Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   2   3   4   5   6   7   8   9   10   ...   43

30 
B R QƏTRƏ YAŞ 
Saqiya! Saqiya! Gətir gizlicə,  
Görənlər olmasın divanələr var.  
Nəşələr əməyim bu qəmli gecə,  
Bağrına od basan pərvanələr var. 
Həyatin sonuymuş bir solğun çiçək,  
Qəmləri öldürən qəm olsa gərək,  
Açmadı ağlayan üzləri fələk,  
Cahanda göz yaşı, qəmxanələr var. 
Saqiya! Dustağam zindan görməmiş  
Vüsalın dadı yox, hicran görməmiş,  
Bir mömin babayam quran görməmiş,  
Onda da şübhələr, əfsanələr var. 
Nəsibim oldusa bu ahu-vaylar,  
Dün
*
 gecə əl verib bahara yaylar,  
Ucaldı göylərə şanli saraylar,  
Düşünməz nerədə

 viranələr var. 
Saqiya! Saqiya! Yetir özünü,  
Cahanı görməyim, bağla gözümü.  
Şə
rqə söyləyirəm bu son sözümü:  
Yavrusuz

 üşüyən boş lanələr
§
 var. 
1927 
                                                           
*
Dünən  

Harada 

Körpəsiz, uşaqsiz  
§
Yuva, ev 
  


31 
SƏYAHƏ
Ey vətən! Ey ana! Açıldı yolum,  
Ümidim sənəmi, qurbanın olum?  
Nədəndir demədin heç mənə - oğlum.  
Dolandın nerələr
*
, de hankı yerlər? 
Laçınlar yuvası, haylar ocağı,  
Kəsilmiş anacan, vəhşət

 ayağı.  
Yanırkən o gecə birliyin dağı,  
Titrədi Qafqazın qoynunda yellər. 
Mən Ağrı dağında dayandım bir az,  
Bir qaya zirvəsi oxurdu şahbaz

 
O şiddətli qışın sonunda bu yaz  
Yuyurdu tozları kükrəmiş selər... 
Başdan ayağadək geymiş qırmızı,  
Oxurdu türkülər bir gürcü qızı  
Parladı gün kimi o dan yıldızı,  
Üzündə mərcimək
§
, köksündə tellər. 
Açılsın o gülün, baharım olsun,  
Lalə tək qızaran bir yarım olsun.  
Sonunda ömrümün məzarım olsun  
Gəlinli çeşmələr, sünbüllü çöllər. 
1927 
    
                                                           
*
Haralar  

Vəhşilik, qorxu 

Quş adı, burada "quş kimi" mənasında  
§
Bitki adı, burada "xal" mənasında 


32 
* * * 
Sorma aqil kimsələrdən, sorma heç dünya nədir,  
Böylə bir düstur qocalmış ideal olsun gərək! 
"Hər kimin vicdanı pakdırsa o bir divanədir", - 
Bu kəlamın barəsində qilüqal olsun gərək! 
Çünki boşdur nalə qılmaq, çünki boşdur ahu-zar,  
Göz yaşindan gözlənən məlhəm mahal olsun gərək! 
Aqil olmaq istəyənlər bir-birindən küsməsin,  
Ə
hli-haldan dəm vuran kəs əhli-hal olsun gərək! 
Hər bəlaya şir tək görməkdəyəm mən sinəmi,  
Vurğunun "Düşkün" adi Rüstəmi-Zal olsun gərək! 
1927 


33 
DAĞLAR 
Yenə nə durursan pəhləvan kimi,  
Çirməyib qolunu mərdanə, dağlar!  
Könül yenə bəhri-bipayan
*
 kimi  
Səslənir çalxana-çalxana, dağlar! 
Mən çox istərdim ki, sənin heç zaman  
Örtməsin o dilbər hüsnünü duman.  
Elin zərərindən mənfəət uman  
Boyansın, demişəm, al qana, dağlar! 
Zirvəndəki söyüd göylərə çatır,  
Kölgəsində yorğun yolçular yatır;  
Maralın, ceyranın min işvə satır,  
Su göndər bu yerdə yanana, dağlar! 
Çox gözəl olursan ellər köçəndə,  
Suyundan gəlinlər, qızlar içəndə;  
Qıy vurub tərlanın yel tək keçəndə,  
Bir vəlvələ düşər hər yana, dağlar! 
1927   
                                                           
*
Ucsuz-bucaqsız, sahili görünməyən dəniz kimi 


34 
ANA 
Pək çocuqdum yerə gömdülər səni,  
Həyata qanadsız atdılar məni.  
Bax, necə pozulub ömrüm gülşəni,  
Həyat sənsiz mənə zindandır, ana! 
Qoynunda bəslənir gözəl diləklər,  
Layiqdir səcdəyə sənə mələklər,  
Nerdəsən, ah gözlərim həp səni bəklər,  
Bax övladın nasıl giryandır, ana! 
Sən bir günəş idin, doğdun da batdın,  
Yazıq övladını qəmlərə atdın.  
Bir cavab ver, hankı murada çatdın  
Torpaqlarda neçə zamandır, ana! 
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?  
Ə
zizim anacan, gözüm anacan!  
Yumuq gözlərini aç da bir oyan,  
Ş
imdi zaman başqa zamandır, ana! 
Yıxılıb payinə
*
 öpməki stərəm,  
Analıq mehrini görmək istərəm,  
Səni görmək üçün ölmək istərəm,  
Təsəllim ah ilə fəğandır, ana! 
[1927]  
                                                           
*
Ayağına 


35 
B Z M DAĞLARIN 
Dün oxdum şerini, düşdü yadıma  
Gülümsər dövranı bizim dağların.  
Oxudum ki, yoxdur sizin yaylada  
Gülü, gülüstanı bizim dağların. 
Bilməm kaç əsrdir yaranmış durar,  
Cansız cəsədlərə dirilik urar  
Səhər irişincə
*
 bin

 nəğmə qurar  
Ş
ahbazı, tərlanı bizim dağların. 
Ə
lvan çiçəkləri saralmaz, solmaz,  
Baxdıqca onlara konüllər doymaz,  
Çeşmələr başından heç əskik olmaz  
Zurna-balabanı bizim dağların. 
Ə
trafı taladır, ceyran yuvası,  
Ruhları məst edər sərin havası,  
Sizin yerdə olmaz, onun səfası,  
Cənnətdir hər yanı bizim dağların. 
Yasəmənlər, gül reyhanlar ocağı,  
Bizim dağlar bir təbabət qucağı,  
Dişləri göynədən soyuq bulağı,  
Genişdir meydanı bizim dağların. 
Bir-birindən gözəl vardır meşəsi,  
Səs versən, səs salar hər yana səsi.  
Qazanar hər kəsdən sevinc həvəsi  
Çölü, biyabanı bizim dağların. 
Ş
eh düşər otların üstə gecədən,  
Doymaq olmaz orda xoruz-beçədən,  
Dəyəsi

 qurular qalın keçədən  
Dərdlərin dərmanı bizim dağların. 
                                                           
*
Səhərin gözləri açılan kimi  

Min  

Alaçıq 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə