Microsoft Word S?M?D vurgun doc



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix28.06.2018
ölçüsü1,59 Mb.
#51983
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

42 
BƏLKƏ 
Deyirlər Şəkinin bu yaxın dağı  
Bəsləmiş bir maral-hər qəlbə yağı.  
Üçüncü gündür ki, aldım sorağı,  
Bulacaq dərdimə bir çarə bəlkə... 
Ə
yilsin səcdənə ulduzlar, aylar,  
Ə
skimiş
*
 məbədlər, yeni saraylar.  
Bir qərib könül var, səni haraylar,  
Ə
lindən sağala bu yarə bəlkə. 
Nə deyim! Böylədir əzəldən işim,  
Gözəllik yoludur mənim gedişim.  
Ağarsa saçlarım, tökülsə dişim,  
stərəm yetişəm o yarə, bəlkə... 
1927  
                                                           
*
Köhnəlmiş 


43 
ONA... 
Bunu idrak edib də bir öyrən,  
Sənə məhkum mən olmadım fikrən.  
Nə rəvadır vüsala aldanmaq,  
O titrəyən səsinə həp yanmaq.  
stəmişsə də qəlbi-məcruhim
*
,  
Dəyişdim indi başqa bir ruhim.  
Azacıq varsa da vicdan əliniz.  
Məni bir qul kimisə dinləyiniz.  
Nə zamandan bəri, yavrum, solaraq,  
O sönən eşq ilə sərməst olaraq,  
Endim eyvah ki, endikcə dizə,  
Yenə hicran, yenə dərd qaldı bizə...  
ş
tə, bundan məni sarsıtdı həyat,  
stəyər... istəyə varmaz bu qanad.  
Lakin ümmid, o böyük dəsti-kərəm

  
Oxuyur qəlbimə bir başqa sənəm:  
Ki, şəbabin

 üzü bir gün güləcək,  
Ağlayan gözləri oxşar, siləcək,  
Yeni bir səhneyi-ülfət
§
 doğacaq,  
Qaralar zəhrimi birdən soğacaq.  
O zaman Fikrəti təqib edərək  
Bu yaxın dağları dümdüz gedərək,  
Oxuyub keçmişə lənət, yaşaram,  
Toxunub göylərə bir gün coşaram  
Məni məhv etsə də fikrim, ələmim  
Yazacaq "Hamleti" coşqun qələmim 
[1927] 
                                                           
*
Qırıq, yaralanmış qəlbim 

Kərəm əli - ümid, çıxış yolu mənasında  

 Gəncliyin  
§
Dostluq münasibətləri 
  


44 
NƏ VAXT GÜLƏCƏYƏM? 
Nə qədər məyus, ah, nə qədər ölgün,  
Nə qədər cansızam yenə mən bu gün.  
Dəyişmiş gördüyün köhnə şiri-nər,  
Ə
sərxəyalıma nəsimi-kədər
*
.  
Hələ gör nə halda, gör nə dəmdəyəm?  
Bütün varliğimla yəs, ələmdəyəm.  
Vücudum torpaqda, sürünür daşda,  
Xəyalımsa durur hamıdan başda;  
Rəqs edər o mavi, ağ buludlarda,  
Enər, nəfəs alar yaşıl otlarda.  
Gəzər-gəzər öylə durmadan bir an,  
Arar-arar, yavrum, bir geniş meydan;  
Öylə bir meydan ki, gülsün azadə,  
Çəkdiyim zillətlər düşməsin yadə.  
Bəşər dedikləri duyğusuz vicdan,  
O boyalı sima, o dönük iman  
Bir az da çırpınsın, gülsün, əylənsin  
Ucalmaq istərsə, bir qədər ensin;  
Ensin, qaranlıqdan kamiyab

 olsun,  
Qürurun gülşəni saralsın, solsun!  
Dəmir qollarıyla fəxr edən kütlə,  
Bağırsın, hayqırsın, həm də cürətlə,  
Qursun bir ailə... bircə ailə...  
Müjdələr gəlsin bu şeyda bülbülə,  
O zaman gülərəm, gülərəm, heyhat...  
Bilməm gələcəkmi bir böylə həyat?.. 
[1927] 
                                                           
*
Kədər yeli  

Arzusuna çatan 


45 
DAĞLARA X TAB 
Dağlar! Sizdəki şu böyüklük, vüqar  
Nə olur bir zaman olsaydı bəndə.  
Bəlkə sayılardım o gün bəxtiyar,  
Vicdanımı yaxan bu zəhri-xənd
*
.  
Bəlkə çəkilərdi bir duman kimi.  
O zaman bu xəstə qəlbim əsəbi  
Və coşqun sulara məxsus ahənglə,  
Lazım gəlsə məşğul olardım cənglə...  
Ə
vət! Tapdalardım, döyər, əzərdim  
nsanlığın

 məğrur, dönməz başını... 
     Ən sonra qayğısız, bihuş gəzərdim,  
     Nə dərdi sevərdim, nə göz yaşnı. 
[1927]
 
                                                           
*
Zəhərli, atı gülüş  

Nadanlıq nəzərdə tutulur 


46 
ELLƏR GÖZƏL  
Nal tökən dağları yel kimi keçər,  
Hər zümrüd yamacdan bir çiçək seçər,  
Qaynar bulaqların gözündən içər  
O ellər gözəli, o el yavrusu. 
Teylənər
*
 dağların qılinc yalında,  
Bəzən açıqlıqda, bəzən qalında,  
Elə bil ay durur bulud dalında,  
O ellər gözəli, o el yavrusu. 
[1927
ONU GÖRÜRKƏN... 
Alovlan, ey könül, yenə alovlan!  
Bu gün lap dəyişib o günkü canan.  
Dilbərin yorulub səyahətindən,  
Düşübdür o keçən təravətindən.  
Bir zaman o pəri yalnız yaşardı,  
Quş kimi sıldırım dağlar aşardı.  
ndi bükülmşdür böylə tez beli,  
Sığal verilməyən o qumral teli  
Tarimar görürəm... Bu bəsdir mana,  
Ey məni tərk edən, qal yana-yana! 
1927 
                                                           
*
Qaçar 


47 
Ş
KAYƏ
Mənəm bu dünyada bəlalar çəkən  
Nakişi, naşükür insan əlindən.  
O hankı vicdan kı, ağlar, ay aman!  
Gündə bir don geyən dövran əlindən?!. 
Qalmamış qüdrətim... dalğınam çoxdan,  
Unutdum varlığı... dönmədim yoxdan...  
Fələklər tac saldı mən atan oxdan,  
Çıxmadım bu qanlı meydan əlindən. 
Sürün, sürün, iştə durmadan bir an,  
Sən ey vəhşətindən feyz alan insan!  
Yarın
*
 gülmək üçün, ağlasın cahan  
Bu Tövrat, bu  ncil, Quran əlindən. 
[1927
                                                           
*
Sabah, gələcəkdə mənasında 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə