Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

76 
SƏHƏRƏ YAXIN 
Yığılın başıma, qohum-qardaşlar!  
Qoyun bir ah çəkim ərisin daşlar!  
Mehriban insanlar, əziz yoldaşlar!  
Bu çərxi-dövrandan aldım bir yara! 
Gözəllər dünyası, dilim əzbəri,  
Bəlalıdır başım əzəldən bəri;  
Halıma yanmayan o gözəl pəri  
Deyin üz qoyubdur hansı diyara? 
Bilənlər bilir ki, bu yollarda mən  
Ağrılar çəkirəm, hər səhər erkən – 
Mənim yazıq ruhum ağlar, inlərkən  
O mənim adıma deyir "avara". 
Bumudur bəşərin vicdanı bilməm?  
Nədir bu çəkdiyim - bu bəla, bu qəm?  
Ah, o könül quşu, o nazlı həmdəm  
Bəlkə, bu dərdimə bulacaq çara. 
1929, 19 may  
  


77 
KÜR ÇAYI 
Sanılıya 
Ayrı dağlar kimi qol-qanad atan,  
Coşqun dalğaları buluda çatan,   
Qəmzələr göstərən, işvələr satan  
Çox olur qonağın, yığnağın sənin. 
Qorxunc qayaları yellər tək enən,  
Günəşdən rəng alıb, ayla bəzənən,  
Nələr andırırsan bu gedişlə sən,  
Ş
anlı, şöhrətlidir ocağın sənin. 
Tiflisin arxası, Qazağın beli  
Hər ikisi sənin, sənə dost eli ...  
Boşalar qoynuna dağların seli,  
Körpə bulaqlardır ortağın sənin. 
Çoxları hüsnünə heyran qaldılar,  
Çox igidlər səndən ilham aldılar.  
Top-tüfəng atdılar, nərə çaldılar,  
Keçdi o dəmlərin, o çağın sənin. 
Ulduzlar qoynuna şəfəqlər saçar,  
Səsindən ordular, karvanlar qaçar, 
Sən gəzdiyin yerlər gül-çiçək açar,  
Çünki uğurludur ayağın sənin. 
Bağlanan yolların açılar hər yaz,  
Səni görən gözlər səndən ayrılmaz. 
Könlüm tək dalğalı, dəlisən bir az,  
Alınır aləmdə sorağın sənin. 
Ay doğub, sinənə kölgə salanda
Deyər: "gülməmişəm sənsiz qalanda". 
Çobanın, naxırçın tütək çalanda  
Gümrah olar yanın, yançağın sənin. 
1929 
  


78 
KAP TAL 
Hər zaman qəlbimi bir qüvvə əzir, parçalayır,  
O mənim sinəmin üstündə ocaqlar qalayır.  
Dağıdır fikrimi sərməst olaraq inləyirəm,  
Bu uğursuz, bu köpəkdən daha qorxunc qüvvət,  
Məni bir an belə duymaz və buraxmaz rahət.  
Nədir aya, o nədir, söylə, nədir, ah nədir'?  
Kapitaldır ki, bəşər əski zamandan bəridir.  
Ona bir Tanrı qədər səcdə qılar, hörmət edər,  
Ə
n uzaq bir günəşin kölgəsini seyrə gedər.  
"Dəli şair" də həyatın bu sönük kölgəsinə,  
Çox zaman aldanaraq qoşdu onun səcdəsinə. 
Kapital məncə qərəzdir, kindir,  
Bir mələk olsa da pək çirkindir.  
Nə qədər varsa da dünyada bu səs,  
Ala bilməm ki, mən azadə nəfəs. 
Komsomol! Sərvətə can vermə, sakın!  
O ilandır, ona sən durma yaxın.  
Sənə alqış, sənə qüvvət, sənə can,  
Sənə sönməz əbədi bir həyəcan. 
[1929
  


79 
ŞƏ
RQ N QAPISI 
ŞƏ
HƏR OYANIRKƏN 
Günəş qısqanaraq ürkdü gecədən,  
Boğdu qaranlığı, can aldı yenə.  
Ş
air ən inadkar bir çocuq kimi  
Endi xəyalın dərinliyinə... 
Qayıqlar sahildə səssiz-səmirsiz...  
Uzaq yollar gələn yolçular kimi;  
Sakit bir yuxuya getmişdi dəniz,  
Dərin bir məqsədi, fikri var kimi. 
Bənzərdi ən böyük, ən xoş əmələ  
Günün üfuqlərdə alışan rəngi.  
Söylədi: keçmişdən əsər var hələ, - 
Uzaqdan çalınan kəlisa zəngi. 
Ağardı kainat günəş gülərkən  
Qalmamışdı göydə nə ulduz, nə ay;  
Gündüzün eşqilə hamıdan erkən  
Səkirdi quş kimi yerdə tramvay. 
Çoxaldı get-gedə, artdı hərəkət,  
Artıq keçinmişdi gecənin qəlbi;  
"Qudok"un səsindən canlanan sürət  
Andırırdı sağlam, polad bir qəlbi... 
Azacıq keçmədən cəsur insanlar  
Qoşdu iş başına, tərpəndi şəhər...  
Ucaldı göylərə qara dumanlar,  
Həyatı yaşadar çalışqan əllər. 
  


80 
AXŞAM 
Günəş çəkilirkən dağlar ardına  
Üfüqlər qaraldı, sular qaraldı...  
Dedim: bir şey yazım - həyat adına.  
Bu axşam fikrimin qanadı vardi. 
Duyurdum hər gözdən bir hissi-hörmət,  
Xəyalım ən yüksək şeylər andıqca.  
Duyurdum fikrimdə böyük bir qüvvət  
Xəzər ləngər vurub dalğalandiqca. 
Təbiət nazənin, təbiət dilbər,  
nsanlar qayğısız, həyat bəxtiyar.  
Sevirəm əsrimi, - söyləsəm əgər,  
Bir şair qəlbinin buna haqqı var. 
MƏDƏN YYƏT SARAYI 
Xumarlandı gecə, istilər söndü,  
Yüksək buludlardan gülümsədi ay.  
Canlı insan kimi dil açdı birdən  
Gördüyüm bir bina, bir yüksək saray. 
Danışdı radio Çindən, Əfqandan,  
Səsləndi qəlbimin sədəfli sazı;  
Ə
n sonra gəlirdi ta uzaqlardan  
Neyin şikəstəsi, tarın şahnazı. 
Deyirlər burada, bu şən sarayda,  
Vaxtilə güllələr, bombalar varmış.  
Duyğusuz insanlar qışda və yayda  
Haqq istəyənlərə atəş açarmış. 
Deyirlər qan içən ağır zamanlar  
Böyük bir kütlənin başına darmış;  
O kəsilən başlar, tökülən qanlar  
Duyan ürəkiəri çox ağladarmış. 
  


81 
SON SÖZ 
Sən ey mədən torpağından qüvvət alıb gülən diyar,  
gid ərlər meydanısan, qəhrəmanlar yuvasısan.  
Səndə sönməz bir əməlin göylər qədər mənası var.  
Sən inqilab ocağısan, əməkçilər obasısan. 
Qarlı dağlar şahid durur keçirdiyin dövranlara,  
Çox zamanlar zülm elinin bir kölgəsi sayılmısan.  
Dənizlər dalğalandiqca, səs düşdükcə ormanlara,  
Xoş baxışlı bir günəşin gülüşündən ayrılmısan... 
Ancaq unutma bir şeyi, unutma ki, bu dünyada  
Ehtiyatsız bir gözəli qara yellər tez soldurar.  
Burjua qanlı bir dəniz, sən ortalıqda bir ada,  
O dalğalar zaman-zaman sənə coşar, səni vurar. 
Gözəl ölkəm! Sən gözəlsən, gözəlsən öz əməlinlə.  
Zəncirlərdən azad olan bir dünyanı yapasısan.  
Bu da mənim son sözümdür, dinlə məni, bir az dinlə:  
Sən bu sağlam şüurunla qoca Şərqin qapısısan. 
1929 
  


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə