________________________Milli Kitabxana________________________
98
Qatar-qatar
bölük-bölük,
yığın-yığın canları,
fədakar insanları;
Sən görmədin o ili,
Görmədin, Rəfili!
* * *
Rəngi qan,
qəlbi qan,
Göylərin ən qatı qatına qalxan,
Bir günün zərrəsindən,
tufanların səsindən
yaranan bu həyat qanadlandıqca,
Yolçular atlandıqca,
Bu axın səni də aldı qoynuna;
Sənsə "ona könül verdin
Və sarıldın boynuna"...
Dəyişdi adət,
Gəzdi ürəkləri sevinc, səadət.
Al saçaqlı şəfəqlərə bələndin,
Sevindin, nəşələndin...
Gözlərinə
Sarı bir eynək taxdın
Həyata hər şeyə biganə baxdin...
Ancaq eşit
Söyləyirik biz;
Bu gündən sonradır mübarizəmiz.
Yalandır həyatı nəşədə duymaq,
Yalandır həyata nəşədən uymaq!
1930
________________________Milli Kitabxana________________________
99
***
Dinlə məni, gozəl bahar!
Qəlbinlə dinlə.
Sənə deyiləcək
sözüm var:
Bilirəm sən,
lk duyğularımın şahidisən!
Unutmadım sizi mən.
Unutmadım
adımı dolaşıq çağıran
suların düyümlü səsini...
Mənə çox görməsin zaman
Çalışıb yaşamaq həvəsini...
1930
________________________Milli Kitabxana________________________
100
Ş
A R N SƏS
Mikayıl Müşfiqə
Axşamdan bəridir könlümdə yenə
Hirsli fırtınalar, qasırğalar var.
Çox da uymayıram könlüm deyənə,
Gözlərim hər şeydə bir hikmət arar.
çim dalğalanır sanki bir dəniz,
Mən bu dalğalarla qucaqlaşıram,
Nələr düşünürəm, duya bilsəniz!
Sanki varlığımdan uzaqlaşıram...
Bezən də fikrimin qanadlarını
Küləklər qoparıb, qaldırır göyə.
Sürürəm əsrimin qır atlarını,
"Bu axın başqa bir axındır", - deyə,
Bütün arzularım gülür yarına
Xəyaldan ilhamlar almamaq üçün;
Baxıram Leninin kitablarına
Dəstədən geridə qalmamaq üçün.
1930
________________________Milli Kitabxana________________________
101
DÖNÜŞ
Ah, nə zaman ki, duyğularım ac,
Gözlərim səmimi bir şerə möhtac,
Dolanır günlərim;
Duyuram bəzən
Gizli varlığını kölgələr gəzən
Yapma bir gözəllik..
Xəstə bir əməl...
O çağırır məni, söyləyir: gəl, gəl!
Yazıq bilməyir ki, unutdum onu,
O sonsuz gecənin yox imiş sonu.
Haydı get!..
ndi mən uzaqlarda tək
Yaşaram; kimsəsiz yaxamdan əl çək!
Sənin xəyalınla od tutub yanmaq,
O yalan varlığa bir də inanmaq
Nə qədər gülüncdür.
Ş
öhrətinlə sən
Yenidən qəlbimə hökm edə bilsən
Mən bu həqiqətə təslim olmaram.
1930
________________________Milli Kitabxana________________________
102
B R AZ GÜLMƏK ÜÇÜN
Qardaşım Osman Sarıvəlliyə
Söylə sən ey, təbiət! Yoxmu sənin günəşin?
Bu qaranlıq gecələr həmişəlikmi əşin?
Mən də bir insanam, ah! Məna ver sözlərimə,
Bəlkə də kor kimiyəm, işıq ver gözlərimə,
Mən də görüm varlığı, Ayı, Günü, ulduzu;
Hər çiçəyi, hər gülü, hər qadını, hər qızı
Oxşamaqdan yoruldum;
Başqalşmaq istərəm.
Qanadlı bir quş kimi dağlar aşmaq istərəm.
Arzularım çoxalır, mən acizəm uçuşda,
Karvanım çıxdı yoldan bir çıxılmaz yoxuşda...
O qaranlıq gecədə mən itirdim yolumu,
Həyat bükdü belimi... Həyat qırdı qolumu...
Sən ey quduz təbiət! Sən ey zəhərli ruzgar!
Bu nəşəsiz günlərin, söylə, nə mənası var?
Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir...
Bəlkə də hər şirinlik bir acılıq yeməkdir...
Bəlkə yalandır Günəş, həqiqətdir gecələr,
Yordu mənim beynimi bu saysız bilməcələr.
Sorsalar bu pərdəli fəlsəfələr neçindir?
Deyin bu göz yaşları bir az gülmək üçündür.
1930, 5 dekabr
________________________Milli Kitabxana________________________
103
MƏN HAZIRAM
Bu gün mənim
Sağlam bədənimdə qan-tərə batan
Və yatan
Bir saat kimi
qəlbimi
Bir şad xəbər salamladı:
Dedilər: "Sinif qovğasıdır"
Gələcək hərbin adı.
gid bir əsgər
və qəhrəman
Bir komandan kimi bəzən
çimdə mən
Qalın və dolama yollar aşaraq –
Ş
rak!
Ş
rak!
Ş
rak!
Atılan güllələrə sinə gərirəm,
Düşmən ordugaha yol göstərirəm
və deyirəm:
Qollarında qüvvət,
Ürəyi sağlam bir gənc üçün
Yaralanmış bir göyərçin kimi
Qanadlarını sallayaraq
Ucuz ölmək gülncdür.
Burax, dedim -
Məni burax!
Dayanılmaz hərəkət...
Azad nəfəs aldığım bu məmləkət
Halal etməz igidlərin qanını,
Mən hücumdan geri qalsam!
Dəmirdir əsam.
Nişan alsalar da gözlərimin qarasına –
Bolşevik qəlbimlə,
hazıram mən də
Gələcək sinif qovğasına!
1930
Dostları ilə paylaş: |