Microsoft Word sorğu kitabçası-son



Yüklə 256,78 Kb.
Pdf görüntüsü
tarix16.11.2018
ölçüsü256,78 Kb.
#79851


 

İctimai təşkilatlar 

 yeni media dövründə 

 

Necə faydalanmaq olar? 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

Qoy İnternet köməyiniz olsun! 

 

(Giriş sözü əvəzinə) 

 

Yeni media dövrü texnoloji tərəqqinin bizə bəxş etdiyi əvəzsiz ünsiyyət vasitəsi olan İnternetin 



və  həmçinin  daha  müasir  məlumat  daşıyıcısı  olan  yeni  avadanlıqların    dövrüdür.  Bu  media 

qurğularına  isə  rəqəmsal  video,  audio  və  foto  avadanlıqları,  müxtəlif  növ  kompüterlər,  mobil 

telefonlar, smartfonlar, planşetlər, yaddaş daşıyıcıları, qadjetlər və s. texniki yeniliklər daxildir. 

Çox böyük funksiyaları olan müasir kompüter proqramları isə bu avadanlıqlarla görülmüş işləri 

daha  effektli  hala  gətirməyə  imkan  yaradır.  İnternetin  hər  gün  artan  yeni  imkanları  isə  bizə 

həmin  məlumatları  və  mediamateralları    böyük  auditoriyalarda  yaymağa  imkan  yaradır,  yeni 

əlaqələr  qurmağa,  ideyalarımızı  və  məlumatlarımızı  başqalarına  çatdırmağa,  həmfikirlər 

tapmağa,  diskussiyalar  açmağa,  müxtəlif  təlimlər,  tədbirlər,  görüşlər,  kampaniyalar  təşkil 

etməyə kömək edir. 

 

Bu, bəşəriyyətin həyatında yeni bir dövrdür. Ünsiyyətin görünməmiş mərhələsidir. Siz ən uzaq 



ölkələrdə yaşayan tanımadığınız insanla bir an ərzində ünsiyyət qura, gərəkli informasiyaları ən 

tez  zamanda  oxuya  və  paylaşa  bilirsiniz.  Sizin  yeni  dostlarınız,  yeni  dünyanız  var.  İnternet  sizə 

ciddi  ictimai  fəaliyyət  planlarınızı  həyata  keçirməkdən  tutmuş,  əylənməyə  qədər  ən  müxtəlif 

ehtiyaclarınıza cavab verir.   

 

1957-ci  ildə ABŞ-ın Müdafiə Nazirliyinin yeni kompüter əlaqəsi layihəsi 1969-cu  ildə İnternetin 



yaranmasına  gətirib  çıxardı.  1989-cu  ildə  isə  Tim  Bernes  Li  internetin  ümumdünya  şəbəkəsinə 

çevrilməsi  ideyası ilə çıxış etdi, 1991-ci  ildə ilk internet saytı yarandı. Lakin inkişaf dayanmadı. 

Tezliklə  hər  kəsin  özünün  saytı  –  ünsiyyətin  əvəzsiz  forması  olan  bloqların  yaranması  ideyası 

ortaya çıxdı. Sosial şəbəkələrlə İnternet tamam yeni mərhələyə daxil oldu.  

 

İndi internetin imkanları daha böyükdür. Nədən ictimai qurumlar, qeyri-hökumət təşkilatları bu 



imkanlardan bacarıqla yararlanmasın? 

 

Web 2.0 dövrü ilə ünsiyyətin zirvələrinə doğru  

   


Web  2.0    hansısa  texniki  anlayış  deyil,  ya  da  kompüter  proqramının  adı  deyil.  Bu,  bir  ictimai 

anlayışdır,  İnternetin  yeni  mərhələsinin  adıdır.    1954-cü  il  İrlandiya  doğumlu  Tim  O΄Reylli  ilk 

dəfə onu 2005-ci ildə dərc olunan " Web 2.0  nədir?” başlıqlı yazısında işlədib.  

Bununla da Tim yeni bir dalğa yaratmağa başladı. Azad proqram təminatı və açıq kodlu (yəni hər 

kəsin  istifadə  edə  biləcəyi)  proqram  təminatları  üçün mübarizə  aparan  bir  hərəkatın  tərəfdarı 

olan  Tim  O΄Reylli  WEB2 anlayışı ilə yeni mübarizə hədəfi göstərdi:  hər kəs yaza, hər kəs yaya 

bilməlidir! Sahibləri, idarəçiləri və redaktorları tərəfindən dəyişdirilən saytlar dövrü arxada qalır 

və  istifadəçilərin  də  saytların  yenilənməsində  iştirak  etdiyi,  hər  kəsin  öz  saytı  ilə  çıxış  edə 

biləcəyi Web 2.0  dövrü başlayır. 

 

Bu  o  deməkdir  ki,  daha  çox  istifadəçi  cəlb  olunmaqla  vebdəki  məzmun  daha  da  yaxşılaşır, 



zənginləşir, çoxalır, bütövləşir, tamamlanır, dəqiqləşir və təbii ki, yenilənir. Ən başlıcası, hər kəs 

sözünü deyə bilir. Bu, bəşəriyyətin həyatında yeni dövrdür.  




 

Hər  kəs  öz  şərhləri  ilə  məlumatlara  münasibət  bildirməyə,  onlara  əlavə  etməyə,  hətta  təkzib 

etməyə qadir oldu.  

 

Hər  kəs  öz  saytını  –  bloqunu  yaratmaq  imkanı  qazandı.  Hər  kəs  yaza  və  yaya  bildi.  Sosial 



şəbəkələr, mikrobloqlar, video və foto paylaşmağa imkan verən platformalar yarandı. İnternetin 

verdiyi imkanlar artdı, həm də bu imkanlara hər kəs sahib olmağa başladı. 

 

QHT-lər üçün yaranan yeni media imkanları  

   


Web 

2.0 


 

mərhələsində 

İnternet 

tamamilə 

sosiallaşdı: 

-     hər  kəs  özünü  və  saytını  istədiyi  kimi  təqdim  etdi,  məhz  özünəməxsus  bir  virtual  istifadə 

məkanı  yarada  bildi   və  bura  öz  faylları,  albomları,  video  və  bloqlarını  yerləşdirdi  və  s. 

-     İnternet  məkanındakı  kollektiv  ağıla,  kollektiv  mövcudluğa,  ünsiyyətə  bir  inam  yarandı. 

-    

Özünütəsdiq, 



paylaşma, 

faydalılıq 

internet 

istifadəçilərini 

birləşdirdi.     

 

Ən  vacibi  odur  ki,  bloq  yaratmaq,  sosial  şəbəkələrdə  yazılar,  fotolar  və  hətta  videolar 



yerləşdirmək, şərhlər yazmaq, şərhləri incələmək çox sadələşdi. Hər kəs özü bir KİV oldu. Xalq 

jurnalistikası  inkişaf  etdi.  İnternetin  böyük  imkanları  hər  kəsə  açıq  və  əlçatan  olmağa  başladı. 

Belə bir dövrdə QHT-lər yeni media dövrünün imkanlarından məharətlə istifadə edə bildilər.  

 

Hazırda  QHT-lər  yeni  media  vasitələrindən  və  internetdən  aşağıdakı  məqsədlər  üçün  istifadə 



edirlər və edə bilərlər:   

 

1.



 

Təqdimat, məlumatlandırma, ideyaların təşviqi; 



2.

 

Məlumatlar almaq; 

3.

 



İctimai maraqların səsləndirilməsi üçüm kampaniyaların aparılması; 

4.

 

İctimai problemlərə cəmiyyətdə diqqət yaratmaq; 

5.

 



Etiraz və həmrəylik aksiyalarının təşkili; 

6.

 

Uğur hekayələrinin yayılması və müxtəlif üsullarla vətəndaş fəallığının artırılması;  

7.

 



Könüllülər tapmaq və maraq çevrələri formalaşdırmaq; 

8.

 

Sorğu və monitorinq keçirmək; 

9.

 



Ekspert müzakirələri və açıq forumlar, debatlar təşkil etmək 

10.

 

Jurnalistlərin diqqətini çəkmək; 

11.


 

İnternet üzərindən treninqlər təşkil etmək;  

12.

 

Xeyriyyə kampaniyaları aparmaq ; 



13.

 

Reklam və elanların yayılması; 



14.

 

Sizin ideya və layihələrə qarşı olan fikirləri və adamları öyrənmək; 

15.


 

Təşkilatın bloqunu, pulsuz saytını, sosial şəbəkələrdə səhifələrini yaratmaq; 



16.

 

Təşkilatın  müxtəlif  yerlərdəki  qurumlarını  birləşdirmək  üçün  virtual  ofis  və  arxiv 

kimi istifadə etmək və s. 

 

Hər bir təşkilat yeni media imkanlarından istifadə etməkdə sərbəstdir. Bunun üçün hər zaman 

yeni istiqamətlər də düşünə bilər.  

 

Mediakontentin hazırlanması  



 

İstənilən  ictimai  təşkilat  yeni  media  dövründə  yaranan  gözəl  imkanlardan  faydalanmaq  üçün 

bəlli  qurğulara  və  vasitələrə,  o  cümlədən  kompüter  proqramlarına  sahib  olmalıdır.  Odur  ki, 



təşkilat üçün qurğuları seçərkən onların müəyyən tələblərə cavab verməsi çox vacibdir.  Geniş 

təlimlərdə  biz  QHT  nümayəndələrinə  bu  haqda  ətraflı  biliklər  verir  və  onlarda  bəlli  vərdişlər 

formalaşdırırıq.  Bu  kiçik  vəsaitdə  isə  ümumi  məlumat  və  məsləhətlərlə  kifayətlənəcəyik.  Lakin 

işini diqqətli quranlar bunlarla da kifayətlənə bilərlər. 

 

Kompüterə minimum tələb  

 

Kompüterlərdə  ən  ağır  iş  videofilm  redaktəsi  və  qrafika  işlərini  görməkdir.  Bəzən  aşağı 

göstəricilər  olan  kompüterlər  bu  işləri  görərkən  çox  ləng  işləyir,  ya  da  donur.  Odur  ki, 

videofilmlər  üzərində  işləmək  istəyirsinizsə,  aşağıdakı  konfiqurasiyalı  kompüterləri  almağınızı 

məsləhət bilirik: 

Prosessor - i3 va ya i5, daha yaxşı olar ki,  i7, keş minimum 1 MB; 

Əməliyyyat yaddaşı – 4 GB DDR3, 6 GB DDR3, daha yaxşı olar ki, 8 GB DDR3; 

Videokarta – minimum ATİ Radeon HD 4730, 512 MB, daha yaxşı olar ki, Quadro FX 5800, 4096 

MB;   


Səs kartı – 5.1 inteqrasiya edilmiş, daha yaxşı olar ki, 7.1 inteqrasiya edilmiş; 

Yaddaş  diski  –  minimum  750  GB  və  ya  2  TB,  ən  yaxşı  halda  iki  müxtəlif  ölçülü  daxili  yaddaş 

qurğusu olsun, 1 ədəd isə xarici USB yaddaş qurğusu; 



Əməliyyat sistemi: Windows 7.  

Ən  yüksək  göstəricilərlə  kompüter  seçdikdə  onun  video  axın  kartı  və  TV  tunerinin  olması 

məsləhətdir.  

Böyük tələbkarlığı olmayan, az xərclə keçinmək istəyənlərə optimal və sadə bir variant da təklif 

edə bilərik: Prosessor - i5, RAM - 6 GB DDR3, videokarta -1 GB. 

 

Qeyd:  Əgər  sizin  hazırkı  kompyuteriniz  bu  tələblərə  cavab  vermirsə,  o  demək  deyil  ki,  siz 



videofilmlər hazırlaya bilməzsiniz. Hər bir Windows XP əməliyyat sistemi ilə  işləyən kompüterə 

pulsuz 

Windows  Movie  Maker  videoredaktoru  əlavə  edilib.  Onun  köməyi  ilə  siz  asanlıqla  kiçik  filmlər 

hazırlaya bilərsiniz. 

 

 



Videokameraya olan tələblər 

 

Video  kameralar  həmişə  eyni  keyfiyyətdə  viddeogötrüntü  qeydə  almır.  Ümumiyyətlə,  170-ə 



qədər  rəqəmsal  video  formatı  var.  Onlar  keyfiyyət,  ölçü,  videonun  sıxılması  və  axın  sürətinə 

görə  fərqlənir,  bəzən  fərqli  avadanlıqlar  və  ya  vasitələr  üçün  nəzərdə  tutulur.  Bu  səbəbdən 

videokamera  aldıqda  onun  imkanlarını  nəzərə  almaq  lazımdır.  Bir  qayda  olaraq,  HD  (High 

Definition)  və  ya  HD  full  keyfiyyətli  videoçəkiliş  yaza  bilən  kameralara  üstünlük  verin.  Əsas 

budur. Digər əlamətləri də nəzərə ala bilərsiniz. Bunun üçün peşəkarlardan məsləhət alın, yaxud 

İnternetdə məlumat axtarın. 

 

Fotoaparatlara tələb 

 

Rəqəmsal  texnologiya  ilə  işləyən  fotoaparatlar    hallogenid  gümüş  vasitəsi  ilə  işığa  həssas  matrisaların 

(mikrosxemlerin)  vasitəsilə  görüntünü  qeydə  alır.  Onları  seçərkən  təbii  ki,  siz  fotoaparatın  ZOOM 

ölçüsünə və hansı meqapiksel çəkiliş etmək imkanına diqqət yetirirsiniz. Bunlar nə qədər böyükdürsə, bir 

o  qədər  yaxşıdır.  Təbii  ki,  qiyməti  də  nəzərə  alırsınız.  Daha  sonra  başqa  bir  çox  keyfiyyətləri  nəzərə 

alırsınız.  Amma  həmişə  fikir  verin,  aldığınız  fotoaparat  şəkilləri  TİF  formatında  saxlaya  bilirsə,  bu,  əla 

şansdır. Bu formatda olan şəkillər az sıxıldığından daha keyfiyyətlidir.  



 

Windows Movie Maker (Windows Live Kinostudiyası) vasitəsi ilə film 

 

Videoçəkilişləri  montaj  etmək,  ona  müəyyən  effektlər  əlavə  etmək,  titrlər  qoymaq,  lazım 

bilmədiyiniz səsləri silmək və yenilərini daxil etmək üçün müxtəlif videoredaktorlar mövcuddur. 

Onların  olduqca  gözəl  imkanları  var.  Lakin  onların  əksəriyyəti  lisenziya  tələb  edir,  satın  almaq 

gərəkdir. Buna  hamının  imkanı və həvəsi çatmır,  həm də həmin proqramların normal işləməsi 

yüksək konfiqurasiyalı kompüterlər tələb edir. Odur ki, bloqçular, QHT fəalları Windows OS ilə 

işləyən istənilən kompüterə pulsuz əlavə edilən Windows Movie Maker ( və ya onun yeniləşmiş 

variantı olan Windows Live Kinostudiyası) vasitəsi ilə filmlər hazırlaya bilər. Çox sadə olsa da, bu 

proqram kiçik filmlər hazırlamaq üçün normal imkanlara sahibdir. Onda işləməyi sərbəst olaraq 

özünüz də bacara bilərsiniz, yaxud az bir müddətə kimdənsə bunu öyrənə bilərsiniz. İnternetdə 

bu proqramda işləməyi öyrədən videodərslər də var.  

 

Asan və kasıblar üçün Photoshop – Paint.net 



 

Microsoftun  Office  proqramları  paketinə  daxil  etdiyi  Paintı  yəqin  tanıyırsınız  və  sevmirsiniz. 

Çünki şirkət bu proqramı inkişaf etdirmir. Paint hara, Photoshop hara. Lakin sonuncunu da hamı 

istifadə  edə  bilmir,  üstəlik,  bu,  pullu  proqramdır.  Bunları  nəzərə  alan  bir  şirkət  Microsoftun 

acığına açıq kodlu Paint.net adlı fotoredaktor yaradıb. Bu pulsuz proqramdır və daim yenilənir, 

üstəlik, Photoshop-un pulsuz və sadə alternativi sayıla bilər. Onu asanlıqla öyrənə bilərsiniz. Bu 

proqramı 

http://www.getpaint.net/

 saytından yükləyə bilərsiniz. 

 

Onlayn fotoredaktorlar 

 

Əgər evdən və işdən uzaqdasınızsa, təcili foto üzərində işləmək lazımdırsa, həmişə fotoredkator 



tapa  bilərsiniz.  Bunun  üçün  internetdə  onlayn  işləyən  fotoredaktorlar  var.  Onların  ikisinin 

ünvanını sizə təqdim edirik: 

http://www.splashup.com/

  və 


www.pixlr.com

 . 


İnternetdə foto albom 

Fotoların  rəqəmsal  albomunu  yaratmaq  günün  tələbinə  çevrilib.  Bəs  onları  harada  toplamalı? 

Artıq  internetdə  belə  albomlar  yaratmaq  olur.  Bunun  sayəsində  öz  kompüterinizdən  uzaqda 

olduqda,  hətta  uzaq  ölkələrə  səfər  zamanı  sevimli  fotolara  əliniz  çata  biləcək.    Həm  də  onları 

başqaları ilə bölüşə bilirsiniz. Belə servislərdən ən populyarı Flickr-dir.  Flickr 

Web 2.0


  rəqəmsal 

foto servisidir. 2004-cü ildə yaradılıb. 2005-dən Yahoo tərəfindən alınıb. Buradakı fotolar yalnız 

özünə, müəyyən qrupa, konkret şəxslərə və ya hamıya açıq ola bilər. Sizin qərarınızdan asılıdır. 

Fotolara şərh yazmaq olur və s. Hər gün 80 milyon adam bu saytda girir. Pulsuz xidmət zamanı 

hər ay 300 MB (ən böyük ölçü 15 MB olmaqla) foto yerləşdirmək olar. QHT-lərin də çox istifadə 

etdiyi bir servisdir. 



YouTube - ən populyar video paylaşma servisi 

www.youtube.com

  indi çoxlarının yaxşı tanıdığı bir xidmətdir. Ondan istifadə etməyə sizə heç 

nə  mane  olmur.  Burada  video  yerləşdirə  və  onun  müzakirəsini  təşkil  edə  bilərsiniz,  şərh  yaza 

bilərsiniz. Siz və başqaları bu videonu başqa saytlarda, sosial şəbəkələrdə, bloqlarda yerləşdirə 

bilərsiniz.    Ondan  istifadə  sadə  və  rahatdır.  O,  dünyada  ən  çox  daxil  olunan  üçüncü  saytdır. 

Videohostinqlər arasında isə birincidir. 

Hamıya açıq olan səs redaktoru – Audacity 



 

http://audacity.sourceforge.net

 internet ünvanına daxil olun. Burada hamıya açıq olan, pulsuz 

istifadə edilən, geniş imkanları olan bir proqram var – Audacity. Çox sevəcəksiniz bu proqramı. 

Sadə və rahatdır, həm də çox faydalıdır.  

Açıq kodlu məşhur konvertor proqramı - 

FormatFactory 

 

Yeni media dövründə foto, audio və video faylların formatını dəyişdirməyə tez-tez ehtiyac olur. 

Açıq  deyək  ki,  bu,  çoxları  üçün  çətin  problemlərdən  biridir.  Çünki  uyğun  konvertor  proqramı 

tapmaq lazım gəlir. Onların çoxu isə pullu proqramlardır. Lakin bizə sizə bu problemin sadə bir 

həll yolunu təklif edirik.  

http://www.pcfreetime.com

 saytına daxil olun və oradan 

 FormatFactory proqramını yükləyin. 

Pulsuz  istifadə  olunan,  sadə,  faydalı  bir  proqramdır.  Hətta  onun  Azərbaycan  dilində  olan 

versiyası  var.  Keflə  istifadə  edin  və  i

stənilən  formatda  olan  səs,  foto,  video  faylı  istədiyiniz 

formata çevirin. 



Dropbox fayl arxivi və paylaşması xidməti 

 

Bu,  olduqca  faydalı  və  maraqlı  funksiyaları  olan  fayl  arxivləşdirməsi  xidmətidir.  Siz  faylı 

kompüterdə Dropbox  qovluğunun daxilindəki istənilən qovluğa atırsınız. Həmin fayl avtomatik 

olaraq sizin internetdəki Dropbox akkauntunuza yüklənir – eyni adlı papkanın içərisinə. Əksinə, 

əgər  siz  hər  hansı  yerdə  internetdən  akkauntunuzu  açıb  ora  bir  fayl  yükləsəniz,  həmin  fayl 

kompüterinizdəki  Dropbox  qovluğuna  yüklənəcək.  Lakin  iş  bununla  bitmir.  Əgər  siz  öz 

akkauntunuzu  evdəki  və  işdəki  kompüterinizə,  nootbukunuza,  smartfonunuza  yükləsəniz, 

bunlardan  hansındasa  Dropbox  qovluğuna  fayl  qoyduqda  həmin  fayl  bütün  qurğularınıza 

paylaşacaq. Həm internetdə olacaq, həm sizin kompüterlerin hamısında.  

Siz  başqa  birisi  ilə  ortaq  qovluq  da  yarada  bilərsiniz,  daha  doğrusu  sizdən  biriniz  mövcud 

qovluğu  o  biriniz  üçün  açıq  elan  edə  bilərsiniz.  Bu  zaman  həmin  qovluğa  atdığınız  faylı  həmin 

adam  da  görəcək.  Burada  bir  qovluq  var  ki,  hamı  üçün  açıqdır.  Qalan  faylar  isə  yalnız  sənə 

məxsusdur. 

Müxtəlif insanlar və təşkilatlar bu faydalı xidmətdən həvəslə istifadə edir.   



Necə uğurlu bloq qurmaq olar? 

İnternetdə Azərbaycan dilində bloqçuluğu öyrədən təlim modullarını 

http://bloqevi.xalqdan.info/

 

ünvanında tapmaq olar. Bu, bloqlar haqqında bloqdur. Orada sizə çox faydalı olacaq aşağıdakı 10 modulu 



tapmaq olar: 

Modul N1: Bloq nədir? Hamının bacardığı işdirmi? Sən də bacararsanmı?

 



MODUL N2: WEB2 yeni ictimai hərəkatdırmı? Bloq ünisyyət ümmanı... Özün özünə KİV - xalq jurnalistikası...

 

Modul N3: Qısa bloq lüğəti



 

MODUL N4: Bloqu necə və harada yaratmalı?

 

MODUL N5: Nədən başlamalı? Yaxud necə davam etməli? Bloqların növləri...



 

MODUL N6: Bloqlar funksiya və motivlərinə görə: onunla nələr etmək olar?

 

MODUL7: Bəs bloqda nədən yazaq, nə yazaq? Hər bir məlumatın özəlliyi...



 

MODUL N8: Böyüyən imkanlar: Podkastinq. Video. Mobil telefonda bloq...

 

Modul 9: Bloq xəstəlikləri. Nəyi etməməli?



 

Modul N10: Daha bir bloq xəstəliyi – bilmirsən ki, sən təksən...

 

Təhlükəsizlik protokolu - HTTPS Everywhere 

HTTPS  Everywhere  –Firefox  brauzerinə  bir  əlavədir.  O  sizin  məlumatları,  loqin  və  parolları 

şifrələyən,  başqası  tərəfindən  oxunmaz  hala  gətirən  bir  protokoldur.  Tor layihəsi 

(https://www.torproject.org)    və  Elektron  Üfüqlər  Fondu  tərəfindən  (https://eff.org/) 

hazırlanıb.  HTTPS  Everywhere  sizin  çox  məşhur  saytlardakı  işinizi  sığortalayır,  məlumatlarınızı 

qoruyur, bura Google, Wikipedia, Facebook vəTwitter kimi saytlar daxildir. 

Proqramı buradan yükləyə bilərsiniz:  https://www.eff.org/https-everywhere. 

Tor – anonimliyi təmin etməyin yolu 

 

Tor- The Onion Router açıq kodlu proqramdır. O, internet istifadəçisinə anonim qalmağa imkan 

verir.  Həmin  istifadəçinin  İP  ünvanı  anonim  olur  və  onun  hansı  ölkədən,  hansı  provayderdən, 

hansı  kompüterdən  internetə  daxil  olduğu  bilinmir.  Bu  proqram  insan  haqlarını  müdafiə  edən 

məşhur  təşkilatların  dəstəyini  qazanıb  və  avtoritar  ölkələrdə  ictimai  fəalların  istifadə  etməsi 

üçün  çox  faydalı  sayılır.    Onun  istifadəsi  də  sadədir.  Proqramı 

https://www.torproject.org

 

saytından  yükləyirsiniz.  Onu  kompüterinizdə  və  ya  flaşkartda  saxlayırsınız.  Proqramı  hər  dəfə 



anonim qalmaq istədikdə yükləyir və bir qədər gözləyirsiniz. Bu zaman avtomotik olaraq brauzer 

açılacaq. Siz məhz həmin brauzerdən istifadə etdikdə anonimliyiniz təmin olunur.  

Proqramı flaşkartda saxlamaq daha məqsədəuyğundur. Bu halda istənilən yerdə ondan istifadə 

edə bilərsiniz. 



 

Sosial Şəbəkədən istifadə qaydaları 


İnternetin sürətlə inkişaf etdiyi bir dövrdə sosial şəbəkələrin rolu da xüsusilə əhəmiyyətli olub. 

Bütün  dünyada  sosial  şəbəkələr  sosial  qarşılıqlı  əlaqələr  ,  sosial  obyektlər  (adamlar  və  ya 

təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur.  

 

Facebook-   

sosial  şəbəkələr  arasında  ən  geniş  yayılmış  olanlardan  biri  də  facebookdur. 

Facebook  2004-cü  ildə  Harvard  Universitetinin  tələbəsi  Mark  Zukerberq  tərəfindən  yaradılıb.  

Hazırda insanlar ictimai əhəmiyyətli informasiyaları facebook vasitəsilə alırlar.  Statistikaya görə 

Azərbaycanda facebook istifadəçilərinin sayı 2 milyondur. Facebook həm fərdi şəxslər, həm də 

təşkilatlar  üçün  öz  gördükləri  işləri  nümayiş  etdirmək  baxımından  əhəmiyyətlidir.  Facebook 

şəxsi hesab, qruplar, səhifələr yaratmaq mümkündür. Qruplar qapalı və açıq qruplar  ola bilər. 

Xeyli sayda insanları yaratdığınız qrup və səhifələrə dəvət edə bilərsiniz. Facebook- da eventlər, 

yəni  tədbirlər  yaratmaq  olur.  Pullu  elanlar  yerləşdirmək  olur.  Facebook  –da  istədiyiniz 

məlumatı, fotonu, videonu yerləşdirə bilərsiniz və yaxud da başqasının paylaşdığı videonu sizdə 

paylaşa bilərsiniz.  



Facebook –da necə hesab açmaq olar? 

Facebook- da hesab açmaq üçün ilk öncə  

https://www.facebook.com/

 saytına daxil olursunuz. 

Siz  bu  saytda  qeydiyyatdan  keçməlisiniz.  Bunun  üçün  səhifədə  olan    “sign  up”(qoşulun)  olan 

hissəyə  gəlməli,  orada  olan  boş  sahələri  doldurmalısınız.  Həmin  boş  sahələrdə  adınızı, 

soyadınızı,  emailiniz,  cinsinizi  yazmalı  və  sonra  sign  up  düyməsini  basmalısınız.  Qeydiyyatdan 

keçdikdən sonra emailinizə təsdiq üçün link göndəriləcək. Siz həmin linkə daxil olmaqla hesabın 

sizə aid olduğunu təsdiq edirsiniz. Hesabı təsdiq etdikdən sonra öz profilinzə özünüz haqqınızda 

məlumatlar , eyni zamanda dostlar əlavə edə bilərsiniz.  

 

 

Videonu Ustream-ə necə yükləmək olar? 

Ustream-

Sizin  komputer  arxasında  olmağınızdan  və  ya  İPhone  və  ya  Android  telefondan 

istifadə etməyinizdən asılı olmayaraq sizə videonuzu sosial şəbəkədə yayımlamaq imkanı verir. 

Ustream-ə  video  yükləmək  üçün  siz  öz  cihazınızı  Ustream-lə  əlaqələndirməli  və  yaxud  veb 

kamera  ilə  videonu  birbaşa  olaraq  Ustream  interface  –ində  çəkməlisiniz.  Əvvəlcədən  çəkilmiş 

videonu  yükləmək  üçün  istifadəsi  pulsuz  olan  Producer  adlı  Ustream  proqramı  tələb  olunur. 

Ustream  interface-i  birbaşa  video  yükləməni  dəstəkləməsə  də,    həmin  videonu    Producer 

proqramındakı  re-record  (yenidən  çəkmək)  komandasından  istifadə  etməklə  yayımlamağa 

imkan verir. Bu proses sadədir və canlı video yükləməsinə oxşayır.  

Hazır videoların Usteam-ə yüklənməsi: 

1.

 



Ustream.tv saytına daxil olub yeni hesab açın  


2.

 

Hesabınıza daxil olun ustream.tv/producer linkinə keçin və Ustream Producer proqramın 



pulsuz versiyasını yükləyin və proqramı açın 

3.

 



Producer  proqramına  daxil  olmaq  üçün  Ustream  adınızı  və  şifrənizi  daxil  edin.  Kanala 

video əlavə etmək üçün ekranın aşağısındakı ustream kanalına klikləyin.  

4.

 

Videonuzu görüntüləmək üçün  producer proqramına  sürükləyin və record düyməsinə 



basın. Video başa çatanda record düyməsinə birdaha basın

 

5.



 

Fayla ad verin və vidoenu ustream-ə yükləmək üçün save (yadda saxla) düyməsini basın 

 

 

Mobil Telefonla çəkiliş aparmaq üçün məsləhətlər: 



 

Video çəkiliş üçün: 

1.

 



çəkiliş zamanı təhlükəsizliyini və riskləri nəzərə alın 

2.

 



Telefonunuzun  kamera  menyusunda  ən  yüksək  çəkiliş  keyfiyyətini  seçin  və 

telefonunuzun yaddaşında kifayət qədər boş yer olub-olmadığını yoxlayın  

3.

 

Çəkilən videoların telefona deyil yaddaş kartında saxlanması rejimini seçin 



4.

 

Videolarınızı qısa-qısa çəkin 



5.

 

 Bacardığınız  qədər  hadisənin  konteksini  tutun(kim,  nə  harda,  nə  vaxt,  nə  üçün 



suallarınızı videonuz cavablandırsın ) 

6.

 



Təhlükəsizdirsə  hadisəni  yaxından  çəkin,  çünki  bu  zaman  səs  və  görüntü  keyfiyyəti 

yüksəlir.  

7.

 

Çəkiliş zamanı kameranı əsdirməyin və hərəkət edən zaman asta olun 



8.

 

Nəyin  baş  verdiyini  öyrənmək  üçün  şahidlərdən  müsahibə  götürün,  çünki  sonra  belə 



şansınız olmaya bilər.  

9.

 



Əgər  mümkündürsə  özünüzü  çəkin  və  çəkiliş  apardığınız  yerdə  nəyin  baş  verdiyini 

mümkün qədər ətraflı danışın. 

10.

 

Tarix və vaxtı da danışanda qeyd edin və öz fikrinizi də bildirin 



 

Foto çəkiliş: 

1.

 



Şəkil  çəkərkən  çalışın  ki,  çəkdiyiniz  subyekt  kameranın  obyektivinin  tam  mərkəzində 

olsun 



2.

 

Miqyası böyütməyin, gəlin yaxından çəkin  



3.

 

Çalışın  ki,  çəkdiyiniz  şəkilləri  telefonda  yox,  komputerdə  daha  effektli  redaktə  edən 



proqramlardan istifadə edin 

4.

 



Çəkiliş aparılan yerdə işığın çox olmasını təmin edin 

5.

 



Panorama tipli şəkillər çəkmək üçün telefonun kamerasını panorama tipli rejimə keçirin 

6.

 



Telefonda olan şəkilləri komputerə köçürün, çünki telefonunuz itə, xarab ola bilər 

7.

 



Çəkdiyiniz obyektin günəşlə üzbəüz olmasından yayının, çünki bu zaman düşən kölgələr 

şəkli keyfiyyətsiz edə bilər.  

Çəkdiyiniz foto və videoları  sosial şəbəkələrə yükləyə bilərsiniz. Bunun üçün telefonunuzdan 

sosial  şəbəkələrdəki  hesablarınıza  daxil  olub,  ordakı  upload  düyməsini  basırsınız  və  sonra 



foto və videonu telefonun yaddaşından seçirsiniz və sonra  yükləyirsiniz.  

Yüklə 256,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə