Microsoft Word Sosial 2, 2011. doc



Yüklə 93,69 Kb.
Pdf görüntüsü
tarix29.09.2017
ölçüsü93,69 Kb.
#2386


 

146


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Sosial-siyasi elmlər seriyası  

 

2011 

 

 

 

 

PSİXOLOGİYA 

 

UOT  159,9:316.35 

QRUPLARARASI KONFLİKTLƏR, ONLARIN 

NÖVLƏRİ VƏ STRUKTURU 

 

T.T.BABAYEVA  

Bakı Dövlət Universiteti   

tt_babayeva@mail.ru 

 

Məqalədə qruplararası konfliktlərin mahiyyəti təhlil olunaraq konfliktlərə sosial-

psixoloji yanaşma xüsusiyyətləri tədqiq olunmuşdur. Eyni zamanda qruplararası konfliktlərin 

növləri, strukturu və  səbəblərinin geniş  təhlili məqalədə öz əksini tapmışdır. Müasir dövrdə 

konfliktlərin tədqiqində müxtəlif istiqamətlərin (sosiometrik istiqamət, qrup dinamikası 

məktəbi, bihevioristik istiqamət, humanistik istiqamət) təhlilinə geniş yer verilərək müəyyən 

nəticələr  əldə edilmişdir. Məqalədə  əsas yer alan problemlərdən biri də qruplararası 

konfliktlərin müsbət və  mənfi funksiyalarının təhlilidir. Qruplararası konfliktlərin davranış 

strategiyasının, xəbərdarlıq və həlli üsullarının tədqiqi də diqqətdən kənarda qalmamışdır. 

 

Açar sözlər:  konflikt, funksiya, ziddiyyət, qruplararası, rifah, sosial proses, lider, et-

nos, sosial psixoloji, anipatiya, simpatiya, situasiya, strategiya, kəskin, kompromis. 



 

Müasir sosial həyatda konfliktlərin artması onların sosial-psixoloji as-

pektlərinin tədqiqinə diqqəti artırır. Məlumdur ki, konflikt ziddiyyətlərin mü-

barizəsi zəminində baş verir ki, bura bir-birinə zidd mövqelər, maraqlar, baxış-

lar, əqidələr, adətlər, inkişaf səviyyələri və s. daxildir. Konflikt başlanğıcda tə-

rəflərdə mənfi emosiyalar yaratsa da, bəşəriyyət ziddiyyətlərin mübarizəsi fo-

nunda inkişaf edir ki, bu da konfliktin əsas konstruktiv funksiyasıdır. N.Gən-

cəvi hələ XII əsrdə bu barədə belə yazır: 

Bir çox düyün var ki, açardır, açar 

Bir çox çətinlik var, asanlıq açar 

 

[3,52]. 


Bu iki sətirdə Nizami konfliktin psixoloji mahiyyətini tam mənası ilə 

göstərmişdir. Birinci sətirin təhlilinə  əsasən “bir çox düyün” yəni konfliktlər 

“açardır-açar”, inkişafın açarı, təkanverici qüvvəsidir.  İnsan bir çox ziddiy-

yətləri, konfliktləri həll etdikcə isə həyatını bir növ rahatlaşdırır və fəaliyyəti 

üçün normal şərait yaradır. Həll olunmuş konfliktlər hər iki tərəfi ciddi 

fəaliyyətə sövq edərək sonda onların inkişafına zəmin yaradır. Konflikt sözü 

çox mürəkkəb anlayışdır. Bir çox dillərdə “konflikt” sözü, demək olar ki, eyni 



 

147


cür yazılsa və oxunsa da, bu söz  hətta psixoloji ədəbiyyatda belə müxtəlif 

məna və məzmun kəsb edir . 

Bir çox alimlər “konflikt” anlayışının məzmununu konflikt vəziyyətində 

olan tərəflər arasında müəyyən uyğunsuzluğun, ziddiyyətin, toqquşmanın, 

müqavimətin, mübarizənin mövcudluğu kimi açıqlayır. Konflikt sözü həm dar, 

həm də geniş mənada işlənə bilər. 

Konflikt dar mənada maraqlar, dəyərlər, hərəkətlər, davranışlar və s. ara-

sinda mövcud olan kəskin, çətin həll olunan və ya həlli mümkünsüz ziddiyyətdir. 

Geniş mənada isə konflikt kimlərinsə arasında olan istənilən uyğunsuz-

luqdur.  

Konfliktlərin tədqiqi ilə bir çox elm sahələri məşğul olur. Konfliktoloji 

problematika o qədər vacib məsələdir ki, artıq bu biliklər konfliktologiya adla-

nan xüsusi elm sahəsində birləşir. Burada konfliktlərin bir çox problemləri, sə-

bəbi, növləri, onların xəbərdarlıq üsulları və həlli yolları əks olunur. Ancaq bu 

bilik sahəsində ənənəvi olaraq əsas rolu sosiologiya və sosial psixologiya oy-

nayır. 


Konfliktlərə sosial psixoloji yanaşmanın xüsusiyyətləri aşağıdakılardan 

ibarətdir. Sosial-psixoloji yanaşmada insanlar arasında  şəxsiyyətlərarası    və 

qruplararası konfliktlər, həmçinin fərd və qrup arasındakı konfliktlər tədqiq 

olunur. Birinci halda ayrı-ayrı insanlar arasında yaranan, ya da ayrı-ayrı sosial 

qrupların daxilində onların üzvləri arasında yaranan konfliktlər nəzərdə 

tutulur. İkinci halda isə əsasən kiçik, orta və ya böyük sosial qruplar arasında 

mövcud olan konfliktlər nəzərdə tutulur. Üçüncü halda isə ayrı-ayrı insanlar 

ilə sosial qrupların bütün üzvləri və ya əksəriyyəti arasında yaranan konf-

liktlərdən danışılır [6,166]. 

Tədqiqatımızın  obyekti olan qruplararası konfliktlər  müvafiq olaraq so-

sial qruplar arasında yaranan konfliktdir. Fərdi səviyyədə o, həm də  şəxsiy-

yətlərarası konflikt kimi də çıxış edə bilər. Nəzərə almaq lazımdir ki, hər bir 

kəs özündən daha çox öz sosial qrupunu təmsil edir. Belə ki, müəyyən insan-

ların arasında birbaşa konfliktli münasibətlər mövcud olmaya bilər, lakin yenə 

də aralarında konflikt olan müvafiq sosial qrupların təmsilçiləri kimi onlar 

arasında konflikt mövcuddur. Məsələn, müharibə  şəraitində olan ölkələrdəki 

insanlar  əvvəllər öz aralarında düşmənçilik saxlamaya və  hətta dostluq mü-

nasibətində belə ola bilərlər. Ancaq onlar məhz bu konfliktdə öz xalqlarının, 

dövlətlərinin təmsilçisi kimi artıq dostluq yox, düşmənçilik mövqeyində du-

rurlar. Məsələn, 1988-ci ilə qədər Azərbaycanda ermənilərlə çox müsbət qon-

şuluq, dostluq, hətta qohumluq münasibətləri mövcud idi. Ermənilərin azğın 

hərəkətləri bir-birilə dostluq, yaxınlıq edən şəxsləri qatı düşmənə çevirdi. 

Qruplararası konfliktlərin müxtəlif növləri var. Qruplararası konfliktlərin 

bir növü rollu konfliktlərdir. Bu konfliktlər üzərlərinə götürdükləri və ifa et-

dikləri sosial rolları onlarla ünsiyyətdə olan digər insanların ifa etdikləri sosial 

rollarla uyğunsuzluq və ziddiyyət təşkil edən insanlar arasında yaşanır. Bu tip 

konfliktin məşhur nümunəsi E.Bern tərəfindən təsvir olunmuşdur [13, 174]. 



 

148


Bunlar valideyn, uşaq, gənclər və yaşlı rollarının sosial-psixoloji uyğunsuz-

luğu ilə bağlı konfliktlərdir. Qruplarası konfliktləri bütün digər konfliktlər ki-

mi müxtəlif əsasda təsnif etmək olar. Bunlar əsasən aşağıdakılardır: konfliktin 

predmetinə görə; konflikt iştirakçılarının sayına görə; konflikt iştirakçılarının 

konfliktdə mövqeyinə görə; konfliktlərin kəskinliyinə görə; konfliktin nəti-

cələrinə görə. 

Konfliktin predmeti dedikdə onun yaranması səbəbi nəzərdə tutulur, yə-

ni konflikt iştirakçılarının arasında yaranan problemin səbəbinin aşkarlanması 

və həlli üsullarında müxtəlif yanaşma və uyğunsuzluq mövcuddur. Konfliktlə-

rin predmetlərinin özlərini də qruplara bölmək olar. Ancaq bu cür təsnifat 

praktik cəhətdən bir qədər çətindir. Belə ki, konfliktlər çox müxtəlifdir və de-

mək olar ki, onlar  öz predmetlərinə görə fərqlənirlər.                                                           

İştirakçıların sayına görə konfliktlər özəl  (iki insan arasında yaranan 

konflikt), çoxsaylı (bir neçə insanın cəlb olunduğu konflikt) və qrup halında 

(tərəflər kimi bütöv insan qruplarının çıxış etdiyi konflikt) olur. Sonuncu halda 

tərəflər kimi mikroqruplar (2-4 adam), kiçik qruplar (4 -5 adamdan 20 -30 ada-

madək), orta qruplar (tərkibində onlarla kiçik qrup olan t əşkilatlar) və böyük 

sosial qruplar (bu halda konflikt sosial xarakter alır) çıxış edə bilər [4, 137]. 

İştirakçılarının tutduğu mövqeyə görə konfliktlər qeyri-müəyyən, müəy-

yən və barışmaz olur. 

Qeyri-müəyyən konflikt onunla izah olunur ki, konflikt vəziyyətində 

olan insanlar onun nə üçün yaşandığını və aralarındakı narazılığın nədən ibarət 

olduğunu tam aydın dərk etmirlər. Bundan başqa bu zaman insanlar özlərinin 

haqlı olduqlarına şübhə edirlər və aralarındakı konfliktə səbəb olan məsələ ilə 

bağlı istənilən an kompromisə getməyə hazır olurlar. 

Müəyyən konfliktlər zamanı  tərəflərin mövqeləri dəqiq müəyyənləşmiş 

olur və onlar mədəni  şəkildə bir-birlərilə birbaşa toqquşmalardan qaçaraq bu 

mövqeləri müdafiə edirlər. Bu halda konfliktdə olan tərəflər öz fikirlərinin 

düzgünlüyünə əmindirlər və həmçinin də qarşı tərəfi dinləməyə, başa düşməyə 

və öz fikrini ona səbr və inadkarlıqla izah etməyə hazırdırlar. 

Tərəflərin bir-birlərinə güzəştə getməyə hazır olmadıqları  və istəmə-

dikləri konflikt barışmaz konflikt adlanır. Bundan başqa onlarda bir-birini 

dinləmək və başa düşmək istəyi belə olmur. Bu halda tərəflərin hər biri hesab 

edir ki, özləri tamamilə haqlıdır və qarşı tərəf haqsızdır, həmçinin qarşı tərəf 

şüurlu və məqsədyönlü şəkildə onlara öz məqsədlərinə çatmağa mane olur. 

Əgər ilk iki konflikt tipi - qeyri-müəyyən və müəyyən konfliktlər həlli 

mümkün olan konfliktlərdirsə, sonuncu konfliktin həlli mümkünsüzdür. 

Öz kəskinliyinə görə qruplararası konfliktlər  zəif, mülayim və güclü 

(kəskin) olurlar. 

Zəif konfliktlər zamanı onun iştirakçıları aralarında bəzi məsələlərdə 

fikir ayrılığı olduğunu başa düşürlər. Onlar bunu etiraf etsələr də, bir-biri ilə 

normal, işgüzar qarşılıqlı münasibətlərini qoruyub saxlayırlar. 

Orta və ya mülayim konfliktlər qrupların bir-birilə normal ünsiyyətinə 



 

149


və qarşılıqlı  təsirinə mane olan konfliktlərdir. Onlar öz aralarında müəyyən 

işgüzar münasibətləri qoruyub saxlaya bilsələr də mövcud konflikt onlar ara-

sında normal qarşılıqlı münasibətlərin yaranmasına mane olur. Lakin bununla 

belə bu növ konfliktlərdə qrupların bir-birilə  kəskin toqquşmaları    müşayət 

olunmur. Onlar bu situasiyaya səbrlə yanaşırlar və bir-birləri ilə uyğunlaşmağa 

çalışırlar. 

Kəskin konfliktlər zamanı isə qruplar arasında heç bir normal işgüzar 

münasibət olmur. Belə konfliktin iştirakçıları bir-birləri üçün həm fiziki, həm 

də psixoloji cəhətdən dözülməzdirlər və bir-birlərinə münasibətdə açıq-aydın 

düşmənçilik nümayiş etdirirlər. Buna görə də onlar arasında istənilən situasi-

yada konflikt yaranır və  kəskinləşir ki, bu da qarşı  tərəfə münasibətdə açıq 

aqressiyanın təzahürü ilə müşaiət olunan toqquşmalara gətirib çıxarır. 

Öz nəticələrinə görə konfliktlər nəticəsiz, ciddi mənfi nəticəli və katas-

trofik (faciəli) nəticəli olurlar. 

Nəticəsiz konfliktlər zamanı konflikt onun iştirakçılarının  şəxsi və 

işgüzar münasibətlərini korlamadan, onlar üçün xoşagəlməz halı tez və uğurla 

aradan qaldırır. 

Mənfi nəticəli konfliktlər isə ya axıra kimi həll olunmur ya da onun 

iştirakçıları üçün xoşagəlməz nəticələrə gətirib çıxarır. 

Faciəvi konflikt isə tərəflərin biri və ya hər ikisi üçün aradan qaldırılma-

sı mümkünsüz və çox xoşagəlməz nəticələri olan  özünəməxsus “psixoloji fa-

ciəyə” çevrilir. Bu nəticələr elə olur ki, bir qayda olaraq konfliktin iştirakçıları 

bu konfliktə girdikləri üçün peşman olurlar. 

Öz nəticələrinə görə konstruktiv və destruktiv konfliktlər də mövcuddur. 

Əgər yarandığı sahədə konfliktin həlli real vəziyyəti yaxşılaşdırırsa bu 

konstruktiv konfliktdir [2, 240]. 

Destruktiv konflikt isə hətta uğurla həll olunduqda belə vəziyyəti pisləş-

dirir. K.Levin 3 əsas konflikt növü fərqləndirilmişdir. O, bu konfliktləri belə 

adlandırmışdır: 

1. “Yaxınlaşma - yaxınlaşma” tipli konflikt . Bu onunla xarakterizə olu-

nur ki, insan eyni zamanda bir-birinə zidd olan iki məqsədə çatmaq istəyir. 

Məsələn, insan ailə qurmaq üçün iki eyni dərəcədə bəyəndiyi insandan birini 

seçir. 

2. “Uzaqlaşma - uzaqlaşma” tipli konflikt. Bu iki eyni dərəcədə xoşagəl-



məyən insandan birini seçməklə əlaqədardır. Məsələn, insan özünə iş həmkarı 

seçməlidir. Ancaq potensial namizədlərdən heç biri onun xoşuna gəlmir, eyni 

zamanda onun başqa seçimi də yoxdur. Bu zaman insan xoşa gəlməyən iki 

həmkardan biri ilə işləməyə razı olur. Konfliktin mahiyyəti  məhz ondadır ki, 

belə seçimi etmək çox çətindir. 

3. “Yaxınlaşma - uzaqlaşma” tipli konflikt. Bu onunla xarakterizə olunur 

ki, eyni bir insan fərd üçün həm xoşagələn (müsbət keyfiyyətlərə malikdir), 

həm də xoşagəlməyən (mənfi keyfiyyətlərə malikdir) ola bilər [13, 177]. 

Göstərilən bu üç tip konfliktlər quplar arasında da özünəməxsus şəkildə 



 

150


baş verir. 

Konfliktin strukturu problemi. Konfliktin strukturu bir tərəfdən onda 

iştirak edən insanlar, digər tərəfdən isə onların mübahisəsinin və narazılığının 

predmetidir. Konfliktdə iştirak edən tərəflər onda əsas və ya ikinci dərəcəli rol 

oynaya bilər. Onun əsas iştirakçıları aralarında konflikt yaşanan və mövcud 

olan insanlardır. Konfliktin ikinci dərəcəli və ya əlavə iştirakçıları isə müvafiq 

konflikti dəstəkləyən  (konfliktin pravakatorları) və ya onu həll etməyə çalışan  

(vasitəçilər) insanlar və ya sosial qruplardır. Bəzən konflikt iştirakçıları kimi 

həmin konfliktdə  iştirak etməyən amma istər-istəməz ona aiddiyyatı olan 

insanlar da çıxış edir. Belə insanları və ya sosial qrupları konfliktli situasiyaya 

cəlb olunanlar adlandırırlar. Onlar özləri konfliktdə  fəal rol oynayırlar, onun 

vasitəsiz iştirakçıları rolunda çıxış etmirlər və konfliktin provakatorları və ya 

barışdırıcıları adlanırlar, amma konflikt bu və ya digər  şəkildə onlara və 

onların taleyinə təsir göstərir. Demək olar ki, konfliktin həlli də onlardan çox 

asılı olur. Azərbaycan və Ermənistan arasında olan konfliktin həlli demək olar 

ki, müharibəni qızışdıran siyasi provakatorların mövqeyini dəyişməsinə daha 

çox bağlıdır. Əks halda Azərbaycan öz torpaqlarını çoxdan azad edərdi. 

Konfliktin struktruna onun predmeti  və konfliktin həlli zamanı tərəflərin 

tutduğu mövqelər də daxildir. Əgər konfliktin həlli mövcuddursa onda onun 

struktruna bu həlləri də daxil etmək olar. Bu həllər konfliktdə olan tərəflərə 

məlum və ya naməlum, tətbiqi mümkün və ya  mümkünsüz ola bilər. 

Qruplar arasında konfliktlər konkret sosial situasiyalarda yaranır. Buna 

görə  də onun xarakteristikasını, həmçinin bu situasiyanın konfliktdə olan in-

sanlar tərəfindən qavranılmasını da konfliktin struktruna aid edirlər . Konfliktə 

girərək və ya onun həllini axtararaq, konfliktdə  olan tərəflər müəyyən fikir və 

motivlə idarə olunurlar. Bununla əlaqədar olaraq onlar üçün konfliktli situasi-

yada xarakterik olan davranış motivləri də konfliktin struktruna aid edilir [8, 

642]. 

Konflikt - dinamik hadisədir. Konfliktin tərəfləri onun iştirakçılarına 

çevrilərək müəyyən işlər görürlər. Əgər bu hərəkətlər dəqiq identifikasiya və 

təsvir olunursa, onlar da konfliktin tərkib elementlərinə və ya struktur kompo-

nentinə daxil olurlar. 



Qruplararası konfliktlərin səbəbləri. Qruplararası konfliktlər müxtəlif 

səbəblərdən yaranır. Baxmayaraq ki, konflikt özü sosial-psixoloji hadisə kimi 

ancaq vahid konsepsiya daxilində nəzərdən keçirilir, bir qayda olaraq onun bir 

çox səbəbləri fərqləndirilir və təsvir olunur. 

Müasir dövrdə sosial psixologiyada konfliktlərin öyrənilməsində müxtə-

lif istiqamətlər formalaşmışdır. Bunlar qrup dinamikası  məktəbi, sosiometrik 

istiqamət, bihevioristik istiqamət, humanistik istiqamət və koqnitiv yanaşmadır 

[11, 67]. Onların hər birində  şəxsiyyətlərarası  və qruplararası konfliktlərin 

əsasları  və  səbəblərini tədqiq edərək alimlər müxtəlif  əlamətlərə diqqət 

yetirirlər. Kiçik qrupda baş verən prosesləri  əsas götürən və onun tərkibində 

kommunikasiya kanalları, liderlik, rolların paylaşması, qrup normaları, şəxsiy-



 

151


yətlərarası münasibətlər kimi parametrləri fərqləndirən qrup dinamikası 

məktəbi hesab edir ki, konfliktlər qrup üzvləri arasındakı fikir ayrılığı fonunda 

yarana bilər. Məsələn, onun tərkibinin heterogenliyi konfliktin əsəs səbəbi ola 

bilər. Kommunikasiya kanallarının məhdudluğu və ya onların qrup üzvlərinin 

maraq və tələbatlarına uyğun gəlməməsi də qrup konfliktinə səbəb ola bilər. 

Demokratik düşüncəli qrup üzvləri üçün yolverilməz olan avtoritar 

liderlik lider və qrup arasında konfliktə gətirib çıxara bilər. Əgər bir qrupda bir 

neçə lider olarsa müvafiq olaraq onlar arasında da konflikt yaranacaq, hansı ki, 

bu da sonradan qrupdaxili konflikt səviyyəsinə qalxa bilər. Aydındır ki, 

qrupdaxili konfliktin səbəbi kimi qrup üzvləri arasında rolların bölüşdürülməsi 

də çıxış edə bilər. Qrup üzvlərinin hər hansı birini öz rolu təmin etmədikdə və 

ya eyni bir cazibədar rola bir neçə nəfər birdən namizədlik etdikdə, qrup üzv-

ləri qrup daxilində davranışları zamanı müxtəlif, bir-birinə uyğun olmayan 

normalardan çıxış edir və bu da həmçinin öz növbəsində konfliktin yaranması-

na səbəb olur ki, nəhayət münasibətlərin bütün növlərində - rəsmi və qeyri-rəs-

mi,  şəxsi və  işgüzar, koordinasion və subardinasion rast gəlinən xoşagəlmə-

yən, mənfi, uyğunsuz münasibətlər müxtəlif qrupdaxili  konfliktlərin məşhur 

səbəblərinə çevrilir və bütün bunlar təbii ki, qruplarası münasibətlərdə  də 

özünü göstərir. 

Sosiometrik istiqamət konfliktlərin öyrənilməsində simpatiya və antipa-

tiya tipli qarşılıqlı münasibətlərə daha çox diqqət yetirir və müvafiq olaraq bu 

istiqamətin tərəfdarları da məhz belə qarşılıqlı münasibətlərdə qruplararası 

konfliktin ilkin səbəblərini tədqiq edirlər. Bu istiqamətin banisi Y.Moreno 

hesab edir ki, insanlar arasındakı simpatiya və antipatiya onlarda “tele” adlı 

müsbət  şəxsiyyətlərarası enercinin nə  dərəcədə olması ilə  şərtlənir [5, 76]. 

Morenonun yetərincə mübahisə doğuran bu nəzəriyyəsinə  əsasən (belə  həyat 

enercisinin mövcudluğu haqda heç bir elmi sübut yoxdur) belə enerci ehtiyatı-

na malik insanlar konfliktə girmir, əksinə onun defisitini yaşayan insanlar 

potensial konflikt mənbəyidir. Öz növbəsində  şəxsiyyətlər və sosial qruplar 

arasındakı simpatiya və antipatiyanın aşağıdakı formalarda vəhdəti də 

konfliktli münasibətlərin səbəbi ola bilər. Konfliktsiz münasibətlər yaradan 

qarşılıqlı əlaqələr: 

· simpatiya - simpatiya 

· simpatiya - laqeydlik 

· laqeydlik - laqeydlik 

Potensial və ya real konfliktli qarşılıqlı münasibətlər: 

· antipatiya - laqeydlik 

· antipatiya -antipatiya 

Bihevioristik istiqamətə əsasən konfliktlər yalnız əməli əsasa malik olub 

fərd və sosial qrupların hərəkət və davranışlarının uyğunsuzluğu  şəklində 

təzahür edir. Konflikt iştirakçılarının hərəkətləri, davranışları və reaksiyalarına 

əsasən müvafiq  konfliktlərin təsnifatı aşağıdakı kimidir: 

1. “Hərəkət -hərəkətsizlik” tipli konflikt. Bu onunla xarakterizə olunur 



 

152


ki, məqsədə çatmaq üçün qruplara birgə fəaliyyət zəruri və labüddür. Tərəflər-

dən biri belə fəaliyyəti qəbul edir, digəri isə əksinə fəaliyyətsizdir; 

2. “Hərəkətsizlik - hərəkətsizlik” tipli konflikt. Bu tip konfliktin mahiy-

yəti ondadır ki, hər iki tərəf öz məqsədinə nail olmaq üçün müəyyən birtərəfli 

fəaliyyət göstərdiyini qəbul edir. Ancaq tərəflərdən hər biri bunu qarşı tərəfin 

reallaşdıracağını gözləyir. Son nəticədə konfliktin hər iki tərəfi hərəkətsizlik 

nümayiş etdirir; 

3. “Hərəkət - ziddhərəkət” tipli konflikt. Konfliktin bu növü onunla 

fərqlənir ki, tərəflərdən biri müəyyən istiqamətdə  hərəkət edir, o biri isə ona 

qarşısına qoyduğu məqsədə nail olmağa mane olaraq zidd hərəkət edir. Belə 

konfliktlər daha kəskin və çətin həll olunan olunurlar. 

Humanistik psixologiya sosial psixologiyada növbəti konflikt anlayışları 

və  təsnifatını  təqdim edir. Bu insanlar arasında psixoloji ziddiyyət yaradan 

onların tələbatları arasındakı konflikt ola bilər. Bu həmçinin dəyərlər və həyat 

məqsədləri ilə bağlı konflikt də ola bilər. Humanistlik nəzəriyyənin nümayən-

dəsi K.Rocersin “Mən” konsepsiyasından çıxış etsək deyə bilərik ki, müxtəlif 

“Mən” konsepsiyalarının ziddiyyət və uyğunsuzluğunda  da konflikt üçün əsas 

tapmaq olar. A.Masloununun özünüreallaşdırma nəzəriyyəsinə görə konflikt 

şəxsiyyətin özünüreallaşdırma səviyyəsində  təzahür edir. Məsələn, bir insan 

(qrup) özünü reallaşdırmağa çalışır, digəri isə ona mane olur. V.Franklin hu-

manistik konsepsiyasına əsasən isə konfliktlər “həyat mənaları” səviyyəsində 

mövcud olur [7, 25]. 

Konfliktlərə koqnitiv yanaşma nöqteyi-nəzərindən baxdıqda isə konflikt-

lərin səbəbləri insanların (qrupların) koqnitiv sferasında mövcud olan ziddiy-

yətlərdə görülür. Belə ziddiyyətlər çoxsaylı ola bilər. Məsələn, biliklər, müha-

kimələr, dəyərlər, münasibətlər və s. arasındakı ziddiyyətlər. 

Konfliktlərə ümumnəzəri yanaşmalardan başqa psixologiyada məşhur 

olmayan xüsusi və ya müəllif yanaşmaları da mövcuddur. Məsələn, N.V.Qrişi-

na konfliktin aşağıdakı konsepsiyalarını [5, 113] sadalayır:  

1. Konfliktin aqressiyanın təzahür forması kimi başa düşülməsi (J.Dol-

lard, L.Dub, N.Müller, A.Bandura, L.Berkovits); 

2. Konfliktin rəqabətə  və ya başqa potensial konfliktli situasiyaya görə 

reaksiya kimi başa düşülməsi (M.Doyç, M.Şerif). 

Konfliktlərin səbəblərinin müzakirə olunduğu elmi ədəbiyyatlarda 

konfliktlərə meylin insan şəxsiyyətinin dərinliklərində olması ilə bağlı nöqteyi 

nəzər də mövcuddur. Bunula əlaqədar olaraq “konfliktogen” (potensial 

konfliktə meylli) və “sülhpərəst” (potensial konfliktə meylsiz) qruplar, şəxslər 

fərqləndirilir. 

Bu yanaşma istiqamətlərinin hər biri qrupda kpnfliktlərin tədqiqində 

özünəməxsus  əhəmiyyətə malikdir ki, bu da problemə kompleks yanaşmanı 

təmin edir. 

Qruplararası konfliktlərin funksiyaları. Qruplararası konfliktlərin 

funksiyaları   dedikdə onların insanların qarşılıqlı münasibətlərinə və konfliktə 




 

153


cəlb olunan sosial qrupların rifahına nə dərəcədə təsir göstərməsi nəzərdə tu-

tulur. Bu təsiri birmənalı olaraq müsbət və ya mənfi təsir kimi qiymətlən-

dirmək olmaz. Konfliktlərin xarakteristikası “konflikt” anlayışının qeyri 

müəyyənliyindən deyil, həm də konfliktin ona cəlb olunan tərəflər üçün eyni 

zamanda həm müsbət, həm də  mənfi  əhəmiyyətli ola bilməsindən asılıdır. 

Konfliktlər tərəflər arasında mübahisə, anlaşılmazlıq və s. yaratsa da onun 

müsbət funksiyaları da mövcuddur ki, bu da qrupların inkişafına, onlar 

arasında münasibətlərin daha müsbət səmtə yönəlməsinə gətirib çıxarır. 

Qruplararası konfliktlərin  müsbət funksiyalarına  aşağıdakıları aid 

etmək olar: 

1. Belə konfliktlər  sosial proseslərin və onlarla əlaqədar quruplararası 

münasibətlərin özünəməxsus katalizatorudur. Çoxsaylı qruplararası konfilikt-

lər sayəsində cəmiyyət demək olar ki inkişaf edir. Ziddiyətlərin yaranması və 

həllinin inkişafın zəruri məqamı olması haqda məhşur dialektik yanaşma 

quruplararası konfiliktlərə də aid edilir. Tarix göstərir ki, həm dövlətlərarası, 

həm də daxili səviyyədə çoxsaylı konfiliktlərdən keçən dövlətlər daha sürətlə 

inkişaf etmişdir. Bu fikirlər Nizami yaradıcılığında da öz əksini tapmışdır. 

2.  Şəxsiyyətlərarası konfiliktlər kimi qruplararası konfliktlər də  sosial 

quruplara həm öz maraqlarını həm də başqa sosial qurupların maraqlarını daha 

yaxşı dərk etməyə, başqa sosial qurupların maraqlarına hörmət edərək öz ma-

raqlarının təmin edilməsi üsullarını axtarmağa imkan verir. Məsələn, seçki ərə-

fəsində konfliktdə olan siyasi partiyalar hakimiyyətə gəldikdən sonra bir qayda 

olaraq kompromisə gedir və bərabər işləyirlər. 

3. Qruplararası konfliktlər müxtəlif sosial qurupların üzvlərinin bir birlə-

rini daha yaxşı anlamasına, insanların  psixologiyasını    başa düşməyə imkan 

verir. Bu isə insanların qarşılıqlı münasibətinin  normallaşdırılması üçün zəruridir. 

4. Qruplararası  konfliktlərdən sonra müvafiq sosial qruplar  bir qayda 

olaraq bir-biri ilə konflikt yaranmazdan əvvəl nisbətən daha yaxşı dil tapırlar.  

Qruplararası konfliktlərdə yarana biləcək əsas mənfi nəticələr. 

Qruplararası konfliktlərin mümkün mənfi nəticələri əsasən aşağdakılardır: 

1. Konfliktlər müasir həyat şəraitində zəruri olan normal qarşılıqlı müna-

sibətlərə mane olur. 

2. Konfliktlərdən yalnız iştirakçılar deyil, həm də onlara yaxın olanlar da 

əziyyət çəkir. 

3. Həll olunmayan konfliktlər qruplararası polyarizasiya effektinə gatirib 

çıxarır ki, bu da konfliktin tamamilə həll olunmaması ilə nəticələnir.  

4. Qruplararası konfliktlər nəticəsində  tərkibinə konfilikdə olan sosial 

qruplar daxil olan təşkilatlar və ya cəmiyyət normal fəaliyyət göstərə bilmir. 

5. Qruplararası konfliktlərə bir qayda olaraq  müvafiq sosial qurupların 

üzvləri olan ayrı-ayrı insanlar da cəlb olunur. Əgər bu qrup onlar üçün referent-

dirsə, onda iştirakçılar öz qruplarının digər üzvlərini konfliktdə  dəstəkləməli 

olur. Nəticədə qruplararası konflikt çoxsaylı həlli çətin olan şəxsiyyətlərarası 

konfliktlərin yaranmasına səbəb olur, halbuki bu şəxsiyyətlərarası konflikt 



 

154


olmaya da bilərdi. 

Real həyatda qruplararası konfliktlərin müsbət və  mənfi funksiyaları 

müxtəlif yollarla  tarazlaşdırılır və beləliklə də  bu qruplar arasındakı müxtəlif 

konfliktlərin həlli üçün əsas olur. 

Qruplararası konfiliktlərin davranış strategiyası, xəbərdarlıq və  həlli 

üsulları. Nəticələrinin müsbət və ya mənfi olmasından asılı olmayaraq mənfi 

sonluqlu konfiliklərin sayının çox olması alimləri  qruplararası konfliktlərin 

xəbərdarlıq edilməsi və uğurlu həlli yollarını tapmağa vadar edir. Konfliklərin 

əsasən arzuedilən olmadığını  qəbul edərək deyə bilərik ki,  onların mənfi 

nəticəsi müsbətdən daha çoxdur. Bununla əlaqədar konfliktli situasiyalarda 

insanların optimal davranış strategiyası, onlara xəbərdarlıq edilməsi və həllinə 

istiqamətlənmiş vasitələrin axtarılması mütəxəsislər tərəfindən müzakirə 

olunan aktual problemlərdəndir.  

Konfliktli situasiyada iştirakçıların davranış strategiyası dedikdə onların 

qarşılarına  qoyduqları məqsədlərə çatmaq vasitələri nəzərdə tutulur (bu müva-

fiq olaraq xəbərdarlıq, saxlanma, kəskinləşmə və ya konfliktin həlli ola bilər). 

Özləri üçün bu məqsədlərdən birini seçərək konfliktin iştirakçıları qarşılarına 

qoyduqları məqsədə çatmaq üçün davranışlarını müvafiq yolla planlaşdırırlar. 

Konfliktdən əvvəl və konfliktli situasiya zamanı konkret hərəkətlərdə reallaşan 

bu plan “davranış strategiyası” adlanır.  

Amerikan psixoloqu K.Tomas konfliktli situasiyalarda insanların davra-

nışlarının 5 müxtəlif və tipik strategiyasını fərqləndirir və bundan başqa onla-

rın müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün xüsusi sosial-psixoloji 

test təklif edir. Müəllifin təklif etdiyi bu 5 strategiya : qaçış, rəqabət, uyğunlaş-

ma, güzəşt və    həmkarlıqdır. Lakin daha dolğun olaraq həmin strategiyaları 

aşağdakı kimi təsnif etmək olar: qaçış; rədd etmək; adaptasiya; mülayimləşmə; 

güzəşt; kəskinləşmə; rəqabət; kompromis (həmkarlıq) [13, 186]. 

Qaçış strategiyasının mahiyyəti ondan ibarətdir ki, bu zaman  tərəflər 

səylə konfliktdən qaçırlar, onu yaradan və gücləndirə biləcək hərəkətlərə yol 

verirlər.  

Rədd etmə strategiyası zamanı isə tərəflər konfliktin xəbərdarlıq edilmə-

si istiqamətində, yarandıqdan sonra isə onun həlli və ya kəskinləşməsi istiqa-

mətində heç bir iş görmürlər. Başqa sözlə, tərəflər konfliktə heç bir əhəmiyyət 

vermir, onu rədd edirlər. 

Adaptasiya strategiyasının mahiyyəti ondan ibarətdir ki, bu zaman  kon-

fliktdə olan tərəflər konflikt barəsində xəbərdarlıq etməkdən və ya onu həll et-

məkdənsə onunla barışmağa üstünlük verirlər. Bu strategiyadan adətən kon-

fliktin tərəflərə əsaslı zərər vermədiyi təqdirdə istifadə olunur. 

Mülayimləşmə strategiyasında isə tərəflər konfliktin xəbərdarlıq və ara-

dan qaldırılması istiqamətində müəyyən işlər görsələr də, konfliktin kəskinliyi-

nin azalması və stabil saxlanması (kəskinləşdirməmək şərtilə) ilə kifayətlənirlər. 

Geri çəkilmə strategiyası zamanı tərəflərdən biri öz iddialarından imtina 

edir və tamamilə qarşı  tərəfə güzəştə gedir. Nəticədə konfliktdə  iştirak edən  



 

155


tərəflərdən yalnız biri qazanır. 

Kəskinləşmə konfliktin yaranmasına, onun maksimum kəskin olmasına, 

saxlanmasına, çətin həll olunan və ya tamamilə həll olunmayan şəkil almasına 

istiqamətlənmiş davranış strategiyasıdır. Hal-hazırda ermənilər Azərbaycana 

qarşı həmin strategiyanı əsas tuturlar. 

Rəqabət strategiyası zamanı  iştirakçılar qarşılarına konflikti kəskinləş-

dirmək məqsədi qoymasalar da, onun həllində də çox maraqlı deyillər. Onların 

əsas məqsədi öz mövqelərindən bir addım geri çəkilməməkdir. Belə davranış 

strategiyası zamanı konflikt adətən daimi və həllolunmaz olur. 

Konfliktli situasiyada kompromis həll və ya həmkarlıq öz maraqlarını 

maksimum qoruyub saxlamaqla qarşı tərəflə müəyyən razılığa gəlmək və onun 

istəklərini nəzərə almaqdan ibarət davranış strategiyasıdır. Lakin bu zaman 

şəxsi maraqlar maksimum təmin edilməlidir. 

Konfliktli situasiyada tərəflərin sadalanan xüsusi davranış strategiyala-

rından başqa iki ümumi davranış strategiyası da mövcuddur. Bunlar konflikt 

iştirakçılarının bir-birilə qarşılıqlı münasibətdə əxlaq və etik normalara riayət 

edib-etməməsi ilə bağlıdır ki, bunlar  konfliktli situasiyada “konstruktivistlər” 

və ya “manipulyatorlar” adlanır. 

Konstruktivist  insanlar konfliktli situasiya zamanı öz davranışlarında 

əxlaq və etika normalarına riayət edir və problemi konfliktə  cəlb olunan hər 

kəsin maraqlarına uyğun şəkildə həll etməyə çalışırlar. 

Manipulyator insanlar isə  əksinə  əxlaq və etik normaları pozur, qarşı 

tərəfin maraqlarını rədd edir və problemi ancaq öz mənafelərinə uyğun həll et-

məyə çalışırlar. 

Konstruktiv tipli konfliktlərdə  qarşı tərəfin mövqeyi yaxşı başa düşülür, 

onu qəbul etməyə hazır olur və ona inanırlar. 

Manipulyatorlar isə qeyri-səmimi, mənafepərəst olurlar. Partnyorlarına 

inanmırlar, onları çaşdırırlar. Ancaq özlərini dinləməyə və başa düşməyə ha-

zırdırlar. Qarşı tərəfin maraqlarını inkar edib onları aldatmağa çalışırlar. 

Beləliklə, qruplarası konfliktlər çox mürəkkəb sosial-psixoloji hadisə 

kimi qiymətləndirilə bilər. Qruplarası konfliktlərin tədqiqi istiqamətlərinin təh-

lili, qruplarası konfliktlərin strukturu, növləri, funksiyalarının tədqiqi qruplara-

sı konfliktlərin mürəkkəb bir proses kimi hər bir aspektinin geniş  tədqiqinə 

ehtiyac olduğunu sübut edir. 



 

 

ƏDƏBİYYAT 

1.

 



Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı: Qapp-Poliqraf, 2003, 297 s. 

2.

 



Bayramov Ə.S. Etnik psixologiya. Bakı: Renessans, 2001, 374 s. 

3.

 



N.Gəncəvi. Yeddi Gözəl. Bakı: Yazıçı, 1983, 354, s. 

4.

 



Аниупов А.Я.,Шипилов А.И. Kонфликтология. M.: Юнити, 2002, 552 с. 

5.

 



Гришина Н.В. Психология конфликта. СПб.: Питер Пресс, 2008, 533 с. 

6.

 



Kэрол Ойстер. Социальная психология групп. M.: Олма-Пресс, 2004, 222 с. 

7.

 



Kозырев Г.И. Введение в конфликтологию. M.: Владос, 2001, 154 c. 


 

156


8.

 

Mайерс Д. Социальная психология. СПб: Питер Пресс, 1997, 684 с. 



9.

 

Психология 21 века. Под ред. В.Н.Дружинина. M.: “ПЕР СЭ”, 2003, 863 с. 



10.

 

Позняков В.П. Психология взаимоотношений в малых группах. (Современная 



психология. Отв. ред. Дружинин) M.: ”Инфра-М ”1999, 620 c. 

11.


 

Психология конфликта. Хрестоматия. СПб: Питер Пресс, 2001, 464c. 

12.

 

Степанов Е.И. Современная конфликтология.М.: ЛKИ, 2008, 176 с. 



13.

 

Р.С. Немов, И.Р. Алтунина. Социальная  психология. СПб.: Питер Пресс, 2008, 428 с. 



 

МЕЖГРУППОВЫЕ КОНФЛИКТЫ, ИХ ВИДЫ И СТРУКТУРА 

 

Т.Т.БАБАЕВА 

 

РЕЗЮМЕ  

 

В статье анализируется суть межгрупповых конфликтов и изучилось социально-

психологические особенности подхода к конфликтам. Одновременно виды, структура и 

причины  межгрупповых  конфликтов  широко  анализировались  в  этой  статье.  В  сов-

ременное  время  исследования  конфликтов  в  разных  направлениях  (социометрическое 

направление,  школа  групповой  динамики,  бихевиористическое  направление,  гума-

нистическое направление) широко анализировалось и дало определенные результаты. В 

статье  основная  проблема  анализировать  положительные  и  отрицательные  функции 

межгрупповых конфликтов. Исследования стратегий, методов предупреждение и путей 

разрешение межгрупповых конфликтов также отражается в статье. 

 

Kлючевые  слова:  конфликт, функция, противоречие, межгрупповой, блага, со-

циальный процесс, лидер, этнос, социально-психологический, антипатия, симпатия, си-

туация, стратегия, острый, компромисс 

 

 

INTER-GROUP CONFLICTS, TЩЕИР TЙПЕС АНД СTРУCTУРЕ 

 

T.T.BABAYEVA 

 

SUMMARY 

 

The article analyzes inter-group conflicts and researches socio-psychological approach-

hes towards conflicts. 

Types, structure and causes of intergroup conflicts are precisely reflected in the article. 

The author analyzes modern research forms of conflicts (sociometric research, group dynamic 

school, behaviouristic school, humanistic school etc.) and draws certain conclusions. The 

article focuses on the illustration of positive and negative functions of conflicts and elucidates 

behaviour strategy as well as warning and solution methods of inter-group conflicts. 



 

Key words: conflict, function, contradiction, intergroup, benefit, social process, leader, 

ethnos, socially-psychological, antipathy, liking, situation, strategy, poignant, compromise 



 

Yüklə 93,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə