Microsoft Word Soc generalresponse az doc



Yüklə 22,76 Kb.

tarix26.09.2017
ölçüsü22,76 Kb.


 

QHT Audit proqramı: Sosial Məsələlər üzrə Đşçi Qrupun hesabatı 



BP şirkətinin ümumi cavabı

 

 



BP şirkəti məmnunluq hissi ilə fürsətdən istifadə edərək, Sosial Qrupa BP/BTC/CQBK – 

ACĐ QHT Audit proqramında iştirakına görə təşəkkür edir. Biz BP şirkəti, IRC və (ümid 

edirik ki) QHT iştirakçıları üçün dəyərli nəticə çıxarılmış keyfiyyətli hesabata görə qrupu 

təbrik  edirik.  Biz  nəticələr  cədvəlində  daha  spesifik,  texniki  və  audit  yönümlü  cavablar 

verdiyimizə görə, bu ümumi cavab hesabatda çıxarılmış ümumi nəticələrə və qaldırılmış 

əsas məsələlərə BP və IRC-ninreaksiyasını bildirmək məqsədi daşıyır. 

 

Layihənin  təsirinə  məruz  qalan  icmalarda  mikrolayihələrin  həyata  keçirilməsi  üçün 



CQBK, IRC və milli QHT tərəfdaşlarının necə fəaliyyət  göstərdiyini yoxlayarkən Audit 

qrupu  bizə  böyük  xidmət  göstərmişdir.  Bizim  bu  icmalarla  işləmək  öhdəliyimizi  nəzərə 

alsaq,  bu  davamlı  inkişaf  səylərinin  səmərəli  şəkildə  həyata  keçirilməsi  ilə  əlaqədar 

müstəqil  fikir  olduqca  dəyərlidir.  Belə  bir  fikir  (və  Sosial  qrupun  auditi)  haqlı  olaraq 

bizim  öz  prosedur  və  təlimatlarımıza  nə  dərəcədə  yaxşı  riayət  etməyimizin 

qiymətləndirilməsi  ilə  başlanır.  Buna  görə  də  Audit  qrupunun  bizim  ümumi  işimizi 

müsbət  xarakterizə  etməsindən  məmnunuq  və  biz  qrupun  irəli  sürdüyü  konstruktiv 

təklifləri alqışlayırıq. 

 

Sosial  qrup  mürəkkəb  əlaqələr  dəstini  və  icraçıları  audit  etmişdir.  Yoxlanılan  spesifik 



icma  mikrolayihələri  bizim  ictimai  sərmayə  proqramımızın  (ĐSP)  bilik-bacarıqlar 

yaradılması  yolu  ilə  həyata  keçirilməsi  işinə  yerli  QHT-lərin  (YQHT)  cəlb  olunması 

fəaliyyətini  özündə  əks  etdirir.  Bu  QHT-lər  IRC  tərəfindən  təmin  olunan  təlimatlara 

riayət etməyi öhdələrinə götürmüşlər. Bu YQHT-lərin təlimatçısı və hamisi rolunda IRC 

üçün ilk proqram idi. Eyni zamanda, bu proqram YQHT-lər və icmalar üçün  ilk proqram 

idi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, biz nəticələrdən məmnunuq. Belə bir şəraitdə 

öhdəliyin  müəyyənləşdirilməsi  və  işlərin  qiymətləndirilməsi  çətindir;  son  nəticədə  biz 

hesabatda öz əksini tapmış bir sıra tapıntılarla razı deyilik. Buna baxmayaraq, biz həvəslə 

etiraf  edirik  ki,  qrup  bir  sıra  dəyərli  müşahidələr  aparmışdır  və  bunu  qeyd  etməklə,  biz 

qrupun səylərini uğurlu hesab edirik. 

 

Sosial qrupun audit hesabatında bir sıra müsbət nəticələrin  əks olunduğunu görmək bizi 



məmnun  edir.  Bunların  sırasına  prosedur  qaydaların  yoxlanılması  (icmanın  səfərbər 

olunması,  qadınların  cəlb  edilməsi,  layihənin  seçilməsi  və    planlaşdırılması)  və  əsaslı 

maliyyələşdirmə  və  büdcələşdirmə  proseslərinin  təqdir  edilməsi  daxildir.  Bizi  xüsusilə 

Audit  qrupunun  çıxardığı  belə  bir  nəticə  məmnun  etmişdir  ki,  “mikrolayihələr  ... 

qaydalara uyğun  həyata keçirilmişdir” və “mikrolayihələrin həyata keçirilməsi icmaların 

inkişafında və sosial problemlərin həllində müsbət təsirə malik olmuş və əhəmiyyətli rol 

oynamışdır.” 

 

Biz  Audit  qrupunun  hər  üç  ölkədə  sənədləşmə  proseslərinin  zəif  aparıldığı  ilə  əlaqədar 



qeyd  etdiyi  nöqsanı  maraqla  oxuduq.  Qrupun  müşahidələrinə  görə  mahiyyət  etibarı  ilə,  

çoxsaylı  icmaların  səfərbər  olunduğu,  təlim  kurslarının  keçildiyi  və  digər  görüşlər 

zamanı,  yaxud  sonra  nadir  hallarda  protokolların  tərtib  olunması  güman  ki,  təlimin  və 

nəzarətin yetərli olmaması ilə bağlıdır. Maraqlıdır ki, sözügedən təlimat sənədi (Đcmanın 




 

iştirakının  qiymətləndirilməsi)  görüşlərin  sənədləşdirilməsi  və  iştirakçılar  siyahısının 



tutulmasını  icma  könüllülərindən  tələb  edir,.  Həqiqətən,  QHT-lər  və  icmalar  üçün  üçün 

keçirilmiş  təlim  kursu  icma  probleminin  həll  edilməsi  ilə  əlaqədar  icma  səfərbərliyi  ilə 

bağlı  idi  nəinki  qeydlərin  götürülməsilə.  Biz  burada  məhəl  qoyulmamış  və  ya  yerinə 

yetirilməmiş öhdəlikdən söz getdiyinə inanmırıq. Buna baxmayaraq, biz Audit qrupu ilə 

razılaşmalıyıq  ki,  görüş  və  nəticələrin  peşəkar  səviyyədə  sənədləşdirilməsi  üçün  milli 

QHT-lər  və  icmalar  arasında  bacarıqların  artırılmasına    imkan  yaradılması  həqiqətən 

dəyərli bir işdir.  

 

Əslində, bu məsələyə daha konkret diqqət yetirilməsi Qrup tərəfindən uyğunsuzluq kimi 



müəyyən  edilmiş  sənədləşdirmə  məsələsini  aradan  qaldırmış  olardı.  Bu  məsələnin 

aşkarlanmasında auditin ümumi əhəmiyyəti ilə bağlı rəylər fərqli ola bilər (son nəticədə 

həyata  keçirilmək  üçün  seçilmiş  layihəyə  dair  icma  sənədlərində  yanlış  əks  olunma). 

Amma aydındır ki, icma sənədləşmə məsələlərinə daha böyük diqqət verilməsi üçün bu 

təklifdə bizim gələcəkdə nəzərə alacağımız dəyərli məlumat var. 

 

Bizim fikrimizcə, Sosial qrupun müşahidələrinin ən diqqətəlayiqi  icmanın uzunmüddətli 



inkişaf  strategiyası  ilə  bağlıdır.  Hesabatda  qeyd  olunduğu  kimi,  IRC  təşkilatının  Đcma 

Əsaslı  Kompleks  Đnkişaf  (ĐƏKĐ)  yanaşmasına  davamlı  inkişafın  bir  komponenti  olaraq 

mikrolayihələrin  həyata  keçirilməsi  daxildir.  Qrup  hesab  edir  ki,  bu  komponent  “yalnız 

bəzi  hallarda  davamlı  olmuşdur,  amma  layihə  həyata  keçirildikdən  sonra  icmada 

bacarıqların yaradılması təmin olunmamışdır.” Biz qrupun öhdəliyin pozulmasını nəzərdə 

tutan bu iradı ilə razı deyilik. 

 

Biz  inanırıq  ki,  davamlılıq  icmanın  öz  inkişafında  iştirakının  sistemli  şəkildə 



həvəsləndirilməsi  ilə  dəstəklənir  və  bu  iş  ehtiyacların  qiymətləndirilməsindən  tutmuş 

mikrolayihələrin  həyata  keçirilməsinə  və  həyata  keçiriləndən  sonra  qiymətləndirmə 

prosesinə  qədər  davam  edir.  Görəsən,  biz  bütün  hallarda  uğur  qazanılacağını  iddia  edə 

bilərikmi?  Təəssüf  ki,  yox.  Bu  uzunmüddətli  məqsədin  həyata  keçirilməsi  üçün  hər  bir 

icmaya eyni təlim kursu keçilir. Đcmanın davamlı inkişafı hadisədən daha çox prosesdir, 

elə bir proses ki, icmaların özlərinin xarakteri, enerjisi və diqqətinə əsaslanır. 

 

Biz  hesab  edirik  ki,  BP/BTC/CQBK  və  IRC  bacarıqların  yaradılmasına,  bizim 



davamlılığa  təminat  verdiyimiz  qədər    təminat  verə  bilər.  Đcmanın  davamlı  inkişafını 

təmin  edə  bilən  yeganə  tərəf  icmanın  özüdür.  BP/BTC/CQBK  və  IRC  bu  auditin 

məqsədləri  və  ümumiyyətlə  icmanın  inkişafına  imkan  yaradılmasına  dəstək  olmaq 

baxımından öz prinsiplərinə riayət edilməsinə görə məsuliyyət daşıyırlar.  Biz əminik ki, 

bizim davamlılığa dəstək işimiz nümunəvi bir işdir, amma etiraf edirik ki, bu iş öyrənmə 

və təkmilləşdirmə ilə bağlı fasiləsiz bir prosesdir. 

 

Nəhayət, biz Sosial Qrupa göstərdiyi səylərə, təhlili fikirlərə və verdiyi tövsiyələrə görə 



bir  daha  təşəkkür  edirik.  Biz  qrupu  təbrik  edir  və  ümidvar  olduğumuzu  bildiririk  ki, 

onların QHT audit proqramında iştirakı səmərəli və faydalı olmuşdur. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə