Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   2   3   4   5   6   7   8   9   ...   43

23 
SIZILTILARIM 
Möhtərəm və əziz Hüseyn Cavidə 
Xastayım, yalnızım ürəyimdə qəm,  
Nəyə dəyər həyat, olmasa həmdəm?  
Sevgisiz, sevdasız həyatı sevməm,  
Gəl çıxalım seyrə, günlər ötüşsün! 
Sürmədim bir həyat canlı dünyada,  
Ş
övkətli dünyada,qanlı dünyada,  
Ş
u
*
 xəstə konlümdən qopan fəryada  
Bülbüllər dillənsin, güllər ötüşsün! 
Həsrətlər yorğunu, şikəstə könlüm,  
Ah, şu dərdli könlüm, şu xəstə könlüm,  
Görmədi mürüvvət bir kəsdə könlüm,  
Mən gülmərəm aylar-illər ötüşsün! 
Yer üzü fanidir, uzaq gəzəlim,  
Vicdan sədasını əldə edəlim,  
Bir qaranlıq küncə həp

 çəkiləlim,  
llərcə paslanan dillər ötüşsün! 
Ə
skimişdir

 yaram, artiq sağalmaz,  
Sevdayi-naləmi bir könül almaz.  
Bu xəstə Vurğunun dərdi azalmaz  
Qoy sınıq könlümdə tellər ötüşsün! 
1926, 11 iyul 
                                                           
*
Bu 

Həmişə  

Köhnəlmiş, dərinə işləmişdir 


24 
TƏRLANIM 
Tərlanım, tərlanım, gözəl tərlanım!  
Sənə qurban olsun bu Düşgün canım.  
Görünsə gözünə bivəfa xanım,  
De ki, Vurğun gədalara dönübdür
Tərlanım, tərlanım, bir qalx havaya,  
Bir yazığın gəlsin mən binəvaya,  
Məni əğyara satan o bivəfaya  
De ki, Vurğun gədalara dönübdür. 
Tərlanım, tərlanım, artıbdı qəmim,  
Dəryayi-eşqində qərq oldu gəmim.  
Görünsə gözünə xəyal həmdəmim.  
De ki, Vurğun gədalara dönübdür. 
[1926
  


25 
*
* * * 
Bir gün məni lap boğurdu hicran,  
Hicran deyə bir səyahət etdim...  
Yarəb!.. Nə yazıq olarmış insan,  
Boynum bükük ol məkanə getdim;  
Baxdım, onu görmədim o yerdə,  
Sordum deyən olmadı ki, nerdə?...  
Ey vah, o xəyal pərisi nolmuş?  
Ömrüm qəmü-həsrət ilə dolmuş...  
Röyamı, nədir bu gördüyüm, ah?!  
Xülyamı, nədir bu aləm, ey vah!?  
Artıq günəşin ziyası sönsün,  
Artıq bu diyar məzara dönsün!  
Ə
flakı

 ahım dumanı sarsın,  
Varlıq sürüşüb zavala varsın! 
[1926
                                                           
*
Harada  

Fələklər, göylər mənasında 


26 
Ş
UŞ
Qoynuna girməyə qalmışdır bir az,  
Könül fərəhlənib eylədi pərvaz;  
Ölməyib görəydim seyrini hər yaz,  
Səndə vardır başqa lətafət, Şuşa! 
Dağlarından qopar havalı yellər,  
Ah, o sərin yellər, səfalı yellər;  
Dağıdıb huşumu divanə eylər,  
Vüsalın hər kəsə səadət, Şuşa! 
Xırdaca-xırdaca yağışin yağar,  
Çən-çisək içindən günəşin doğar,  
Bir ağız bir bulaq suyunu soğar
*
,  
Eyləyirsən yenə qiyamət, Şuşa! 
Bir əcəb gülşəndir torpağın, daşın  
Dumanlı dağlardır həyat yoldaşın,  
Bir ağrı gördümü ömründə başın,  
Ey fitrən xəlq olmuş təbabət, Şuşa! 
1926 
                                                           
*
Sonadək içər 


27 
ZEYNAL 
Köhnə bir evciyəz gördüm, içi toz, torpaq,  
Sökük divarları var hisli, paslı.  
Önündə bir baca, içində çılpaq  
O səfalətzadə uyuyur yaslı... 
* * * 
Elə bir yasli ki, daima xəndan.  
Mavi gözlərinin ufuklar kadar  
Varsa incəliyi, yenə də giryan,  
Gəliyor nəzərə yenə də ağlar... 
* * * 
Boş deyildi, onun vardı sənəti,  
Tar, kamança, tütək, qaval yapardı.  
Tutur kimi saza qəmli xilqəti,  
Oxuyar, bağırar, sonra yatardı. 
* * * 
O könül pək incə, pək də mənalı,  
Baxışları vardı həp süzgün-süzgün.  
Rəqib imiş ona dadlı xəyalı,  
Demişdi dərdini o mənə bir gün. 
* * * 
Hər qürub zamanı pəncərəsindən,  
Baxar üfüqlərn sanki bir xəyal...  
Qayalar inlərdi onun səsindən,  
Mənimdir kainat diyordu Zeynal. 
1926 
  


28 
Ç ÇƏ
Gözəl çiçək, dalğalanır dağ döşü,  
Nədir o tərpəniş, dəryamı yoxsa?  
Söylədilər səni könlümün əşi
*
,  
Həqiqətmi, o da xülyamı yoxsa? 
O seyran

 buludlar, o boylu çinar  
Həp sənə gülümsər, sənə çırpınar.  
Deyirsən titrədir məni ruzigar,  
Bu dərdə mübtəla dünyami yoxsa? 
Ə
mərdim hüsnündən min incə duyğu,  
Sardımı çöhrəni xəzan soyuğu?  
Ə
lvida, əlvida, daldığım uyğu

 
       nanmam ölümmü, röyamı yoxsa? 
1927 
                                                           
*
Həmdəm 

Seyr edən, gəzən  

Xəyal 


29 
DAN YILDIZI 
Öpərkən gecələr dəsti-səbahi
*
  
Duyurdum hərəkət namütənahi

...  
Çəməndə bir gözəl xeyli ilahi,  
Üzündə zülfünü tarimar gördüm. 
Titrəyirdi çəmən, titrəyirdi gül,  
Oxurdu nəğmələr sabaha bülbül,  
Bükmüşdü boynunu saralmış sünbül,  
Qoxladım o yeri, laləzar gordüm. 
Uçurdu dağlara quş kimi ceyran,  
Boylana-boylana səmada tərlan,  
Oxurdu türkülər səmiə

 pünhan,  
Birləşin! - dedilər, bir şüar gördüm. 
Buludlar dağılıb doğdu bir pəri,  
O sevda yerinin doğma dilbəri,  
Göz atdım gözünə, himlədim bəri,  
Dayandı şir kimi, pürvüqar gördüm 
Ə
sirdi durmadan birbaşa yellər,  
Döyürdü bağrını dağ-daşa sellər...  
Gülürdü al geyib, ağlayan ellər,  
Bu haqqı danamam, aşikar gördüm. 
1927, yanvar 
                                                           
*
Sabahın əlini  

Hüdudsuz, sonsuz   

Qulağa 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə