Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

________________________Milli Kitabxana________________________ 
209 
 
Ş
öhrətin dolaşır meyli, məzəli  
Elin xoş dilində, xoş avazında,  
Bir gəl tanış olaq, ellər gözəli!  
Aşıqlar adını çalır sazında... 
 
Mən demədim sənə: "Ay ağzı püstə!"  
Havadır oylağın, yerdir vətənin.  
Dumanlar içindən, əli göz üstə  
Qoca Şərq boylanır dalınca sənin... 
 
1935 
  


________________________Milli Kitabxana________________________ 
210 
 
TƏBR Z GÖZƏL NƏ 
Ş
airin bloknotundan 
 
Çox da fikir vermə danışıqlara,  
Bilirəm, ürəyin mənə bağlıdır...  
Nədir o başına örtdüyün qara?  
Bizim ki, eşqimiz bir el nağlıdır... 
 
Bilirəm, ən şirin röyalarda sən  
Deyirsən: "Sevgilim gəlirmi ola?"  
Xəyalım əyilir, öpür əlindən;  
Güllü yaylığınla çıxırsan yola... 
 
Nədir bu həsrətin adı, ünvanı?  
Baisin evində işıq yanmasın!  
Ah, Araz, ah, Araz, vədimiz hanı?  
Bir ürək ikiyə parçalanmasın!.. 
 
Ayırdı bir vurğu əzəldən bizi...  
Parladı şahların qan rəngli tacı,  
Sıxlaşan bir duman aldı Təbrizi;  
Fələk bəxtimizə baxdı qıyqacı... 
 
Anan vərəmlədi yoxsul yuvada,  
Soyuq bir məzarı əlinlə qazdın;  
Baban öküzüylə öldü tarlada,  
Bütün bir tarixi sinənə yazdın... 
 
Mən də bu yolları keçmişəm, sonam!  
Mənim də ən dərdli bir keçmişim var.  
Təbibsiz, davasız can verdi anam,  
Yaslı köynəyini geyindi dağlar. 
 
Demək ki, dərdimiz-sərimiz birdir,  
Həyatın qızıdır məhəbbətimiz...  
Gəl duraq diz-dizə, günləri bir-bir  
Sayıb, hesablayaq yaşımızı biz. 
  


________________________Milli Kitabxana________________________ 
211 
 
Axşam sularının zümzüməsidir,  
Mənim telli sazım, səninsə tarın;  
Yazıq bir ananın hicran səsidir  
Mənim zil şikəstəm, sənin qatarın. 
 
Olub keçənlərə gəl qələm çəkək,  
Dünən bu gün üçün bir yadigardır  
Bilirəm, sevgilim, bilirəm gerçək,  
Sizdə qış günüdür, bizdə bahardır... 
 
Odur, bax o qıza, bax o gəlinə,  
Baxdıqca qaynayır insanın qanı;  
Azadlıq bayrağın alıb əlinə,  
Günəş salamlayır Azərbaycanı. 
 
Bir yeni rəng alır Mil də, Muğan da  
Bu bayram günündə, bayram ilində.  
Alim də, şair də, dağda çoban da  
Deyir mahnısını ana dilində. 
 
Gülür dodaqlarda yeni bir zəfər,  
Zəfərdən-zəfərə qüvvət alalı.  
Güdür gözü kimi har qızıl əsgər  
Qanla qazanılan bir istiqlalı. 
 
Sevənlər az deyil bizim Vətəni,  
Günəşə gözlərim açiq gedirəm.  
Böyük bir ölkənin adından səni  
Bu bayram günunə dəvət edirəm. 
 
Gözlərin dolmasın!.. Dayan bir az da!  
Qəlbin də, sevgin də, dərdin də haqdır...  
Azadlıq bayrağı güllü bir yazda  
Təbrizin üstündə parlayacaqdır! 
 
O bayram gününə inanıram mən,  
Araz yol verəcək üstündən bizə.  
Pioner oğlumun tutub əlindən,  
Qonaq gələcəyəm qoca Təbrizə! 
 
1935, 13 dekabr 


________________________Milli Kitabxana________________________ 
212 
 
  
ANAM GƏL N  
 
Başına döndüyüm, anam gəlini  
Sən ilk qönçəsisən bizim gülşənin.  
Hər səhər günəşə uzat əlini,  
ş
ıqda, qüvvətdə adın var sənin,  
Sən ilk qönçəsisən bizim gülşənin. 
 
Öpsün ayağını çöldə çiçəklər,  
Quşların avazı bir toya dönsün.  
Tökülsün sinənə qara birçəklər,  
Gözəllik dünyada açıq görünsün,  
Quşların avazı bir toya dönsün. 
 
Sən ilk pərisisən şerin, sənətin,  
Adın tarixlərdə bir yadigardır.  
Günəşdən rəng alan bir məhəbbətin  
O açıq alnında işığı vardır,  
Adın tarixlərdə bir yadigardır. 
 
Hüsnünü örtməsin nə pərdə, nə rəng,  
Ay kimi saf dolan, gün kimi açıq,  
Keçmişin üstünə qələm çəkərək,  
Vuruş meydanında vuruşmağa çıx,  
Ay kimi saf dolan, gün kimi açıq. 
 
Könlümdə sirri var, tərlan sonamın  
Bütün gozəlliyin gözüdür insan,  
Zülmətdə şam kimi sönən anamın  
Ölüm qisasını alaq dünyadan  
Bütün gözəlliyin gözüdür insan. 
 
Beşikdən başlamış ölümə qədər  
Tarixlər yazılır sənin əlinlə  
Səndədir yaraşıq, səndədir hünər  
Ş
erim qanad çalır hər əməlinlə  
Tarixlər yazılır sənin əlinlə. 
 
  


________________________Milli Kitabxana________________________ 
213 
 
Başına döndüyüm, anam gəlini,  
Sən ilk qönçəsisən bizim gülşənin,  
Hər səhər günəşə uzat əlini  
ş
ıqda, qüvvətdə adın var sənin,  
Sən ilk qönçəsisən bizim gülşənin. 
 
1936, 7fevral 
 
SƏNƏT USTASINA 
 
Mən onu ilk dəfə gördüyüm zaman  
Sıxdım məhəbbətlə titrək əlini;  
Oxudum mənalı baxışlarından  
Xəyalın, sənətin tunc heykəlini. 
 
* * * 
Qəlbi də, fikri də gün kimi aydın,  
Onda təbiətin mənası vardı.  
Ey sənət ustası! Sən olmasaydın  
Günəş ilhamıma soyuq baxardı. 
 
* * * 
Ey hava dalğası, ağzını bir yum!  
Dayanın, car çəkən başsız küləklər!  
A dostlar, su verin mənə bir udum,  
Sinəmi yandırdı bu acı xəbər. 
 
* * * 
Bizim Maksimi də cərgədən aldı  
Yenirkən ölümün qara pəncəsi.  
Sanma ki, şam kimi sönüb qaraldı,  
Ə
srlər boyunca o sənət səsi  
Çalacaq təblini göy dalğalarda,  
Çiçəklər solmayır bizim baharda 
Ayağa qalxsın dab u dağ, bu dərə, 
Buludlar sallasın öz yaylığını; 
O sənət dostuna – böyük rəhbərə 
Yetirin şairin baş sağlığını…  
 
1936


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə