaq üçün adını böyük qızıma qoydum. 

Həyat  yoldaşım çox səmimi və ciddi adam idi. Seyid Cəfərlə yaxın dost idilər. Bizim beş 

övladımız olub… Son beşik qızım Fəxri və nəvəmlə bir yerdə  yaşayıram. 

O biri qardaşlarımdan biri həkim, o biri isə mühəndis idi. Mirsəlim əvvəllər «Hüriyyət» 

qəzetində məqalələr yazırdı. Peterburqda oxuyub Dəmiryolu-Su-Şosse yolu üzrə mühəndis 

olmuşdur. Bakıda o vaxtlar içməli su məsələsi çətin idi. Tək-tək dövlətlilərin həyətində su 

olardı. Suyu tək Zeynalabdin Tağıyev çəkdirmişdi. Sonralar Şamaxı və Quba tərəflərdən 

Bakıya su çəkilməsində onun böyük rolu olub. 

Kiçik qardaşım Mirxəlil uzun müddət Bakıda Musa Nağıyev adına xəstəxananın IV 

korpusunun müdiri olub. Həm də Tibb institutunda dərs deyirdi… 

Seyid Cəfər elə uşaqlıqdan çox mütaliə edirdi. Dünya malı, var dövlət onu heç 

maraqlandırmırdı. Evdə, çöldə işləməklə arası yox idi. Anam da onu həmişə elə bu 

xasiyyətinə görə danlardı. Hərdən yanına dost-yoldaşları gələndə ya qızğın mübahisələr edər. 

Ya da teatr oyunu çıxarardılar. O vaxtlar İranda teatr- filan yox idi. Yeganə tamaşaçıları da 

mən olardım. 

Birinci dünya müharibəsi gedən zaman yaşayış çox ağırlaşmışdı. Bir yandan da erməni- 

müsəlman davası camaatı yaman günə qoymuşdu. O nankorlar həmişə bayram vaxtı– 

Novruzda quldurluq edir, evləri soyur, araya qan salırdılar. O vaxtlar bu hadisəylə bağlı 

kədərli bir şeir dillərdə dolaşırdı. Adı gərək ki, «Yaşardı gözəl əsgərlərimizin gözü» idi. 

Seyid Cəfəri qəzaya salanda bir ermənidən istifadə etdilər. Mənim bir cavan oğlum da 

23 yaşında bir erməni hiyləsinin qurbanı oldu… 

Qardaşımın gördüyü ictimai-siyasi işlərindən çox yazıblar. Onun üçün də bu barədə çox 

danışmayacağam. 

İlk məqaləsi gərək ki, «Yoldaş» qəzetində çıxmışdı. Sonralar özü elə 17-yə yaxın qəzet 

çıxarırdı. 



Yüklə 367,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə