Microsoft Word Sosial 2, 2011. doc



Yüklə 51,64 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü51,64 Kb.
#10496


 

140


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Sosial-siyasi elmlər seriyası  

 

2011 

 

 

POLİTOLOGİYA 

 

 

UOT 316:001.83 (100) 

DÖVLƏTLƏRARASI MÜNAQİŞƏLƏRİ YARADAN FAKTORLAR 

 

D.A.RƏCƏBLİ 

Bakı Dövlət Universiteti 

dashgin07@yahoo 

 

Məqalədə dövlətlərarası münaqişələr problemi ətraflı  şəkildə araşdırılmışdır. Müəllif 

dövlətlərarası münaqişə anlayışının mahiyyətinin təhlilindən başlayaraq, onların həlli metod-

larına qədər bir çox məsələlərə aydınlıq gətirmişdir.  Xüsusilə diqqət onların yaranması fak-

torları üzərində cəmləşmişdir. Qeyd olunmuşdur ki, digər münaqişə növləri kimi dövlətlərara-

sı münaqişələrin də düzgün həlli və idarə edilməsi üçün onların yaranması səbəblərinin dəqiq 

müəyyən edilməsi vacibdir. 

 

Açar sözlər: Münaqişə, əməkdaşlıq, sülh, dövlətlərarası, siyasi 

 

Münaqişələrə verilmiş  və çoxlarının məqbul saydığı geniş yayılmış  tə-



riflərdən biri L.Kozerin verdiyi tərifdir. O yazır: «Münaqişə – dəyərlər, müəy-

yən sosial status, hakimiyyət və  məhdud maddi və  mənəvi nemətlər iddiası 

uğrunda aparılan mübarizədir; bu mübarizədə münaqişədə olan tərəflərin məq-

sədi qarşı tərəfi neytrallaşdırmaq, ona zərər vermək və rəqibi məhv etməkdir» 

[4, 40]. Tərifdən də göründüyü kimi, müəllif geniş sahələrdə baş verən mü-

naqişələri  əhatə etməyə çalışmışdır və bu, həqiqətən də, məqbul sayıla bilər. 

Deyilənlərdən belə bir nəticə  çıxarmaq mümkündür ki, müəyyən bir müna-

qişənin mövcudluğu üçün əsasən üç şərt olmalıdır: 

1.

 

qarşılıqlı münasibətdə olan ən azı iki tərəfin  mövcud olması; 



2.

 

bu tərəflərin mənafelərinin, baxışlarının, mövqelərinin, tələbatlarının, 



məqsədlərinin üst-üstə düşməmələri; 

3.

 



tərəflərin bu fikir ayrılığını  dərk etmələri, yəni münaqişə subyektlərinin 

şüurlu fəaliyyət göstərmələri. 

Beynəlxalq münaqişələrin əsas subyekti dövlətdir. Dövlətlərarası müna-

qişələri araşdırarkən ziddiyyətlərin xarakterinin nəzərə alınması vacibdir. 

Ziddiyyətlər obyektiv və subyektiv olaraq, tərəflərdən birinin liderinin və ya 

siyasi rəhbərliyinin dəyişməsi ilə yox ola bilər. Bundan başqa, ziddiyyətlərin 

antaqonist və ya qeyri-antaqonist xarakteri özünü beynəlxalq münaqişənin for-

masında, miqyasında və vasitələrində göstərir. Beynəlxalq münaqişələr 

özlərinin zaman-məkan miqyasına görə də fərqlənirlər: regional, lokal və s. 



 

141


Davametmə müddətinə  görə münaqişələr uzun sürən, orta müddətli və 

qısa müddətli olur. Eyni zamanda bu növ münaqişənin subyektinin dövlətlər 

olmasını nəzərə alaraq aşağıdakıları fərqləndirmək olar: 

-

 



dövlətlərarası münaqişələr (hər iki qarşıduran tərəf dövlətlər, yaxud 

onların koalisiyaları ilə təmsil olunmuşdur); 

-

 

milli-azadlıq müharibələri (tərəflərdən biri dövlətlə təmsil olunmuş-



dur): müstəmləkəçilik əleyhinə, irqçilik əleyhinə, habelə demokratiya prinsip-

lərinə zidd fəaliyyət göstərən hökumətlərin əleyhinə; 

-

 

beynəlmiləlləşmiş daxili münaqişələr (dövlət başqa dövlətin ərazisin-



dəki daxili münaqişədə tərəflərin birinə kömək edir) [1, 156]. 

İstifadə olunan vasitələrdən asılı olaraq silahlı beynəlxalq münaqişələri 

və yalnız dinc vasitələrdən istifadə olunan münaqişələri ayırmaq mümkündür. 

Bu halda silahlı münaqişələrdə hərbi potensialdan - kütləvi və ya hərbi gücdən  

məhdud istifadə oluna bilir. Bu da münaqişə tərəfləri arasındakı maraqlı zid-

diyyətlərin səviyyəsi ilə  təyin olunur. Beynəlxalq münaqişələrdə dinc vasitə-

lərdən bir qayda olaraq ya kompleks, ya da seçim şəklində istifadə olunur (em-

barqo, ticarət məhdudiyyətləri, siyasi nümayəndəliyin aşağı salınması və s.)  

Bəs, bu münaqişələrin yaranmasına hansı faktorlar səbəb olur? Onlardan 

bir neçəsini sadalamağa çalışaq. 

Ümumiyyətlə, beynəlxalq münaqişələr aşağıdakı səbəblərdən baş verir.  

İqtisadi münaqişə beynəlxalq arenada iqtisadi böhran, yəni, tələb-təklif, 

istehsal və istehlak, alıcılıq qabiliyyətli bazar tələbi ilə istehsalın mövcud 

miqyası arasında uyğunsuzluğun artmasıdır.  

Beynəlxalq siyasi münaqişə – siyasi böhran. Bəzən ölkə daxilində haki-

miyyəti bölüşdürmək, hakim olmaq, cəmiyyətdə nüfuzlu mövqe tutmaq, təsir 

dairəsinə malik olmaq kimi fəaliyyətlər sonda hökumət tərəfindən diqqəti 

ölkədaxili vəziyyətdən yayındırmaq üçün daha geniş miqyaslı münaqişə 

yaratmaq səyi ilə nəticələnir. Bundan başqa dövlətlər arasında siyasi münaqiş-

ələrə nail olmaq, millətlər arasında hər hansı millətin hüquqlarının pozulması 

səbəblərindən və s.-dən beynəlxalq – dövlətlərarası münaqişə yaranır.  

Bəzən isə münaqişənin  əsasında mənəvi amillər durur. Bu isə  mənəvi 

münaqişənin yaranmasına səbəb olur. Mənəvi münaqişə ideyalar, əqidələr, 

dünyagörüşlərin, dinlərin (müxtəlif dinlər və onların cərəyanları arasında), 

yaradıcı ziyalıların irəli sürdükləri nəzəriyyələr, elmi ixtiralar və  bədii 

əsərlərdəki baxışlarla bağlı mübarizədir. 

Qeyd etmək lazımdır ki, bu fərqləndirmələrin hamısı    şərti xarakter 

daşıyır. Çünki yalnız bir növə aid edilə biləcək münaqişə yoxdur və siyasi 

münaqişənin  əsasında iqtisadi və ya ideoloji amillərin durması istisna hal 

deyil və ya əksinə.  

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, dövlətlərarası münaqişəni yara-

dan səbəblər və mənbələr çox olduqca münaqişə daha mürəkkəb xarakter alır. 

Bu isə ya onun olduqca uzun müddətə  həll olunmasına, ya da tamamilə  həll 

olunmamasına, barışmaz münaqişəyə çevrilməsinə  gətirib çıxarır. Deməli, 




 

142


münaqişələri yaradan səbəblərə xüsusi diqqət yetirilməlidir. Bunun isə  ən 

səmərəli yolu münaqişələrə sistemli yanaşmadır. Hər hansı bir münaqişəli 

tərəfin ayrı–ayrılıqda üzvlərinin münaqişəyə nisbətən mövqeyi təklikdə bir 

cür, qrupun tərkibində isə başqa cürdür. Buradan belə nəticə çıxır ki, münaqi-

şəni münaqişəli tərəflərini ayrılıqda bir struktur səviyyəsində nə öyrənmək, nə 

də həll etmək olar, ona mütləq sistem halında yanaşmaq lazımdır. Başqa sözlə 

desək, münaqişənin obyekti və predmetinə daxil olan bütün elementlər (dəyər-

lər, mənafelər, məqsədlər, maraqlar, ərazi, hakimiyyət, sosial vəziyyət və s.), 

münaqişənin subyektini xarakterizə edən bütün keyfiyyətlərin – psixoloji, 

əxlaqi, mədəni, dini, təhsil və s. qarşılıqlı təsir və nüfuzetmə şəraitində öyrə-

nilməlidir [2, 35]. 

Öz xarakterinə görə dövlətlərarası münaqişələrin subyektləri arasındakı 

münasibətlər müttəfiqlik,  əməkdaşlıq, qarşıdurma və düşmənçiliyə bölünür. 

Onlar dövlətlər, millətlər, dövlətlər daxilindəki siyasi, ictimai, dini və digər 

təşkilatlar, dövlət qrupları, ictimai xarakterli beynəlxalq təşkilatlar arasındakı 

iqtisadi, sosial, siyasi, elmi-texniki, mədəni, mənəvi, sosial-psixoloji, hərbi-

strateji və digər əlaqə və münasibətlər sistemini ifadə edirlər. Münaqişə üçün 

qarşıdurma və düşmənçilik münasibətləri xarakterikdir.  

Münaqişənin obyektində hər zaman müəyyən bir ziddiyyət olur. Ziddiy-

yət və münaqişəni eyniləşdirmək qəbuledilməzdir. Münaqişə  və o cümlədən 

silahlı münaqişə sadəcə olaraq ziddiyyətin özünün təzahüretmə formasıdır. 

Ziddiyyət bəzən fikir ayrılığı formasında özünü büruzə verir ki, münaqişə 

formasına çatmır və dinc yolla – danışıqlar, məsləhətləşmə  və b. həll oluna 

bilər. Belə olduqda ziddiyyət yalnız münaqişəli vəziyyət yarada bilər ki, ondan 

da münaqişə törəyə bilər. Lakin bu prosesin baş verməsi labüd deyil. Ziddiy-

yətin münaqişə doğurması üçün, birinci  subyektlər tərəfindən ziddiyyət dərk 

olunmalı, ikincisi münaqişənin başlanğıc vəziyyəti razılaşdırılmalıdır.  

Deyilənlərdən aydın olur ki, ziddiyyət qaçılmazdır. O, dünyada dəyişik-

lik və inkişafın  əsasında durur. Bir ziddiyyət zaman keçdikcə digərini  əvəz 

edir. Bundan başqa danışıqlar üzrə amerikan mütəxəssisi R.Freşin fikrincə, 

dünya nə  qədər rəngarəng olsa, bir o qədər çox ziddiyyətlərlə qarşılaşır. Bu 

halda siyasətçilərin vəzifəsi ziddiyyətlərdən yaxa qurtarmaq deyil, onları məh-

suldar edərək, dinc yolla həll oluna bilən etməkdir. Münaqişənin artıq baş 

verdiyi halda (ziddiyyətin münaqişə formasında özünü büruzə verdiyi halda) 

münaqişəli münasibətlərin yaranmasının ilk anlarında onun destruktiv funk-

siyası dinc yolla nizamlanma üsulları ilə minimuma endirilməlidir.  

Müasir dövrdə sözsüz, münaqişənin uğurlu həlli üçün onun həqiqi 

səbəblərinin öyrənilməsi xüsusi tapşırıq kimi qarşıda durur. Baxmayaraq ki, 

münaqişənin təbiəti, növləri, səbəbləri haqqında müxtəlif fikirlər var.  

Məlumdur ki, münaqişənin növləri müxtəlifdir. İndi biz xüsusi hala fikir 

verək. Münaqişələr içərisində üçüncü dövlətin, ABŞ, Rusiya kimi fövqəldöv-

lətlərin yaratdıqları süni münaqişələr xüsusi yer tutur. Bu münaqişədə isə 

məqsəd çox sadədir – şəxsi dövlət maraqlarını təmin etmək, dünyanı iqtisadi, 



 

143


siyasi və  hərbi sferada idarə etmək. Bu prosesin gedişi zamanı makyavelizm 

prinsiplərindən istifadə edilir – məqsədə gedən yolda bütün vasitələr məqbul-

dur. Öncə münaqişə subyektləri arasında «viruslar» vasitəsilə  - etnik qrupların 

öz müqəddəratını  həll etmək hüququ, tarixi intiqam hissi, seperatizm və s. 

kimi münaqişəlilik münasibəti, krizis vəziyyəti yaradılır. Bu, münaqişənin 

gizli elementlərini oyadır ki, öz növbəsində bunlar da münaqişəni uzun müd-

dətə həll edilən və ya ümumiyyətlə, barışmaz münaqişəyə çevirir.  

Fövqəldövlətlərdə xeyli sayda institutlar fəaliyyət göstərir ki, onlar müx-

təlif dünya xalqlarının tarixini, adət-ənənəsini, milli mentalitetlərini öyrən-

məklə məşğul olur. Bu institutların məqsədi spontan (qəflətən), sinergetik xa-

rakterli elementə malik münaqişə ocağı yaratmaqdır ki, o zəncirvari xüsusiy-

yətə malik olsun və özündən yeni-yeni münaqişələr doğursun.  

Demək olar ki, 1987-ci ildə akademik Ağanbekyan Fransadakı  çıxışın-

dan sonra özü ilə çoxlu qurbanlar gətirmiş, region üçün böyük təhlükə doğu-

ran, 1988-ci ildə Azərbaycan SSR-də yaradılmış Dağlıq Qarabağ münaqişəsi 

məhz belə münaqişələrdəndir. Yaradılan bu münaqişə Qərb, Qərbpərəst və er-

məni qüvvələrinin səyi nəticəsində seperatçı münaqişəyə çevrildi. «Etnosların 

öz müqəddəratını təyin etmək hüququ» adı altında başlayan, sonradan silahlı 

münaqişəyə çevrilən bu müharibə artıq 20 ildən artıqdır ki, davam edir.  

Qafqazın digər regionlarındakı münaqişə ocaqları da (məsələn: Gürcü- 

Abxaz münaqişəsi də) analoji olaraq bu ssenari üzrə yaradılmışdır.  

Süni yaradılmış bu münaqişələr özündə region millətləri üçün gələcəkdə 

böyük potensial faciə daşıyır. Demək olar ki, fövqəldövlətlərin bu gizli maraq-

ları Cənubi Qafqazdakı münaqişələrin gizli və əsl səbəbləridir. Bütün münaqi-

şələrdə münaqişə  səbəblərini araşdırarkən gizli və görünən səbəbləri ayırd 

etmək lazımdır. 

Bununla əlaqədar Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ 

münaqişəsinə bir qədər nəzər salaq. Azərbaycanın işğal edilmiş torpaqları 

ermənilər tərəfindən tez-tez «azad olunmuş ərazilər» elan olunur, «Ermənilər 

harada yaşayırlarsa, ora Ermənistandır» - tezisi Ermənistan parlamenti və döv-

lət rəsmiləri tərəfindən daha tez-tez eşitdirilir. Azərbaycan və Türkiyənin 

müxtəlif şəhər və əraziləri də erməni  əraziləri elan olunur, bu ərazilərinin də 

«Azərbaycanlılardan, Türklərdən azad edilməsi» tələbləri ilə çıxışlar olunur. 

Yuxarıdakı fikirlərdən çıxış edərək əvvəla, Qarabağ probleminin yaran-

ma səbəbləri ilə bağlı suallar üzərində dayanaq. Son iyirmi ildə baş verənlər 

Qarabağ probleminin yaranmasının səbəblərini bir daha dəqiqləşdirməyə 

imkan verir. Siyasətdən xəbəri olan hər bir kəsə aydındır ki, bu səbəblər təkcə 

Dağlıq Qarabağ erməniləri liderlərinin, Ermənistan siyasətçilərinin, beynəl-

xalq təşkilat nümayəndələrinin dediklərindən ibarət deyildir. Bu münaqişənin 

yaranma səbəbləri dəqiq aydınlaşdırılmalıdır. Aydındır ki, bu səbəblər içə-

risində  aşağıdakı amillər də vardır: dünyadakı bir sıra xalqların, xüsusilə 

Avropa ölkələrinin türkçülüyə münasibətindəki xof meyli,  Qərbin və bir sıra 

başqa ölkələrin  İslam dünyasına olan münasibəti, bu münaqişədə müəyyən 



 

144


beynəlxalq təşkilatların marağı, beynəlxalq ictimai fikir, bu münaqişədə qonşu 

dövlətlərin hər birinin ayrılıqda marağı, Ermənistan dövlətinin marağı, Dağlıq 

Qarabağ ermənilərinin marağı, Azərbaycan tərəfindən atılan müəyyən addım-

lar və s. Bu amilləri yekun olaraq ekspertlər müəyyənləşdirə bilərlər.  Əksər 

hallarda, həm biz, həm də qarşı  tərəf bu amilləri birtərəfli izah edirlər: mə-

sələn, ermənilər «türkçülüyü» faşizmdən də qorxunc bir şey kimi yayır, biz isə 

dünyada  ən  ədalətli, yüksək mədəniyyət nümunəsi kimi təqdim etməyə üs-

tünlük veririk. O zaman biz «İyirminci əsr türkün əsridir!», «Türkün türkdən 

başqa dostu yoxdur!» çağırışlarının nə qədər yerli–yerində olduğunu aydınlaş-

dıra bilərik. 

Azərbaycana qarşı aparılan ideoloji mübarizənin bir sahəsini də din sa-

həsində aparılan ideoloji təxribat təşkil edir. Guya Erməni – Azərbaycan 

münaqişəsi xristian – islam qarşıdurmasının tərkib hissəsidir və «Böyük Ermə-

nistan» ideyası ilə əlaqədar deyil. Bununla ermənilər Qərbin və xristian dün-

yasının dəstəyini almaq, «islam fundamentalizminə» qarşı mübarizədə onların 

köməkliyinə arxalanmaq niyyətindədir. Bu bir sıra rus və Qərb politoloqlarının 

“Araz çayı İslam-xristian qarşıdurmasının sərhəd xətti”dir fikri ilə həmahəng 

səslənir, erməni ideoloji təbliğatının dəyirmanına su tökür, onların azərbay-

canlılara qarşı apardıqları soyqırım siyasətinə bir növ haqq qazandırır [3, 129-

130].   


Göründüyü kimi, ermənilərin fikrincə, guya problemin kökündə din və 

sivilizasiya fərqləri dayanır və ona görə  də onun həlli bu fərqlərin mövcud 

olduğu təqdirdə  həmişəyaşar olacaqdır. Samuel Xantinqton və  başqaları  tə-

rəfindən irəli sürülən və ermənilərin əlinə bir bəhanə verən bu ideyalara əsasən 

guya bu kimi qarşıdurmaların məqsədi Avropa sivilizasiyasını xilas etməkdir. 

Geri qalmış  İslam dini və islam sivilizasiyasının nümayəndəsi olan azərbay-

canlılarla inkişaf etmiş Avropanın və xristianlığın regionda nümayəndəsi olan 

ermənilər bir yerdə yaşaya bilməzlər, onlar Qafqazı tərk  edib Araz çayından 

cənuba çəkilib getməlidirlər. Mövcud bütün dinlər və sivilizasiyalar Qərb üçün 

qorxuludur və ona görə  də ermənilər Qərb mədəniyyətinin bir üzvü kimi 

onlara qarşı barışmazdır. Özlərinə  Qərbin isti evində rahat yer tutmağa səy 

göstərən ermənilər lazım olanda özlərini Qərb mədəniyyətinin nümayəndələri 

kimi qələmə  verməyə çalışırlar. Bununla da onlar Qərbin dəstəyini almaq və 

Qarabağda özlərini əbədiləşdirmək fikrindədirlər. 

Azərbaycana qarşı aparılan işğalçı  və soyqırım siyasətinin ideoloji 

cəhətdən  əsaslandırılmasının bir istiqamətini də yeni qisasçılıq təşkil edir. 

Onlar 1905–ci il uydurma «erməni genosidinin» əvəzində azərbaycanlıların da 

«məsuliyyət daşıdığını» əsaslandırmağa çalışırlar. Bu hal bizə imkan verir ki, 

Dağlıq Qarabağ münaqişəsinin  əsasında ideoloji ziddiyyətin də durduğuna 

əminliyimizi bildirək. 

Məlumdur ki, beynəlxalq arenada mövcud olan münaqişə ocaqlarının 

böyük  əksəriyyəti müsəlman dövlətlərinin  ərazilərindədir və uzun müddətdir 

ki, həll olunmur. Yuxarıda qeyd etdiyimiz kimi onların  əksər hissəsinin 



 

145


səciyyəvi xüsusiyyətləri isə daha çox süni münaqişələrə uyğun gəlir və möv-

cud olan qlobal bir problemin-ikili  standartların nəticəsi kimi özünü büruzə 

verir. Süni şəkildə yaradılmış bu münaqişələrin həll olunmaması  və ya güc 

tətbiqi ilə  həlli üsulu inkişaf etmiş, xristian fövqəldövlətlərinin mənafelərinə 

uyğun gəlir. 

 

ƏDƏBİYYAT 

Azərbaycan dilində 

1.

 



Abbasbəyli A.N., Darabadi P.Q., İbrahimov  Ə.G. Konfliktologiya. Bakı: BDU, 2006,  

286 s. 


2.

 

Şəfi Üzeyir. Konfliktologiya. Siyasi – sosioloji təhlil. Bakı: Adiloğlu, 2002,  180 s. 



3.

 

Tağıyev Ə.M.,  Şükürov M.A. “Dağlıq Qarabağ probleminin ideoloji aspektləri” AMEA 



Fəlsəfə  və Siyasi hüquqi tədqiqatlar  İnstitutu “Sosial-siyasi problemlər” elmi məqalələr 

toplusu. 2002, 181 s. 



Rus dilində 

4. Запрудский Ю.Г. Социальный конфликт (политический анализ). Р.: Ростовский Уни-

верситет, 1992, 426 с. 

 

ФАКТОРЫ ВОЗНИКНОВЕНИЯ МЕЖГОСУДАРСТВЕННЫХ КОНФЛИКТОВ 

 

Д.А. РАДЖАБЛИ 

 

РЕЗЮМЕ 

 

В статье анализируется проблема межгосударственных конфликтов. Автор, начи-

ная с анализа сущности межгосударственных конфликтов, внес ясность в определение 

методов решения этих конфликтов. Особое внимание уделялось факторам возникнове-

ния  конфликтов.  Для  решения  и  управления  межгосударственных  конфликтов,  как  и 

другие типов конфликта, нужно четко определить причины их возникновения.      



 

Ключевые  слова:  конфликт, cодружество,  мир,  межгосударственный,  полити-

ческий 


THE  FACTORS CREATING  INTERSTATE CONFLICTS 

 

D.А.RAJABLI 

 

SUMMARY 

 

The article investigates interstate conflicts. The author  studies the definition of inter-

state conflicts, methods of  their settlement and some other problems. Spacial attention is fo-

cused on the factors giving rise to interstate conflicts. It is noted that like other types of conf-

licts, settlement and management of interstate conflicts necessitate defining the reasons of 

their origin. 



 

  Key words: Conflict, collaboration, peace, interstate, political 



Yüklə 51,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə