Microsoft Word Sosial 2, 2011. doc



Yüklə 44,73 Kb.
Pdf görüntüsü
tarix17.04.2018
ölçüsü44,73 Kb.
#38890


 

157


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Sosial-siyasi elmlər seriyası  

 

2011 

 

 

 

 

PEDAQOGİKA 

 

UOT 37.013.8 

MÜƏLLİM HAZIRLIĞINDA İXTİSASARTIRMA 

 

P.MƏDƏDOV, F.ƏLİYEV 

 Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu 

M.Polad@mail.ru 

 

Məqalədə postixtisas təhsilinin zəruriliyi əsaslandırılır, terminoloji aparatı müəyyənlə-



şdirilir. 

Məqalədə ixtisasartırmanın faza dövriyyəsinin obyektiv qanunauyğunluqlarını  tədqiq 

edir, belə bir qənaətə gəlirlər ki, faza disskretliyi təmin edilmədən pedaqoji kadrların professi-

onal hazırlığında sinkretizmliyə nail olmaq mümkün deyildir. 

Ümumtəhsil məktəbinin, ali məktəbin, ixtisasartırma müəssisəsinin birgə ixtisasartırma 

fəaliyyətlərinin məzmununun modelləşdirilməsi məqalənin əsasını təşkil edir.  

 

Açar  sözlər:  müəllim  hazırlığı,  metamodullar,  pedaqoji  fəaliyyət,  ixtisasartırma, 

diferensiallaşdırma 



 

Müəllim hazırlığı özündə pedaqoji fəaliyyətə hazırlaşdırmanı  və hazır-

laşmanı ehtiva edir. Zaman xəttində “hazırlaşdırma” fenomeni “hazırlaşma” 

fenomenindən öndə dayanır. Pedaqoji-prosessual dialektika spiralında isə 

fenomenlərin yerdəyişməsi baş verir: “hazırlaşma” “hazırlaşdırmanı” nəinki 

qabaqlayır, əslində onu mümkün edir. Məhz bu obyektiv qanunauyğunluqdan 

çıxış etməyinizin məqsəd tezası ondan ibarətdir ki, kadrhazırlamanın istənilən 

məzmun-forma modelində-metamodullar, modullar və mikromodullar siste-

mində pedaqoji kadrların özünütəhsilləndirmə motivasiyasının prioritetliyini 

təmin etmədən professionallaşdırma səviyyəsində pedaqoji kadrhazırlamanın 

mümkün olmadığını  həlledici faktor kimi ixtisasartırma subyektlərinin nəzə-

rinə  əvvəlcədən çatdıraq. Kadrhazırlama prosesi, o cümlədən ixtisasartırma 

tədrisi hazırlanan kadrların peşə  və ixtisas biliklərinə, bacarıqlarına və  vər-

dişlərinə yiyələnmələrinin çox ciddi özünümotivasiyası  təşkil olunsa, bu 

sahədə dövlət səviyyəsində iqtisadi məsarifə, intellektual enerji itkisinə yol 

verilməz, hazırlanan və yenidən hazırlanan kadrların ictimai inkişafda, istis-

nasız olaraq bütün sosial institutların tərəqqisində lokomotiv missiyası təmin 

edilər.  

Pedaqoji fəaliyyət  ən yüksək peşəkarlıq səviyyəsində icra olunmalı, 



 

158


aktual və perspektiv planda səmərəli həyata keçirilməli fəaliyyətdir. Bu icra, 

bu səmərəlilik elmi və  rəsmi normativlər, sosial tələbatlar, gözləmələr, sifa-

rişlər tamlığında və bütövlüyündə olmalıdır. Pedaqoji fəaliyyətin heç bir tərkib 

hissəsi – məqsədi, subyekti, obyekti (əslində subyekt-subyekt münasibətlər 

sistemi), şəraiti, mühiti, vasitələri, özü, nəticəsi müəllimi heç bir qapalı, yaxud 

açıq mövzunun tədrisində didaktikanın niyə? nəyi? nə cür? sualları qarşısında 

aciz qoymamalıdır. Müəllim hazırlığı pedaqoji professional tələblər səviyyə-

sində mükəmməl olsa, əlbəttə, bu acizlik müəllim iqtidarlığına heç vaxt üstün 

gələ bilməz. 

İxtisasartırma təhsili müəllimin  əlavə pedaqoji təhsilinin aparıcı istiqa-

məti, növü, sahəsi, aspekti, metodologiyası, metodu, təşkili forması, vasitəsi 

və əsas nəticəsidir. Bir sosial institut və institusional proses kimi təhsilin yaxın 

və uzaq inkişaf perspektivlərində ixtisasartırmanın bu sistem elementləri öz 

nomenklatur tamlığında və bütövlüyündə qalacaqdır.  

İxtisasartırma təhsili ixtisasartırma prosesinin nəticəsidir. Proses dina-

mik olduğundan ixtisasartırma təhsilinin qeyd etdiyimiz sistem elementləri 

zaman axarında adbaad invariant (dəyişməz) qalsa da, onların hər biri dövrü 

olaraq, yəni ixtisasartırma prosesinin nəticələrinə sosial tələbatların, tələblərin 

təkamül, yaxud inqilabi dönəmlərində yeni məzmun kəsb edir. Bu faktor da 

obyektiv qanunauyğunluqdur, öyrədənlər və öyrənənlər tərəfindən nəzərdən 

qaçırılmamalı, daim tədqiq olunmalı, onun doğurduğu ziddiyyətlər münaqişə 

səviyyəsinə çatmamış öz optimal həllini tapmalıdır.  

Bu qanunauyğunluq həm də  və ilk növbədə  təhsili idarəetmənin ali 

hökumət orqanları tərəfindən müntəzəm olaraq tədqiq olunmalı, onu şərtləndi-

rən konkret qanunlar aşkarlanmalı, məhz həmin qanunların tələb etdiyi peda-

qoji metodologiya və texnologiya innovasiyaları paketi layihələşdirilməli, 

realizə üçün ixtisasartırma və ümumi təhsil müəssisələrinə göndərilməli, kütlə-

vi informasiya vasitələrilə regional inzibati bölgənin pedaqoji ictimaiyyətinə 

çatdırılmalıdır.  

İxtisasartırma gerçəkliyindəki hər iki qanunauyğunluğun və onları do-

ğuran qanunların elmi dərki, nəzəri-praktik fəaliyyətə adekvat tətbiqi milli 

müstəqilliyimizin ilk dövründə dövlət idarəçiliyini Azərbaycanı işğala, xaosa 

məruz qoymuş  sələflərindən – sovet manqurtlarından  ələ keçirmiş AXC-nin 

intellektual qüvvəsi xaricində idi. Dünya miqyaslı siyasətçi Heydər  Əliyevin 

təbirincə desək, o vaxt tələm-tələsik, heç bir dünyəvi elmi-hüquqi dəyərliliyi 

olmayan, təhsil “qanununun” hazırlanması və tətbiqi xalqımıza qarşı düşmən-

çilikdən savayı bir şey deyildi. Bəli, həmin dövrdə bütövlükdə sosial həyatı-

mızın, eləcə  də onun intellektual energetika generatoru olan təhsilimizin, o 

cümlədən kadrhazırlama və ixtisasartırma fəaliyyətimizin dialektika müvazi-

nəti pozuldu.  

Ümummilli lider Heydər Əliyevin dövlətimizin idarəçiliyi sükanı arxası-

na xalqımızın arzusuyla Qayıdışından sonra, onun qlobal miqyaslı siyasəti, 

ağıllı  rəhbərliyi, gərgin  əməyi sayəsində sosial institutlarımızın müvazinətli 



 

159


inkişaf dialektikası özünə qaytarıldı. Milli müstəqillik tariximizdə Dirçəliş 

epoxası başlandı. İnkişafımızın fəlsəfi istiqaməti, xronologiyası, məzmun stra-

tegiyası  və taktikası müəyyənləşdirildi. Müasir dünya etalonları  çərçivəsində 

yenidənqurma fəaliyyətimizə, o cümlədən təhsil islahatına start verildi.  

Həm 1999-2006-cı illərə hesablanmış  ənənəvi, həm də 2006-2013-cü 

illər üçün nəzərdə tutulmuş  təhsil islahatları proqramlarında pedaqoji 

kadrhazırlama dövlət  əhəmiyyətli vəzifə kimi qarşıya qoyulmuşdur. Ayrı cür 

ola da bilməz. Axı hər şeyi kadrlar həll edirlər.  

Pedaqoji kadrlar ordusunun sağ cinahında müəllimlər dayanır. Deməli, 

onların hazırlığı  ən mükəmməl olmalıdır. Məhz bu zərurət təhsil islahatları 

proqramlarında xüsusilə qabardılır.  

Qeyd etdik ki, pedaqoji kadrhazırlamada ixtisasartırma fenomeninin 

müstəsna rolu var. Məhz müntəzəm olaraq optimal variantda təşkil olunan ixti-

sasartırma təhsili kadrhazırlamanı fasiləsiz təhsil magistralına çıxarır, 

fasiləsizliyin sosial imkanlarla və ixtisas biliklərinin obyektiv dinamikasıyla 

şərtlənən diskret fazalarını təşkil edir. Müntəzəm ixtisasartırmanın hasil etdiyi 

diskret (fasiləli) təhsilləndirmə olmadan yalnız ixtisas təhsili və özünütəhsil 

vasitəsilə fasiləsiz pedaqoji təhsili təmin etmək mümkün deyil.  

Onu da qeyd etdik ki, müəllimin, ümumiyyətlə, peşə hazırlığına özünü-

təhriklənməsi də yüksək səviyyədə olmalıdır. Bunsuz ixtisasartırma prosesi də 

hansı modellərlə  təşkil olunursa olunsun, arzulanan nəticəni verməyəcəkdir. 

Bu isə o deməkdir ki, ənənəvi ixtisasartırmanın nəzəri-praktik mexanizmləri 

elə bir innovativ sistem elementləri ilə  əvəzlənməlidir ki, ixtisasartırma 

təhsilinə müəllimin özünütəhriklənməsi motivləşdirilsin.  

Respublikamızda keçirilməkdə olan təhsil islahatları prosesində qeyd 

olunan faktları  təmin edə biləcək sənədlər toplusu, metodoloji və texnoloji 

müddəalar sistemi hazırlanmışdır. Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr 

tarixli 163 saylı  qərarı ilə  “Əlavə  təhsilin məzmunu, təşkili və  əlavə  təhsilin 

hər hansı istiqaməti üzrə  təhsil almış  şəxslərə müvafiq sənədin verilməsi 

qaydası” təsdiq edilmişdir. Təhsil Nazirliyi ixtisasartırmanın kurikulum çərçi-

vəsində üç modul üzrə  təşkili barədə kollegial və  rəsmi qaydada konseptual 

normativlər hazırlamışdır. Həmin metodoloji müddəalara tam cavab verən 

Əsasnamə də hazırdır. 

Göstərilən sənədlər “Təhsil haqqında Qanun və onun tətbiq edilməsi 

barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il sentyabr tarixli 156 

saylı  Fərmanına uyğundur, müəllimi ixtisasartırma təhsilinə beynəlxalq 

sənədlər səviyyəsində təhrikləndirir.  

Belə bir optimal normativ-hüquqi və sosial-psixoloji mühitdə ixtisas-

artırmanın konkret təşkilati-prosessual problemləri, praktik texnologiyaları da 

vaxtında müəyyənləşdirilməli, onların həlli və tətbiqi istiqamətində yaradıcı iş 

aparılmalıdır. Bu məzmunda fəaliyyət ümumtəhsil və ixtisasartırma müəssisə-

lərinin vəzifə funksiyalarının ana xəttini təşkil etməlidir.  

Hər iki müəssisə ilk növbədə ona nail olmalıdır ki, müəllim pedaqoji 



 

160


fəaliyyətin fəal mövqedə dayanan subyekti olsun, öz işini bir vətəndaş kimi 

dərk edə  və qiymətləndirə bilsin. Başa düşsün ki, müntəzəm ixtisasartırma 

təhsili almadan özünün fasiləsiz yaradıcı inkişafını, inteqrativ fəaliyyət 

tamlığını və bütövlüyünü təmin edə bilməz.  

Hər iki müəssisənin ixtisasartırma dövrünü əhatə edən vahid kontekstə 

gətirilmiş ixtisasartırma planı hazırlanmalıdır: ixtisasını artıran da, ixtisası 

artıran da kurs vaxtını, müddətini, proqramlarını, tədris prosesində yerinə 

yetiriləcək nəzəri-praktik tapşırıqlar blokunu qabaqcadan bilməlidir.  

Ümumtəhsil müəssisəsi ixtisasartırma təhsilinin sifarişçisidir.  İxtisasar-

tırma müəssisəsi isə özünün proqramları vasitəsilə sifarişləri yerinə yetirən 

subyektdir. Sifarişlər də, ixtisasartırma da fərdiləşdirilməlidir. Fərdiləşdirmə o 

dərəcədə  dəqiq olmalıdır ki, ixtisasartırma kurslarının optimal diferensial-

laşdırılması mümkün olsun. 

Məktəb rəhbərləri tərəfindən daima aparılan məktəbdaxili tədqiqatlar 

ixtisasartırma müəssisələrinin professor-müəllim heyəti tərəfindən müntəzəm 

olaraq tamamlanmalıdır. Məktəbin ixtisasartırma müəssisəsinə sifarişi bu iki 

tədqiqatın nəticəsi əsasında hazırlanmalıdır.  

Üç müəssisənin (ümumtəhsil, ixtisasartırma, ali pedaqoji təhsil) hər bir 

ümumtəhsil məktəbində birgə fəaliyyət qurumu, məsələn, elmi-metodik koor-

dinasiya şurası yaradılmalı, fasiləsiz pedaqoji təhsilin, birgə səmərəli fəaliyyə-

tin bütün problemlərinin tədqiqatı  və  həlli məhz həmin qurum tərəfindən 

tənzimlənməlidir.  

İxtisasartırma təhsilinə  və onun keyfiyyətinə sifarişlər birtərəfli, yəni 

təkcə məktəb rəhbərləri və müəllimlər tərəfindən verilməməlidir. Sifarişvermə 

səlahiyyətinə həm də ixtisasartırma subyekti malik olmalıdır, onun qabaqlayıcı 

sifarişləri elmi yeniliklər, yeni pedaqoji nəzəriyyələr və texnologiyalar, 

psixoloji qanunauyğunluqlar, pedaqoji prosesi daha səmərəli idarəetmə mexa-

nizmləri barədə informasiya mənbəyi olmalıdır. Məktəb rəhbərləri və müəl-

limlər korpusu məhz bu mənbəyə istiqamətlənərək öz fəaliyyətini qlobal 

miqyaslı  təhsil innovasiyaları sisteminə inteqrasiya imkanlarını  əldə etmiş 

olarlar. 

İxtisasartırma prosesində  ənənəvi birtərəfli mənimsətmə metodlarının 

qarşılıqlı  mənimsətmə-mənimsəmə metodlarına transformasiyası  təmin 

edilməlidir: kurs məşğələlərinin az səmərəli mühazirə formaları çox səmərəli 

mühazirə-dialoq, seminar-praktikum, ekskursiya, pedaqoji emalatxana, təcrübə 

mübadiləsi, reflekiv praktikum, master-klass, dəyirmi masa, konfrans, peda-

qoji qiraət və s. formaları ilə əvəzlənməlidir.  

Müəllim ixtisasının artırılmasında pedaqoji-psixoloji fənlər, elmi-tədqi-

qatlar, layihə-tədqiqat, kompüter təlimi işlərinin xüsusi çəkisinin artırılması 

nəzərdən qaçırılmamalıdır. 

Diferensiallaşdırma ixtisasartırmanın aparıcı prinsipi olmalıdır. Bu 

zaman kimə  nəyi və  nə  qədər öyrətmək sualı cavablandırılmalıdır: hər bir 

ixtisasartırma kursunun eyni informativ-texnoloji ehtiyac və  tələbatları olan 



 

161


müdavim kontingenti ilə komplektləşdirilməsi təmin edilməlidir. Diferen-

siallaşdırılma təkcə bilik səviyyəsini yox, həm də mümkün qədər pedaqoji 

fəaliyyətin zaman amplitudasını  əhatə etməlidir. Onda eyni idraki səviyyəyə 

və motivasiyaya malik müdavimlər eyni auditoriyada əyləşdirilər. 

İxtisasartırma təhsili təkmilləşdirmə təhsili ilə tamamlanmalıdır: ixtisas-

artıran öz tədris fəaliyyətini ixtisasartırma institutunda (akademiyasında) baş-

lamalı, təlim fəaliyyətini ümumtəhsil məktəbində pedaqoji prosesdə bitirməli-

dir. Bunsuz mənimsənilmiş biliklər bacarıqlara və  vərdişlərə transformasiya 

oluna bilməz. Bu isə, ümumiyyətlə, təhsilin kurikulum fəlsəfəsinə ziddir. 

İxtisasartırma təkcə müəllimi yox, həm də onun elmi-metodik fəaliyyət 

akvatoriyasını bütövlükdə əhatə etməlidir. Bu, o deməkdir ki, məhz ixtisasar-

tırma müəssisəsi məktəbdaxili və regiondaxili elmi-metodik resursların 

(qurumların) elmi tənzimçisidir. Əks təqdirdə bu resursların fəaliyyətini utili-

tar-praktik səviyyədən elmi-nəzəri səviyyəyə qaldırmaq, müəllim professional-

lığını formalaşdırmaq mümkün deyil. 

Bakı Pedaqoji Kadrların  İxtisasartırma və Yenidənhazırlanma  İnstitutu 

professor Asəf Zamanovun rəhbərliyi sayəsində qeyd olunan və olunmayan 

ixtisasartırma problemlərinin kompleks həlli istiqamətində  məqsədyönlü 

sistemli iş aparır. Belə bir fəaliyyətin nəticəsidir ki, institutun ixtisasartırma 

arsenalında təhsil innovasiyalarının xüsusi çəkisi getdikcə artır, müəllimlərin 

bu təhsilə təhriklənmələri güclənir.  

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan Respublikasının Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum) haqqında 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2006-cı il tarixli 233 saylı 

qərarı. 


2.

 

“Əlavə  təhsilin məzmunu, təşkili və  əlavə  təhsilin hər hansı istiqaməti üzrə  təhsil almış 



şəxslərə müvafiq sənədin verilməsi Qaydası” haqqında Azərbaycan Nazirlər Kabinetinin 

2010-cu il 6 sentyabr tarixli 163 saylı qərarı. 

3.

 

Сластенин  В.А.,  Исаев  И.Ф.,  Шилянов  Е.Н.  Общая  педагогика.  В 2-х  ч. II ч.,  М.: 



Гуманит. изд. центр ВЛАДОС, 2003,  256 с. 

 

ПОВЫШЕНИЕ КВАЛИФИКАЦИИ В УЧИТЕЛЬСКОЙ ПОДГОТОВКЕ 



 

П.МАДАДОВ, Ф.АЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В  статье  научно  обосновывается  необходимость  постквалификационного 

образования.  Авторы  исследуют  закономерности  фазовой  периодизации  повышения 

квалификации,  приходят  к  мысли,  что  без  этой  дискретности  невозможно  добиться 

синкретизма  в  профессиональной  подготовке  педагогических  кадров.  Моделируется 

содержание совместной деятельности школы и учреждения повышения квалификации.  



Ключевые слова: учительская подготовка, метамодулы, педагогическая деятель-

ность,  квалификация образования, дифференциализация 



 


 

162


QUALIFICATION OF TEACHERS’ TRAINING 

 

P.MADADOV, F.ALIYEV 

 

SUMMARY 

 

The article grounds the urgency of post-qualification education. The authors research 

the conformity of phase periodization of qualification and come into the conclusion that lack 

of this discretion precludes syncretism in the professional training of pedagogical specialists. 

The content of ioint work of secondary schools and in-service institutions is modeled. 

 

Key words: teachers’ training, metamodules, pedagogical activity, qualification, 

differrentation 



Yüklə 44,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə